Məhkəmə qərarları › İş №2(102)-3036/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3036/2023

05.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3036/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi, Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr Evi-Uşaq bağçası və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Abşeron Xızı Regional Şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Abşeron Xızı X5 rayonu Xırdalan şəhəri 15 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri Cavabdeh4 qarşı işə bərpa, müddətsiz əmək müqaviləsi və məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının verilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-553/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 05 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı xx.xx.2013-cü il tar ixdən başlayaraq əsas iş yeri kimi Xırdalan şəhər 15 saylı Körpələr evi-Uşaq bağçasında tərbiyəçi (əvəzedici) vəzifəsində işləmişdir.

2. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bildirişinə əsasən xx.xx.2013-cü il tarixli əmək müqaviləsi müddətsiz bağlanmışdır. 3. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr evi-Uşaq bağçasında əvəzəedici tərbiyəçi işləyən İddiaçı müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə dəyişdirilmiş və əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən edilmişdir. 4. 19.04.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Abşeron rayonu Xırdalan şə həri 15 saylı Körpələr evi-Uşaq bağçasında işləyən İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. a)İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Xırdalan şəhəri 15 Saylı Körpələr evi-Uşaq bağçasının müdiri Cavabdeh4 xx.xx.2022-ci il tarixli, 35 nömrəli əmrinin ləğv edilməsi, onu Xırdalan şəhəri 15 Saylı Körpələr evi-Uşaq bağçasına tərbiyəçi vəzifəsinə bərpa olunmağı, xx.xx.2022-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının hesablanaraq verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırı lmışdır ki, o, 2009-cu ildə ibtidai təhsil ixtisası üzrə təhsilini bitirmişdir. 2013-cü ilin yay aylarında övladının getdiyi Xırdalan şəhər 15 saylı Körpələr evi-Uşaq bağçasında tərbiyəçi axtarıldığını eşitmiş, bağça müdiri Nübar Ələkbərovaya yaxınlaşıb işləmək istədiyini söyləmişdir. Nübar Ələkbərova ona sənədlərini gətirməyi tapşırmış və sənədlərinin Təhsil Şöbəsinə göndəriləcəyini, uyğun görülsə əmrini verəcəklərini bildirmişdir. Təxmini 10 gün sonra onu çağırıb bu işə uyğun olduğunu və xx.xx.2013-cü ildə tərbiyyəçi kimi əmrinin verildiyini demişdir. Həmin vaxt müdir Ələkbərova Nübar ona əmri daimi olsa da, təqaüdə gedəcəyini, Güləməyə adlı müəllimənin yerinə işə götürüldüyünü bildirmişdir. Müəllim gedənə qədər təcrübəsi olsun deyə boş olan qruplarda işləyəcəkdir. O dövrdə öyrənmişdir k i, digər müəllimələr də eyni metodla işə götürülmüş və qrupla təmin olunmuşlar. Əmrinin verildiyindən əmin olmaq üçün müdirdən əmək kitabçasını alaraq baxmışdır və o dövrdə Təhsil Şöbəsinin müdiri işləyən Nadir Ağayevin əmrini və imzasını görmüşdür. 2015-ci ilin fevral ayında müdir X2 bağçasına müdir vəzifəsinə göndərilmiş və yerinə Cavabdeh4 təyin olunmuşdur. Aprel ayında o, yerinə götürüldüyü Güləməyə müəllimə təqaüdə çıxmışdır və yerinə kənardan işçi götürülmüşdür. O, buna etiraz edərək boşalan ştat yerinə onun götürüldüyünü demişdir. Yeni müdir onun köhnə müdir N.Ələkbərova tərəfindən aldaldığını, daimi deyil əvəzedici-tərbiyəçi olduğunu söyləmişdir. Şikayət edəcəyini dedikdə müdir onu növbəti boşalacaq yerə yerləşdirəcəyinə söz vermişdir. Amma 2015-ci ildə kənar şəxsləri və biri qohum u -bacısı qızı olmaqla 4 işçi götürmüşdür. O, 2015-ci ilin dekabrından 2019-cu ilin fevral ayına qədər analıq məzuniyyətində olmuşdur. Dünyaya gələn ikinci övladı X1 2018-ci ildə səhhətində problemlər yaranmış, övladı özünə qapanmış və nitq qabiliyyətini itirmişdir. O vaxtdan etibarən artıq 4 ildir ki, övladı nevroloji problemlərindən dolayı müalicə alır və xüsusi təlim görür. xx.xx.2020-ci ildə müraciətlərinin nəticəsi olaraq Azərbaycan Respublikasının Birinci Vitse-Prezident xanım Mehriban Əliyeva ünvanladığı məktuba cavab verərək övladı X4 öz nəzarətinə götürmüşdür. Mehriban xanımın tapşırığı ilə uşaq bugünədək Uşaq Psixo-Nevroloji Mərkəzində həftədə iki dəfə olmaqla psixopedaqoq və loqoped tərəfindən fərdi təlimlər görür. Övladının diaqnozu “yüngül dərəcəli əqli gerilikdir. (oliqofre niya, debillik dərəcəsində, davranış pozuntuları ilə F70.1. Nitqin Artikuliyasiyasının spesifik pozuntusu F80.0.”) Qeyd edir ki, 2019-cu ilin fevralında bağçaya işinə qayıtmış və yenidən Cavabdeh4 övladının səhhəti ilə əlaqədar məlumat vermiş və ona qrup verməyi xahiş etmişdir. Amma nədənsə Cavabdeh4 bir daha ona qarşı qərəzli davranaraq xahişini rədd etmişdir. Buna baxmayaraq kənardan işçilər götürülməyə davam edilmişdir. O, bu qanunsuz və qərəzli hərəkətlərinə etiraz etdiyində isə müdir işçilərin Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən göndərildiyini və bu işçiləri yerləşdirməyə məcbur olduğunu bildirmişdir. Bununla bağlı həyat yoldaşı X9 Rayon İcra Hakimiyyətinə şifahi və onlayn müraciət etmişdir. Abşeron Rayon İcra Hakimiyyəti də bəhanə etmişdir ki, guya o, qrup almaq üçün yazılı mür aciət etməlidir. O, 2020-ci ilin pandemiya dövründə müddətli bağçalar açılan kimi yazılı ərizə ilə bağça müdirinə müraciət etmişdir. Cavabdeh İcra Hakimiyyətinə şikayət etməsinə çox əsəbləşmiş və onu “arxadan vurmaq”la ittiham edərək, ona açıq-aşkar şəkildə təzyiq göstərməyə başlamışdır. 2021-ci ilin fevral ayında bağçalar təkrar açılmış və Cavabdeh4 öz vəzifə səlahiyyətindən sui-istifadə edərək xx.xx.2021-ci ildə əvəzedici kimi işləyən, köhnə müdir tərəfindən işə götürülən 3 nəfər və özünün sonradan götürdüyü 1 nəfər işçi də daxil olmaqla onlara təzyiq edərək birillik müddətli müqavilə imzalamağa məcbur etmişdir. Onlar buna etiraz edərək işə qəbul edilərkən müddətsiz müqavilə imzaladıqlarını qeyd edərək imzalamaq istəməmişlər. Cavabdeh4 onları aldadaraq əmək müqavilələrinin heç vaxt olmad ığını və indiyə kimi müqaviləsiz işləyərək qanunsuzluq etdiklərini bildirmiş, bu hal aşkar olunduğu təqdirdə isə buna görə məsuliyyət daşıyacaqlarını demişdir. O isə təkidlə onun müqavilənin olduğunu bildirərək imzalmaqdan imtina etmişdir. Lakin Cavabdeh4 bildirmişdir ki, bu Abşeron Rayon icra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın əmridir imzalamadığı təqdirdə isə bir daha işə çağırılmayacaqdır. Qeyd edir ki, o, pandemiya dövründə maaşla təmin olunmamış və maddi vəziyyətləri olduqca ağır olmuşdur. O dövrdə kirayədə qalmaq məcburiyyətində idilər və banklara kredit borcları ödəmişlər. Maddi vəziyyətlərinin ağır olmasıyla əlaqədar Ümidin müalicəsi yarıda qalmış və səhhətində problemlər çoxalmağa başlamışdır. Həkimlər isə müalicənin davam etdirilməsinə ehtiyac olduğunu bildirirdilər. Nö vbəti ay işləmək üçün çarəsiz qalaraq psixoloji təzyiqlə o müqaviləni o və digər tərbiyəçilər də imzalamışlar. Cavabdeh4 onlara söz vermişdir ki, bu əmək müqaviləsi onların işləməyinə təsir etməyəcək və onlar növbə ilə bağçada boşalan ştatlara yerləşdiriləcəklər. Son bir il ərzində az müddətlə işə çağırılmışdır. xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında məzuniyyət yerinə işləmiş, lakin maaşının yarısı əlindən nağd şəkildə Cavabdeh4 tərəfindən alınmışdır. 2022-ci ilin fevral ayında bağçada olan sənədlərinin üzləri çıxarılması üçün onlara verilmişdir. O, əmək kitabçasında qanunsuz dəyişiklik edilərək “əvəzedici” sözünün oraya əlavə olunduğunu görmüşdür. Müdir əvvəlcə həmin qanunsuz əlavəni görmədiyini desə də, sonra inkar edərək bu “düzəliş”in ondan əvvəl baş verdiyini demişdir. Ona həm in qanunsuz dəyişikliklə əlaqədar niyə məlumat vermədiyini soruşduqda müdir, ona belə bir məlumat verməyə məcburiyyətinin olmadığını bildirmişdir. 2022-ci ilin aprelin 5-də axşam saat 18:00-da bağçanın metodisti Sara Seyidova müdirin adından watsapp vasitəsilə işinə xitam veriləcəyi barəsində xəbərdarlıq mesajı göndərmişdir. Halbuki, aprelin 1-dən artıq işinə xitam verilmişdir. Aprelin 1-də işdə olsa da həmin günün məvacibi hesablanmamışdır. Ona işinə xitam verildiyinə dair hər hansı bir sənəd və əmək kitabçası təqdim olunmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, işsiz olduğu üçün övladının müalicəsi yarımçıq qalmışdır. Onun övladının aylıq müalicə xərcləri 800 manatı keçir və müalicə üçün dövlətdən heç bir müavinət almır. Digər övladı X6 da azyaşlıdır və bir sıra ehtiyacları v ardır. Həyat yoldaşı R.Əliyev 2021-ci ilin sentyabr ayında koronavirusa yoluxmuş və xəstəliyi ağır keçirdiyindən sağlamlığında problemlər yaranmışdır, hal-hazırda hipertoniya xəstəliyindən əziyyət çəkdiyi üçün işləmir. Övladı Ümidin müalicəsinin davam etdirilməsi üçün xx.xx.2021-ci ildə Kapital Bankdan 2040 manat məbləğində 24 aylıq müddətə kreditlə borc götürmüşlər. Lakin işsizlik səbəbindən aylıq 110 manat olan krediti ödəməkdə çətinlik çəkir. İşlədiyi dövrlərdə 2020-ci ildən başqa heç bir vaxt məzuniyyətə çıxmağına icazə verilməmiş və bu dövrlərdə heç vaxt məzuniyyət pulu almamışdır. Xırdalan şəhəri 15 Saylı Körpələr evi-Uşaq bağçasından işdən çıxarıldığı zaman əmək qanunvericiliyi ilə müəyyən olunmuş hüquqları kobud şəkildə pozularaq ona nə əmri, nə də digər sənədlərlər təqdim olunmamı şdır. O, bununla bağlı X3 şikayət ünvanlamış, lakin həmin şikayət araşdırılması üçün nəzarətə götürülsə də, ona nəticə barədə bu günə qədər heç bir məlumat verilməmişdir. Onun Xırdalan şəhəri 15 Saylı Körpələr evi-Uşaq bağçası ilə arasında olan müddətsiz əmək müqaviləsinə Cavabdeh4 tərəfindən qanunsuz olaraq xitam verilərək, ona müddətli əmək müqaviləsi imzalatdırılaraq müqavilənin müddəti bitdiyi zaman sözügedən bağça müdiri tərəfindən xitam verilmişdir. Halbuki, müddətsiz əmək müqaviləsinin müddətsiz müqaviləyə dəyişdirilməsinə razılıq ərizəsinin olmadığı təqdirdə bunun bağça tərəfindən edilməsi tamamilə qanunsuz bir addım olmuşdur. Xırdalan şəhəri 15 Saylı Körpələr eviUşaq bağçasının müdiri Cavabdeh4 qanunsuz hərəkətləri nəticəsində o, işindən məhrum olmuşdur, bu da ailəsi üçün bir sıra maddi çətinliklərə səbəb olmuşdur.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahatında və etirazında bildirmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2021-ci ilxx.xx.2022-ci il tarixinədək 1 (bir) il daha uzadılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixli ərizəsi əsasında iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia ərizəsində 2022-ci ilin aprelin 5-də əmək müqaviləsinə xitam veriləcəyi barədə WhatsApp tətbiqindən xəbərdarlıq məktubu aldığını etiraf etmişdir. Göründüyü kimi, müddətli əmək müqaviləsi bağlanmasına dair ərizə ilə İddiaçı iradə ifad əsini bildirmiş və buna razılıq vermişdir. Eyni zamanda müddətli əmək müqaviləsini öz imzası ilə təsdiq edərək müddətli olaraq işə başlamış və 1 (bir) il ərzində heç bir etirazını bildirməmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı əvəzedici tərbiyəçi vəzifəsində çalışmışdır. Bu vəzifə üzrə əmək funksiyası məzuniyyətə gedən tərbiyəçilərin əvəz edilməsindən ibarət olduğu üçün həmin işçi ilə müddətli müqavilə bağlanır.

8. Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr Evi-Uşaq Bağçasının direktoru Cavabdeh4 məhkəmə iclasında izahatında və etirazında bildirmişdir ki, Xırdalan şəhər 15 saylı körpələr evi uşaq bağçasının keçmiş əvəzedici tərbiyəçisi vətəndaş İddiaçı Abşeron Rayon məhkəməsinə etdiyi qərəzli və böhtan dolu şikayət ərizəsinə cavab olaraq ilk növbədə bildirir ki, Ə.N.Z ahid qızının ifadə etdiyi əvəzedici kimi yox daimi işçi kimi 2013-cü ildə fəaliyyətə başlayıb, yalnız 2015-ci ildə əvəzedici tərbiyəçi olması haqqında məlumatı olduğu fikirləri tamamilə absurddur. Belə ki, 2013-cü ilin əmr kitabından rəsmi çıxarış və 2014-cü il əmək müqaviləsinin elektron çıxarışında həmin xanımın əvəzedici olması haqqında əmrdə öz əksini tapır. Onun 2015-ci il fevral ayından 15 saylı bağçaya müdir təyinatından sonra müəssisəyə biri də bacısı qızı olmaqla 4 nəfərin tərbiyəçi kimi qəbul etməyi barədə böhtanına gəldikdə isə, bildirir ki, həmin işçilərin heç birini o qəbul etməmiş və işə qəbulu o dövrdə Abşeron Rayon Təhsil Şöbəsinin rəhbəri Nadir Ağayev tərəfindən həyata keçirilmişdir. Ə.Nigarın onu şikayət edəcəyi ilə bağlı hədələrinə gəldikdə isə bildirir ki, iddiaçının hə də-qorxusundan qorxub yalvarmağı üçün hansı isə qeyri-qanuni əməli olmamışdır və ya iddiaçıdan çəkinərək heç yerə şikayət etməməsi üçün heç bir səbəbi olmamışdır. İddiaçı əksini isbat edirsə, buyursun. 2015-ci ilin dekabr ayından 2019- cu ilin aprel ayının 11-dək analıq məzuniyyətində olan Ə.Nigarın iddia ərizəsindəki növbəti qərəzli böhtanı, analıq məzuniyyətindən qayıtdıqdan sonra da müəssisəyə tərbiyəçilərin qəbul edilməsinə davam etməyi haqqındadır. Sonuncu təsdiq olunmuş tarifləmə cədvəlini etiraz məktubuna əlavə etdiyində hər kəsə məlum olacaq ki, sonuncu qəbul edilmiş tərbiyəçi Ə.Nigarın analıq məzuniyyətində olduğu dövrə təsadüf edir (xx.xx.2019-cu il). 2020-ci ilin mart ayından oktyabr ayınadək dünyada hökm sürən Covid-19 pandemiyası ilə əlaqədar olaraq ölkəmizdə əksər müəssisəl ərin iş fəaliyyətində yaranmış fasilə ilə əlaqədar olaraq, məktəbəqədər təhsil müəssisələri də fəaliyyət göstərmədiyi halda bütün ştat cədvəli əsasında fəaliyyət göstərən işçilər əmək haqqı ilə təmin olunduğu halda, maliyyə əvəzedici işçilərin heç birinə ştatdankənar işçilər olduğu üçün aylıq əmək haqqı ayrılmamış və bu da əvəzedici işçilərin şikayətlərinə səbəb olmuşdur. X8 Xidmətinin Abşeron Rayonu ərazisindəki məktəbəqədər təhsil müəssisələrinin bir neçəsində apardıqları yoxlama zamanı əvəzedici adlı ştatın ştat cədvəlində adı olmadığı üçün həmin işçilərin müddətsiz müqavilə əsasında işə qəbul edilməsi və müddətsiz müqavilə əsasında fəaliyyət göstərməsi qanunauyğun deyil. 2021-ci ilin mart ayında bütün Abşeron rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhb ərlərinə müddətsiz əmək müqaviləsi ilə fəaliyyət göstərən əvəzedicilərin müqavilələri müddətli ilə əvəz edilməsi tabe olduqları orqanın (Abşeron Rayon İcra Hakimiyyəti) rəhbərliyi tərəfindən tapşırmışdır. Onu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edən Ə.Nigar bütün rayon üzrə baş verən bu prosessin tarixinin, yəni əmək müqavilələrinin müddətsizdən müddətliyə keçirilməsi tarixinin bütün bağçalarda eyni gündə olmasını unutmuşdur. Ə.Nigar iddia edir ki, o, iddiaçının ərizəsini qəbul etmədən müddətsiz müqaviləni müddətli ilə əvəz etmiş və təzyiq göstərmişdir. Ə.Nigarın iddialarının hər birinin ayrılıqda əsassız və qərəzli olduğunu sübut etmək üçün, iddiaçının müddətli müqaviləyə keçmək üçün öz imzası ilə təsdiq etdiyi ərizəsinin də surəti qoşmaya əlavə olunur.

9. Müstəqil tələ b irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Abşeron Xızı Regional Şöbəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında bildirdi ki, hal-hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi üçün Azərbaycan Respublikası X8 Xidmətində iddiaçının şikayət ərizəsi üzrə araşdırma dayandırılmışdır. Məlumat üçün bildirir ki, hazırda əvəzedici tərbiyyəçi adında ştat mövcud deyildir. Bununla əlaqədar olaraq, Abşeron rayon ərazisində yerləşən bütün bağçalar üzrə müddətsiz əmək müqaviləsi ilə işləyən əvəzedici tərbiyyəçilərə ərizə yazıdırılaraq, müddətli əmək müqaviləsi bağlanmışdır. Əgər iddiaçı ərizə yazmasa idi, iddiaçı hələ də müddətsiz əmək müqaviləsi ilə işləyəcəkdi. Lakin belə olan halda, bu tip işçilərə əmək haqqı ödənilmir. Onlar rəhbərlik səviyyəsində, bu problem ilə bağlı Təhsil Nazirliyinə müraciət etmişlər.

10. Abşeron Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 28 noyabr 2022-ci il tarixli 2(012)-4943/2022 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia tələbi rədd edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən göründüyü kimi, Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr evi-Uşaq bağçasında əvəzəedici tərbiyəçi işləyən İddiaçı müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə dəyişdirilmiş və əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsinə Azərbaycan Res publikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. İş materiallarından göründüyü kimi, müddətli əmək müqaviləsi bağlanmasına dair ərizə ilə İddiaçı iradə ifadəsini bildirmiş və buna razılıq vermişdir. Həmçinin müddətli əmək müqaviləsini öz imzası ilə təsdiq edərək müddətli olaraq işə başlamış və 1 (bir) il ərzində heç bir etirazını bildirməmişdir. Bundan əlavə iddiaçı əvəzedici tərbiyəçi vəzifəsində çalışmışdır. Bu vəzifə üzrə əmək funksiyası məzuniyyətə gedən tərbiyəçilərin əvəz edilməsindən ibarət olduğu üçün həmin işçi ilə müddətli müqavilə bağlanmasını zəruri etmiş, İddiaçı bununla bağlı öz imzası ilə təstiq edilmiş ərizəsi ilə buna razılıq vermiş, razılaşdırılmış müddətə müddətli əmək müqaviləsi bağlanmış və müqavilənin müddəti qurtardığına görə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının və onun nümayəndəsinin izahatı yuxarıda qeyd olunan işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən, məhkəmə həmin izahatlara tənqidi yanaşmışdır.

12. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3,45, 68.2, 73.1-ci -ci maddələrinə, MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iş materiallarından aşkar şəkildə görünür ki, işçinin əmək müqaviləsi xx.xx.2013-cü il t arixdə bağlanmaqla müddətsiz olmuş, əmək münasibətlərinə başladıqdan və 8 (səkkiz) ilə yaxın müddət keçdikdən sonra xx.xx.2021-ci il tarixdə guya müddətli əmək müqaviləsi dəyişdirilmişdir. İşəgötürənin təşəbbüsü və diktəsi ilə xx.xx.2021-ci il tarixdə müddətlə bağlı hər hansı sazişin imzalanması heç bir hüquqi əhəmiyyət kəsb etməməklə işçinin hüquqlarının məhdudlaşdırılmasına rəvac verə və yönələ bilməz. Əgər işçinin həqiqətən belə bir iradəsi olsa idi, əmək qanunvericiliyinə müvafiq olaraq işdən azad edilmə barədə ərizə yazmaqla əmək münasibətlərinə xitam verə bilərdi. Halbuki işçinin heç bir halda belə bir təşəbbüsü və iradə ifadəsi olmamış, əmək müqaviləsinə də həmin əsasla xitam verilməmişdir. Digər tərəfdən aydın məsələdir ki, işin faktiki hallarından görünür ki, işçi mövcud ağır madd i vəziyyətinə görə belə bir sənədi imzalamağa məcbur qala bilərdi.

15. İş materiallarından görünür ki, işçi ilə işəgötürən arasında əmək müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanmışdır. Yəni işçinin əmək müqaviləsi müddətli olsa idi belə, xx.xx.2018-ci il tarixdə müddətsiz əmək müqaviləsinə çevriləcəkdi. Həmin tarixdən sonra isə müddətsiz əmək müqaviləsinin formal sənədlər əasında müddətli əmək müqaviləsinə keçirilməsi işçinin əmək qanunvericiliyində nəzərdə tutulan təminatlardan artıq dərəcədə hüquqlarının məhdudlaşdırılmasıdır.

16. İş materiallarından aşkar şəkildə görünür ki, tərəflər arasında müddətsiz əmək müqaviləsi mövcud olmuş sonradan həmin əmək müqaviləsinin etibarsız olan razılaşma əsasında müddəti formaya keçirilməsinə cəhd edilmişdir. Həmin prosesin həyata keçirilməsi ilə tər əflərin hüquq bərabərliyi prinsipi kobud surətdə pozulmuşdur. Digər tərəfdən, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad olunmaqla bağlanmış müddətli müqavilə ilə bağlı mübahisələrə baxılarkən məhkəmə, işin konkret hallarına (müddətli müqavilə bağlaması barədə ərizələrinin etibarlılığına) Əmək Məcəlləsinin 2-ci maddəsində əks olunan əmək münasibətləri tərəflərinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri əsasında obyektiv hüquqi qiymət verməlidir. Bu zaman müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. İşdən də aşkar şəkildə görünür ki, məhkəmə bu cür hal lara ümumiyyətlə qiymət verməmiş, qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Hazırkı işdə isə Abşeron Rayon Məhkəməsi qeyd edilən hallar üzrə araşdırma aparmamış, istinad olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunluğu (uyğunsuzluğu) əsaslandırmamışdır.

17. İş materiallarında olan və birinci instansiya məhkəməsinin əsas materiallarında olan və birinci instansiya məhkəməsinin əsas arqumenti kimi çıxış edən xx.xx.2021-ci il tarixli saziş qeyd edilən normanın tələblərini pozduğundan etibarsızdır. Buna görə də həmin fakta əsaslanaraq işçi ilə əmək müqaviləsinə müddətin bitməsi ilə xitam verilə bilməz.

18. Hazırkı halda iş materiallarından (etiraz və işəgötrünənin mülahizəsi) aşkar şəkildə görünür ki, iddiaçı da daxil olmaqla digər analoji işçilərlə əmək müqavilələrinə cavabdehin bildirdiyinə görə Abşeron İcra Hakimiyyətinin bəzi vəzifəli şəxslərinin tapşırığına əsasən müddətə düzəliş edilməsi barədə saziş imzalanmış daha sonra isə işçilərlə əmək müqaviləsinə bu əsasla qanunsuz olaraq xitam verilmişdir. Bu hal isə bir daha sübut edir ki, işəgötürən özünün “hüquq”larından sui-istifadə edərək iddiaçının əmək hüquqlarını kobud surətdə pozaraq onunla əmək müqaviləsinə xitam vermişdir.

19. İşin materiallarından görünür ki, məhkəmə əmək müqaviləsinin müddətsiz bağlanmasını, müddətsiz olsa idi belə, əmək münasibətlərinin 5 (beş) ildən artıq müddətə davam etdiyini ümumiyyətlə araşdırmamış, bu barədə qətnamədə ümumiyyətlə mövqe bildirməmişdir. Məhkəmə qətnaməsində sadəcə formal olaraq hüquq normalarını sadala maqla tamamilə əsassız qətnamə qəbul etmişdir.

20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.E.Rəhimli (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və A.A.Mahmudov) 2(105)-553/2023 saylı 15 mart 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(012)-4943/2022 nömrəli qətnaməsi ləğv edilib, yeni qətnamə çıxarılaraq iddianın təmin edilməsi, Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr evi-Uşaq bağçasının xx.xx.2022-ci il tarixli 35 nömrəli əmrinin ləğv edilməsi, iddiaçı Əliyeva X7 rayonu Xırdalan şəhəri 15 saylı Körpələr evi-Uşaq bağçasına əvvəlki (təbiyəçi) vəzifəsinə bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən başlayaraq işə bərpa olunan günə qədər hər ay üçün məcburi iş buraxmaya görə orta aylıq əmək haqqı hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.

21. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətə düzgün hüquqi qiymət verməməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir.

22. Kollegiya hesab etmişdir ki, hazırkı iş üzrə 8 ilə yaxın müddət ərzində fasiləsiz olaraq cavabdeh müəssisədə çalışmış işçinin müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə dəyişdirilməsi əmək qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz. İddiaçının əmək müqaviləsi müddətsiz olduğu halda, yeni müddətli əmək müqaviləsi bağlanması, Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmadığından, onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz.

23. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3, 9, 12.1, 42.1, 43.1, 45,1, 47,68.1, 73.1 və MPM-nin 14.2, 77.1, 88-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən göründüyü kimi, Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr Evi-Uşaq Bağçasında əvəzəedici tərbiyəçi işləyən İddiaçı müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə dəyişdirilmiş və əmək müqav iləsinin müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. İş materiallarından göründüyü kimi, müddətli əmək müqaviləsi bağlanmasına dair ərizə ilə İddiaçı iradə ifadəsini bildirmiş və buna razılıq vermişdir. Həmçinin müddətli əmək müqaviləsini öz imzası ilə təsdiq edərək müddətli olaraq işə başlamış və 1 (bir) il ərzində heç bir etirazını bildirməmişdir. Bundan əlavə iddiaçı əvəzedici tərbiyəçi vəzifəsində çalışmışdır. Bu vəzifə üzrə əmək funksiyası məzuniyyətə gedən tərbiyəçilərin əvəz edilməsindən ibarət olduğu üçün həmin işçi ilə müddətli müqavilə bağlanmasını zəruri etmiş, İddiaçı bununla bağlı öz imzası ilə təsdiq edilmiş ərizəsi ilə buna razılıq vermiş, razılaşdırılmış müddətə müddətli əmək müqaviləsi bağlanmış və müqavilənin müddəti qurtardığına görə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Buna baxmayaraq Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il, 2(105)-553/2023 saylı qətnaməsində işin qeyd olunan hallarına düzgün hüquqi qiymət verilməmiş və bununla da məhkəmə tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi tərtib edilmiş, Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr Evi-Uşaq Bağçasında əvəzəedici tərbiyəçi işləyə n İddiaçı müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə dəyişdirilmiş, həmin müddətsiz müqavilənin müddətli müqavilə ilə dəyişdirilməsinin əsası olaraq İddiaçı ərizəsi olmuş, həmin ərizə əsasında onunla bağlanmış müqavilə müddətli müqaviləyə dəyişdirilmiş, həmin müddət ərzində iddiaçı bu barədə heç bir etiraz və ya iddia tələbi irəli sürməmiş, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş, məhz bundan sonra İddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar müqaviləyə xitam verilməsi barədə əmri məhkəmə qaydasında mübahisələndirmiş, işə baxan apellyasiya instansiya məhkəməsi isə işin qeyd olunan və cavabdehin qanuni hərəkətlərini heç bir əsaslı səbəb olmadan qanunsuz hesab etmiş, İddiaçı öz razılığı ilə onunla bağlanmış müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsinə dəyişdirilməsi barədə ərizə verməsini, məhz bunun əsasında həmin müddət bitdikdən sonra iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsini heç bir qanuni əsas və hal olmadan cavabdehin ziyanına şərh etmiş və belə qənaətə gəlmişdir ki, iddiaçının hüquqları pozulmuşdur. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının tələbi pozulmuşdur. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, İddiaçı ilə olan əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, iddiaçı qanunvericiliyin tələbinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün həmin gündən etibarən 1 tə qvim ayı ərzində məhkəməyə müraciət etməli olsa da, etməmiş, buna görə də iddia müddəti də ötürülmüş, lakin işə baxan apellyasiya instansiya məhkəməsi işin qeyd olunan halına da hüquqi qiymət verməmiş və göründüyü kimi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının tələbi pozulmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

26. Maddə 45 hissə

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

27. Maddə 45, hissə

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

28. Maddə 45, hissə

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

29. Maddə 45, hissə

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir

30. Maddə 46 hissə

6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.

31. Maddə 49 hissə

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş halla r istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

32. Maddə 68 hissə 1. əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən isə əmək müqaviləsinin müddətinin bitməsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

33. Maddə

76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnı z biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norm alarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərini əsaslı saymır.Belə ki, İddiaçı xx.xx.2013-cü il tarixdən başlayaraq əsas iş yeri kimi Xırdalan şəhər 15 saylı Körpələr eviUşaq bağçasında tərbiyəçi (əvəzedici) vəzifəsində işləmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bildirişinə əsasən xx.xx.2013cü il tarixli əmək müqaviləsi müddətsiz bağlanmışdır. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr evi-Uşaq bağçasında əvəzəedici tərbiyəçi işləyən İd diaçı müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə dəyişdirilmiş və əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən edilmişdir.

44. Məlum olduğu kimi, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

45. Kassasiya kollegiyası qeyd edir ki, müvafiq icra hakimiyyətinin (rayon icra hakimiyyətinin) göstərişi ilə müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsinə dəyişdirilməsi və bir illik müddətin müəyyən edilməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri, habelə 47-ci maddəsinin “f” bəndinin tələbləri ilə uzlaşmır.

46. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarl ı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təziyindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.

47. Bu səbəbdəndir ki, ƏM-nin 47-ci maddəsinin “f” bəndi tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlanması üçün “hüquq bərabərliyi prinsipinə əməl edilməsi” şərtini nəzərdə tutur.

48. Məlum olduğu kimi, işçinin 8 ildən artıq müddət ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən çıxması və dərhal qısa müddətli əmək müq aviləsi bağlamasının şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi mümkünsüzdür. İşçinin öz xeyrinə olmayan dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işçinin irədəsi ilə bağlanması inandırıcı hesab olunmur.

49. Ona görə də ƏM-nin 47-ci maddəsinin “f” bəndinə istinad olunmaqla bağlanmış müddətli müqavilə ilə bağlı mübahisələrə baxılarkən məhkəmə, işin konkret hallarına ƏMnin 2-ci maddəsində əks olunan əmək münasibətləri tərəflərinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri əsasında obyektiv hüquqi qiymət verməlidir. Bu zaman müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır.

50. Hazırkı mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq haqlı olaraq bu nəticəyə gəlmişdir ki, tərəflər arasında əmək müqaviləsinin müddətli bağlanması Əmək Məcəlləsinin 47-ci maddəsinə uyğun olmamışdır.

51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdı rılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-553/2023 nömrəli iş üzrə 15 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar