Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3037/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: reyestrdən çıxarışın etibarsız hesab edilməklə ləğv olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 sayl ı Şirvan Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın etibarsız hesab edilməklə ləğv olunması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(1*6)2932/2*21 nömrəli, 18 noyabr 2*21-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə *4 iyul 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin *9.*4.2*13-cü il tarixli, 2-1(86)-341/2*13 saylı qərarı ilə Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 19.1*.2*12-ci il tarixli, 1312***751 qeydiyyat nömrəli Reyestrdən Çıxarışın ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 26.1*.2*13-cü il tarixli, 2-1(1*6)-113/2*1 3 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və iş üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(1*2)-443/2*14 saylı, *3.*4.2*14-cü il tarixli qərarı ilə iddiaçılar İddiaçı və Əliyeva Sədaqət İman qızının kassasiya şikayəti qismən təmin edilmiş və Şirvan Apelyasiya Məhkəməsinin 2-1 (1*6)-113/2*13 saylı qərarı ləğv edilmişdir.
3. Şirvan Apelyasiya Məhkəməsinin 17.*9.2*14-cü il tarixli 2-1(1*6)-141/2*14 saylı qərarı ilə apelyasiya şikayəti qismən təmin edilərək vərəsəlik şəhadətnaməsi ləğv ediİmiş, reyestrdən Çıxarışın ləğvi tələbi təmin edilməmişdir.
4. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 15.*3.2*15-ci il tarixli 2-1(86)-421/2*15 saylı qərarı ilə reyestrdən Çıxarışın ləğv edilməsi barədə id dia təmin olunmuşdur.
5. Sabirabad rayon məhkəməsinin 18.*5.2*17-ci il tarixli 2(*56)-1415/2*17 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı və X1 Cavabdeh2 qarşı yaşayış sahəsinin boşaldılması, mülkiyyətdə olan torpaq sahəsinin qaytarılması, maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin, həyətyanı torpaq sahəsinin İddiaçı oğluna məxsus *,*3 ha hissəsinin X3 məxsus *,*15 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən boşaldılaraq iddiaçılar İddiaçı və X1 mülkiyyətinə qaytarılması qət edilmişdir.
6. Sabirabad rayon məhkəməsinin 28.*7.2*15-ci il tarixli, 2(*56)-75/2*15 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş və fərdi yaşayış evinin ikidə bir hissəsi üzərində mülkiyyət hüququnun tanınması qət edilmişdir.
7. Azərba ycan Respublikasının Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının *6.11.2*19-cu il tarixli, 2-1(1*2)-2981/2*19 saylı qərarına əsasən Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.*9.2*14-cü il tarixli 2-1(1*6)1/2*14 saylı qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.
8. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışın surətinə əsasən, Sabirabad şəhəri, H.Əliyev pr 6-cı dalan, ev 3, yeni qaydalarla AZ 54**, Sabirabad şəhəri, H.Əliyev prospekti ev 7*6 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına *2.*3.2*2*-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alın mışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək reyestrdən çıxarışın etibarsız hesab edilməklə ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) atası X2 və anası X4 miras qalmışdır. Miras qoyan X5 16.*4.2*1*-cu ildə, X6 29.*4.2**6-cı il tarixində vəfat etmişlər. Adı çəkilən evin həyətyanı sahəsi torpaq islahatı ilə əlaqədar onlarla birlikdə 4 nəfər ailə üzvünün mülkiyyətinə verilmişdir. Belə ki, *,*3 ha torpaq sahəsi məhrum ata və anasına, *,*3 ha torpaq sahəsi isə ər-arvad olaraq onlara verilmişdir. Bu hal Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sabirabad rayon şöbəsi tərəfindən verilmiş 2*12-ci il 31 avqust tarixli, 1972 saylı və 2*13-cü il 14 yanvar tarixli, 43 saylı arayışlarla təsdiq olunur. Sonradan iş üzrə Cavabdeh2 qanunsuz olaraq miras əmlakı üzrə adına şəhadətnamə və çıxarış almışdır.
11. Cavabdeh birinci instansiya məhkəməsində iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, Sabirabad rayon məhkəməsinin 18.*5.2*17-ci il tarixli 2(*56)-1415/2*17 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı və X1 ona qarşı yaşayış sahəsinin boşaldılması, mülkiyyətdə olan torpaq sahəsinin qaytarılması, maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilmiş, mübahisəli fərdi yaşayış evinin 1/2 hissəsinin, həyətyanı torpaq sahəsinin İddiaçı məx sus *,*3 ha hissəsinin X3 məxsus *,*15 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən boşaldılaraq iddiaçılar İddiaçı və X1 mülkiyyətinə qaytarılması qət edilmişdir.
12. Şirvan Şəhər Məhkəməsinin (hakim Z.M.Əliyev) (bundan sonra – birinci instansiya məhkəməsi) 14 iyul 2*21-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülkiyyət hüququ haqqında çıxarış cavabdehə qanuni əsaslarla verilmişdir və ona görə onun etibarsız sayılmasına heç bir əsas yoxdur.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.2, MPM-nin 14.2, 77.1, və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, cavabdehin adına eyni miras əmlakı üzrə verilmiş *2.*3.2*2*-ci il tarixli reyestrdən çıxarış Konstitusiyada və digər qanunlarda nəzərdə tutulmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuş, məhkəmə iş üzrə qətnamə qəbul edərkən Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2**5-ci il tarixli qərarının müvafiq tövsiyələrinə əməl etməmiş, obyektiv həqiqəti ifadə edən faktlar nəzərə alınmamış və iş tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut olunmamış, qətnamədə müəyyən edilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır.
16. Şirvan Ape llyasiya Məhkəməsinin мülki kollegiyasının (hakimlər N.F.Mirzəyev (sədrlik edən və məruzəçi), R.M.Cəfərov və S.İ.Mayılov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(1*6)-2932/2*21 saylı mülki iş üzrə 18 noyabr 2*21-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
18. Məhkəmə öz mövqeyini Konstitusiyanın 13 maddəsinin 1-ci hissəsi və 29-cu maddəsinə, Mülki Məcəllənin 139.1 вə 152.1, MPM-nin 14.2 82.3 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil) kassasiya şika yəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
20. Şikayət apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən eyni tərəflər arasında, eyni mübhisə predmetinə dair hazırda qüvvədə olan İnzibati-İqtisadi Məhkəməsinin 15.*3.2*15-ci il tarixli qərarını və Sabirabad Rayon Məhkəməsinin 28.*7.2*15-ci il tarixli qətnaməsinin olmasını nəzərə almamış və həmçinin Mülki Məcəllənin 13, 17, 149.2, 152.3, 154, 157 və 158.3-cü, MPM-nin 77.1,82.3, 82.4, 88, 217.3 və 218.1ci və 22*-ci maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətinə qar şı etiraz göndərərək, şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
23. Maddə 153.2.1.Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
24. Maddə 261.*.1. İş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
25. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
26. Maddə 418.4 və 418.4.9. İşə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikay ətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.
28. İşdən görünür ki, iddia tələbi Sabirabad şəhəri, Heydər Əliyev prospekti 6-cı dalan, ev 3 (yeni qaydalarla AZ 54**, Sabirabad şəhəri, H.Əliyev prospekti ev 7*6) ünvanda yerləşən yaşayış evinin Cavabdeh2 adına *2 mart 2*2*-ci il tarixdə verilmiş 132***416* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab olunmaqla ləğv edilməsindən ibarətdir.
29. Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsinin ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19.*5.2*14-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Belə ki, iddia ərizəsində iki və daha çox müstəqil tələb irəli sürüldükdə, hər bir iddia tələbinin hüquqi təbiəti araşdırılaraq onların birləşdirilməsi və ya ayrılaraq fərqli məhkəmə icraatı qaydasında baxılması nəzərdən keçirilməlidir. İddia tələblərinin birl əşdirilməsi mümkün olmadığı halda, məhkəmə hər hansı iddia tələbinə baxılmasına dair səlahiyyətinin olmaması barədə qərardad qəbul edərək həmin iddia tələbini müvafiq səlahiyyətli məhkəməyə göndərməkdə və ya iddianı qeyri-mümkün hesab etməkdə haqlıdır”.
30. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq iddia tələbini rədd edərkən məhkəmə aiddiyyatı qaydalarını pozmuş, apellyasiya instansiyası məhkəməsi də bu səhvi aradan qaldırmamışdır.
31. Belə ki, İddiaçı tələbini belə əsaslandırmışdır ki, mübahisənin predmeti olan yaşayış evi və evin *,*6 ha həyətyanı torpaq sahəsinin ikidə bir hissəsi mərhum ata və analarından miras qalmış əmlak olmuş, cavabdeh qardaşı Cavabdeh2 miras əmlakı, o cümlədən ona və arvadına məxsus *,*3 ha torpaq sahəsini qanunsu z yollarla aldığı Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən öz adına sənədləşdirmişdir. Həmin sənədlərin etibarsızılığı və ləğvi barədə məhkəmədə iddia qaldırmış, Şirvan Apellyasiya Məhkəməsinin 2-1(1*6)-141/2*14 saylı iş üzrə 17 sentyabr 2*14-cü il tarixli və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(1*6)-86/2*15 saylı iş üzrə 15 mart 2*15-ci il tarixli qərarları ilə Cavabdeh2 adına yaşayış evinə və evin həyətyanı torpaq sahəsinə dair verilmiş Vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız və Çıxarış isə ləğv edilmişdir.
32. Məhkəmə qərarının icrası qaydasında Daşınmaz əmlakın dövlət reyestri xidmətində də İddiaçı adına olan Çıxarış və qeyd də ləğv edilmişdir.
33. İddiaçı iddiası üzrə çıxarılmış Sabirabad rayon məhkəməsinin 2(*56)-75/2*15 saylı iş üzrə 28.*7.2*15-ci il tarixli və 2( *56)-1415/2*17 saylı iş üzrə 18.*5.2*17-ci il tarixli qətnamələri ilə fərdi yaşayış evinin ikidə bir hissəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınmış, yaşayış evinin ikidə bir hissəsinin, həyətyanı torpaq sahəsinin İddiaçı oğluna məxsus *,*3 ha hissəsinin X3 məxsus *,*15 ha hissəsinin Cavabdeh2 tərəfindən boşaldılaraq iddiaçılar İddiaçı və X1 mülkiyyətinə qaytarılması qət olunmuşdur.
34. Bütün bunlardan sonra Cavabdeh2 verdiyi kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının *6.11.2*19-cu il tarixli, 2-1(1*2)-2981/2*19 saylı qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.*9.2*14-cü il tarixli 2-1(1*6)1/2*14 saylı qərarı (Vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması barədə) ləğ v edilmiş və iddia mümkün sayılmamışdır.
35. Ali Məhkəmənin göstərilən qərarına əsasən icrada dönüş edən ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Sabirabad şəhəri, H.Əliyev pr 6-cı dalan, ev 3, (yeni qaydalarla AZ 54**, Sabirabad şəhəri, H.Əliyev prospekti ev 7*6) ünvandakı evi evin *,*6 ha həyətyanı torpaq sahəsini *2.*3.2*2*-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində 132***4163 sayı ilə Cavabdeh2 adına qeydiyyata almışdır.
36. İddiaçı yaşayış evi və evin həyətyanı torpaq sahəsi ilə bağlı Sabirabad Rayon Məhkəməsinin yuxarıda göstərilən qətnaməsi qüvvədə ola-ola, habelə həmin qətnamə əsasında onun adına 27 oktyabr 2*15-ci il tarixdə verilmiş 1315**88*7 saylı Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ləğv e dilmədən yaşayış evinin və evin həyətyanı torpaq sahəsinin yenidən *2.*3.2*2*-ci il tarixdə Cavabdeh2 adına dövlət qeydiyyatına alınması ilə əlaqədar DƏDRX 13 saylı Şirvan Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz olması əsası ilə hazırkı iddianı qaldırmış və tələbini cavabdeh kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə yönəltmişlər.
37. Göründüyü kimi mübahisələndirilən hissədə dövlət reyestrində qeydiyyatın aparılmasına əsas fiziki şəxslər arasında mülki hüquqi münasibətlərin nəticəsində baş verməmişdir. Reyestrdə həmin qeydiyyat məhkəmə qərarının icrasında dönüş qaydasında cavabdehin müraciəti əsasında aparılmış və qeydiyyatın aparılmasına əsas kimi Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının *6.11.2*19-cu il tarixli, 2-1(1*2)-2981/2*19 saylı qə rarı çıxış etmişdir. DƏDRX həmin qeydiyyatı apararkən və qeydiyyatın nəticəsi olaraq mübahisələndirilən Çıxarışı verərkən mülki hüququn subyekti kimi deyil, hakimiyyət səlahiyyətlərini həyata keçirən inzibati orqan kimi çıxış etmişdir ki, iddiçının tələbinin faktiki əsası cavabdeh orqanın qanunsuz hərəkətlərinə yönəlmiş, həmin qeydiyyatın Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvədə olan qətnaməsinin olması nəzərə alınmadan aparılmasının qanunsuz olması iddia edilmişdir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19.*5.2*14-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Az ərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə isə inzibati məhkəmə icraatı qaydasında baxılır”.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**7-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının 3.1.14-cü bəndinə əsasən həmin orqan inzibati orqandır. 40. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1*.*4.2*15-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üç ün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
41. Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.*.1 və 3.1-ci maddələrində nəzərdə tutulan mənada inzibati orqan olmalıdır.
42. Həmin qərarın 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyət i həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 2* may 2*11-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və t ərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin 3*-cu maddəsinin şərh edilməsinə dair» 28 mart 2*13-cü il tarixli qərarında göstərilmişdir ki, mülki və iqtisadi mübahisələrə dair bir-biri ilə əlaqədar olan tələblərin aidiyyət məsələsi Azərbaycan Respublikası MPM-nin 3*-cu maddəsinə uyğun həll edilməlidir. İddia tələbi predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati xarakterli olduqda məhkəmə aidiyyəti Azərbaycan Respublikası İPM-nin 2.1-ci maddəsinə müvafiq olaraq mü əyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur.
45. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.*.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-nin 261.*.1-ci maddəsinin təsir dairəsinə düşür.
46. Göstərilənlərə əsasən qətnamə iddia tələbinin 1-ci hissəsi ilə bağlı ləğv edilərək iş üzrə icraata həmin hissədə xitam verilməli, tələbin ikinci hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(1*6)-2932/2*21 nömrəli, 18 noyabr 2*21-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.