Məhkəmə qərarları › İş №2(102)-3037/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3037/2023

25.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3037/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2005/2023 saylı, 20 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdehn verdiyi kassasiya şikayəti üzrə işə 25 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi: İşin halları:

1. İddiaçı 02 aprel 2003-cü il tarixdə X7 Mərkəzinin Gəncə filialına 1 il sınaq müddəti müəyyən edilməklə massaj üzrə tibb bacısı vəzifəsinə işə qəbul olunmuşdur.

2. X7 Mərkəzinin 57/Ü saylı, xx.xx.2014-cü il tarixli əmri ilə Gəncə filialının Mürəkkəb Protezləşdirmə stasionarı həmin tarixdə Mərkəzin tabeliyinə verilmiş, İddiaçı xx.xx.2014-cü il tarixli əmrlə xx.xx.2014-cü il tarixdən Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən stasionara böyük tibb bacısı vəzifəsinə keçirilmişdir.

3. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə Cavabdehnin nizamnaməsi təsdiq olunmuş, nizamnamənin 1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, Agentlik əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şə xsdir.

4. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanının 5- ci bəndində göstərilmişdir ki, X8-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyatı üzrə adı çəkilən publik hüquqi şəxsə keçir.

5. Fərmanın 7-ci bəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır ki, Nazirlər Kabineti ilə razılaşdırmaqla publik hüquqi şəxsin işçilərinin sayının yuxarı həddini və əmək haqqlarını təsdiq etsin (7.2.2-ci bəndi), Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində işləyən işçilərin publik hüquqi şəxsdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Nazirlər Kabinetinə məlumat versin (7.5-ci bəndi).

6. X7 Mərkəzinin 30 noyabr 2020-ci il tarixli əm ri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, əmrə əsas kimi İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsi göstərilmişdir.

7. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı Naftalan X4 və kiçik tibb heyətinə baş tibb bacısı vəzifəsinə təyin olunmuş, onunla eyni tarixdə 1 ayı sınaq müddəti olmaqla 3 ay müddətinə əməkmüqaviləsi bağlanmış, müqavilənin müddəti xx.xx.2021-ci il tarixinə qədər, əmək haqqı 700 manat müəyyənləşdirilmişdir. 8. 15 mart 2021-ci il tarixdə İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixinədək, daha sonra isə xx.xx.2022-ci il tari xinədək uzadılmışdır.

9. İddiaçı ilə bağlanmış 25 dekabr 2020-ci il tarixli əmək müqaviləsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli əmri ilə əmək müqaviləsində göstərilən müddətlərin bitməsinə görə xitam verilmiş, əmrə əsas kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli **********8 saylı razılığı göstərilmişdir.

10. Elektron məhkəmə sistemindən əldə olunmuş məlumata görə, İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserində tibb bacısı vəzifəsində işləyir və 573,6 manat əmək haqqı alır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, işəgötürənin 28 sentyabr 2022-ci il tarixli, **********8 saylı əmrinin ləğv olunması, işə bərpa edilməsi və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbini onunla əsaslandırılmışdır ki, 02 aprel 2003-cü il tarixdə X7 Mərkəzinin Gəncə filialında massaj üzrə tibb bacısı vəzifəsinə təyin edilmiş, həmin idarədə 30 noyabr 2020-ci il tarixədək işləmiş, 25 dekabr 2020-ci ildən 28 sentyabr 2022-ci il tarixədək X3 Orta və kiçik tibb heyətinin baş tibb bacısı vəzifəsində çalışmışdır. Əmək fəaliyyətini icra etdiyi dövrdə işini peşəkar səviyyədə icra etmiş və on a hər hansı intizam tədbiri verilməmişdir. 28 sentyabr 2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən çıxarılmışdır. İşdən çıxarılması qanunsuz və əsassızdır, ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.

13. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən 25 dekabr 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, X2 Orta və Kiçik tibb heyətində baş tibb bacısı vəzifəsinə qəbul edilmişdir. İddiaçının əmək müqaviləsinin müddətinin qurtardığı tarix 25 mart 2021-ci il tarixi müəyyən edilmiş, daha sonra Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən sözügedən müqavilənin müddəti 25 sentyabr 2022ci il tarixinə qədər uzadılmış, 28 sentyabr 2022-ci il tarixdə Məcəllənin 68.2-ci maddəsinin “b” bəndinə əsasən müqavilə müddətinin qurtarması ilə əlaqədar müqaviləyə xitam verilmişdir. Bununla bağlı Agentlik tərəfindən iddiaçının ünvanına əmək müqaviləsinə xitam verilməsi barədə 28 sentyabr 2022-ci il tarixli bildiriş göndərilmişdir. Həmçinin, iddiaçının əmək müqaviləsinə 28 sentyabr 2022-ci il tarixində xitam verilsə də o, məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 1 noyabr 2022-ci il tarixli qərardadla iddia ərizəsi vəona əlavə edilmiş sənədlər geri qaytarılmış, bundan sonra iddiaçı yenidən məhkəməyə müraciət etmiş, beləliklə də Əmək Məcəllə sinin 296.2-ci maddəsində müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Agentlik tərəfindən aparılmış hərəkətlər qanunvericiliyə tam uyğun olduğundan iddia tələbi təmin olunmamalıdır.

14. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(001)-616/2023 saylı, 9 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim: Fərid Hətəmzadə).

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmək müqaviləsi sərbəst bağlanır və müqavilənin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsi müddətsiz və ya tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlırazılığı ilə müddətli bağlanıla bilər. Tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmaqla əmək qanunvericiliyinin tələbləri pozulmamışdır.

16. Mə hkəmə hesab etmişdir ki, iddiaçı ərizəni işəgötürənin təziyiqi altında yazdığını bildirsə də bununla bağlı məhkəməyə heç bir mötəbər və əsaslı sübutlar təqdim etməmişdir.

17. Məhkəmə əmrin etibarsız hesab edilməsi barədə iddiaçının tələbini əsassız hesab edərək qeyd etmişdir ki, mübahisələndirilən əmrin məzmununa əsasən, işəgötürən tərəfindən qanunvericiliyin sadalanan normalarına əməl edilmiş, tələb olunan məlumatlar göstərilməklə əmr qəbul edilmişdir.

18. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, iddiaçı işdən azad edilmə barədə əmri və əmək kitabçasını 28 sentyabr 2022-ci il tarixdə cavabdehdən əldə etmiş, mediasiya təşkilatına 2022-ci ilin oktyabr ayının 4-də müraciət etmiş və müvafiq arayışı 2022-ci ilin ok tyabr ayının 25-də əldə etmiş, qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə iddia ərizəsi ilə isə 10 noyabr 2022-ci il tarixdə müraciət etmişdir. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olduğundan, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti buraxılmamışdır.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 42.1, 43.1, 45.1, 45.4, 47, 68.2, 73.1, 83.1, 296, 300-cü maddələri, habelə Mülki Məcəllənin 372.1, 375.2, 379, 379.4-1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. İddiaçı apellyasiya şikayətinini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, Əmək Məcəlləsinin 45-ci maddəsini yanlış təfsir etdiyini, həmin maddi hüquq normasını işin hallarına düzgün tətbiq etmədiyini, onunla müddətli əmək müqaviləsinin bağlanmasının qanunsuz olduğunu, uzun illər ərzində eyni vəzifədə işləyən şəxslə sınaq müddəti müəyyənləşdirilməklə müddətli müqavilənin bağlanmasının işəgötürənin öz səlahiyyətlərindən sui-istifadə olmasını, işdən çıxarıldığı zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin razılığının alınmadığını nəzərə almadığını irəli sürmüşdür. 2

2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiya məhkəməsi) 20 aprel 2023-cü il tarixli, 2(103)-2005/2023 saylı qətnaməsi ilə (hakimlər: Elnur Həsənov sədrlik edən, məruzəçi, Xumar Mərdanova və Sabit Bəhramzadə) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia təmin edilmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, hazırki işdə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 2003-cü ildən işlədiyi və əmək müqaviləsi müddə tsiz xarakter daşıdığı halda isə, “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. iddiaçı ilə qanunun tələbinə uyğun olmayan müddətli əmək müqaviləsinin bağlanması və onun sonra işdən azad edilməsi, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində təsbit olunan və eləcə də əmək qanunvericiliyi ilə müdafiə olunan əmək hüququna zidd olmuşdur.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə qanunun tələbinə uyğun olmayan müddətli əmək müqaviləsinin bağlanması və onun sonra işdən azad edilm əsi, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində təsbit olunan və eləcə də əmək qanunvericiliyi ilə müdafiə olunan əmək hüququna zidd olmuşdur.

25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin Agentliyin Nizamnaməsinin 4.11.9-cu bəndinə uyğun olaraq Nazirliklə razılaşdırılmış olduğu müəyyən olunmamışdır. Belə ki, cavabdehin nümayəndəsinin həmin razılaşdırmanın həyata keçirildiyinə dair sübut olaraq məhkəməyə təqdim etdiyi “X6”ndən çıxarışda müvafiq xidməti məlumatın Nazirə göndərildiyi barədə informasiya vardır, iddiaçının işdən azad edilməsi ilə bağlı olan həmin xidməti məlumatın Nazirlə razılaşdırılıb-razılaşdırılmadığı isə sözügedən çıxarışdan görünmür.

26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbay ca Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ bəndinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci, 45.1-ci, 47, 56.1, 59, 68.1, 73.1, 300-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılaşması ilə, iddiaçının özünün sərbəst iradə ifadəsi ilə imzalanmaqla bağlanmışdır. Apellyasiya Məhkəməsi tərəfindən Əmək Məcəlləsinin tələbləri düzgün şərh olunmamış, qanunvericilik tərəfindən verilmiş hüquql ardan istifadə halına düzgün qiymət verilməmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı yol verilmiş digər pozuntularla bağlı iddialar da öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı xitam verilmə ilə bağlı məlumatlandırılmışdır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin razılığı müvafiq “X5”dən xx.xx.2022-ci il tarixli çıxarışla öz təsdiqini tapır. Məhkəmənin bu məsələ ilə bağlı qiymətləndirməsi əsassızdır.

29. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışının hədlərinə əməl edilməmişdir. Belə ki, iddia tələbi işə bərpa və müqavilənin ləğvinin qanunsuz hesab edilməsi ilə bağlıdır. İddiaçı onun bağlanmış əmək müqaviləsinin və onun şərtlərini mübahisələndirməmişdir. Lakin, buna baxmayaraq məhkəmə tərəfindən iddia tələbinin və apellyasiya şikayətinin hədlərindən kənara çıxılaraq müqavilənin özünə hüquqi qiymət verilmiş və bu əsasla iddianı rədd etmişdir. Bu hal prosessual qanunvericiliyin tələblərinin pozuntusudur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

31. Maddə

35. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsi

32. Maddə 42 (1-ci hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

33. Maddə

45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olar aq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

34. Maddə

47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin gö rüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliy iprinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

35. Maddə 56. (1-ci hissə). İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.

2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçiril məli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

3. Bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.

36. Maddə

59. İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.

37. Maddə 68.

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əm ək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:...b) əmək müqaviləsinin müddətinin qurtarması.

38. Maddə 73.

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hal larda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

39. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə... çıxarır. Dövlət Tibbi-Sosial Ekspertiza və X1 (Azərbaycan Respublikası Pre zidentinin 2020-ci il 30 iyun tarixli, 1077 saylı Fərmanı ilə təsdiq edilmişdir)

40. Bənd 1.1. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

41. Bənd 1.2. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

42. Bənd 4.11.9. İdarə Heyətinin sədri bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görü lməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Mülki Prosessual Məcəllə

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

52. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüq uqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

53. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

54. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə cavabdeh publik hüquqi şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisi kimi müəyyən edilməklə, Xidmətin bütün hüquq və öhdəlikləri, habelə əmlakı publik hüquqi şəxsə keçmiş, publik hüquqi şəxsin fəaliyyət istiqamətlərinə onun hüquqi sələfi olan Xidmətin fəaliyyət istiqamətləri üzrə xidmətlər daxil edilmiş, iddiaçı xx.xx.2003-cü ildən xx.xx.2020-ci il tarixindək Xidmətdə müddətsiz əmək müqaviləsi əsasında işləmişdir.

55. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin məzmunundan, publik hüquqi şəxsin nizamnaməsində göstərilən fəaliyyət istiqamətindən görünür ki, iddiaçının tutduğu vəzifə daimi xarakterə malik olmuşdur və işin bu halı cavabdeh tərəfindən mübahisələndirilmir. Yeni yaradılan publik hüquqi şəxs iddiaçının əvvəl işlədiyi Xidmətin hüquqi varisidir və struktur dəyişikliyindən sonra onun bazasında eyni fə aliyyətlə məşğul olmuşdur ki, iddiaçı əvvəl həmin Xidmətdə müddətsiz əmək müqaviləsi əsasında işləmişdir. Beləliklə, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması qabaqcadan işəgötürənə bəlli olduğu halda işçi iləəsassız olaraq müddətli əmək müqaviləsi bağlanmışdır.

56. Müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə də uzlaşmır.

57. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.

58. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin r azılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.

59. Bu nöqteyi nəzərdən apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 2003-cü ildən işlədiyi vəəmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda isə, “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. 6

0. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçı ilə qanunun tələbinə uyğun olmayan müddətli əmək müqaviləsinin bağlanması və onun sonra işdən azad edilməsi, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində təsbit olunan və eləcə də əmək qanunvericiliyi ilə müdafiə olunan əmək hüququna zidd olmuşdur.

61. Xüsusilə qeyd olunmalıdır ki, əmək müqaviləsinin qüvvədə olma vaxtını məhdudlaşdıran hallar olmadığı halda, görüləcək işin xarakteri, onun yerinə yetirilməsi şərtləri nəzərə alınmadan müddətli əmək müqaviləsinin bağlanması qanunsuzdur və nəticədə ƏM-nin 43-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hüquq və təminatların səviyyəsini azaldır. İşəgötürən tərəfindən işçinin müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsinəəməl olunmaması isə belə hərəkətlərin qanunsuz olmasına səbəb olur.

62. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini əsassız sayıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin Agentliyin Nizamnaməsinin 4.11.9-cu bəndinə uyğun olaraq Nazirliklə razılaşdırılmış olduğu da müəyyən olunmamışdır.

63. Belə ki, cavabdehin nümayəndəsinin həmin razılaşdırmanın həyata keçirildiyinə dair sübut olaraq məhkəməyə təqdim etdiyi “X6”ndən çıxarışda müvafiq xidməti məlumatın nazirə göndərildiyi barədə informasiya vardır; iddiaçının işdən azad edilməsi ilə bağlı olan həmin xidməti məlumatın nazirlə razılaşdırılıb-razılaşdırılmad ığı isə sözügedən çıxarışdan görünmür.

64. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, iddianı təmin etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası Q ə r a r a aldı: Cavabdehn kassasiya şikayəti təmin edilməsi n. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2(103)-2005/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar