Məhkəmə qərarları › İş №2(102)-3038/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3038/2019

14.05.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3038/2019 14.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi X1 və vəkili xxx oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 yanvar 2019-cu il tarixli, 2(103)-1380/2019 saylı qətnaməsindən İddiaçı və vəkili xxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(005)-702/2018 saylı qət naməsi ilə (sədrlik edən, hakim F.V.Abdıyev) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xxxx MMC və “xxxx” MMC qarşı “rabitə qurğusunun (telefon kabelinin, telefon dirəyinin və rabitə dolabının) mülkiyyətində olan torpaq sahəsindən və torpaq sahəsinin hasarından çıxarılması” barədə iddiası qismən təmin edilərək, cavabdeh xxxx MMC məxsus rabitə qurğusunun (telefon kabelinin və telefon dirəyinin) iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, xxx küçəsində yerləşən 10 saylı sahədən çıxarılması və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Tərəflər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 yanvar 2019-cu il tarixli, 2(103)-1380/2019 saylı qətnaməsi i lə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) cavabdeh xxxx MMC apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsinə dəyişiklik edilərək, cavabdeh xxxx MMC məxsus rabitə qurğusunun (telefon kabelinin və telefon dirəyinin) iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən sahəsi 0,1022 ha olan torpq sahəsindən iddiaçının öz hesabına çıxarılması və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən, iddiaçının apellyasiya şikayətinin təmin edilmədən saxlanılması qət olunmuşdur. İddiaçı və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilatlara qarşı “rabitə qurğusunun (telefon kabelinin, telefon dirəyinin və rabitə dolabının) mülkiyyətində olan torpaq sahəsindən və torpaq sahəsinin hasarından çıxarılması” barədə iddia qaldıraraq “xxxx” MMC məxsus rabitə qurğusunun (telefon kabelinin və telefon dirəyinin), “xxxx” MMC məxsus rabitə qurğusunun (mülkiyyətində olan torpaq sahəsinin hasarına quraşdırılmış rabitə dolabının) Bakı şəhəri, Nərimanov rayonu, xxx küçəsi, mülkiyyətində olan 0,1022 ha torpaq sahəsindən və torpaq sahəsinin hasarından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nət icəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin bütövlükdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh xxxx MMC kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı nümayəndəsi xxx və vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. İddiaçı, cavabdehlər xxxx MMC və “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilmələdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməs i birinci instansiya məhkəməsinin qətnaməsinə qismən dəyişiklik edib, qalan mübahisələndirilən hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, cavabdeh xxxx MMC məxsus rabitə qurğusunun (telefon kabelinin və telefon dirəyinin) iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşməsinə, həmin rabitə qurğusunun torpaq sahəsindən çıxarılmasını qət etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə, lakin həmin qurğunun iddiaçının vəsaiti hesabına çıxarılmasını göstərməməklə düzgün nəticəyə gəlməməsinə, çünki qeyd olunan qurğunun quraşdırılması zamanı yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasının mülki iş materialları ilə istisna edilməsinə, torpaq sahəsi üzərində yerləşən evə iddiaçı mülkiyyət hüququ əldə edərkən qeyd olunan həmin qurğunun torpaq sahəsində mövc ud olmasına və əvvəllər olduğu kimi cavabdeh tərəfin bu qurğulardan istifadə etdikləri 10 ilə yaxın müddətdə iddiaçının bunu görüb qəbul etməsinə istinad etmiş və hüquqi mövqeyini “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35.1, 35.2, 46.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, 27 sentyabr 1989-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, xxx küçəsi, mülkiyyətdə olan 0,1022 ha t orpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 335,1 kv.metr, yaşayış sahəsi 140,3 kv.metr, köməkçi sahəsi 139 kv.metr olan 10 saylı fərdi yaşayış evi Rəfail Hacıyevin mülkiyyətində olmuş, sonuncu həmin evi 18 yanvar 2008-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 764.700 manata İddiaçı satmışdır; 23 fevral 2008-ci il tarixli Çıxarışa əsasən həmin ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır; 16 noyabr 2016-cı il tarixdə qeydiyyat orqanı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, xxx küçəsi, 10 saylı saylı sahədə yerləşən 0,1022 ha torpq sahəsinə dair İddiaçı adına Çıxarış verilmişdir; “xxxx” MMC İddiaçı ünvanladığı 24 oktyabr 2017-ci il tarixli məktubda göstərilir ki, “xxxx” MMC məxsus rabitə qu rğuları onun mülkiyyətində olan əmlakda deyil, Bakı şəhəri, Nərimanov rayonu, xxx küçəsinin səkisində yerləşir və Bakı şəhərində rabitə qurğularının tikintisi Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmaqla təsdiq edilmiş layihə əsasında həyata keçirilmişdir və hər bir qurğunun yeri dəqiq müəyyən edilmişdir; “xxxx” MMC İddiaçı ünvanladığı digər 14 noyabr 2017-ci il tarixli məktubda göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli, 227 saylı qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların mühafizəsi haqqında” Qaydalara əsasən yeraltı telefon kabel- kanalizasiya qurğularına paralel olaraq hər iki tərəfə ən azı 2 metr məsafədə torpaq sahəsi telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların mühafizə zonası hesab edi lir və mühafizə zonasında tikinti işlərinin aparılması qadağandır; Məhkəmə tikinti-texniki ekspertizasının 03 avqust 2018-ci il tarixli rəyi ilə müəyyən olunur ki, xxxx MMC məxsus telefon dirəyinin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, xxx küçəsində yerləşən 0,1022 ha torpaq sahəsinin üzərində yerləşdiyi müəyyən olunur. Lakin, İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşən telefon dirəyənin quraşdırıldığı tarix barəsində Reyestr Xidmətinin elektron bazasında məlumat olmadığından, göstərilən məsələnin həlli ilə bağlı tədqiqat aparılmamışdır. “xxxx” MMC təqdim etdiyi 14 fevral 2018-ci il tarixli arayışa görə, Bakı şəhəri, Nərimanov rayonu, xxx küçəsinin səkisində “xxxx” MMC məxsus 9 saylı rabitə dolabı (şkafı) yerləşir. Hazırda qeyd olunan rabitə dolabı (şkafı) ilə 171 abunəçiyə telefon və 97 abunəçiyə internet xidməti göstərilir. 800 abunə tutumuna malik olan 9 saylı rabitə dolabı (şkafı) 2002-ci ildə quraşdırılaraq istismara verilmişdir. Birinci instansiya məhkəməsində tərəflərin iştirakı ilə yerində müayinə zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi üzərində olan fərdi yaşayış evi sökülmüş və söküntülərin qalıqları həmin sahədə qalmışdır və sahə hasarlanmışdır. xxxx MMC məxsus 1 ədəd rabitə qurğusu (telefon kabeli və telefon dirəyi) həmin sahədə, hasarın hüdudlarında yerləşir. “xxxx” MMC məxsus rabitə qurğusu (rabitə dolabı) isə bu sahənin sərhədlərindən kənarda yerləşir. Rabitə dolabı həmin sahəyə avtomobil yolu tərəfdən olan giriş qapısı ilə üzbəüz duranda sağda, hasarın çöl tərəfində yerləşir, hasara quraşdırılmayıb, hasarla rabitə d olabı arasında çox az məsafə (hündürlüyündən asılı olaraq 2-7 sm) var, lakin dolab hasara toxunmur. Göründüyü kimi xxxx MMC məxsus 1 ədəd rabitə qurğusunun (telefon kabeli və telefon dirəyinin) bilavasitə iddiaçının mülkiyyətində olan 0,1022 ha torpaq sahəsinin sərhədləri daxilində, “xxxx” MMC məxsus rabitə qurğusunun (rabitə dolabının) isə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hasarına çox az məsafədə yerləşməsi (birinci instansiya məhkəməsinin yerli baxış protokoluna görə bu məsafə 2-7 sm-dir) işin mübahisə olunmayan hallarıdır. Cavabdehlər özləri də bu faktı iddia tələbinə etiraz ərizəsində, apellyasiya şikayətində inkar etməmişlər. Apellyasiya instansiyası məhkəməsi yalnız “xxxx” MMC təqdim etdiyi arayışa istinad edib, həmin Cəmiyyətə məxsus 9 saylı rabitə dolabının (şkafın) 2002-ci ildə quraşdırılaraq istismara verildiyini, rabitə qurğusunun (rabitə dolabının) iddiaçının mülkiyyətində olan 0,1022 ha torpaq sahəsinin hasarının hüdudlarından kənarda yerləşdiyini, onun hasarına toxunmadığını, xxxx MMC məxsus 1 ədəd rabitə qurğusunun (telefon kabeli və telefon dirəyinin) isə bilavasitə iddiaçının mülkiyyətində olan 0,1022 ha torpaq sahəsinin üzərində yerləşməsini qeyd edib, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ sonradan əmələ gəldiyinə görə, iddia tələbinin bütövlükdə təmin edilməsi üçün əsasların müəyyən edilməməsi qənaətinə gəlsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən m üdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV bəndlərinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 138.1-ci maddəsinə əsasən, əşyanın yüklülüyü- qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə, hüququn yüklülüyü-qanun və əqd əsasında mülki hüquqların və ya tələblərin hər hansı formada məhdudlaşdırılmasıdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, Azərbaycan Respublik asında mülkiyyətin toxunulmaz olmaqla dövlət tərəfindən müdafiə edilməsinə, məhkəmənin qərarı olmadan qanunla qorunan mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdaramasının yolverilməz olmasına və dövlətin ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilməsinə, iddiaçının 0,1022 ha torpaq sahəsini 18 yanvar 2008-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən əldə etməsinə və müqavilənin şərtlərinə görə onun torpaq sahəsinə mülkiyyət hüququnun hər hansı formada, yəni cavabdeh tərəfin istifadə hüququ ilə məhdudlaşdırılmamasına, belə bir məhdudlaşdırılmanın dövlət qeydiyyatına alınmamasına və beləliklə də iddiaçının yüklülükdən tamamilə azad torpaq sahəsini satın almasına diqqət yetirmədə n, xxxx MMC məxsus rabitə qurğusunun (telefon kabelinin və telefon dirəyinin) iddiaçının mülkiyyətində olan 0,1022 ha torpaq sahəsindən sonuncunun öz hesabına çıxarılmasını qət etməklə səhv nəticəyə gəlmişdir. Halbuki, Mülki Məcəllənin 139-1.1.1-139-1.1.12-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin konkret əsasları müəyyən edilib göstərilmişdir. Həmin Məcəllənin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmçinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən, sənaye, rabitə, nəqliyyat, ticarət, icti mai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar saylır. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndində göstərilir ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təmin vermir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, mübahisəli rabitə qurğusunun yerləşdiyi torpaq sahəsinin rabitə təyinatlı torpaq sahəsi hesab edilməməsinə əhəmiyyət vermədən, yalnız iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun sonradan əmələ gəlməsini əsas tutub xxxx MMC məxsus rabitə qurğusunun (telefon kabelinin və telefon dirəyinin) 0,1022 ha torpaq s ahəsindən iddiaçının vəsaiti hesabına çıxarılması nəticəsinə gəlməklə, əslində iddiaçının üzərinə qanınsuz öhdəlik qoymuşdur. Halbuki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, torpaq sahəsinin xxxx MMC qanuni sahibliyində olması mülki iş materialları ilə təsdiq edilmədiyi üçün, rabitə qurğularının zədələnməsinin qarşısını almaq məqsədilə məftilli hava xətləri üçün yan naqillərə paralel olaraq hər iki tərəfə 2 metr məsafədə torpaq sahəsi mühafizə zonaları kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hesabına saxlanıla və həmin rabitə qurğusunun köçürülməsi iddiaçının vəsaiti hesabına hə yata keçirilə bilməz. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdeh “xxxx” MMC qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, əvvəla “xxxx” MMC Bakı şəhərində rabitə qurğularının tikintisinin Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmaqla təsdiq edilmiş layihə əsasında həyata keçirildiyini və hər bir qurğunun yerinin layihədə dəqiq müəyyən edildiyini göstərsə də, işdə, bu barədə heç bir mötəbər yazılı sübut yoxdur. İşə əlavə edilmiş digər texniki sənədlər isə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamaqla yalnız “xxxx” MMC özü tərəfindən təsdiq edilmişdir (iş vərəq 3035, 48). Apellyasiya instansiyası məhkəməsi Bakı şəhə ri, Nərimanov rayonu, xxx küçəsinin səkisində “xxxx” MMC məxsus 9 saylı rabitə dolabının (şkafın) quraşdırılmasına əsas olmuş sənədlərin surətlərini məhkəməyə təqdim etməyi Cəyiyyətə təklif etmədən, həmin sənədləri məhkəmə iclasında tədqiq edib onlara baxış keçirmədən, heç bir mötəbər yazılı sübut olmadığı halda rabitə dolabının (şkafın) 2002-ci ildə quraşdırılaraq istismara verilməsi qənatinə gəlmişdir. Halbuki, MPM-nin 77.3-cü maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Bundan başqa “xxxx” MMC məxsus rabitə qurğusu (rabitə dolabı) iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilində yerləşməsə də, həmin torpaq sahəsinin hasarına 2-7 sm məsafədə quraşdırılmışdır. Apellyasiya instansiyası məhkəməsi sözügedən rabitə qurğusunun (rabitə dolabının) iddiaçının mülkiyyətində olan torpaq sahəsinə olduqca yaxın məsafədə yerləşməsinə əhəmiyyət vermədən, zərurət yarandığı halda iş üzrə müvafiq ekspertiza keçirib qeyd olunan rabitə qurğusunun (rabitə dolabının) Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış layihə əsasında həmin əraziyə qoyulub-qoyulmamasına dair əsaslandırmış rəy almadan, bu barədə işə əlavə edilmiş sübutlara obyektiv hüquqi qiymət vermədən, yalnız işin nəticəsində maraqlı olan “xxxx” MMC təqdim etdiyi sənədlərə, arayışlara istinad edərək mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mü lahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edi r ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, mübahisəyə maddi, prosessual hüquq normalarının düzgün tətbiq edilməsi təmin edilməklə, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı və vəkili xxx oğl unun kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 yanvar 2019-cu il tarixli, 2(103)1380/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar