Məhkəmə qərarları › İş №2(102)-3039/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3039/2025

27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3039/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: xidmət haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3419/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin h alları

1. Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi ev 7 “B”, mənzil 50 Cavabdeh xüsusi mülkiyyətindədir və mənzilin ümumi sahəsi 192,6 kv.m təşkil edir. 2. "xxxx" MMMC-nin 02 dekabr 2019-cu il və 03 dekabr 2022-ci il tarixli, 06 nömrəli protokollarının surətindən görünür ki, Cəmiyyət çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini müəyyən edilməsi, hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqlarının miqdarının müəyyən edilməsi məsələlərinə cavabdehdir. Hər kvadrat metr üzrə ödəniş haqqı 0,75 manat təşkil edir və 4 otaqlı mənzil üçün 158 manat təşkil edir. 3. "xxxx" MMMC tərəfindən təqdim olunmuş maliyyə arayışında qeyd edilir ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 25 saylı evin, 50 saylı mənzilinin sahibi Cavabdeh Cəmiyyətin xx.xx.2019-cu il tarixli, 02 saylı təsis yığıncağının protokoluna əsasən, aylıq kommunal xidmət haqqının məbləği 192 manat və xx.xx.2022-ci il tarixli, 06 saylı təsis yığıncağının protokoluna əsasən aylıq kommunal xidmət haqqının məbləği 158 manat təyin edilməsinə baxmayaraq, sentyabr-dekabr 2020-ci il və yanvar-dekabr 2021-ci il üzrə aylıq 50 manatdan, cəmi 800 manat ödəniş etmişdir. Cavabdeh "xxxx" MMMC-nə xx.xx.2025-ci il tarixə 10.220 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" MMMC (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.220 manatın, ödənilmiş dövlət rüsumuna görə 120 manatın, vək ilə görə ödənilmiş 100 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 25 saylı evin 50 saylı mənzili iddiaçının mülkiyyətindədir. Cavabdehin təsis yığıncağının xx.xx.2019-cu il tarixli, 02 saylı protokoluna əsasən, aylıq kommunal xidmət haqqının məbləği 192 manat və xx.xx.2022-ci il tarixli, 06 saylı protokoluna əsasən kommunal xidmət haqqının məbləği 158 manat olaraq təyin edilməsinə baxmayaraq, mənzilin mülkiyyətçisi olan cavabdeh ödəniş öhdəliklərini tam yerinə yetirməmiş, 2020-ci il sentyabr-dekabr və 2021-ci il yanvar-dekabr ayları üzrə yalnız 800 manat ödəniş etmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixədək cavabdehin iddiaçıya 10.220 manat borcu yaranmışdır.

6. Cavabdeh, məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazda qeyd etmişdir ki, tərəflər arasında müvafiq xidmətlərə dair 01 sentyabr 2020-ci il tarixli müqavilə bağlanılmış və həmin müqavilə ilə xidmət haqqı 50 manat müəyyən edilmişdir. Lakin, iddiaçı sanki həmin müqavilə yoxmuş kimi hazırkı iddia tələbini irəli sürmüş, müqaviləni iddia ərizəsinə əlavə etməmiş və ona istinad etməmişdir. Halbuki, hazırkı ərizəyə əlavə etdiyi və iddiaçı ilə bağlanmış həmin müqavilə ilə təsdiq edilir ki, aralarında bağlanmış müqavilə ilə müvafiq xidmət haqqı hər ay üçün 50 manat müəyyən edilmiş və müqavilə şərtlərinə uyğun ödənilmişdir. Belə ki, iddiaçının özünün də iddia ərzəsinə əlavə etdiyi kassa mədaxil orderlərindən mübahisəsiz qaydada görünür ki, 19 oktyabr tarixdə sentyabr-dekabr ayları yəni 4 ay üçün 200 manat, 26 may 2021-ci il tarixli kassa mədaxil orderi əsasında yanvariyun, yəni 6 ay üçün 300 manat, 28 yanvar 2022-ci il tarixində iyul-dekabr, yəni 6 ay üçün 300 manat ödənilmişdir. Beləliklə 28 yanvar 2022-ci il tarixədək həmin müqavilə ilə müəyyən edilmiş həcmdə ödənişlər ödənilmiş, haqqın hər ay üçün 50 manat olması iddiaçı tərəfindən qəbul edilmiş və hətta 28 yanvar 2022-ci il tarixli kassa mədaxil orderində iddiaçının özü tərəfindən “ayı 50 manat” qeydi də aparılmışdır. Beləliklə, yalnız müqaviləni imzalamaqla deyil, həmçinin onun şərtlərinə uyğun ödənişləri qəbul etməklə iddiaçı müqaviləni qəbul etmişdir. Bundan başqa, iddiaçı xx.xx.2019-cu il və xx.xx.2022-ci il tarixlərdə cavabdehin təsis yığıncağının keçirildiyini qeyd etsə də, həmin iclas barədə qanunla nəzərdə tutulmuş formada və ya digər həy hansı formada mənzil mülkiyyətçisi kimi ona məlumat verməmiş və buna görə də məlumat verilməsi barədə hər hansı sənədi iddia ərizəsinə əlavə edə bilməmişdir. Bununla yanaşı, iddiaçı xx.xx.2019-cu il tarixi protokolda 95 sahə mülkiyyətçisinin, xx.xx.2022-ci il tarixli protokolda isə 61 sahə mülkiyyətçisinin iştirak etdiyini qeyd etsə də, neçə sahə mülkiyyətçisinin olduğu, iştirak edən mülkiyyətçilərin kimliyi, həqiqətən də onların iştirakını təsdiq edən hər hansı sənəd əlavə etməmiş, beləliklə də yetər sayın olub-olmadığı, həqiqətən də qeyd edilən sayda mülkiyyətçinin iştiak etməsi öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçı eyni ünvanda eyni həyətdə, bir-birilə kommersiya təyinatlı yeraltı qaraj vastəsilə də birləşmiş olan qoşa (iki) bina inşa etmiş, həmin binalardan birində əsasən sakinlər yaşasa da digəri biznes məqsədi ilə ofis kimi istifadə üçün səfirliklərə və digər qurumlara icarəyə verilmişdir. Qoşa iki binanın inşa edilməsi bu ərizəyə əlavə edilən xx.xx.2013-cü il tarixli, 137 saylı sərəncamla təsdq edilmiş dövlət qəbul komissiyasının aktının surəti əlavə olunur. Belə olan halda protokolda sayı qeyd edilmiş sahə mükiyyətçilərinin hər iki binanın sakinləri olması və ya birinin olması, qərarın hər iki bina ilə, eləcə də yeraltı qarajla bağlı olubolmadığı da aydın deyildir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi olduğu binada təqribən 64 mənzil olduğu halda, xx.xx.2019 tarixi protokola əsasən iclasda 95 mənzil mülkiyyətçisinin iştirak etməsi ziddiyyət və sual yaradır.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 9 aprel 2025-ci il tarixli, e-2(009) -827/2025 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddianın qismən təmin edilərək, cavabdehdən 5.688 manatın tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, hazırkı tələb vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələb olduğundan 2022-ci ilin fevral ayından 2025-ci ilin fevral ayına kimi son 3 il üçün cavabdeh tərəfindən yerinə yetirilməyən ödəniş məbləği 158 manatdan hesablanmaqla, cəmi 5.688 manat cavabdehdən tutulmalıdır.

9. Məhkəmə daha sonra qeyd etmişdir ki, iş materiallarında olan 25 fevral 2025-ci il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün Yusif Allahverdiyev və Partnyorları Vəkil Bürosunun hesabına 100 manat məbləğində ödəniş edilmişdir. Odur ki, iddia tələbi qismən təmin edildiyindən həmin m əbləğin 50 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.3, 119.1, 122.1.3, 135.1, 136.2, 137.4, 137.6-ci, Mülki Məcəllənin 372.1, 373.3, 375.2-ci, habelə MPM-in 14.2, 77.1, 88, 107, 115.0.6, 119.1, 121.1, 216-220 və 222.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehdeh öz öhdəliklerini tam yerinə yetirməmiş, 2020-ci il sentyabr-dekabr və 2021-ci il yanvar-dekabr ayları üzrə yalnz 800 manat ö dəniş etmişdir. Digər ödənişlərlə bağlı iddiaçı tərəfindən cavabdehə vaxt verilmiş, lakin cavabdeh yenə də öz üzərinə düşən öhdəliklərini icra etməmişdir. Buna görə də hesab edir ki, iddia müddəti hesablanarkən mövcud vəziyyət Mülki Məcəllənin 377.2-ci maddəsi ilə deyil, 377.3-cü maddəsi ilə tənzimlənməlidir. İş materiallarında olan kassa mədaxil orderlərindən görünür ki, cavabdeh iddiaçıya 19 oktyabr 2020-ci ildə, 26 may 2021-ci ildə və 28 yanvar 2022-ci ildə ödənişlər etmiş, bununla da borcunu etiraf etmişdir.

13. Eyni zamanda, cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mənz ilin “pod mayak” vəziyyətdə, yəni ümumiyyətlə yaşayış üçün hazır vəziyyətdə olmadığını, mənzildə heç bir kommunal xəttin istifadəyə hazır vəziyyətdə olmadığını və cavabdehin heç vaxt yaşamadığını, eyni zamanda iddiaçının binanın saxlanması ilə bağlı illik 312.000 manat, aylıq xərc 26.000 manat xərcin müəyyən edildiyini və kommunal haqqın da ona əsasən müəyyən ediliyini iddia etməsi, lakin həmin məbləğinin bir manatının belə real olaraq çəkildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini nəzərə almamş və bununla da qanunvericliyin tələblərini pozmuşdur. Həmçinin, o, iddiaçının üzvü olmamış, onlar arasında münasibətlər xx.xx.2020-ci il tarixli müqavilə ilə tənzimlənmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 iyun 2025-ci il tarixli, 2(103)3419/2025 saylı q ətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən, məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-827/2025 nömrəli iş üzrə 9 aprel 2025ci il tarixli qətnaməsi 5.688 manatın tutulub iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmiş, 5.200,20 manatın cavabdehdən tutulub iddiaçıya ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kommunal xidmətlərə görə ödəməli olduğu haqqı tam olaraq ödəməkdən yayınaraq, mənzil qanunvericiliyi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ancaq hazırkı tələb vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələb olduğundan, cavabdeh tərəfindən yerinə ye tirilməyən ödəniş məbləği yalnız son üç il üçün - 2022-ci ilin fevral ayından 2025ci ilin fevral ayına kimi tutula bilər. Birinci instansiya məhkəməsi cavabdehdən hər ay üçün 158 manat olmaqla, 36 ay üçün 5.688 manat ödənilməmiş kommunal borcu tutmuşdur.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməkdə haqlı olsa da, tutulan məbləğdə səhvə yol vermişdir. Belə ki, məhkəmə hər ay üçün 158 manat hesablamışdır, halbuki, cavabdehin mənzili 192,6 m2 ümumi sahəyə malikdir, ümumi yığıncağın xx.xx.2022-ci il tarixli, 06 saylı protokoluna əsasən isə hər kvadrat metr üçün 0,75 manat kommunal haqq müəyyən olunmuşdur. Bu isə o, deməkdir ki, cavabdehin ödəməli olduğu kommunal haqq bir ay üçün 144,45 manat (192,6x0,75), üç il üçün isə 5.200,2 manat (14 4,45x36) təşkil edir. Ona görə də qətnamə ilə cavabdehdən tutulan kommunal borcun məbləği dəyişdirilərək, 5.200,2 manat müəyyən olunmalıdır.

18. Cavabdehin apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəla tərəflər arasındakı xx.xx.2020-ci il tarixli müqavilənin müddəti 4 ay – xx.xx.2021-ci ilədək müəyyən olunmuş və sonradan da müqavilənin uzadılması ilə bağlı tərəflərin biri-birinə müraciəti olmamışdır. Müqavilənin özündə isə onun avtomotik uzadılması barədə şərt nəzərdə tutulmamışdır. Belə olan vəziyyətdə həmin müqavilə xx.xx.2021-ci il tarixdə qüvvədən düşmüş hesab olunur və cavabdehin hazırda həmin müqaviləyə istinad etməklə aylıq kommunal haqqın 50 manat olması barədə istinadının heç bir əsası yoxdur.

19. Məhkəmə kollegiyası daha sonra qeyd et mişdir ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, adından da göründüyü kimi, bina sakinləri tərəfindən təsis və idarə olunur, yəni belə cəmiyyətin qəbul etdiyi qərar, nə qədər ki, mübahisələndirlməyib, bina sakinlərinin iradəsini ifadə etməklə, icrası məcburidir. Qəbul olunan qərardan narazı qalan sakin (cəmiyyətin üzvü olub-olmamasından asılı olmayaraq) onu məhkəmə qaydasında mübahisələndirə bilər. Həmçinin sakinlər yığılan vəsaitin xərclənməsinin hesabatını da tələb edə bilərlər.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29, 119, 122, 135, 136, 137-ci, Mülki Məcəllənin 372, 373, 375-ci, habelə MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı et irazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən - iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti, apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin həmin 01 sentyabr 2020-ci il müqaviləni deyil, iddiaçının qərarını əsas götürməsi və bu zaman cavabdehin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmadığını və cavabdehin üzv olması barədə hər hansı sübutun təqdim edilmədiyini, bu halın mübahisə belə edilmədiyini nəzərə almaması, Mənzil Məcəlləsinin 137.5-ci maddəsinin tələblərinə və Azərb acan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 dekabr 2015-ci il tarixli qərarına zidd olmuşdur. Eləcə də apelyasiya məhkəməsi əsassız varlanma ilə bağlı maddi hüquq normalarının, həm də Konstitusiya Məhkəməsinin Plenumunun 29 dekabr 2015-ci il tarixli qərarının tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

24. Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır.

25. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.

26. Maddə 122.1.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək hüququ vardır.

27. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

28. Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; mənzil tikinti kooperativi üzvləri üçün - mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan.

29. Maddə 136.2. Çoxmənzilli binanı n yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq.

30. Maddə 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir.

31. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyacl arını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər.

32. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 372.1. Başq a şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

34. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

35. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

36. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halla rı araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

45. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

46. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

47. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, cavabdeh kommunal xidmətlərə görə ödəməli olduğu haqqı tam olaraq ödəməkdən yayınaraq, mənzil qanunvericiliyi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ancaq hazırkı tələb vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələb olduğundan, cavabdeh tərəfindən yerinə yetirilməyən ödəniş məbləği yalnız son üç il üçün - 2022-ci ilin fevral ayından 2025ci ilin fevra l ayına kimi tutula bilər. Birinci instansiya məhkəməsi cavabdehdən hər ay üçün 158 manat olmaqla, 36 ay üçün 5.688 manat ödənilməmiş kommunal borcu tutmuşdur.

48. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməkdə haqlı olsa da, tutulan məbləğdə səhvə yol vermişdir. Belə ki, məhkəmə hər ay üçün 158 manat hesablamışdır, halbuki, cavabdehin mənzili 192,6 m2 ümumi sahəyə malikdir, ümumi yığıncağın xx.xx.2022-ci il tarixli, 06 saylı protokoluna əsasən isə hər kvadrat metr üçün 0,75 manat kommunal haqq müəyyən olunmuşdur. Bu isə o, deməkdir ki, cavabdehin ödəməli olduğu kommunal haqq bir ay üçün 144,45 manat (192,6x0,75), üç il üçün isə 5.200,2 manat (144,45x36) təşkil edir. Ona görə də qətnamə ilə cavabdehdən tutulan kommunal borcu n məbləği dəyişdirilərək, 5.200,2 manat müəyyən olunmalıdır.

49. Cavabdehin apelyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əvvəla tərəflər arasındakı xx.xx.2020-ci il tarixli müqavilənin müddəti 4 ay – xx.xx.2021-ci ilədək müəyyən olunmuş və sonradan da müqavilənin uzadılması ilə bağlı tərəflərin biri-birinə müraciəti olmamışdır. Müqavilənin özündə isə onun avtomotik uzadılması barədə şərt nəzərdə tutulmamışdır. Belə olan vəziyyətdə həmin müqavilə xx.xx.2021-ci il tarixdə qüvvədən düşmüş hesab olunur və cavabdehin hazırda həmin müqaviləyə istinad etməklə aylıq kommunal haqqın 50 manat olması barədə istinadının heç bir əsası yoxdur.

50. Apellyasiya instansiyası məhkəməsi, daha sonra qeyd etmişdir ki, mənzil mülkiyyətçilərinin müştərək cəm iyyəti, adından da göründüyü kimi, bina sakinləri tərəfindən təsis və idarə olunur, yəni belə cəmiyyətin qəbul etdiyi qərar, nə qədər ki, mübahisələndirlməyib, bina sakinlərinin iradəsini ifadə etməklə, icrası məcburidir. Qəbul olunan qərardan narazı qalan sakin (cəmiyyətin üzvü olub-olmamasından asılı olmayaraq) onu məhkəmə qaydasında mübahisələndirə bilər. Həmçinin sakinlər yığılan vəsaitin xərclənməsinin hesabatını da tələb edə bilərlər.

51. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 iyun 2025-ci il tarixli, 2(103)-3419/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə m

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar