Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-304/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cəfərova (Şirinova) Fəxriyyə İsrafil qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-304/21 (Açar sözlər: istifadə hüququnun tanınması, evə köçürülmə) Bakı şəhəri, 22 fevral 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili İsayeva Xalidə İsa qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı «evə istifadə hüququnun tanınması v ə azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülmə» tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(104)3967/2019 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəmkir şəhəri, Abil İsmayılov küçəsi, 45 saylı fərdi yaşayış evi hazırda cavabdehlərin mülkiyyətindədir.
2. İddiaçı Cavabdeh1 ilə xx.xx.2007-ci il tarixdə faktiki, xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş və həmin vaxt rəsmi qeydə alınmayan ünvan 1 saylı fərdi yaşayış evinə köçmüşdür.
3. İddiaçının Cavabdeh1la birgə nikahından xx.xx.2009 və xx.xx.2012-ci il təvəllüdlü Zəka adlı iki uşaqları var. a) Birinci instansiya məhkəməsind ə icraat
4. İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehlərin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması və azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, İddiaçı Cavabdeh1la evləndikləri vaxt cavabdehlərin faktiki istifadəsində olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyalarını da həmin evin ikinci mərtəbəsinə yığmışdır.
6. Hazırda iddiaçıya məxsus olan cehiz əşyaları həmin evdədir. İddiaçı gəlin köçdükdən sonra evdə ərinin vəsaiti hesabına təmir-tikinti işləri aparılmış, evin dam örtüyü, qapı və pəncərələri, həmçinin divar kağızları də yişdirilmiş, köhnə talvar sökülərək yenisi inşa edilmiş, yeni darvaza qoyulmuşdur.
7. Ustalara ailə üzvü olaraq iddiaçı da qulluq etmişdir. 2012-ci ildə evə mülkiyyət hüququna dair çıxarış alınmışdır və əri Vasif də evin paylı mülkiyyətçilərindəndir.
8. İddiaçı 2019-cu ilin yanvar ayına kimi qeyd edilən evdə yaşayıb. 9. 2019-cu ilin yanvarından isə iddiaçını uşaqları ilə birgə evdən qovublar. İddiaçı hazırda uşaqları ilə atasıgildə yaşayır. Ata evində uşaqları saxlamaq iddiaçıya çətindir.
10. Dəfərlərlə evə qayıtmaq istəsə də cavabdehlər buna imkan verməmişlər.
11. İddiaçı tələbinin hüquqi əsası kimi Mənzil Məcəlləsinin 123-cü maddəsinə istinad etmişdir.
12. Şəmkir Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(076)-2012/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. (hakim Könül Məmmədov)
13. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2007-ci il tarixdə faktiki olaraq evlənmiş, xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2009-cu ildə Fəxriyyə və xx.xx.2012-ci ildə Zəka adlı iki uşaqları olmuşdur.
14. İddiaçı evləndikləri vaxt cavabdehlərin faktiki istifadəsində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyaları da həmin evə yığılmış, hazırda da iddiaçının cehiz əmlakı həmin evdədir. İddiaçı gəlin köçdükdən sonra evdə təmir-tikinti işləri aparılıb.
15. Mübahisəli evə mülkiyyət hüququna dair 2012-ci ildə çıxarış alınmışdır və çıxarışa əsasən Cavabdeh1 da evin paylı mülkiyyətçilərindən biridir.
16. Birinci instansiya məhkəməs i onu da müəyyən edib ki, iddiaçı evə köçən zaman ailə üzvü kimi qəbul edilmiş, cavabdehlər onun mübahisəli evdə yaşamasına etiraz etməmiş, onlar ayrıldıqları vaxtadək təsərrüfatı birgə idarə etmişlər.
17. Birinci instansiya məhkəməsi mübahisəli evlə bağlı tərəflər arasında hüquq münasibətlərinin xx xxxxxxx 2009-cu ilədək yaranmasını müəyyən edərək, mübahisəyə həmin vaxt tətbiq edilən Mənzil Məcəlləsinin normalarının tətbiq edilməli olmasını qeyd etmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisəli evdə uzun müddət yaşaması və cavabdehlərlə birgə ümumi təsərrüfat aparması istisna edilmir və iddiaçı daimi yaşadığı evdən könüllü, hansısa niyyətini həyata keçirmək üçün deyil, mübahisə və narazılığın psixoloji təzyiqi altında çıxmışdır.
19. Birinci instansiya məhk əməsi iddiaçının mübahisəli evdə uzun müddət fasiləsiz olaraq yaşamasını, iddiaçının həmin evi özünün daimi yaşayış yeri hesab etməsini təsdiq edən hal kimi qiymətləndirmişdir.
20. Birinci instansiya məhkəməsi hesab edib ki, iddiaçının müəyyən müddətə məcburiyyət qarşısında mübahisəli evdən çıxıb atasının evində məskunlaşması onun daimi yaşamaq üçün köçüb yaşadığı mübahisəli fərdi yaşayış evinə olan hüquqlarının itirilməsi üçün əsas ola bilməz.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43, Mülki Məcəllənin 27.1-27.3, 139.1, 139.3, Mənzil Məcəlləsinin (1982-ci il) 53, 54, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti v erib.
23. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
24. Belə ki, iddiaçının evə köçürülməsi mülkiyyətçi kimi onun hüquqlarını pozur. Bundan başqa, iddiaçı yalan məlumat verərək bildirmişdir ki, evdə ərinin hesabına təmir tikinti işləri aparılmışdır. Hansı ki, iddiaçı gəlin gəldikdən sonra heç bir tikinti işləri aparılmamışdır.
25. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2019-cu il tarixli 2(104)-3967/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Şəmkir rayon məhkəməsinin 29 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İspəndiyar Şəfiyev (sədrlik edən və məruzəçi), Rəşad Mamedov, Afiq Hüseynzadə)
26. Apellyasiya məhkəməsi müəyyən etm işdir ki, İddiaçı evləndikləri vaxt cavabdehlərin faktiki istifadəsində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyaları da həmin evə yığılmışdır.
27. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə 2007-ci ildə köçdüyünü nəzərə alınaraq iddia tələbi xx xxxx 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən qanunun analogiyası üzrə həll olunmalıdır.
28. Apellyasiya məhkəməsi mənzilin hüquqi statusu ilə bağlı aparılan araşdırma zamanı müəyyən etmişdir ki, iddiaçının gəlin köçdüyü zaman cavabdehlərin yaşadığı ev rəsmi dövlət qeydiyyatından keçməmişdi və mülkiyyətdə deyildi.
29. Apellyasiya məhkəməsi qeyd edib ki, iddiaçı mübahisəl i evdən fasiləsiz istifadə etmiş, ümumi təsərrüfat aparmış, bununla da münasibətlərin yarandığı zaman qüvvədə olan mənzil qanunvericiliyin normalarına əsasən həmin evdən istifadə hüququ əldə etmişdir.
30. Apellyasiya məhkəməsi xüsusi olaraq vurğulayıb ki, «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1992-ci il tarixli 2 nömrəli Qərarının 7-ci bəndinin 7-ci abzasına əsasən ərin (arvadın) yaşayış sahəsinə hüququ haqqında mübahisəni həll edərkən məhkəmə işin konkret hallarını nəzərə almaqla kirayəçinin və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin əri (arvadı) mənzilə köçürülərkən etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı hallarda belə, yaşayış sahəsinə hüquqlarını tanıya bilər.
31. Apellyasiya məhkəməsi Mülki Məcəllənin əlavə olaraq Mənzil Məcəlləsinin 123, Mülki Prosessual Məcəllənin 13.4-cü maddələrinə də istinad edib. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh2 kassasiya şikayəti verib, qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti belə əsaslandırılıb ki, iddiaçının nikahı pozulub.
34. Sözü gedən ev tam olaraq Cavabdeh2 mülkiyyətindədir. Məhkəmə buna düzgün qiymət verməyib və yanlış nəticəyə gəlib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
35. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil ol muşdur. Etirazda kassasiya şikayətinin əsassız olmasına istinad edilmişdir. c) Kassasiya icraatı iştirakçılarının izahatları
36. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili İsayeva Xalidə İsa qızı kassasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdi.
37. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər, o cümlədən kassator məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi (1982-ci il) Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəx sləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sah əsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ail əüzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin ya randığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apell yasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə yalnız Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən, apellyasiya məhkəməsinin qətnaməsi Cavabdeh2 mübahisələndirdiyi hissədə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibət ini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh2 mübahisələndirdiyi hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
42. Tərəflər arasındakı münasibətlərin 2009-cu ilin 01 oktyabrınadək yaranmasına istinadən apellyasiya məhkəməsi tərəfindən qanunun analogiyası kimi 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin tətbiqini məhkəmə kollegiyası düzgün hesab edir.
43. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdə faktiki, xx.xx.2009-cu il tarixdə cavabdehlərdən Cavabdeh1la rəsmi nikaha girib, faktiki nikaha girdiyi həmin vaxtda da mübahisəli evə köçüb. Onun həmin evdə yerləşməsinə, yaşamasına cavabdehlər etiraz etməmiş, iddiaçının onlarla birgə təsərrüfat idarə etməsinə şərait yaratmışlar.
44. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş halları tətbiq edilən Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normalarının dispozitiv şərtləri baxımından iddianın təmin edilməsini istisna etmədiyi üçün apelyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh2 kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənləri və MP M-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2019-cu il tarixli 2(104)-3967/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.