Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3040/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(106)-2334/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh18 kassasiya şikayətini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Cavabdeh Cavabdeh18 Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2334/2021 nömrəli 14.10.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək (Vəkil), qətnamənin ləğv, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 202 2-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilməmiş və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Cavabdeh18 (vəkil) Vəkil Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2334/2021 saylı 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən təkrar kassasiya şikayəti və kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. (i.v.194, 199) Kassasiya şikayəti və müddətin bərpasına dair ərizə 02 mart 2022-ci ildə apellyasiya məhkəməsinə daxil olmuşdur. İş materiallarından görünür ki, Cavabdeh18 müddəti ötürməsini hesab edərək, müddətin bərpası barədə ərizə vermiş, apellyasiya instansiyası tərəfindən həmin ərizəyə münasibət bildirilməmişdir. Nəticədə kassasiya şikayəti müddətin bərpasına dair ərizəyə qiymət verilmədən kassasiya instansiyasına göndərilmişdir. Mülki Prosessual Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti icraata qəbul edilməməli və mülki iş müddətin bərpası barədə ərizəyə qiymət verilməsi, eləcə də kassasiya şikayəti ilə bağlı MPM-in 409-cu maddəsinin tələblərinə əməl edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 408-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-233 4/2021 saylı 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh18 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin, mülki iş müddətin bərpası barədə ərizəyə qiymət verilməsi, eləcə də kassasiya şikayəti ilə bağlı MPM-in 409-cu maddəsinin tələblərinə əməl edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3040/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-3040/2022
19.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver