Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-966/2023 29.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə Məmməd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ona məxsus mənzilin qapısının açılması və cavabdehin əşyaları ilə birlikdə ona məxsus mənzildən məcburi qaydada çıxarılması tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(030)-467/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 32 saylı evin 52 saylı mənzilin qapısının açılması və cavabdehin əşyaları ilə birlikdə ona məxsus mənzildən məhkəmə yolu ilə məcburi qaydada çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(030)-467/2022 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10 avqust 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********56-093018 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 32 saylı evin 52 saylı mənzilinin qapısının açılması, Cavabdeh və ona məxsus olan bir ədəd şifoner və 1 ədəd güzgülü şkafın İddiaçı mülkiyyətində olan Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 32 saylı evin 52 saylı mənzilindən çıxarılması, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və İddiaçı barədə xüsusi qərardadın çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Notariat ofisində 21 iyul 2022-ci il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 32 saylı evin 52 saylı mənzilini X1 almışdır. Alqı-satqı zamanı Cavabdeh həmin mənzildə əşyalarının olduğunu bilməmişdir. Alqı-satqıdan sonra mənzilin açarının Cavabdeh olduğunu bilmişdir. Şəhla Bayramova mənzilin açarını alıb verəcəyinə dair öhdəlik götürsə də, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Hal-hazırda cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Mənzili alan zaman həmin mənzildə cavabdehə məxsus yalnız bir ədəd şifoner və bir ədəd güzgülü şkaf olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, maddi və prosesual hüquq normalarının pozulması və düzgün tədbiq olunmaması ilə çıxarılmışdır. Ona görə də, qətnamə ləğv edilməli və xususi qərardad çıxarılaraq cinayət işi qaldırılması üçün prokurorluğa göndərilməlidir. Belə ki, o, 2011-ci ildə X8 tərəfindən qaçırılaraq Daşkəsən şəhəri İ.Qayıbov küçəsi ev 32 mənzil 52-yə gəlmişdir. Evə gələn zaman görmüşdür ki, həmin evdə İsmayılov Şahlar anası X9 və bacısı X10 ilə birgə yaşayır. 2012-ci ildə rəsmi qaydada nikaha girmişdir. 2012-ci ildə X6 və 2013-cü ildə X12 həmin evdə dünyaya gəliblər. 2014-cü ildə həmin evi mülkiyyətçidən alqı-satqı müqaviləsi ilə baldızı X4 adına almışlar. Sonuncu dəfə 2021-ci ildə rəsmi nihkahlarına xitam verilib. 2011-ci ildən bu günə kimi həmin mənzildə 2 azyaşlı qızları X6 və X12 ilə birgə yaşayır. Bu haqda məhkəməyə Daşkəsən şəhər Bələdiyyəsinin, Daşkəsən Şəhəri üzrə İcra nümayəndəsinin, Daşkəsən KMK-ın Daşkəsən şəhəri İ.Qayıbov 32 mənzil 52-də uşaqları ilə birlikdə yaşamağı barədə Arayışlar təqdim etmişdir. X18 2015-ci ildən başqa şəhərə ərə gedib. X7 və keçmiş həyat yoldaşı X25 şəhərinə yaşamaq üçün gediblər. Mənzilin mülkiyyətçisi olan baldızı İsmayılova Şəhla ona heç vaxt evdən çıxmaq barədə söz deməyib və xəbərdarlıq etməyib. 27 avqust 2022-ci il tarixdə o, evdə olmayanda İddiaçı adlı şəxs onun yaşadığı mənzilin qapısının qıfılını sındıraraq bir qrup şəxslə mənzilə daxil olub onun və uşaqlarının əşyalarını naməlum istiqamətə aparmışdır. Bu barədə DİNin 102 xidmətinə müraciət etmiş, polislər gəlib onları çətinliklə mənzildən çıxartmışlar. Cəfərov Rafıq iddia ərizəsində göstərmişdir ki, 1 saylı ASAN-xidmət mərkəzi Notariat ofisində 21 iyul 2022-ci il tarixli AN-1 ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 32 saylı evin 52 saylı mənzilini Bayramova (İsmayılova) Şəhla Şahmar qızından satın almışdır. O mənzil hələ alıcının mülkü deyil. Çünki satıcı tərəfindən alıcıya aktla təhvil verilməyib. Həmin mənzilin qapısının açarı ondadır və o, həmin mənzildə uşaqları ilə birlikdə yaşayır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə Məmməd oğlu apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdilər və qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisəli ünvandakı mənzili almamışdan əvvəl mülkiyyətçinin iştirakı ilə həmin mənzilə baxmış, mənzildə mülkiyyətçiyə məxsus bəzi əşyalar olmuş, mülkiyyətçi alqı-satqı müqaviləsi bağlandıqdan sonra bir ay müddətində özünə məxsus olan əşyaları həmin mənzildən çıxarıb boş vəziyyətdə ona təhvil verəcəyini bildirmiş, lakin müəyyən olunmuş müddət keçdikdən sonra ona məlum olmuşdur ki, həmin mənzilin açarı cavabdehdə də olmuşdur və mənzildə cavabdehə məxsus olan iddia ərizəsində göstərdi əşyalar vardır və cavabdeh həmin mənzili könüllü olaraq boşaltmaqdan imtina edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi və məhkəmə iclasında iştirak etmiş proses iştirakçılarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materallarında olan Daşkəsən Rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli 2(030)-39/2016 saylı qətnamənin surətindən görünür ki, ilk iddia təmin edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus ümumi dəyəri 300 manat olan cehiz əşyaları 1 ədəd yataq dəsti, 1 ədəd döşək, 1 ədəd yorğan və 2 ədəd balış ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 mülkiyyətində olan Daşkəsən şəhəri İ.Qayıbov küçəsi, 32 saylı evin 52 saylı mənzilindən çıxarılması, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X8 və cavabdeh (ilk iddia üzrə iddiaçı) X5 qarşı “X4 ona qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair xx.xx.2015-ci il tarixli iddiasının rədd edilməsi və birgə əmlakın bölünməsi tələbinə dair” qarşılıqlı iddia əsassız olduğundan təmin edilməmişdir. İş materiallarında olan Daşkəsən rayon İcra və probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 03 yanvar 2019-cu il tarixli qərarının surətindən görünür ki, 30 noyabr 2018ci ildə X16 ümumi dəyəri 300 manat olan bir ədəd yataq dəstini, bir ədəd döşəyi, bir ədəd yorğanı və 2 ədəd balıncı Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 32 saylı evin 52 saylı mənzilində çıxartmışdır. X16 özünə məxsus icra sənədində adları göstərilməyən bir ədəd termonu və bir ədəd şifoneri isə həmin mənzildə saxlamış, səbəbini isə icra sənədində ona məxsus ümumi dəyəri 300 manat olan bir ədəd yataq dəstinin çıxarılmasının göstərildiyini, həmin yataq dəsti dedikdə isə bir ədəd iki nəfərlik yataq çarpayısı və iki ədəd dolab başa düşüldüyünü bildirmişdir. X2 isə Daşkəsən Rayon Məhkəməsinin 2(030)-39/2016 saylı icra sənədində narazı qaldığı üçün icra məmuru tərəfindən 30 noyabr 2018-ci ildə icra vərəqəsində qeyd olunan hissəyə izah verilməsi barədə əzirə ilə müraciət olunmuş, Daşkəsən Rayon Məhkəməsinin 8(030)-252/2018 saylı 17 dekabr 2018-ci il tarixli qərardadı ilə qətnamənin qət etdi hissəsinə izah verilərək ümumi dəyəri 300 manat olan bir ədəd yataq dəsti dedikdə matrası ilə birlikdə bir ədəd iki nəfərlik çarpayı və iki ədəd dolab başa düşüldüyü qeyd olunmuşdur. Bununla da, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-39/2016 saylı 18 dekabr 2016-cı il tarixli icra sənədi tam icra olunmuşdur. İş materiallarında olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Notariat ofisində təsdiq edilmiş 21 iyul 2022-ci il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsindən 16 oktyabr 2014-cü il tarixli, **********56-05101-093018 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən X14 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48,9 kv.metr, yaşayış sahəsi 23,8 kv.metr, yardımçı sahəsi 15,1 kv.metr olan 2 otaqlı mənzili İddiaçı 9560 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10 avqust 2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********56- 05101-093018 reyestr nömrəli Çıxarışın və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsində verilmiş 05 avqust 2022-ci il tarixli, 4120 inventar nömrəli, **********56-05101-093018 reyestr nömrəli “Mənzilin Texniki Pasport”unun surətindən görünür ki, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 32 saylı evin 52 saylı ümumi sahəsi 48,5 kv.metr olan mənzili tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 32 saylı evin 52 saylı mənzilinə quraşdırılmış qaz sayğac-uçot dəsti **********00520 abonent nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Həmin saldodan görünür ki, qeyd olunan mənzildə 2016-cı ildən sonra qaz sərfiyyatı olmamışdır. İş materiallarında olan "xxxx" ASC-nin abunə haqqından çıxarışın surətindən görünür ki, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 32 saylı evin 52 saylı mənzilinə quraşdırılmış sayğac-uçot dəsti **********00829 abonent nömrəsi ilə İddiaçı adına qeydiyyata alnımışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh X8 ilə 2011-ci ildə ailə qurmuş və aralarındakı nikahı 13 fevral 2012-ci ildə Daşkəsən rayon Qeydiyyat şöbəsində 13 saylı akt qeydi ilə rəsmiləşdirmiş, onların birgə nikahdan xx.xx.2012-ci ildə X6 və 23 iyul 2013-cü ildə X12 anadan olmuş, Cavabdeh Şahlar İsmayılov ilə ailə qurarduqdan sonra Daşkəsən şəhəri İ.Qayıbov küçəsi, 32 saylı evin 52 saylı mənzilinə gəlin gəlmiş və cehiz əşyalarını da həmin mənzilə gətirmişdir. Hansı ki, həmin mənzil baldızı (ərinin bacısı) X5 məxsus olmuşdur. 2015-ci ildə Cavabdeh ilə Şahlar İsmayılov aralarında yaranan narazılığa görə ayrılmışlar və Daşkəsən Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə Şahlar İsmayılov arasında bağlanmış nikaha xitam verilmişdir. Şəhla İsmayılovanın müraciətinə əsasən Daşkəsən Rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli 2(030)-39/2016 saylı qətnaməsi ilə Cavabdeh məxsus ümumi dəyəri 300 manat olan cehiz əşyaları 1 ədəd yataq dəsti, 1 ədəd döşək, 1 ədəd yorğan və 2 ədəd balışın X4 mülkiyyətində olan Daşkəsən şəhəri İ.Qayıbov küçəsi, 32 saylı evin 52 saylı mənzilindən çıxarılması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə bağlı verilmiş icra sənədi icra edilərək 30 noyabr 2018-ci ildə X11 məxsus ümumi dəyəri 300 manat olan bir ədəd yataq dəstini, bir ədəd döşəyi, bir ədəd yorğanı və 2 ədəd balıncı Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 32 saylı evin 52 saylı mənzilindən çıxarılmışdır. X16 özünə məxsus icra sənədində adları göstərilməyən bir ədəd termonu və bir ədəd şifoneri isə həmin mənzildə saxlamış, səbəbini isə icra sənədində ona məxsus ümüumi dəyəri 300 manat olan bir ədəd yataq dəstinin çıxarılmasının göstərildiyini həmin yataq dəsti dedikdə isə bir ədəd iki nəfərlik yataq çarpayısı və iki ədəd dolab başa düşüldüyünü bildirmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Notariat ofisində 21 iyul 2022-ci il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsindən 16 oktyabr 2014-cü il tarixli, **********56- 05101-093018 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bayramova (İsmayılova) Şəhla Şahmar qızı mülkiyyətində olan həmin mənzili İddiaçı satmışdır. Bundan sonra İddiaçı mənzilə mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın Dövlət reyestrindən 10 avqust 2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********56-05101-093018 reyestr nömrəli Çıxarışı almışdır. Alqı-satqıdan sonra İddiaçı mənzilin açarının Cavabdeh olduğunu bilmişdir. Hal-hazırda cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Mənzili alan zaman cavabdehə məxsus yalnız bir ədəd şifoner və bir ədəd güzgülü şkaf mübahisəli mənzildə olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan hüquqlarının Ümumi Bəyannaməsinin 18-ci maddəsində göstərilir ki, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi mübahisəli ünvandakı daşınmaz əmlak – mənzil iddiaçının mülkiyyəti kimi dövlət reyestrində qeydə alınmışdır, həmin mənzilin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması mübahisəsizdir. Ona görə də kollegiya cavabdehin evin iddiaçıya aktla təhvil verilməməsinə dair dəlilini əsassız sayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh nə əvvəlki mülkiyyətçinin, nə də hazırkı mülkiyyətçinin ailə üzvü olmamaqla mübahisəli ünvandakı mənzildən də istifadə hüququ olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarında mənzildən istifadə hüququna xitam verilməsi məsələsi ilə bağlı göstərmişdir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Qeyd olunmalıdır ki, cavabdehlə həmin mənzilin keçmiş mülkiyyətçisi arasında mənzildən istifadə hüquq ilə bağlı notariat qaydasında bağlanan müqavilə omamışdır (cavabdeh bu kimi müqaviləni məhkəməyə təqdim etməmişdir). Birinci instansiya məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-39/2016 saylı icra sənədi üzrə Cavabdeh məxsus olmuş 300 manat dəyərində bir ədəd yataq dəsti, bir ədəd döşək, bir ədəd yorğan və 2 ədəd balınc Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 32 saylı evin 52 saylı mənzilində çıxartmışdır. Cavabdeh özünə məxsus icra sənədində adları göstərilməyən bir ədəd termonu və bir ədəd şifoneri isə həmin mənzildə saxlamışdır. Hazırda mənzilin mülkiyyətçisi olan İddiaçı bir ədəd şifoner və bir ədəd güzgülü şkafın mənzildən çıxarılmasını tələb edir. Cavabdeh öz cehiz əşyalarını İddiaçı mülkiyyətində olan mənzildən çıxarmaqdan boyun qaçırmaqla sonuncuya mülkiyyət hüququnun həyata keçirilməsində süni və qanunsuz maneə yaradır. İddiaçı həmin maneənin məhkəmə qaydasında aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilmişdir ki, mübahisəli mənzilin açarı ondadır, ondan icazəsiz cavabdeh mənzilə daxil olmuşdur. Bununla bağlı xüsusi qərardad çıxarılaraq prokurorluğa məlumat verilməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi cavabdehin həmin mənzildə nə yaşamaq, nə də ki istifadə hüququ yoxdur, həmin mənzil ona və ya da keçmiş həyat yoldaşına məxsus olmamış, onunla əvvəlki mülkiyyətçi arasında həmin mənzildən istifadə hüququnun yarandığını təsdiq edən notariat qaydasında bağlanmış müqavilə olmamışdır. Ona görə də həmin mənzil alğı-satqı müqaviləsi bağlamaqla özgəninkiləşdiriləndə mənzilin özgəninkiləşdirilməsinə cavabdehin razılığı tələb olunmurdu. Həmin mənzil İddiaçı xüsusi mülkiyyətində olduğundan cavabdehin həmin mənzildən onun icazəsi olmadan istifadəsi və ya özlərinə məxsus hər hansı əşyanın iddiaçının mənzilində saxlaması yolverilməzdir. Şikayətin xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməli olmasına dair dəlili də həmin mənzil iddiaçının xüsusi mülkiyyətində olduğuna görə əsassızdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış və maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(030)-467/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-966/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-966/2023
29.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver