Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3041/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Quliyev Ədalət Ələmdar oğlu, Cavabdeh4 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması), özbaşına tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Quliyev Ədalət Ələmdar oğlu, Cavabdeh4 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair Gənc ə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-894/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 23 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi; İşin halları: 1. ünvan 1 ünvanda 0.2904 ha torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 383.1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 adına qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş “dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.1996-cı il tarixli 008962 sa ylı şəhadətnaməyə əsasən, Tovuz rayonu, Bozalqanlı kəndində Səsyazma sexinin avadanlığı 231.000 manata Cavabdeh2 satılmış və mülk alıcının toxunulmaz mülkiyyətinə verilmişdir.
3. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə cavabdeh Quliyev Ədalət Ələmdar oğlu arasında bağlanmış xx.xx.2001- ci il tarixli 150 nömrəli alqı-satqı müqaviləsinə əsasən “Orbita-servis” texniki ticarət müəssisəsinin 1 saylı filialı 379000 manata həmin cavabdehə satılmış və Departament tərəfindən cavabdehin adına “dövlət əmlakının hüquq və fiziki şəxslərə satılması haqqında” xx.xx.2001-ci il tarixli 000435 nömrəli şəhadətnamə verilmişdir.
4. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş “ dövlət əmlakının hüquq və fiziki şəxslərə satılması haqqında” xx.xx.2004-cü il tarixli 001690 nömrəli şəhadətnaməyə əsasən, ünvan 2 ünvanında yerləşən Ayaqqabı təmiri sexi ******* manata Cavabdeh3 satılmışdır.
5. Cavabdeh3 xx.xx.2006-cı il tarixdə ölmüşdür, oğlu X5 onun hüquqi varisidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli torpaq sahəsindən çıxarılmaları və tikililərin sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yerləşən qeyriyaşayış binası iddiaçıların xüsusi mülkiyyətindədir. Onların mülkiyyət hüquqları dövlət qeydiyya tına alınmış və buna dair reyestrdən çıxarış verilmişdir. Cavabdehlərin isə onlara məxsus ərazi daxilində tikililəri mövcuddur ki, həmin tikililərdə qanunsuz sahibkarlıq fəaliyəti ilə məşğuldurlar. Hazırda cavabdehlərin həmin ərazidən çıxarılmaları zərurəti yaranmışdır. Belə ki, iddiaçılar həmin ərazidə yeni layihələr həyata keçirməklə, abadlıq işləri aparacaqlar.
8. Cavabdeh Quliyev Ədalət Ələmdar oğlu iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, qeyd olunan ərazidə yerləşən müəssisə dövlət tərəfindən xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə satılmış və buna dair cavabdehin adına şəhadətnamə və texniki pasport verilmişdir. İddiaçılar isə xx.xx.2013-cü il tarixdə mülkiyyət çıxarışı əldə etmişlər. Cavabdeh 21 ilə yaxın bir vaxtdır ki, həmin obyektdə çalışaraq ailəsinin ehtiyaclarını ödəyir. Hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd olunmalıdır.
9. Digər Cavabdeh3 hüquqi varisi X5 məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçılar qanunsuz yollarla mübahisəli torpaq sahəsinə dair çıxarış əldə etmişlər. İddiaçıların iddia etdikləri ərazidə cavabdehlərə məxsus əmlak olmaqla, onlar hazırda da həmin əmlakdan istifadə edirlər. Ona görə də, onların iddiaları təmin edilə bilməz.
10. Tovuz Rayon Məhkəməsinin 2(062)-920/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia təmin edilərək, cavabdehlərin əmlakları ilə birlikdə iddiaçılara məxsus mübahisəli ünvanda yerləşən 0.2904 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiy i nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətində olmaqla, cavabdehlərin qanunsuz sahibliyindədir və cavabdehlər uzun müddətdir ki, iddiaçıların qanunla qorunan mülkiyyət hüquqlarını davamlı şəkildə pozurlar.
12. Məhkəmə cavabdeh Ədalət Quliyevin həmin torpaq sahəsinə dair dövlət tərəfindən onunla alqı-satqı müqaviləsinin bağlanması barədə dəlillərinə münasibətdə bildirmişdir ki, cavabdehlərin heç birinə torpaq sahəsinin satılmasına dair şəhadətnamə verilməmişdir.
13. Məhkəmə digər Cavabdeh3 hüquqi varisi X4 iddiaçıların qanunsuz yollarla mübahisəli torpaq sahələrinə çıxarış əldə etmələrinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir.
14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.2, 139.1, 139.3, 140-cı, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. X5, Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişlər.
16. X5 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi dövlət əmlakı olduğu üçün yalnız qa nunla müəyyən edilmiş qaydada özəlləşmə yolu ilə Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentindən mülkiyyətə dair çıxarış alınmalı idi. Ancaq iddiaçılar saxta yolla dövlət torpağı olan əmlaka dair çıxarış almışlar. Həmin torpaq sahəsi və üzərində olan köşk 1975- ci ildən onların istifadəsində olmuş, sonra həmin köşkü özəlləşdirmişlər. Nə vaxt onlara torpağı almağı təklif etsələr, özəlləşdirməyə hazırdırlar. Əgər həmin köşkdən onlar istifadə etmişlərsə, torpaq sahəsi ilk növbədə onlara satılmalı idi, lakin onlara heç kim tərəfindən təklif olunmamışdır. Məhkəmə işə baxarkən işin faktiki hallarını aydınlaşdırmamış, iş üzrə şahidləri dindirməmiş, obyektiv araşdırma aparmamış, bununla da maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir.
17. Cavabdeh2 apellyasiya ş ikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh məhkəmə iclasında iştirak etməsinə baxmayaraq, qətnamədə adı qeyd edilməmiş, sonda iddia tələbindən kənara çıxmaqla iddia təmin edilmişdir. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsi üzərində onun mülkiyyətində olan əmlakın mövcudluğu, həmçinin iddiaçıların adına olan müvafiq çıxarışın mübahisələndirməsi nəzərə alınmamış, onun hüquqları pozulmuşdur. Məhkəmə iclasında sübut kimi yalnız iddiaçıların vəkilinin izahatı və mübahisəli çıxarışa əsaslanaraq qətnamə qəbul edilmişdir.
18. Cavabdeh Quliyev Ədalət Ələmdar oğlunun apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların tələbi onların maraqlarına toxunur. Onların adına verilmiş çıxarış ləğv edilmə li, ekspertiza təyin edilərək yenidən daşınmaz əmlaka baxış keçirilməli və onların maraqları nəzərə alınmalıdır. Texniki pasportdan da görünür ki, cavabdehə məxsus olan 10 kv.m qeyri-yaşayış sahəsinin iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış sahəsinə heç bir maneçiliyi yoxdur. Qeyd etdiklərini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın ona aid hissəsə təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya baxışında təyin edilmiş məhkəmə-mühəndis ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023cü il tarixli 10/2188 nömrəli rəyinə əsasən, iddiaçıların sökülməsini tələb etdikləri tikililərin onların xüsusi mülkiyyətində olan 0.2904 ha torpaq sahəsinin üzərində yerləşdiyi m üəyyən edilmişdir (əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3- 21-3-37/21400/2023 saylı mütəxəssis rəyi).
20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-208/2023 nömrəli, 5 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia rədd olunmuşdur.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin, o cümlədən barəsində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tər əfindən “dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.1996-cı il tarixli 008962 saylı şəhadətnamənin verildiyi Tovuz rayonunun, Bozalqanlı kəndində “Səsyazma sexinin avadanlığı” adlandırılmış əmlakın mülkiyyətçisi olan Cavabdeh2 vaxtilə tam dəyərini ödəməklə aldıqları və yerləşdiyi obyektdə də istifadə edilməsi ehtiva edilən ayrı-ayrı əmlaklar üzərində onların (cavabdehlərin) mülkiyyət hüquqlarının real gözləntisi vardır.
22. İddiaçılar hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olsalar da, onların mülkiyyət hüquqları cavabdehlərin real gözləntisi olan mülkiyyət hüquqlarından üstün tutula bilməz. Bundan əlavə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” 16 may 2000-ci il tarixli Qanunun 29.6-cı maddəsi nəzərdə tutur ki, özəlləşdirilmiş obyektlərin mülkiy yətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrini müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Odur ki, qeyd olunanlara əsasən, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmamasına əsas verir.
23. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçıların xüsusi mülkiyyətinə verilməsi barədə reyestrdən çıxarışın qanuni əsaslarla verilib-verilmədiyi məsələsi hazırkı məhkəmə araşdırmasının predmeti deyil, ona görə də həmin məsələyə hazırkı işdə hüquqi qiymət verilə bilməz.
24. Məhkəmə kollegiyası öz mövqeyini, Azərbaycan Re spublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 139.1, 139.3, 139-1-1, 152.1 və 152.5-ci, “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” 07 yanvar 1993-cü il tarixli Qanunun 1,3, 7.4 və 25-ci, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” 16 may 2000-ci il tarixli Qanunun 1.0.1, 15.1, 29.1, 29.5, 29.6, 33.2-ci və MPM-in 77.1, 81, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat
25. İddiaçı1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların dövlət reyestrindən çıxarışı mövcuddur. Ekspertizanın rəyi mövcuddur ki, cava bdehlərin yerləşdiyi daşına bilən köşklər - butiklər iddiaçıların mülkiyyətində olan ərazidə yerləşir. Cavabdehlər kassatorun çıxarışını məhkəmə qaydasında mübahisələndirmişlər və iş hazırda Gəncə İnzibati Məhkəməsinin icraatındadır. DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi işə cəlb olunsa da, iştirakı təmin olunmamış, məhkəmə cavabdehlərin sənədlərinə hüquq müəyyənedici sənəd kimi qiymət vermişdir. Digər tərəfdən, məhkəmə özəlləşmə haqqında qanuna istinad edərək, iddiaçıların cavabdehlərdən ancaq icarə tələb etmək hüquqlarının olmasını bildirmişdir ki, bu hallar məhkəmə təcrübəsinə zidd qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Bundan başqa, apellyasiya məhkəməsi tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməmiş, ekspert rəyi nəzərə alınmamış və prosessual müddətlər ötürülmüşdür.
27. Cavabdehlər Cavabdeh1 Ələdmar oğlu və Cavabdeh2 ayrıayrılıqda kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişlər ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual pozuntulara yol verməmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər – Zaur Əliyev (sədrlik edən və məruzəçi), Aqil Abbasov və Vidadi Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-208/2023 nömrəli, 5 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
29. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olm uşdur ki, hazırkı işdə iddiaçılar, mübahisəli torpaq sahəsinin onların mülkiyyətində olduğuna istinad edərək cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmasını və onlara məxsus tikililərin sökülməsini tələb edirlər. Cavabdehlər isə, iddiaya etiraz edərək, mübahisəli torpaq sahəsində yerləşən tikililərin uzun müddətdir ki, onlara məxsus olduğunu, iddiaçıların həmin torpağa dair çıxarışlarının saxta olduğunu və torpağın özəlləşdirilməsi zamanı onların üstünlük hüquqlarının pozulduğunu bildirirlər. Bu baxımdan tələbin qanuni əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərək ətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir. Cavabdehlərin mübahisəli torpaq sahəsinə sahiblik etmələrinin iddiaçılarla bağlanmış müqaviləyə (tələb hüququna), yaxud hər hansı əşya hüququna söykəndiyi məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənlər ona dəlalət edir ki, üzərində iddiaçıların mülkiyyət hüquqları olan torpaq sahəsinin mübahisəli tikililər yerləşən hissəsində onların iradəsinə zidd şəkildə cavabdehlə rin sahiblik etmələrinin qanuni olub-olmamasına apellyasiya məhkəməsi tərəfindən əsaslı şəkildə hüquqi qiymət verilməmişdir. Mülkiyyət hüququnun müdafiəsinə dair mübahisənin bu qaydada həll edilməsi, yəni qanuni əsası, məqsədi və mütənasibliyi göstərilmədən bu hüquqa məhdudiyyət gətirilməsi barədə məhkəmə aktı əsaslandırılmış qətnamə hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
30. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin Konstitusiyasının 13, 29 və 60-cı, İnsan Hüquqlarının və X3 X1 6-cı (1-ci hissə), “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasını n 1 saylı protokolunun 1-ci, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.1 və 3.4-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 152.1, 152.5 və 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
31. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-894/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Mustafa Mustafayev) apellyasiya şikayətləri təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir.
32. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onu nla əsaslandırmışdır ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, mübahisəli torpaq sahəsinin xx.xx.2013-cü il tarixdən iddiaçıların xüsusi mülkiyyətində olması və həmin torpaq sahəsində cavabdehlərə məxsus tikililərin yerləşməsi mübahisə olunmur. Cavabdehlər sökülməsi iddia olunan əmlakların mülkiyyətçisi olmaqla, onlar tərəfindən iddiaçının mülkiyyətinə qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilmir.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlərin mübahisəli torpaq sahəsinə sahiblik etmələri iddiaçılarla bağlanmış müqaviləyə, yaxud hər hansı əşya hüququna söykənməsə də, iddiaçı tərəf cavabdehlərin mülkiyyəti olan tikililərin yerləşdiyi alt torpaq sahəsini yüklü formada özəlləşd irmiş və cavabdehlər uzun müddətdir ki, əmlaklarından heç bir maneə və etiraz olmadan istifadə etmişlər. Mübahisə edilən tikililər cavabdehlərin toxunulmaz mülkiyyəti olduğundan, həmin əmlakın altı olan torpaq sahəsi onların əmlak hüquqlarının əsasını təşkil edir ki, bu hüquq isə istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, ona görə ki, iddiaçı tərəf həmin torpaq sahəsinin yüklülüyünün olmasını bilirdi və yüklü şəkildə qəbul etmişdir. Belə olan halda, iddia olunan əmlaklara münasibətdə ədalətli kompensasiya verilmədən, həmin əmlakların sökülməsi yolverilməz olmaqla, mülkiyyətə müdaxilə hesab edilir.
34. Məhkəmə kollegiyası öz mövqey ini Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin Konstitusiyasının 13, 29 və 60-cı, İnsan Hüquqlarının və X3 X1 6-cı (1-ci hissə), “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.1 və 3.4-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 152.1, 152.5, 157.4 və 158.1-158.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-894/2024 saylı, 25 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini, məhkəmə tərkibi barədə bilərəkdən yol verdiyi həm maddi, həm prosesual pozuntuya görə xüsusi qərar çıxarılmasını xahiş etmişdir.
36. Kassasiya şikayəti iddia ərizəsi və əvvəlki kassasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən Ali Məhkəmənin mövqeyi məhkəmə iclasında müzakirə edilməmiş, məcburi göstərişlərinə əməl edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Cavabdeh Quliyev Ədalət Ələmdar oğlu kassasiya şikayətinə etiraz edərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-894/2024 saylı, 25 aprel 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Az ərbaycan Respublikasının Konstitusiyası
38. Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
39. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz.
40. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 X2
41. Maddə 6, hissə
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu
42. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanun u
43. Maddə 3.1 və 3.4. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
44. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə t utulan hallarda qeydə alınmalıdır.
45. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
46. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
47. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
48. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
49. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etd irildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
50. Maddi 158.1. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır:
51. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
52. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.
53. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə et məlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışı nın hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə İddiaçı1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi tərəfindən işə təkrarən baxılarkən kassasiya məhkəməsinin əvvəlki icraatı nəticəsində verilmiş göstərişlər icra edilməmiş, qətnamə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
66. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçılar cavabdehlər tərəfindən istifadə olunan tikililərin onların torpaq sahəsinə əsassız olaraq yerləşməsinə istinad edərək mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq tikililərin sökülməsi və cavabdehlərin həmin sahədən çıxarılmasını tələb etmişlər.
67. Birinci instansiya məhkəməsində onların iddiası əsaslı hesab edilsə də, birinci apelyasiya icraatı zamanı məhkəmə aşağı instansiya məhkəməsinin nəticəsi ilə razılaşmamış və nəticədə iddia rədd olunmuşdur. Həmin vaxt məhkəməninin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olsalar da, onların mülkiyyət hüquqları cavabdehlərin real gözləntisi olan mülkiyyət hüquqlarından üstün tutula bilməz.
68. Birinci kassasiya icraatı zamanı isə kassasiya məhkəməsi həmin mövqe ilə razılaşmamış və qeyd etmişdir ki, cavabdehlərin mübahisəli torpaq sahəsinə sahiblik etmələrinin iddiaçılarla bağlanmış müqaviləyə (tələb hüququna), yaxud hər hansı əşya hüququna söykəndiyi məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənlər ona dəlalət edir ki, üzərində iddiaçıların mülkiyyət hüquqları olan torpaq sahəsinin mübahisəli tikililər yerləşən hissəsində onların iradəsi nə zidd şəkildə cavabdehlərin sahiblik etmələrinin qanuni olub-olmamasına apellyasiya məhkəməsi tərəfindən əsaslı şəkildə hüquqi qiymət verilməmişdir. Mülkiyyət hüququnun müdafiəsinə dair mübahisənin bu qaydada həll edilməsi, yəni qanuni əsası, məqsədi və mütənasibliyi göstərilmədən bu hüquqa məhdudiyyət gətirilməsi barədə məhkəmə aktı əsaslandırılmış qətnamə hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
69. Ali Məhkəmənin hazırki iş üzrə əvvəlki qərarında da göstərildiyi kimi cavabdehlərin mübahisəli torpaq sahəsinə sahiblik etmələrinin iddiaçılarla bağlanmış müqaviləyə (tələb hüququna), yaxud hər hansı əşya hüququna söykəndiyi məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənlər ona dəlalət edir ki, üzərində iddiaçıların mülkiyyət hüquqları olan torpaq sahəsinin mübahisəli tikililər yerləşən hissəsində onların iradəsinə zidd şəkildə cavabdehlərin sahiblik etmələrinin qanuni olub-olmamasına apellyasiya məhkəməsi tərəfindən əsaslı şəkildə hüquqi qiymət verilməlidir.
70. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı mübahisənin həlli üçün, məhkəmənin vəzifəsi cavabdehlərin istinad etdikləri hüquqmüəyyənedici sənədlərin mübahisəli sahələrə aidliyinin müəyyən edilməsindən ibarət olmalı və bu halda göstərişlərin icra edilməsi nəticəsinə gəlinə bilər.
71. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsi və tikili ünvan 3 ünvanda yerləşir.
72. Cavabdeh Qu liyev Ədalət Ələmdar oğlunun təqdim etdiyi “Orbita Servis” TTM-nin 1 saylı filaına aid olan xx.xx.2001-ci il tarixli şəhadətnamədə əmlakın ünvanı Tovuz rayon Abulbəyli kəndində yerləşdiyi, Cavabdeh2 xx.xx.1996-cı il tarixdə verilmiş şəhadətnamənin Tovuz rayon Bozalqanlı kəndində yerləşən səsyazma sexinin avadanlığına aid olması, Cavabdeh3 xx.xx.2004-ci il tarixdə verilmiş şəhadətnamənin ünvan 5 ünvanda yerləşən ayaqqabı sexinə aid olması müəyyən olunur.
73. Belə olan halda təqdim olunmuş hüquqmüəyyənedici sənədlərin mübahisəli sahələrə aidliyinin yoxlanmasından sonra müvafiq olaraq cavabdehlərin mülkiyyət hüququnun mövcudluğu nəticəsinə gəlmək mümkün ola bilər.
74. Ayrıca götürüldükdə isə cavabdehlərdən Cavabdeh2 təqdim olunmuş şəhadətnamə daşınmaz əmlakla bağlı olmamış, yalnız danışar əşy a olan səsəyazma sexinin avadanlığına aid olduğu müəyyən olunur.
75. Digər cavabdeh Quliyev Ədalət Ələmdar oğluna təqdim olunmuş şəhadətnamə ilə isə “Orbita Sevis” TTM-nin 1 saylı filalının mülkiyyət hüququ əsasında həmin şəxsə məxsus olması müəyyən olunur. Belə olan halda mübahisəsi gedən daşınmaz əmlakın həmin hüquqi şəxsin balansında olması isə anlaşılmaz qalmaqdadır.
76. Məhz həmin halların aydınlaşdırılmasının zəruriliyi baxmından kassasiya instansiya məhkəməsi bu qərarın 29-cu bəndində göstərilən göstərişlərlə (işin halları və tətbiq edilməli olan maddi hüquq normaları əsasında) qətnamənin ləğv edərək işin yenidən araşdırılmasının zəruri olması nəticəsinə gəlmişdir.
77. Digər tərəfdən təqdim olunmuş hüquqmüəyyənedici sənədlərdən aydın olur ki, iddiaçılar və cavabdehlərin adına tərt ib olunmuş şəhadətnamələr eyni inzibati orqan tərəfindən verilmişdir. İşin hallarının tam aydınlaşdırılmasının təmin edilməsi üçün həmin təşkilatın və ya onun hüquqi varisinin işə cəlb edilərək tərəflərlə birlikdə göstərişlərdə irəli sürülən hallarının müzakirəsi təmin edilə bilər. Nəzərə alınmalıdır ki, Ə.Quliyev və Cavabdeh2 aid olan hüquqmüəyyənedici sənədlərin iddia edilən tikililərə aidliyinin müzakirəsi iş üçün əhəmiyyətli olan haldır.
78. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbayca n Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
79. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
80. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
81. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə və kassasiya məhkəməsinin əvvəlki icraatda ifadə etdiyi göstərişlərə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
82. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
83. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2024-cü il tarixli, 2(104)-894/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.