Məhkəmə qərarları › İş №2(102)-3042/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3042/2023

25.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3042/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından AzərbaycanRespublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2166/2023 saylı, 29 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İdd iaçı xx.xx.2019-cu il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə Cavabdeh MMC-də “texniki işçi” vəzifəsinə işə qəbul edilmişdir. Cəmiyyətin maliyyə vəziyyətinin yaxşılaşdırılması, ştat cədvəlinə dəyişikliklərin edilməsi və işçi sayının optimallaşdırılması məqsədilə xx.xx.2022-ci il tarixli, ŞL01/2022 saylı əmrə əsasən ştat cədvəlindən Texniki işçi, Topoqraf, Audit köməkçisi ştat vahidlərinin çıxarılması əmr edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli xəbərdarlıq bildirişi ilə bu barədə məlumatlandırılmış, tərəf olduğu əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, K22 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra) Cavabde h MMC-yə (bundan sonra cavabdeh) qarşı (“BP” Azərbaycan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin 08 avqust 2022-ci il tarixli, K22/2022 saylı əmrinin ləğv edilib, onun cavabdehdə texniki işçi vəzifəsinə bərpa olunmasına və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, işəgötürənin K22/2022 saylı, xx.xx.2022- ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmək müqaviləsi tərəflər arasında xx.xx.2019-cu il tarixli, k15 saylı əmrə əsasən müddətsiz bağlanmışdır. Əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi nə istinad edilmişdir (işçilərin sayı və ya ştatları ixtisar edildikdə). Cavabdeh tərəfindən işçilərin sayı azaldılmamış, ştat ixtisar edilməmiş və iddiaçının əvəzinə həmin vəzifəyə başqa bir şəxs işə götürülüb. Bu səbəbdən də hesab edir ki, cavabdeh qanunun aliliyini kənara qoyaraq qərəzli mövqedən çıxış edərək, sözügedən qanunsuz əmri çıxarmışdır. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Belə ki, Mediasiya təşkilatına müraciət olunmasından əvvəl, cavabdehə göndərilmiş təklifə dərhal reaksiya verilmiş və ona mobil telefon vasitəsi ilə zəng edilərək, işə qısa zamanda bərpa olunacağı bildirilsə də, sonradan buna əməl edilməmişdir. İşlədiyi müddət ərzində hər zaman nizam-intizamlı olmuş və bir dəfə də olsun nöqsana yol verməmişdir.

4. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4228/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, ixtisar keçirilən əmr təxmin edilən ixtisar tarixindən 2 ay əvvəl tərtib edilməli, əmr tərtib olunandan sonra müəssisə rəhbəri öz niyyəti barədə mütləq həmkarlar ittifaqını məlumatlandırmalı idi. İşəgötürən tərəfindən işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sübutlar, həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı, ixtisar barədə Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd, işçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əmək haqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd, xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd), ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr məhkəməyə təqdim edilməli idi.

6. Məhkəmə gəldiyi nəticəni, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi, 77, 80, 300-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

7. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4228/2022 saylı mülki iş üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.

8. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamədə Əmək Məcəllənin 77-ci maddəsinə istinad edərkən həmin maddənin mətnini səhv qeyd etmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsinə görə, “işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; işdən çıxarıldığı gündən yeni işədüzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56- cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Halbuki, Əmək Məcəlləsinin 77-ci maddəsinə görə “işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq müddətlərdə rəsmi xəbərdar edilməlidir və işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. Göründüyü kimi, Məhkəmə Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında 31 may 2017ci il tarixli, 675-VQD saylı Azərbaycan Respublikasının Qanunu ilə Əmək Məcəlləsinə edilən dəyişiklikləri nəzərə almadığına görə 01 yanvar 2018-ci il tarixədək olan Əmək Məcəlləsinin köhnə versiyasından istifadə etmiş və buna görə də maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə, Mülki-Prossesual Məcəllənin 77-ci maddəsinə əsasən tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsinin iddiaçıya aid olduğunu nəzərə almamışdır. İddiaçının tələbi üzrə sübut etmə vəzifəsini cavabdeh üzərinə goymuşdur. Bundan əlavə, cavabdehdən əməyin təşkilində dəyişikliklər edilməsi və bunun zəruri olması barədə sübutların təqdim edilməsini heç tələb belə etməmiş, cavabdeh tərəfindən məhkəmə zalında təqdim edilmiş işəgötürənin 27 iyun 2022-ci il tarixli, ŞL01/2022 saylı əmri ilə cavabdehdə iş həcminin azalmasını və istehsalatın dayanmasını nəzərə alaraq cavabdehin maliyyə vəziyyətinin yaxşılaşdırılması, ştat cədvəlinə dəyişikliklərin edilməsi və işçi sayının optimallaşdırılması məqsədilə cavabdehin ştat cədvəlindən Texniki işçi, Topoqraf, Audit köməkçisi ştat vahidləri çıxarılması barədə işəgötürənin əmrini nəzərə almamışdır. Yenilənmiş ştat cədvəlini təqdim etmək istədikdə isə məhkəmə onun təqdim edilməsinə ehtiyac olmadığını bildirmişdir. Cavabdeh tərəfindən iddiaçıya çoxsaylı şifahi və yazılı müraciətlər edilmişdir və əmək müqaviləsinin xitamı ilə bağlı məlumatlar verilmişdir. İddiaçı isə bu müraciətlərin heç birini cavablandırmamış, əmək müqaviləsinin xitamına etiraz etməmiş və ümimiyyətlə xitam əmrini mübahisələndirməmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 mart 2023-cü il tarixli, 2(103)2166/2022 saylı qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva sədrlik edən, məruzəçi, Məmməd Məmmədov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4228/2022 s aylı, 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinə 31 may 2017-ci il tarixli Qanunla edilmiş və 01 yanvar 2018-ci il tarixdən qüvvəyə minmiş dəyişiklikləri nəzərə almadan həmin tarixədək mövcud olmuş normaya istinad etmiş, cavabdeh tərəfindən iddiaçıya ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verilmədiyini pozuntu kimi qəbul etmişdir. Halbuki mübahisəli əmək münasibətlərinin yarandığı və bu münasibətlərə xitam verildiyi zaman Əmək Məcəlləsinin 77-ci maddəsinin müvafiq versiyası artıq qüvvəsini itirmişdir.

11. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, Məhkəmə həmçinin Məcəllənin 80-ci maddəsinə əsaslanaraq əmək müqaviləsini ləğv etmək istəyən işəgötürənin işçinin həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etmədiyini qeyd etmişdir. Halbuki məhkəmə istinad etdiyi maddədə məhz həmkarlar ittifaqının üzvü olan işçi haqqında bəhs edilməsinə baxmayaraq hazırki mülki iş üzrə iddiaçı qismində iştirak edən İddiaçı həmkarlar ittifaqının üzvü olub-olmamasına dair məsələni aydınlaşdırmamışdır.

12. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verilməli olduğunu qeyd edən məhkəmə cavabdehin bunu etmədiyi təqdirdə hansı qanunvericilik normasını pozmuş olduğunu qətnamədə göstərməmişdir.

13. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, cavabdehin ştat vahidlərinin ixtisara salınması barədə işəgötürənin xx.xx.2022-ci il tarixli, ŞL01/2022 saylı əmri ilə əlaqədar qeyd etmişdir ki, sözügedən məsələnin həlli cavabdeh-hüquqi şəxsin diskresion səlahiyyətlərinə aiddir. Belə ki, Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən müəssisə istehsalın və idarəçiliyin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək hüququna malikdir.

14. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, şçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunduqda və bununla bağlı məhkəmə mübahisəsi yarandıqda isə işə baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət ol unub-olunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edib-etməməsinə dair məsələləri nəzərdən keçirməlidir. İş materiallarından göründüyü kimi iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir.

15. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini əsaslandırarkən MPM-nin 14.2, 217.3ci maddələrinə, həmçinin Əmək Məcəlləsinin 70, 77, 80-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

16. İddiaçının nümayəndəsi (vəkili Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2166/2023 s aylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

17. Kassator kassasiya şikayətini onunla əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh artıq kofe məhsullarının və avadanlıqların satışı üzrə fəaliyyətini dayandırmaq üzrədir və halhazırda yalnız anbarda qalan kofe məhsullarının satışını həyata keçirir. Bu səbəbdən də cavabdehdə işçilərin sayında azalma və ştatların ixtisarı baş vermişdir. “BP” Azərbaycanda hal-hazırda həmin funksiyanı "xxxx" MMC-həyata keçirir. Bundan sonra məhkəməyə buna dair sübutların təqdim edilməsi tələb edildiyində cavabdeh tərəfindən işəgötürən "xxxx" MMC ilə işçi X1 arasında bağlanmışxx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanmasına dair bildiriş məhkəməy ə təqdim edilmişdir. Göründüyü kimi hər iki müəssənin direktorları fərqli olsada təsisçisi eyni şəxsdir. Belə ki, məhkəməyə "xxxx" MMC -ilə bağlanmış əmək müqaviləsinin bildirişinin belə rahatlıqla təqdim edilməsindən sonra bu qənaətə gəlməyə əsas verir ki, cavabdeh burada hüquqdan sui istifadə edərək iddiaçı ilə aralarında olan qərəzli münasibətə görə cavabdehdə olan ştatları ixtisar etmək qərarına gəlmişdir.

18. Kassator daha sonra bildirmişdir ki, hazırda əməkdaşlıq etdikləri şirkətə sözügedən xidməti göstərmək məqsədi ilə başqa şirkətin əməkdaşları cəlb edilmişdir. Hesab etmişdir ki, bunu etməkdə məqsəd işçi ilə işəgötürən arasında olan mübahisə səbəbindən yaranmış qərəzdir. Bu səbəbdəndə də heç bir lüzum olmadan eyni təsisçiyə məxsus digər MMC-nin işçisi həmin vəzifəyə yəni –“texnik i işçi” vəzifəsinə cəlb edilmişdir.

19. Kassator qeyd etmişdir ki, məhkəməyə cavabdeh tərəfindən əməyin təşkilində dəyişiklər edilməsinin zəruri olması barəd izahat verilsədə buna dair heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda cavabdeh etirazında həmin dövr üçün kofe məhsulları və avadanlıqları üzrə fəaliyyətinin dayandırmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçının kassasiya şikayətinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “BP” Azərbaycan etiraz edərək bildirmişdir ki, apellyasiya məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmidir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisarı əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi - iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, ixtisarın məqsədəuyğunluğu məsələsi müzakirə edilmiş və gəlinən nəticə əsaslandırılmış, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisarı səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə əmək stajından asılı olaraq vaxtında (azı dörd təqvim həftəsindən əvvəl) xəbərdar edilmiş, həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmışdır. Bundan başqa işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli, K22/2022 saylı əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, əmək kitabçasının təqdim edilməs i təmin edilmişdir. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinə 31 may 2017-ci il tarixdə edilən və 01 yanvar 2018-ci il tarixdən qüvvəyə minən dəyişiklikləri nəzərə almadan həmin tarixədək mövcud olmuş normaya istinad etmiş, cavabdehin tərəfindən iddiaçıya ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verilmədiyini pozuntu kimi qəbul etmişdir. Halbuki mübahisəli əmək münasibətlərinin yarandığı və bu münasibətlərə xitam verildiyi zaman Əmək Məcəlləsinin 77-ci maddəsinin müvafiq versiyası artıq qüvvəsini itirmişdir. “BP” Azərbaycan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iddiaçı tərəfidnən məhkəməyə cəlb edilsə də arşdırlan sənədlərdən və tətbqiediın hüquq normalarıdnan da müəyyən olunur ki, hazırkı iş üzrə tələbin üçüncü şəxslə heç bir hüquqi bağ lılığı yoxdur. Belə ki, hazırkı iş üzrə iddiaçı işçi olmaqla cavabdeh işə götürnədir. Əmək mübahisəsində üçüncü şəxs tərəf olmadığından hazırkı mübahsəyə aidiyyəti yoxdur. Mübahisəişəgötürənləişçiarasındaolanəməkmübahisəsidir.

21. Qeyd edilənlərə əsasən üçüncü şəxs xahiş etmişdir ki BP Eksploreşn (Kaspian Si) ltd. şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin hazırkı əmək münasibətlərində tərəf olmadığından və iddia tələbi üzrə apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 2166/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlnılmasına dair qərar qəbul edəsizniz. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

22. Maddə 68.

2. Əmək müq aviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü

23. Maddə 69.

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini lə ğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

7. İşəgötürən tərəfindən zor işlədilər ək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

24. Maddə 294.

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.

25. Maddə 296.

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət ed ə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

26. Maddə

300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76 cı maddələri ilə müəyyən edilmiş qaydaların tələ blərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazları nın əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki h alları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi

35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

36. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxa rkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

35. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçı, xx.xx.2019-cu il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə cavabdehdə “texniki işçi” vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin maliyyə vəziyyətinin yaxşılaşdırılması, ştat cədvəlinə dəyişikliklərin edilməsi və işçi sayının optimallaşdırılması məqsədilə işəgötürənin xx.xx.2022-ci il tarixli, ŞL01/2022 saylı əmri ilə ştat cədvəlindən Texniki işçi, Topoqraf, Audit köməkçisi ştat vahidlərinin çıxarılması əmr edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli xəbərdarlıq bildirişi ilə bu barədə məluma tlandırılmış və onun tərəf olduğu əmək müqaviləsinə işəgötürənin xx.xx.2022-ci il tarixli, K22 saylı əmri ilə Əmək Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələblərinin dəlillərini araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinə 31 may 2017-ci il tarixli Qanunla edilmiş və 01 yanvar 2018-ci il tarixdən qüvvəyə minmiş dəyişiklikləri nəzərə almadan həmin tarixədək mövcud olmuş normaya istinad etmiş, cavabdeh tərəfindən iddiaçıya ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verilmədiyini pozuntu kimi qəbul etmişdir. H albuki, mübahisəli əmək münasibətlərinin yarandığı və bu münasibətlərə xitam verildiyi zaman Əmək Məcəlləsinin 77-ci maddəsinin müvafiq versiyası artıq qüvvəsini itirmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb, işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmçinin Əmək Məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq əmək müqaviləsini ləğv etmək istəyən işəgötürənin işçinin həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etmədiyini qeyd etmişdir. Halbuki, məhkəmə istinad etdiyi maddədə məhz həmkarlar ittifaqının üzvü olan işçi haqqında bəhs edilməsinə baxmayaraq hazırki mülki iş üzrə iddiaçı qismində iştirak edən iddiaçının həmkarlar ittifaqının üzvü olubolmamasına dair məsələni aydınl aşdırmamışdır.

38. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verilməli olduğunu qeyd edən məhkəmə cavabdehin bunu etmədiyi təqdirdə hansı qanunvericilik normasını pozmuş olduğunu qətnamədə göstərməmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, cavabdehin ştat vahidlərinin ixtisara salınması barədə işəgötürənin xx.xx.2022-ci il tarixli, ŞL01/2022 saylı əmri ilə əlaqədar qeyd etmişdir ki, sözügedən məsələnin həlli cavabdeh-hüquqi şəxsin diskresion səlahiyyətlərinə aiddir. Belə ki, Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən müəssisə istehsalın və idarəçiliyin təşkilini təkmilləş dirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək hüququna malikdir.

40. Apellyasiya instansiyası məhkəməsi daha sonra haqlı olaraq qeyd etmişdir ki, şçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunduqda və bununla bağlı məhkəmə mübahisəsi yarandıqda isə işə baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunubolunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edibetməməsinə dair məsələləri nəzərdən keçirməlidir. İş materiallarından göründüyü kimi iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cü mlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir.

41. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlınılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmi n edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 mart 2023-cü il tarixli, 2(103)-2166/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar