Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3043/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Lazər qızının cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikiliyə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Lazər qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı evə köçürülmə tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)364/2021 nömrəli, 18 yanvar 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 07 iy un 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Lazər qızı xx.xx.2009-cu ildə X9 ilə nikaha daxil olmuş, həmin nikahdan 3 uşaqları doğulmuşdur. Nikahdan sonra iddiaçı X11 rayonu, Şirvan küçəsi, 54 saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamışdır. X9 xx.xx.2019-cu ildə vəfat edib. İddiaçı Hacıqabul rayonu, ünvan 2 ünvanında yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Lazər qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun üç azyaşlı usağı ilə birlikdə mərhum həyat yoldaşı X9 ilə birgə nikah dövründə inşa etdikləri - Hacıqabul rayonunun Şirvan yolunun üstündə, gölün kənarın da, İ.Qayıbov küçəsində yerləşən birmərtəbəli, üçotaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışıdr ki, Hacıqabul şəhərinin İ.Qayıbov küçəsində, Şirvan yolunun üstündə, gölün kənarında yerləşən fermer təsərrüfatında həyat yoldaşı X9 ilə birlikdə birmərtəbəli, üçotaqlı fərdi yaşayış evi tikdirmişdir. Həyat yoldaşı X9 ilə birlikdə tikdirdikləri birmərtəbəli, üçotaqlı fərdi yaşayış evinə köçmək istəsə də, cavabdehlər onu evə buraxmırlar. Cavabdehlər 14 yanvar 2020-ci il tarixdə özbaşına olaraq ona məxsus cehiz əmlakının bir qismini sındırmaqla atasına məxsus evin həyətinə tökmüşlər.
4. Cavabdeh X5 birinci instansiya məhkəməsinə göndərdiyi etirazında göstərmişdir ki, iddianı qəbul etmir. İddiaçının köçmək istədiyi Hacıqabul şəhərinin İ.Qayıbov küçəsində, Şirvan yolunun üstündə, gölün kənarında yerləşən ev mərhum atasının fermer təsərrüfatı üçün nəzərdə tutulan damdır. Həmin damla iddiaçının gəlin köçdüyü evin ünvanları müxtəlifdir. Hacıqabul şəhərinin İ.Qayıbov küçəsində, Şirvan yolunun üstündə, gölün kənarında yerləşən təsərrüfat üçün nəzərdə tutulan dam mərhum şəhid qardaşına görə atasına fermer təsərrüfatını inkişaf etdirmək üçün verilmişdir. İddiaçının həmin dama heç bir hüququ yoxdur.
5. Hacıqabul Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(071)-119/20 nömrəli qətnaməsi ilə (hakim Həmid Əzizov) İddiaçı Lazər qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçrülmə tələbinə dair iddiası təmin edilməmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mərhum həyat yoldaşı X9 ilə birgə nikah dövründə tikdikləri Hacıqabul rayonunun Şirvan yolunun üstündə, gölün kənarında, İ.Qayıbov küçəsində yerləşən birmərtəbəli, üçotaqlı fərdi yaşayış evinə köçürülməsi barədə məhkəməyə heç bir sənəd təqdim etmədiyindən iddia təmin edilə bilməz.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləninn 228.1, 228.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 106)-191/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov və N.Mirzəyev) apellyasiya şikayəti təmin edilmə miş, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-119/2020 nömrəli, 09 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X7 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququ yaranmış, lakin onun əri X6 29 dekabr 2019-cu il tarixdə vəfatından sonra iddiaçı həmin evdən istifadə hüququnu itirmişdir. Həmçinin İddiaçı Lazər qızı mərhum həyat yoldaşı X9 ilə birlikdə Hacıqabul şəhərinin, İsmət Qayıbov küçəsində, Şirvan yolunun üstündə, gölün kənarında yerləşən torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi tikdirdiklərini iddia etməsinə baxmayaraq həmin fərdi yaşayış evinə dair məhkəməyə heç bir sənəd təqdim edə bilməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Mənzil Məxəlləsinin 30.1, 30.4-cü ma ddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. İddiaçı kasasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)4623/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və İ.Xəlilov) İddiaçı Lazər qızının kasasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
14. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi üzər ində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından və qanunvericilikdə özbaşına tikiliyə istifadə hüququnun tanınmasını və həmin tikiliyə köçürülməni tənzimləyən normalar olmadığından qanunun analogiyasına istinad edilməlidir. Nəzərə alınmalıdır ki, özbaşına fərdi yaşayış evlərinin inşa edilməsi ayrı-ayrı şəxslərin öz vəsaiti hesabına aparılır. Eyni zamanda son nəticədə bu tikililərə Mülki Məcəllənin 180.3-cü maddəsində nəzərdə tutulmuş hallarda onu inşa etmiş şəxsin mülkiyyət hüququ tanına bilər. Ona görə də hazırkı mübahisəyə qanunun analogiyası üzrə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməli olduğu halda apelyasiya instansiyası məhkəməsi qeyd edilən normanı tətbiq etməmişdir. Bununla yanaşı iddiaçı kassasiya şikay ətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evini birgə nikah dövründə əri X9 ilə birlikdə tikdirmişdir. Ona görə də onun həmin fərdi yaşayış evindən istifadə hüququ vardır. Bundan başqa, həmin evin iddiaçı və onun mərhum əri X9 tərəfindən deyil, başqa şəxslər tərəfindən tikildiyi müəyyən edildiyi halda da, məhkəmə mübahisəyə yenə də analogiya üzrə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməklə iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verilməlidir. Göründüyü kimi hazırkı mülki iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mübahisə predmeti olan evin kim tələfindən inşa edildiyinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb etsə də apellyasiya instansiyası məhkəməsi bu halla bağlı araşdırma aparmamış və həmin hala hüquqi qiymət verməmişdir. Ap elyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)364/2021 saylı qətnaməsi ilə (hakimlər Z.Allahyarov (sədrlik edən və məruzəçi), M.Həsənov və O.İsmayılov) İddiaçı Lazər qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-119/2020 nömrəli, 09 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş,iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Lazər qızının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı evə köçürülmə barədə iddiası təmin edilməmiş, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının uşaqları ilə köçmək istədiyi Hacıqabul rayonunun Şirvan yolunun üstündə, gölün k ənarında, İ.Qayıbov küçəsində yerləşən birmərtəbəli, üçotaqlı 75 nömrəli fərdi yaşayış evi hüquqi statusuna görə özbaşına tikilidir, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və iddiaçının mərhum həyat yoldaşı X6 əmisi mərhum X1 təsis etdiyi “Şirinbala” kəndli (fermer) təsərrüfatına ayrılmış torpaq sahəsində X4 tərəfindən tikilmişdır.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında münasibətlər xx.xx.2009-cu il tarixdən sonra yarandığı üçün Hacıqabul rayonunun Şirvan yolunun üstündə, gölün kənarında, İ.Qayıbov küçəsində yerləşən birmərtəbəli, üçotaqlı 75 nömrəli fərdi yaşayış evi ilə bağlı hazırki mübahisənin həllinə Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməlidir. Hazırk i mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müvafiq normaları tətbiq edilməlidir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zər urəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahə sinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”.
19. Apellyasiya instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin bu qərarında ifadə olunmuş hüquqi mövqelərə istinadla bildirmişdir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə sahiblik edən şəxslərdən (cavabdehlərdən) özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də yoxdur. Ona görə də onun həmin evə köçürülməsi tələbinin qanuni əsası mövcud deyildir. Həmçinin abonent kartı iddianın təmin edilməsinin mötəbər sübutu kimi qəbul oluna bilməz.
20. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə cavabdeh İddiaçı Lazər qızının tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-119/2020 nömrəli 09 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir.
21. Məhkəmə gəldiyi nəticəni Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
23. İddiaçı (Vəkil) kasasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi heç bir araşdırma aparmadan qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən Mənzil Məcəlləsinin 30-cu maddəsinin tətbiq edilməsini mübahisələndirmirlər. Mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsi Elmi Hüseynovun ailəsinə (əmisi cavabdeh Şirinbala Hüseynova) fermer təsərrüfatını inkişaf etdirmək üçün ayrılmışdır. Ailənin ümumi razılığına əsasən iddiaçı və həyat yoldaşı Elmi Hüseynov həmin torpaq sahəsində birgə nikahda olduqları dövrdə fərdi yaşayış evi tikmişlər. Evin tikintisi başa çatdıqdan sonra iddiaçının həyat yoldaşı Elmi Hüseynov evə su, işıq xəttinin çəkilişi ilə bağlı "xxxx" ASC və digər aidiyyəti təşkilatlarla müqavilə bağlamış, həmin müqaviləyə uyğun olaraq ona abonent kodu və su sayğacı verilmişdir. Qeyd edilən fərdi yaşayış evi özbaşına tikili olsa da, iddiaçı və onun ərinin birgə nikah dövründə ailənin vəsaitlə ri hesabına tikilmişdir. Buna görə də, onların hər ikisi fərdi yaşayış evinin faktiki mülkiyyətçiləri kimi qəbul edilməlidirlər. İşin hallarından göründüyü kimi, hazırkı halda iddiaçı ilə cavabdeh Ş.Hüseynov və qeyriləri arasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı hər hansı münasibətlər yaranmamışdır. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2 Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yo xdur.
26. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; Maddə 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Maddə 9.2. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2. 2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin o nunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
30. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. İşin müəyyən olunan hallarından göründüyü kimi, İddiaçı Lazər qızı xx.xx.2009cu ildə X9 ilə nikaha daxil olmuş, nikahdan sonra iddiaçı X12 rayonu, Şirvan küçəsi, 54 saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamışdır. İddiaçının uşaqları ilə köçmək istədiyi Hacıqabul rayonunun Şirvan yolunun üstündə, gölün kənarında, İ.Qayıbov küçəsində yerləşən birmərtəbəli, üçotaqlı 75 nömrəli fərdi yaşayış evi “Şirinbala” kəndli fermer təsərrüfatına ayrılmış torpaqda yerləşir. Torpaq sahəsi Hacıqabul rayon İH başçısının xx.xx.1998-ci il tarixli sərəncamına əsasən ayrılmışdır. X2 fermer təsərrüfatında yaşayış evinin tikilməsinə icazə verilməsi barədə torpaq sahəsinin yerləşmə planı Hacıqabul RİH Memarlıq və Tikinti Şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış mübahisəyə Mənzil Məcəlləsinin 30-cü maddəsini tətbiq etmiş və iddiaçı cavabdehin ailə üzvü olmadığına görə iddianı təmin etməmişdir. Məhkəmə gəldiyi nəticəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandıraraq bildirmişdir ki, göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Lakin iddiaçı cavabdehlərin özünün saxlanılmasını tələb etmək hüququ olan ailə üzvü deyildir.
36. Məhkəmə ko llegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, mənzildən istifadə hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə, yəni Mənzil Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mənzildən istifadə hüququnun yaranmasına səbəb ola bilər.
37. Baxılan işdə iddiaçının mübahisəli evdən istifadə hüququnun yaranması üçün hüquqi əsas yoxdur. Kommunal xidmətlərin iddiaçının mərhum ərinin adına olması barədə sübutlar iddiaçının oradan istifadə hüququnun yaranmasına səbəb olmur.
38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 2(106)-364/2021 nömrəli, 18 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.