Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3043/2024 06.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin nümayəndə tərəfindən elektron qaydada imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3450/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən kassasiyasının mümkün lüyünü yoxlayaraq, Müəyyən etd: Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3450/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Mə cəllənin 10-1.7-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətini təsdiq edən sənəd əlavə edilməlidir. Məhkəmə kollegiyası hazırki kassasiya şikayətini iş materialları və Elektron Məhkəmə İnformasiya Sistemindəki məlumatlarla birlikdə nəzərdən keçirərək, qeyd edir ki, kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə elektron qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vəkili Vəkil2 tərəfin dən imzalansa da, şikayət adı şikayətdə nümayəndə kimi qeyd edilən və işə etibarnaməsi əlavə edilmiş nümayəndə İddiaçı2 tərəfindən elektron qaydada imzalanmamış, nəticədə cavabdeh tərəfindən MPM-in 10-1.3, 10-1.7 və 407.3-cü maddələrinin tələbləri pozulmuşdur. Bununla da, kassasiya şikayəti verilməsi üçün Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən maddələrində müəyyən edilmiş qaydaya riayət olunmayıb. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməs i tərəfindən qaytarılır. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan kassasiya instansiyasına göndərməklə həmin Məcəllənin 409-cu maddəsinin tələblərinə əməl etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayəti nin mümkünlüyü üçün əsaslar mövcud olmadığından (nümayəndə tərəfindən elektron qaydada imzalanmadığı üçün), onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3450/2024 nömrəli, xx.xx.2 024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3043/2024
Ali Məhkəmə Qərardad — İş №2(102)-3043/2024
06.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver