Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3043/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın naturada bölünməsi 27.11.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 may 2025-ci il tarixli, 2(103)1834/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 12 iyun 2010-cu il tarixdə Niftəliy ev X1 Aliyə Elşad qızı ilə nikaha daxil olmuş və birgə nikah dövründə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 116 saylı evin 99 saylı mənzilini əldə etmişlər. Həmin mənzil Cavabdeh adına rəsmiləşdirilmiş və mülkiyyət hüququ üzrə onun adına qeydə alınmışdır.
2. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(005)2960/2022 saylı qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 116 saylı evin 99 saylı mənzilinin ½ hissəsinə İddiaçı pay hüququ tanınmış və qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddi a tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 116 saylı evin 99 saylı mənzilinin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin onlar arasında paylarına uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə sözügedən mənzilin ½ hissəsinə pay hüququ tanınmışdır. Bu qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023- cü il tarixli “Mənzilin orta bazar dəyərinin müəyyən edilməsi” barədə arayışda mübahisəli mənzilin orta bazar dəyəri 10 may 2023-cü il tarixə 280.000300.000 manat təşkil edir. Birgə nikah dövründə əldə edilmiş mənzilin açıq hərracdan satılaraq, satışdan əldə edilmiş vəsaitin paylarına uyğun olaraq bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, e-2(005)2617/2023 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 116 saylı evin 99 saylı mənzilinin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin tərəflərin paylarına uyğun olaraq (iddiaçıya ½ hissədə, cavabdehə ½ hissədə) bölünməsi və mənzilin ilkin satış qiymətinin 300.000 manat müə yyən edilməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, birgə nikah dövründə əldə edilmiş mənzilin açıq hərracdan satılaraq bölünməsindən əvvəl ilk növbədə onun naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Bu mümkün olmadığı halda ayrılan mülkiyyətçi öz payına görə kompensasiyasının ödənilməsini digər mülkiyyətçidən tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin kompensasiya vermək imkanı olmadıqda və ya vermək istəmədikdə isə əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.
7. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlara əsaslanaraq müəyyən etmişdir ki, mübahisəli mənzilin naturada bölgüsü mümkün deyil. Belə ki, bölgünün mümkün olmaması işin mübahisəsiz halı olduğundan, məhkəmə prosessual qənaət prinsipinə uyğu n olaraq bu halın təkrar müəyyən edilməsi üçün ekspertiza təyin edilməsinə zərurətin olmadığı qənaətinə gəlmişdir. Həmçinin cavabdeh iddiaçıya mənzildə olan payına görə kompensasiya ödəməkdən imtina etmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarında mənzilin bazar dəyəri barədə hesabat mövcuddur. Məhkəmə iclasında iddiaçı mənzilin hesabatda qeyd edilən 300.000 manat dəyərinin ilkin hərracdan satış qiyməti kimi müəyyən edilməsini xahiş etmiş, cavabdeh isə bu hesabatda qeyd edilən məbləğə etirazını bildirməmişdir. Bu səbəbdən də mübahisəli mənzilin hərracdan satış qiyməti onun bazar dəyəri əsasında 300.000 manat müəyyən edilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 213.1, 213.2, 215.1, 215.2, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6 və 221-ci, MPM-in 14.2, 77.1 və 217.4-cü maddələrinə, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamədə mübahisəli mənzilin cavabehin mülkiyyətində olmasını göstərərkən, bu mənzilin al ınması üçün sərf olunan vəsaitin kim tərəfindən maliyyələşdirilməsini araşdırmamışdır. Həmçinin mübahisəli mənzilin birgə vəsait hesabına əldə edilməsini təsdiq edən hər hansı sübutlar işə əlavə edilməmişdir. Mənzilin alınması üçün vəsait cavabdehin atası tərəfindən verilmişdir. Həmçinin mübahisəli mənzil hazırda cavabdehin mülkiyyətində olduğundan, iddiaçının belə bir tələb irəli sürməsi düzgün olmamışdır. Belə ki, iddiaçının həmin evə dair hər hansı payı mövcud deyil. Bundan başqa, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin iştirakı təmin edilməmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2(103)2372/2024 saylı qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən, məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov) apellyasiya şikayəti qism ən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsindən “mənzilin hərracda ilkin satış qiymətinin 300.000 manat müəyyən edilməsi” hissəsi xaric edilmiş və qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli mənzilin cavabdehin atasının maddi vəsaiti hesabına adlınması, mənzilin alınmasında iddiaçının heç bir rolunun olmaması barədə dəlili ilə bağlı qeyd etmişdir ki, həmin dəlil açıq-aşkar əsassızdır. Belə ki, birincisi, cavabdeh tərəfindən bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İkinci qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli mənzilin üzərində iddiaçının ½ hissədə payının olması müəyyən edilmişdir. Beləliklə qanuni qüvvəyə minm iş məhkəmə qətnaməsi ilə iddiaçının ½ hissədə payı müəyyən edilən mənzilin naturada bölünməsi, naturada bölünməsi mümkün olmadığı halda isə mənzilin açıq hərraca çıxarılması və əldə edilən gəlirlərin tərəflərin paylarına mütənasib surətdə bölünməsini tələb etməyə müvafiq subyektiv hüququ olmuşdur.
14. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddia tələbində mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi tələb edilməmiş, yalnız iddiaçının vəkili məhkəmə iclasında mənzilin 300.000 manata hərracdan satılmasını və bu məbləğin tərəflər arasında onların paylarına uyğun bərabər bölünməsini xahiş etmişdir ki, həmin tələb qeyd edildiyi kimi iddia ərizəsində və ya iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə öz əksini tapmamışdır.
15. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 220.1, 220.3, 220.4, 220.5, 220.6-cı, habelə MPM-in 14.2, 77.1, 372.1, 372.2, 372.3, 372.4, 372.6-cı maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 27 dekabr 2024-cü il tarixli, 2(102)-2806/2024 saylı qərarı ilə (hakimlər Əhməd Nurməmmədov məruzəçi, İspəndiyar Şəfiyev və Aqil Abbasov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2(103)-2372/2024 saylı qətnaməsi qismən, Ba kı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, e-2(005)-2617/2023 saylı qətnaməsindən “mübahisəli mənzilin hərracda ilkin satış qiymətinin 300.000 manat müəyyən olunmasının” xaric olunması hissədə ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia tələbi tərəflərin ümumi paylı mülkiyyətdə olan mənzilin fiziki bölgüsü, bu mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş məbləğin onların paylarına uyğun bölünməsi yolu ilə mənzil üzərində ümumi paylı mülkiyyət hüququna xitam verilməsindən ibarət olmuşdur.
19. Mülki Məcəl lənin 221-ci maddəsində paylı mülkiyyətdə olan əşyanın hərracdan satılması barədə qətnamə qəbul edilərkən, əmlakın ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, qanunvercilikdə bununla bağlı qadağanedici norma da yoxdur. Hərracda satış zamanı əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin suiistifadə hallarının qarşısının alınması məqsədilə paylı mülkiyyətdə olan əşyanın hərracdan satışı üçün onun ilkin satış qiymətinin qətnamədə göstərilməsi mülki qanunvericiliyin prinsiplərinə uyğundur və məsələnin məhz bu cür həlli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Komm ersiya kollegiyalarının 06 dekabr 2024-cü il tarixli, 02/202 saylı qərardadında da öz əksini tapmışdır.
20. Kassasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.3, 220.4, 220.5, 220.6-cı, habelə MPM-nin 14.2, 77.1, 372.1, 372.2, 372.3, 372.4, 372.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. İşin hazırkı apellyasiya baxışı zamanı alınmış "xxxx" MMC-in xx.xx.2025-ci il tarixli qiymətləndirici rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 116 saylı evin 99 saylı mənzilinin mövcud bazar dəyəri 334000 manat təşkil edir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 may 2025-ci il tarixli, 2(103)1834/2025 saylı qətnaməsi ilə (hakimlər Cəmilə Musa yeva sədrlik edən, məruzəçi, Fuad Abdıyev və Fuad Babayev) cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “mübahisəli mənzilin hərracda ilkin satış dəyərinin 300.000 manat müəyyən olunması” hissəsində dəyişdirilmiş, həmin hissədə iddia qismən təmin edilərək, tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 116 saylı evin 99 saylı mənzilinin satış qiyməti 334.000 manat müəyyən edilmiş, həmin mənzilin satılması yalnız paylı mülkiyyətçilər- İddiaçı və Cavabdeh iştirakı ilə qapalı hərrac formasında keçirilməsi, habelə mənzil həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
23. Mə hkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayaraq qeydə etmişdir ki, qiymətləndirmənin aparılması həvalə olunmuş hər iki mütəxəssis rəyinin mötəbər sübut olaraq qiymətləndirilməsi mülkiprosessual qanunvericiliyə zidd deyil. Belə ki, "xxxx" MMC-in 18 aprel 2025-ci il tarixli qiymətləndirici rəyinin məzmunu əvvəlki rəyin məzmununa uyğundur, nəticələr arasında yaranmış fərq isə, keçən müddət ərzində respublikadaxili orta bazar qiymətlərində baş verən artımla əlaqəlidir. Bu səbəbdən də iş üzrə tərtib olunmuş sonuncu mütəxəssis rəyinin əsaslı olduğu qənaətinə gəlmək və işin həllində həmin rəydən istifadə etmək mümkündür. Belə ki, müəyyən edilmiş qiymət əşyanın bazar dəyərinə uyğundur.
24. Məhkəmə kollegiyası həmçinin tərəflərə izah et mişdir ki, sözügedən qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər AR MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.
25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulm uşdur.
26. Bununla belə məhkəmə kollegiyası tərəfindən iddiaçının (məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir) hərracın forması ilə əlaqədar olan mövqeyi öyrənilmiş, onun hərracda iştirak edə bilməyəcəyi müəyyən edilmişdir.
27. Məhkəmə araşdırması zamanı mülkiyyətçilərdən iddiaçının əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətində olmadığı müəyyən edildiyindən, məhkəmə kollegiyası qeyd etmişdir ki, qətnamənin nəticə hissəsində hərracın əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə onun açıq hərracdan satılmalı olması göstərilməlidir.
28. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki M əcəlləsinin 152.1, 213.1, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-cı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 06 dekabr 2024-cü il tarixli, 02/202 saylı qərardadına, habelə MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh (vəkil – Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli m ənzil cavabdehin adına rəsmiləşdirilmişdir və bütün ödənişlər cavabdehin atası mərhum Elşad Mirməmmədov tərəfindən həyata keçirilmişdir, yəni evin alınması üçün ödənilmiş məbləğ cavabdehin atasına aid olmuşdur. Sual ondan ibarətdir ki, əgər mənzilin dəyərini İddiaçı ödəyibsə niyə sənədləşmə məhz cavabdehin adına həyata keçirilmişdir. Hardadır o, sübut ki, mənzilin alınmasında ödənilmiş vəsait ər-arvadın məhz nikah dövründə əldə olunan ümumi gəlir hesabına alınmışdır. Bunu təsdiq edən sübutlar yoxdur. Buna görə də mübahisə predmeti olan mənzildə 1/2 hissədə paya hüquqlarının tanınması üçün məhkəməyə müraciət edən və iddiası təmin edilən iddiaçı mənzil üzərində heç bir pay hüququna malik deyil. Əgər, iddiaçı mənzilin əldə edilməsi üçün pul vermişdirsə, mənzili öz adına ala və ya müqavilədə cavabdehlə yanaşı birgə alıcı kimi qeyd edilməsini tələb edə bilərdi. Daha öncəki məhkəmə proseslərində də iddiaçı mənzilin nəyə görə cavabdehin adına əldə edilməsinin ağlabatan səbəbini izah edə bilməmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı həmin mənzilin əldə edilməsi üçün heç bir maddiyyat sərf etməmişdir. Alqı-satqı müqaviləsinə və qəbzlərə əsasən, mənzilə dair ödənişlər satıcıya məhz cavabdeh tərəfindən ödənilib. Müqavilə onunla bağlanıb və hal-hazırda mənzil onun mülkiyyətindədir. Mübahisəli mənzilin alınması üçün sərf olunan vəsaitin kim tərəfindən maliyyələşdirilməsi araşdırılmamışdır. Həmçinin mübahisəli mənzilin birgə vəsait hesabına əldə edilməsini təsdiq edən hər hansı sübutlar yoxdur. Payların tanınması barədə qəbul edilmiş qərar isə qanunsuz və əsassızdır. Bundan başqa, tərəflərin birgə nikahdan 17 fevral 2017-ci il tarixdə doğulmuş X2 “Kəskin limfoblast leykoz” xəstəliyindən əziyyət çəkir. 10 may 2022-ci il tarixdən etibarən “B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutun”da qeydiyyatdadır, uzun müddətli kimiya terapiyalardan keçib və hal-hazırda da müalicə dövründədir. Fərhad körpə olmasına baxmayaraq çox ağır prosedurlardan keçir. Onun müalicə və müayinələri Azərbaycanla yanaşı, qardaş ölkə Türkiyənin Emsey xəstəxanasında da həyata keçirilir. Bütün bu məqamlardan hazırki iddia üzrə iddiaçının hər zaman məlumatlı olub. Fərhad Niftəliyevin təhsilinə gəlincə isə aparılan müalicələr səbəbindən 17 fevral 2017-ci il təvəllüdlü Fərhad Niftəliyev kollektivə getməsinə icazə verilmir. Məhz bu səbəbdən də Fərhad Niftəliy ev evdə təhsil alır. Xəstəliklə bağlı psixo-emosional durumu ilə əlaqədar olaraq azyaşlı Fərhad Niftəliyev davamlı reabilitasiya alır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllləsi
32. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 213.1 iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlaraümumi mülkiyyət hüququ əsasında mənsubdur.
34. Maddə 220.1 paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakırazılaşmaya əsasən onlar arasında bölünə bilər.
35. Maddə 220.2 paylı mülkiyyətin mülkiyyətçisi öz payı nın ayrılmasını tələbedə bilər.
36. Maddə
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. M addə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəm əsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
45. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri pozulduğundan qətnamə ləğv edilməlidir.
46. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının cavabdehə qarşı hazırkı tələbləri “birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzilin naturada ayrılmasından, bu mümkün olmadıqda isə həmin mənzilin açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin onlar arasında paylarına uyğun olaraq bölünməsindən” ibarət olub.
47. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilərək, mənzilin açıq hərracdan satılması, satı şdan əldə olunmuş vəsaitin tərəflərin paylarına uyğun olaraq ½ hissədə bölünməsi və mənzilin ilkin satış qiymətinin 300.000 manat müəyyən edilməsi qət edilib.
48. İddiaçı, qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə apellyasiya şikayəti verməyib, cavabdehin apellyasiya şikayəti isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsindən “mənzilin hərracda ilkin satış qiymətinin 300.000 manat müəyyən edilməsi” hissəsi xaric edilib və qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılıb.
49. Kassasiya instansiyası məhkəməsi isə cavabdehin kassasiya şikayətini qismən təmin edərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsindən “mübahisəli mənzilin hərracda ilkin satış qiymətinin 300.000 manat müəyyən edilməsinin” xaric olunması hissəsində ləğv edilib, mülki iş yalnız həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılıb.
50. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın “mübahisəli mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin tərəflərin paylarına uyğun olaraq ½ hissədə bölünməsi” tələblərinə aid hissədə artıq qanuni qüvvəyə minib, iddiaçı isə qətnamənin mənzilin ilkin satış qiymətinin 300.000 manat müəyyən edilməsi hissəsi ilə razılaşaraq apellyasiya şikayəti verməyib.
51. Lakin, bütün bunlara baxmayaraq, apellyasiya instansiyası məhkəməsi, b irinci instansiya məhkəməsininin qətnaməsinin artıq qüvvədə olan hissəsini də yenidən işə baxılmanın predmetinə çevirib və nəticədə cavabdehin şikayətinə əsasən onun vəziyyətini ağırlaşdıran qətnamə qəbul edib.
52. Belə ki, apellyasiya instansiyası məhkəməsi, cavabdehin apelyasiya şikayətini qismən təmin edərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini “mənzilin hərracda ilkin satış qiymətinin 300.000 manat müəyyən edilməsi” hissəsində dəyişdirərək, həmin hissədə iddianı qismən təmin edib və tərəflərin paylı mülkiyyətində olan mənzilin ilkin satış qiymətini 334.000 manat müəyyən etməklə, habelə mənzilin satılmasınin yalnız tərəflərin iştirakı ilə qapalı hərrac formasında keçirilməsini və həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda mənzilin açıq hərracd an satılmasını və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını qət edib.
53. Beləliklə də apellyasiya instansiyası məhkəməsi, mənzilin açıq hərracdan satılmasına dair artıq qanuni qüvvəyə minmiş məhkəmə aktının olmasını nəzərə almayıb və şikayət olmadığı halda mənzilin ilkin satış qiymətini 300.000 manatdan, 334.000 manata qaldırmaqla, əslində cavabdehin vəziyyətini ağırlaşdıran qərar qəbul edib.
54. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi işə baxılmanın hədlərini aşıb və birinci instansiya məhkəməsinin qətnaməsinin hərracın keçirilmə formasına (açıq hərrac) dair hissəsində artıq qanuni qüvvəyə mindiyini nəzərə almayıb və mənzilin satılmasınin yalnız tərəflərin iştirakı ilə qapalı hərrac formasında keçirilməsini müəyyən etməklə fərqli qərar qəbul edib. Yəni, birinci inst ansiya məhkəməsinin qətnaməsində mənzilin açıq hərracdan satılması qət olunduğu və həmin hissədə qətnamə qüvvədə olduğu halda, apellyasiya instansiyası məhkəməsi mənzilin həm də qapalı hərracdan satılmasını qət edib və bununla da gələcəkdə qətnamənin icrasında çətinliklər yaradacaq nəticəyə gəlib.
55. Halbuki, AR MPM-in 233.1 və 372.6-cü maddələrinin mənasına görə,...birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsində...yoxlayır.
56. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin artıq qüvvədə olan hissəsini yoxlamaqla, habelə cavabdeh tərəfindən mübahisələndirilməyən hissəni təkrar işə baxılmanın predmetinə çevirməklə yuxarıda sadalanan normaların tələblərini pozub.
57. Nəzərə alınmalıdır ki, prosessual qanunverciliyə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin ( AR MPM-nin 418.3-cü maddəsi).
58. Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən ed ilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
59. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə, mübahisəli mənzilin ilkin satış qiyməti 300.000 manat (üç yüz min) məbləğində müəyyən edilməlidir.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 may 2025-ci il tarixli, 2(103)-1834/2025 saylı qətnaməsi ləğv edilsin, yeni qərar qəbul olunsun. Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 116 saylı binanın 99 saylı mənzilinin ilkin satış qiyməti 300.000 (üç yüz min) manat məbləğində müəyyən edilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.