Məhkəmə qərarları › İş №2(102)-3044/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3044/2020

20.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3044/2020 20.08.2020 ALİ MƏHKƏMƏ Ərizəçi: Ərizəçi Maraqlı şəxs: Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri XXXrayon şöbəsi Ərizə: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, əmək stajı faktı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçı Ərizəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14681/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Ərizəçi (bundan sonra - ərizəçi) yaşa görə pensiya təyin olunması üçün Dövlət X6 Bakı şəhəri XXXrayon şöbəsinə (bundan sonra - maraqlı şəxs) müraciət etmişdir. Maraqlı şəxsin xx.xx.2019-cu il tarixdə ərizəçiyə ünvanlanan məktubu ilə ərizəçinin “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən tələb olunan əmək stajı olmadığından və fərdi hesabında toplanan pensiya kapitalı minumum əmək pensiyası məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən onun yaşa görə əmək pensiyası hüququnun olmadığı bildirilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat Ərizəçi ərizə və əlavə ərizə ilə məhkə məyə müraciət edərək, 1973-cü il tarixdən 1993-cü il tarixədək XXXrayonu XXX adına üzümçülük sovxozunda çoban işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci ildə XXXrayonu Əliağlı kəndində doğulmuşdur. xx.xx.1973-cü ildən xx.xx.1993-cü ilədək XXXrayonu XXX adına üzümçülük sovxozunda işləmişdir. Məlum səbəblər üzündən, yəni XXXrayonu işğal olduğundan köçkün düşmüşdür. Hazırda XXXrayonu XXXqəsəbəsində məskunlaşmışdır. Yaşı ilə əlaqədar olaraq təqaüdə çıxmalıdır, lakin əmək kitabçasında qeyd olunmalığından məhkəməyə müraciət etməli olmuşdur. Onun o vaxtlar işlədiyi faktını məhkəmədə şahidlər də təsdiq edə bilərlər. Ərizəçinin məhkəməyə təqdim etdiyi şahid X3 ifadəsində göstərmiş dir ki, XXXrayonunda ərizəçi ilə qonşu kəndlərdə yaşamalarına baxmayaraq, ərizəçinin ailəsini tanımışdır. Belə ki, ərizəçinin atası, eyni zamanda özü də çoban olmuşdur. Ərizəçi də atası ilə birlikdə uşaqlıqdan çobanlıq etmişdir. XXXrayonunda yerləşən X11 adına olan sovxoz əvvəl heyvandarlıq daha sonralar isə üzümçülüq adlandırılsa da, həm üzümçülük, həm heyvandarlıq, həm də digər sahələr üzrə ixtisaslaşmışdır. O özü 1964-cü ildə X11 adına XXXrayon heyvandarlıq sovxozuna fəhlə kimi işə qəbul olunub və müxtəlif vaxtlarda həmin sovxozdan işdən azad olub başqa yerdə işləmiş, sonradan yenə də həmin sovxoza qayıdaraq 1993-cü ilədək həmin sovxozda uzun müddət işləmişdir. Onun sovxozda sonuncu vəzifəsi “briqadir” olmuşdur. Həmçinin, 1993-cü ilin iyun ayının 16-da məcbur olub XXXrayonundan çıxdıqla rından əmək kitabçasında 1986-cı ildən sonrakı illərdə həmin sovxozda işləməsi bağlı qeydlər aparılmamışdır. Ərizəçi isə həmin sovxozun fermasında işləmiş və həmin fermanın heyvanlarının otarılması ilə məşğul olmuşdur. Ərizəçi təxminən 1972-ci və 1973-cü illərdə həmin sovxoza rəsmi işə düzəlmiş və məcburi köçkün düşənədək onunla birlikdə həmin sovxozda işləmişdir. Digər şahid X2 oxşar məzmunlu ifadə vermişdir. Ərizəçi, həmçinin məhkəməyə şahidlərin XXXrayonunda yerləşən X11 adına sovxozda işlədiklərini təsdiq edən əmək kitabçalarından çıxarışlar təqdim etmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bakı Şəhəri XXXRayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-2782/2019 nömrəli iş üzrə xx xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hаkim S.Bəhrəmzadə) ərizə təmin edilmişdir. Məhkəməsi işin müəyyən edilən hallarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305, 307 və 308-ci, Əmək Məcəlləsinin 87-ci maddələrini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.4-cü bəndini tətbiq edərək, belə qənaətə gəlmişdir ki, ərizə əsaslıdır və tmin olunmalıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-14681/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – X.Cəmilova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və İ.Kərimli) maraqlı şəxsin apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək ərizə təmin edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlsə də, ərizəçinin ərizəsində tələbinin qeyd olunan şəkildə qoyulmasında hüquqi marağının nədən ibarət olduğunu tam olaraq aydınlaşdıra bilməmiş və nəticədə qətnamənin nəticə hissəsində qeyri-müəyyənliyə yol vermişdir. Belə ki, apellyasiya baxışı zamanı ərizəçi ərizə verərək bildirmişdir ki, birinci instansiya məhkəməsində xx.xx.2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərkən 1973-cü ildən 1993-cü ilə kimi işləmə faktının müəyyən edilməsini xahiş etmiş və həmin müddətin hüqu qi fakt olaraq müəyyən edilməsini tələb edərkən ilk dəfə iddia ərizəsi verərkən iddia ərizəsində göstərdiyi müddətin, yəni xx.xx.1973-cü ildən xx.xx.1993-cü ilə kimi olan müddəti nəzərdə tutmuşdur. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilərək, ərizəçinin xx.xx.1973-cü il tarixdən xx.xx.1993-cü il tarixədək XXXrayonu XXX adına üzümçülük sovxozunda çoban işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Maraqlı şəxs (vəkil X4) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikay əti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə edilmişdir. Belə ki, məhkəmə ərizəçi ilə eyni müəssisədə işlədikləri təsdiq olunmayan şahidlərin ifadələrinə əsaslanmışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İş üzrə ərizəçi məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67.1-ci maddəsinin tələXXXəsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsa sən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələXXXgörə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə maraqlı şəxs olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “Əmək pe nsiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1.0.1. Əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə

23. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci ilin yanvarın 1dək keç miş SSRİ-nin ərazisindəki qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx xxxxxxx 2007-ci il tarixdə 3364 nömrə ilə qeydiyyatdan keçmiş Dövlət X12 Kollegiyasının xx xxxxxxxx 2007-ci il tarixli qərarı 2.5-ci bənd Əmək fəaliyyəti barəsində sənədlərin üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilinməməsi və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. MPM. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında iş lərə baxır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə

310. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Kassasiya instan siyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri işin faktiki hallarının araşdırılması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır. Nəzərə alınmalıdır ki, hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin olunmasına etiraz etməmiş, məsələnin həllini məhkəmənin mülah izəsinə buraxdığını bildirmişdir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Dövlət X6 Bakı şəhəri XXXrayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14681/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar