Məhkəmə qərarları › İş №2(102)-3045/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3045/2020

22.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3045/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)14589/2019 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva, iş № 2(006)-4799/2019) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edil məsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov, A.N.İmanov və V.N.Sadıqov) İddiaçı1 apelyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı1 iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilmişdir. İşin halları: 2019-cu ilin iyul ayında İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək N saylı evin ona babasından miras qalmasını, 1975-ci ildə ailə quranadək həmin evdə yaşamasını, ailə qurduqdan sonra isə ərinə məxsus evdə qızları N və İddiaçı3larla birlikdə yaşamasını, mübahisəli N küçəsi 46-da yerləşən evdə qardaşı Cavabdeh yaşamasını əsas göstərməklə iki qızı ilə birlikdə evə istifad ə hüququnun tanınması, evə köçürmə və evdən istifadə qaydasının müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 152, 158-ci maddələrinə istinad edilmişdir. İddiaçı1 qızlarının adlarını iddiaçı qismində iddia ərizəsində göstərsə də, ərizə onlar tərəfindən imzalanmamışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı1 kasasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında cavabdeh və vəkili kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etm işdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli ev mülkiyyət hü ququnun subyekti kimi dövlət qeydiyyatına alınmamış, iddiaçı isə, özünün təsdiq etdiyi kimi, 1975-ci ildən ailə qurması ilə əlaqədar ərinə məxsus evə köçmüş və həmin vaxtdan mübahisəli evdə yaşamamışdır. Apelyasiya instansiyası məhkəməsi xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin qüvvəsini tətbiq etməklə iddianın əsassız olması barədə nəticəyə gəlmişdir. Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İddiaçının 40 ildən artıq müddət ərzində mübahisəli evi tərk edib başqa dai mi yaşayış yerinə köçməsi onun köçürülməsini tələb etdiyi evə hər hansı hüququnun olmasını təkzib etdiyindən, kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisə hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun həll edilmiş, qətnamənin ləğv edilməsi üçün əsas verən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar