Məhkəmə qərarları › İş №2(102)-3045/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3045/2022

29.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3045/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3045/22 Açar sözlər: torpaq sahəsindən çıxarılma Bakı şəhəri, 29 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-56/2022 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2012-ci il tarixli, Seriya MA, ******* nömrəli və qeydiyyat nömrəsi ********** olan, xx.xx.2013-cü il tarixli, Seriya RX,0196831 nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətinə 0.61786 ha və 1.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir.

2. Beyləqan Rayon Məhkəməsinin 2(020)-14/2017 saylı, 22 avqust 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Beyləqan rayonu Qaradağlı Bələdiyyəsinə qarşı ona və ailə üzvlərinə məxsus qanuni B004188 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi ist ifadə hüququna dair Dövlət Aktına əsasən “Müslüm” X1 məxsus olan 4.84 ha torpaq sahəsinin 2.08 ha hissəsindən cavabdehlərin çıxarılmaları barədə iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvəsində saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarma” tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, Beyləqan rayonu, Qaradağlı kəndində yerləşməklə xüsusi mülkiyyətində olan 0.61786 ha torpaq sahəsindən Cavabdeh1 Əbdül oğlunun, 1.51 ha torpaq sahəsindən isə Cavabdeh2 məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışd ır ki, xüsusi mülkiyyətində olan 0.61786 ha torpaq sahəsini Cavabdeh1 Əbdül oğlu, 1.51 ha hissəsini isə Cavabdeh2 qeyri-qanuni yolla zəbt edərək onu xüsusi mülkiyyətindən məhrum etmişlər. Dəfələrlə torpaq sahəsindən istifadə etmək istəsə də, cavabdehlər ona mane olmuşlar. Hazırda da cavabdehlər onun torpaq sahəsini boşaltmaqdan imtina edirlər.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2020-ci il tarixli, 10/765 saylı rəyinə əsasən Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı, reyestr nömrəsi **********10 olan çıxarışla Beyləqan rayonu, Qaradağlı kəndində yerləşən İddiaçı məxsus 1.51 ha torpaq sahəsinin istifadə olunmadığı, Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı, reyestr nömrəsi **********60 olan çıxarışla Beyləqan rayonu, Qaradağlı kəndində yerləşən İddiaçı məxsus 0.61786 ha torpaq sahəsinin istifadə olunduğu müəyyən edilmişdir. Beyləqan rayonunun Qaradağlı kəndinin ərazisində “Müslüm” KFT-na B 004188 saylı “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair Dövlət Aktına əsasən verilmiş 19.50 ha torpaq sahəsi, Qaradağlı kəndinin ərazisində “Torpaq islahatı” haqqında qanuna müvafiq olaraq yerquruluşu işləri aparılan zamanı həmin qanunun 11ci maddəsin in 3-cü bəndinə əsasən torpaqdan pay almaq hüququ olan subyektlər arasında orta torpaq norması əsasında bölünmüşdür. Cavabdeh2 və ailə üzvlərinə də “Torpaq islahatı” haqqında qanuna müvafiq olaraq müəyyən olunmuş orta torpaq əsasında qeyd olunan ərazidən 5.27 ha (JN-161C - 1.76 ha, JN-161D - 0.82 ha və JN161K-2.69 ha) torpaq payı verilmişdir. “Torpaq islahatı” haqqında qanunun 11-ci maddəsinin 3-cü bəndinə əsasən Qaradağlı kəndinin ərazisində torpaq islahatı aparılan zaman keçmiş “Müslüm” (k/f) təsərrüfatının ərazisinin (B N004188 saylı “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət Aktına əsasən) torpaqdan pay almaq hüququ olan subyektlər arasında orta torpaq norması əsasında bölündüyünə görə hüdudlarını müəyyən etmək mümkün olmamışdır.

6. Cavabdeh1 birinci instans iya məhkəməsində iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Onun özünə məxsus 4.47 ha torpaq sahəsi vardır və o, özünə məxsus torpaq sahəsindən istifadə edir. Həmin torpaqdan 22 ildən artıqdır ki, istifadə edir.

7. Beyləqan Rayon Məhkəməsinin (hakim R.Nurullayev) 02 noyabr 2020-ci il tarixli, 2(020)-407/2020 saylı qərardadı ilə Cavabdeh2 İddiaçı qarşı 2,08 ha torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddiası üzrə işin icraatına xitam verilmişdir.

8. Beyləqan Rayon Məhkəməsinin (hakim R.Nurullayev) 02 noyabr 2020-ci il tarixli, 2(020)-407/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmalkın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qe ydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 yanvar 2012-ci il tarixdə verilmiş ******* saylı, reyestr nömrəsi **********60 olan çıxarışla Beyləqan rayonu, Qaradağlı kəndində yerləşən İddiaçı məxsus 0.61786 ha torpaq sahəsindən çıxarılması, iddianın digər Cavabdeh2 qarşı 1.51 ha torpaq sahəsindən çıxarma tələbinə dair hissədə rədd olunması qət edilmişdir.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı xüsusi mülkiyyətində olan 0.61786 ha torpaq sahəsinin 1.51 ha hissəsini Cavabdeh1, 0.60 ha hissəsini isə Cavabdeh2 tərəfindən zəbt edilməsini göstərsə də, iş üzrə təyin edilmiş ekspertiza rəyindən görünür ki, Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiy yatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı, reyestr nömrəsi **********10 olan çıxarışla Beyləqan rayonu, Qaradağlı kəndində yerləşən X2 məxsus 1.51 ha torpaq sahəsi zəbt edilməmişdir. Lakin Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı, reyestr nömrəsi **********60 olan çıxarışla Beyləqan rayonu, Qaradağlı kəndində yerləşən X2 məxsus 0.61786 ha torpaq sahəsi istifadə olunaraq zəbt edilmişdir.

10. Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29, 60, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84,111, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139,164,152, 157-ci maddələrinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2020-ci il tarixli, 10/765 saylı rəyinə istinad etmişdir.

11. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər T.S.Kərimov (sədrlik edən və məruzəçi), T.X.Heydərov və Z.A.Zeynalov) 2(106)-56/2022 nömrəli iş üzrə 12 yanvar 2022ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək, Beyləqan Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(020)-407/2020 saylı qətnaməsi həmin şikayətlərə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci in stansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edən zaman Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddələrinə istinad edərkən cavabdehə və ailə üzvlərinə verilmiş pay torpaq sahəsindən çıxarılmalarını və onların pay torpaq sahəsindən qanunsuz və əsassız olaraq məhrum edilməl ərini nəzərə almamış, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli fərmanına əhəmiyyət verməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci və 385.2-ci maddələrinin tələblərinə düzgün əməl etməmiş, iş üzrə yenidən təkrar ekspertizanın keçirilməsini təşkil etməmiş, iddia tələbinə mahiyyəti üzrə baxıb düzgün hüquqi qiymət verməmişdir. Həmçinin məhkəmə tərəfindən torpaq islahatının aparıldığı ilk gündən naturada olmayan 0.61786 ha torpaq sahəsinin ilkin sahibi X3 və öz adına xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarış əldə etmiş İddiaçı ilk vaxtdan etibarən kənar sahədə həmin ölçüdə torpaq sahəsinin verilməsi halı da nəzərə alınmamışdır. İddiaçı bu gün də həmin ölçüdə verilmiş torpaq sahəsindən istifadə etməkdədir. b) Kassasiya şikayətinə q arşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

20. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülk iyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

21. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

22. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki ümmətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

26. Maddə 102.

1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdi rilməsi üçün əsas yoxdur.

31. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

32. Kassasiya kollegiyası cavabdehin apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar ekspertizanın keçirilməməsi barədə dəlillini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər. MPM-nin 102.2-ci maddəsində isə, məhkəmənin əsassızlığına görə eksperin rəyi ilə razılaşmadığı halda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin edə bilməsi qeyd olunur. Baxılan işdə apellyasiya kollegiyası işin müəyyən edilmiş faktiki halları baxımından təkrar ekspertiza təyin olunmasına əsaslar müəyyən etməmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qət namənin ləğv edilməsi üçün əsas təşkil etmir.

34. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-56/2022 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar