Məhkəmə qərarları › İş №2(102)-3045/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3045/2023

23.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3045/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, 17 saylı Notariat Ofisinin xüsusi notariusu X15, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri X37rşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız sayılması və miras payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, 17 saylı Notariat Ofisinin xüsusi notariusu X10, Azərb aycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri X37rşı vərəsəlik hüququ haqqnda şəhadətnamənin və çıxarışın etibarsız sayılması və miras payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1650/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 İddiaçı qardaşı, Cavabdeh2 xalası, Vəliyeva Tahirə isə ana tərəfdən nənəsidir. X2r. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, Döngə 4, ev 18B iddiaçının nənəsi mərhum Vəliyeva (Absalamova) Tahirə Qurbanəli qızına məxsus olmuşdur.

2. İddi açı 09 oktyabr 1997-ci il tarixdə nənəsi X5 öldürmüş, bu əməlinə görə Sabunçu rayon xalq məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı əsasında cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2006-cı il tarixdə müəssisədən azad olunmuşdur. 3. 2015-ci il tarixdə iddiaçının anası Mahirə Absalamova vəfat etmişdir. 28 fevral 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.1997-ci il tarixdə vəfat etmiş X4 vərəsələri kimi hər biri onun miras əmlakı olan ünvan 1 ünvanında yerləşən 0,0459 ha torpaq sahəsi və ümumi sahəsi 33,6 kv.m. olan fərdi yaşayış evindən hər biri ½ hissədə miras payı almışlar.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3386/2021 nömrəli, 08 iyul 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı X3 münasibətdə ləyaqətsiz vərəsə elan edilərək, vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1340/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)3386/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Maştağa qəsəbəsi İcra Nümayəndəliyinin 14 mart 2008ci il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə doğulmuşdur. X8, anası isə X13r. İş üzr ə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, 17 saylı Notariat Ofisinin xüsusi notariusu X10, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri X37rşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu X6 verdiyi 28 fevral 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bu şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən 0,0459 ha torpaq sahəsi və ümumi sahəsi 33.6 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydiyyatın etibarsız hesab edilərək ləğv olunması, ünvan 1 ünvanında yerləşən 0.0459 ha torpaq sahəsində və onun üzərindəki ümumi sahəsi 33.6 kv.m olan fərdi yaşayış evində onun ½ hissədə miras payının müəyyən olunması, həmin ½ hissə pay üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 1982-ci ildə ailə həyatı qurması səbəbilə daimi yaşamaq üçün Qazaxıstana köçmüş və mübahisəli evdən xx.xx.1982-ci ildə qeydiyyatdan çıxmışdır. Bir müddət sonra Cavabdeh2 ailəsi ilə birlikdə Bakıya qayıdaraq, Əhmədli qəsəbəsində öz evlərində yaşamağa başlamışdır. Nənəsinin ölümünə qədər onun evində nənəsi, anası, qardaşı və özü daimi olaraq yaşamışlar. Nənəsinin ölümündən sonra həmin ünvanda anası və qardaşı daimi olaraq yaşamışl ar. Cavabdeh2 anası Tahirənin ölümündən sonra bu günədək heç vaxt həmin evdə yaşamamış, evə sahiblik etməmişdir. Beləliklə, Tahirənin ölümündən sonra, faktiki olaraq ona məxsus olan əmlak onun yalnız bir qızı - anası Mahirə tərəfindən faktiki olaraq qəbul olunmuşdur. Cavabdeh2 isə anasının ölümündən sonra qanunla müəyyən edilmiş müddətdə miras əmlakı nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişdir. O, xx.xx.2006-cı il tarixdə cəzadan azad olunduqdan sonra, yaşamaq üçün həmin ünvana gəlmiş və həmin evdə yaşamışdır. Həbsdən azad olunduqdan sonra o, həmin ünvana təkrarən xx.xx.2006-cı il tarixdən yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Sonrakı illərdə o, həmin ünvanda təmir işləri görüb, ünvan üzrə olan kommunal borcları ödəmişdir. Anasının ölümündən sonra həmin ünvanda Mahirənin övladları - qardaşı və özü daimi yaşamışlar. Beləliklə, nənəsinin ölümündən sonra həmin əmlakı faktiki qəbul etmiş qızı Mahirənin ölümündən sonra isə Mahirənin miras əmlakı kimi onun övladları tərəfindən faktiki olaraq qəbul olunmuşdur. Tahirə Vəliyevanın vərəsəliyi onun öldüyü 1997-ci ildə açılmışdır. Onun vəsiyyətnaməsi olmamışdır. Həmin vaxt onun qanun üzrə 1ci növbə 2 vərəsəsi olmuşdur: qızları Mahirə və Samirə. X27 mirasını isə onun qanun üzrə vərəsələrindən yalnız qızı Mahirə qəbul etmişdir. Belə olan halda, mirası qəbul etməmiş Cavabdeh2 həmin mirasdan pay almaq hüququ yoxdur. Ananın 2015-ci il tarixdə vəfatından sonra isə o, artıq anasıın miras əmlakı olan ünvan 1-yə qardaşı Cavabdeh1la bərabər pay hüququna malik vərəsəsidir.

9. Cavabdeh2 və Cavabdeh1 etiraz ərizəsi təqdim edərək bildirmişd ir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və 17 saylı Notariat Ofisinin xüsusi notariusu X10 qarşı "vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakda payının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, həmin iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, miras qoyan mərhum anası X1 Sevinc Xeyrulla qızı tərəfindən məhz miras əmlak hesab olunan ünvan 2 ünvanında yerləşən evdə boğulub öldürüldükdən sonra yandırılması nəticəsində baş vermiş cinayətin nəticəsi olaraq öldürülmüşdür. İddiaçı X16 öldürərək yandırması ilə bağlı Sabunçu rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 95-ci maddəsinə əsasən 10 il müddətinə azadlıqdar məhrum etmə cəz asına məhkum edilmiş və xx.xx.2006-cı il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Hazırkı iş üzrə iddiaçı Əzizova X18 rayon Məhkəməsinə xx.xx.2021-ci il tarixli, 2(008)-3386/2021 saylı qətnaməsi ilə Əzizova X9 Tahirə Qurban qızına münasibətdə ləyaqətsiz vərəsə ela edilərək, vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinə xx.xx.2021-ci il tarixli, 2(008)-3386/2021 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi iddia tələbinin əsası kimi miras əmlakın daşınmaz əmlakın dövlət reyestrində X7 adına qeydiyyata alınmaması və digər vərəsə olaraq onun tərəfindən vərəsəliyin qəbul edilməməsi olduğundan, qətnamə qəbul edildikdən sonra miras əmlak ilkin olaraq mərhum anası X7, daha sonra isə ½ hissədə onun, ½ hissədə isə ananın cavabdeh tərəfindən törədilmiş xüsusilə ağır cinayət nəticəsində öldürülməsindən sonra, miras əmlakı faktiki olaraq qəbul etmiş hal-hazırkı vaxtadək həmin ünvanda yaşayan Cavabdeh1 oğunun adına ½ hissədə payları müəyyən edilmiş və hər biri paylarına müvafiq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Bundan sonra isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)1340/2022 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir. Bundan başqa, cavabdeh İddiaçı 1997-ci ildə cinayət törədib həbsə alındıqdan sonra bir gün belə həmin ünvanda yaşamadığı halda, cəzadan azad olunduqdan sonra hər hansı şəxsin, evin mülkiyyətçisini özü öldürdüyündən mülkiyyətçinin razılığı olmadan h əmin evə qeydiyyata alındığından, sonuncunun həmin evdən qeydiyyatdan çıxarılması ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışlar. İşin faktiki halları isə ondan ibarətdir ki, İddiaçı cəzadan azad olunduqdan sonra mübahisəli ünvana gələrək orada yaşamaq istəsə də, qardaşı Cavabdeh1 sonuncunun onlara baxan, hər cür maddi tələbatlarını ödəyən nənələrini səbəbsiz yerə öldürərək, həyətdə üzərinə neft tökərək yandırmaqla, həyatına son qoyduğundan, ona qarşı nifrət hissi yaranmış və cəzaçəkmə müəssisəsindən cinayət törətdiyi evə gələr gəlməz onu həmin evə buraxmamış, qapıdan qovmuşdur. Həmin vaxtdan isə sonuncunun həmin evdə bir gün belə yaşamasına icazə verməmişdir. Bundan sonra, İddiaçı cəzadan azad olunduqdan 2 gün sonra 2021 aprel 2006-cı il tarixindən etibarən Cəzaçəkmə Müəssisəsind ə tanış olduğu, özü kimi qəsdən adam öldürməyə görə məhkum edilmiş, xx.xx.1975-ci il təvəllüdlü X19 ilə birgə qeyri-rəsmi ər arvad kimi birgə yaşamağa başlamış və məhz 2 ay sonra 26 iyul 2006-cı il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Həmin nikahdan da xx.xx.2009-cu il təvəllüdlü X20 və xx.xx.2016-cı il təvəllüdlü X17 adlı iki uşaqları anadan olmuşdur. Rəsmi nikahda olduğu X22 və birgə nikahdan olan uşaqları bir gün belə olsun mübahisəli evdə yaşamamamışlar. Həmin ev cinayət törədərkən İddiaçı tərəfindən yandırıldığından, orada ümumiyyətlə yaşamaq üçün şərait belə yoxdur. Evdə işıq, qaz və su ilə təchiz olunmadığından, sanitar qovşaq elə məhz İddiaçı tərəfindən nənəsinin meyiti yandırılarkən, yandığından, həmin evdə körpə uşaqların, ümumiyyətlə normal yaşayış üçün şərait belə yoxdur. M əhkəməyə təqdim etdiyi evin fotoşəkillərdən də görünür ki, evdə yalnız 4 divar mövcuddur. İddiaçı 2006-cı ildə cəzaçəkmə müəssisəsindən azad olduqdan sonra, hazırki iş üzrə olan mübahisəli əmlaka qeydiyyata düşərək, qardaşı ilə birlikdə mütəmadi olaraq yaşamasını qeyd etsə də, o qardaşı ilə deyil özü kimi cinayətkar adam öldürməyə görə məhkum edilmiş əri X19 ilə yaşamış, həmin şəxs isə narkotik vasitələrin satışı ilə məşğul olaraq, külli miqdarda pul əldə etdiyindən, özünün evi olmuş və uşaqları ilə birlikdə həmin evdə yaşamışlar. Lakin, iddiaçının özü kimi cinayətkar olar əri 2019-cu ildə yenidən həbs olunduğundan, evini satmış və İddiaçı cinayət törədərək, öldürdüyü nənəsinin evindən arsızcasına pay tələb etməyə başlamışdır. Bundan başqa, 2015-ci ildə İddiaçı anası rəhmətə getmişdir. Bun dan sonra Sevinc anası tərəfindən qəbul edilmiş miras əmlakı anasından vərəsəlik qaydasında keçən əmlak kimi faktiki olaraq qəbul etdiyini iddia etsə də, İddiaçı bir gün belə həmin ünvanda yaşamaması, qeyd olunan ünvanda yerəşən fərdi yaşayış evinin ümumiyyətlə yaşayış üçün yararsız vəziyyətdə olması, eyni zamanda Azərişıq, Azəriqaz, Azərsu tərəfindən təqdim edilmiş arayışlarla həmin evdə yaşayış üçün zəruri olan kommunal xidmətlərin olmamasına dair sübutlar mövcuddur. İddiaçı özü kimi cinayətkar ərindən dünyaya gətirdiyi uşaqları mübahisəli evdə dünyaya gətirməmiş, həmin uşaqlar da bir gün belə bu ünvana gəlməmişlər. İddiaçı yaşayış yerindən arayış almaq üçün Maştağa qəsəbə Nümayəndəliyinin verdiyi zibil pulunun ödənilməsinə dair arayışlara sübut qismində istinad edərək, guya cavabdehin h əmin ünvanda yaşayaraq, eyni zamanda kommunal xidmət haqqlarının ödənilməsini bildirsə də, kommunal xidmət haqqları dedikdə işıq, qaz və su pulunun ödənilməsi nəzərdə tutulur. Qəsəbə nümayəndəliyinə ödənilmiş guya zibil pulu həmin şəxsin orada yaşamasını təsdiq edən sübut hesab oluna bilməz. Bundan başqa, anası X7 İddiaçı tərəfindən xüsusi amansızlıqla öldürülərək, yandırılmasından əvvəl anası ruhi xəstəliyə tutulmuş və daim ölənədək uzun müddət 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur. İllərlə stasionar müalicədə olan şəxsin özünün psixi vəziyyətinə görə miras əmlakı faktiki qəbul etməsi və guya onu idarə etməsi isə ümumiyyətlə mümkün deyildir. Bacısının sağlığında belə, anaları psixi xəstə olduğundan, mərhum nənələri İddiaçı və Cavabdeh1 qanuni nümayəndə si olmuş və anaları miras əmlakın sahibi olan anası ilə pis rəftar etdiyindən, anası öldürülməzdən əvvəl Sabunçu rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, öz qızını vərəsəlikdən məhrum etmişdir. Bu barədə anası tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsi mövcuddur və məhkəmə qətnaməsinin surətinin alınması üçün Sabunçu rayon Məhkəməsinə və Ədliyyə Nazirliyinin Arxivinə müraciət etmişlər. Bu barədə qətnaməni də məhkəməyə təqdim edəcəkdir. Bundan başqa, İddiaçı əri ilə birlikdə yaşadığı dövrdə pula ehtiyacı olduğundan, 27 oktyabr 2015-ci ildə makler Sadıqov Miqrasım adlı şəxsin vasitəsilə anasına məxsus evin həyətyanı torpaq sahəsində yerləşən 3.8 sot hissəsini 14500 manata Ramazanov Samir adlı şəxsə satmış və pulu öz ehtiyaclarına xərcləmişdir. Sonradan isə qalan hissəsini də satmaq i stədiyindən, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cüzi miqdarda vicdanı olsaydı, öldürüb yandırdığı cinayət törətdiyi evdən pay istəməsi ilə bağlı məhkəməyə müraciət etməzdi. İddiaçı nə mənəvi, nə qanuni, nə də vicdani əsaslarla qeyd olunan evdən hər hansı hissədə pay almaq hüququ yoxdur. Bu səbəbdən, iddia qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. İddiaçı "vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakda payının müəyyən edilməsi" tələbinə dair iddiası əsassız olduğundan, rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş Şahid ifadəsində bildirmişdir ki, o, cavabdeh İntiqamı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov k üçəsindəki evin qonşuluğundan yaşayır, həmin evdə əvvəllər İntiqam ilə anası Mahirə xala yaşadığını, sonradan Sevin türmədən çıxdıqdan sonra onun da onlara gələrək orada yaşadığını bilidrdi. Daha sonra Mahirə xala rəhmətə getdikdən sonra İntiqam ilə Sevincin arasında söz söhbət olduğunu, daha sonra İntiqamın Sevinci qovduğunu bildirdi. Samirənin İntiqamın xalası olduğunu bilir. Samirə isə həmin evə tez tez gəlib getdiyini, lakin onun bildiyinə görə Samirə orada yaşamır. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilən ərizənin məzmunundan məlumatı olmadığını, onun Samirə xanımın xahişi ilə imzladığını bildirdi.

11. Məhkəmə iclasında iştirak edən şahid qismində iddiaçı tərəfindən dəvət edilmiş X23 ifadəsində bildirmişdir ki, o İntiqamilə qonşu yaşayır. İntiqam Bakı şəhəri, Sabunçu rayonu, Maşta ğa qəsəbəsi, Baloğlan Bağırov küçəsindəki evdə əvvəl anansı ilə birgə yaşamışdır. Sevinc isə türmədən çıxdığdan sonra onlarla yaşamağa başlamışdır. Lakin İntiqamın anası öldükdən sonra İntiqam Sevinci evdən qovmuşdur. Samirənin həmin evdə daimi yaşamadığını bildirdir.

12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(008)-3676/2022 saylı iş üzrə 25 oktyabr 2022-ci il tarixli (hakim Nilufər Cəfərli) qətnaməsi ilə iddia rədd edilmişdir.

13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı vərəsəlik işi X4 ölümündən sonra qalan miras əmlakı ilə bağlı açılmışdır. Yəni, hazırkı mülki iş üzrə Cavabdeh2 bacısı X12 vərəsəsi deyil, anası X4 vərəsəsi kimi tanınaraq miras əmlakına haqlı olaraq 1-ci növbədən vərəsə olduğundan pay hüq uqu əldə etmiş və bununla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu X6 verdiyi 28 fevral 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi halları müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının 1964-cü il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Məcəlləsinin 528, 532, 552-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 mərhum anası Vəliyeva (Absalamova)Tahirə Qurbanəli qızının mirasını qanunla qəbul etmədiyinə görə ona vərəsəlik şəhadətnaməsi verilə bilməzdi. İddiaçı Cavabdeh2 adının vərəsəlik şəhadətnaməsinə yazılmasına razılıq verməmişdir. Notarius bu razılığın alınmasının zəruri olmadığını göstərmək üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3386/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsini notariat işinə əlavə etmişdir. Lakin bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin yuxarda istinad etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ləğv edlmişdir. Bundan 6 gün sonra isə notarius ləğv olunmuş qətnaməyə istinad etməklə, qanunsuz vərəsəlik şəhadətnaməsini vermişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1650/2023 saylı mülki iş üzrə 12 aprel 2023-cü il tarix li qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, Bakı şəhəri 17 saylı Notariat Ofisinin verdiyi 28 fevral 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydiyyat (çıxarış) ünvan 1 ünvanında yerləşən 0,0459 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 33.6 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh1 1/2 hissədə payının müəyyən olunması hissəsində etibarsız sayılması, 09 oktyabr 1997-ci ildə vəfat etmiş X4 ölümündən sonra miras qalmış ünvan 1 ünvanı nda yerləşən 0,0459 ha torpaq sahəsi və ümumi sahəsi 33.6 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı və Cavabdeh1 hər birinin ¼ hissədə (anaları X14 çatası ½ paya görə) payların müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab etmiş və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni miras əmlakın ½ hissəsi üçün Cavabdeh1 adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi və həmin hissə üzərində onun mülkiyyət hüququnun qeydə alınması hissəsində düzgün həll etməmişdir. Belə ki, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsasland ırılmamışdır.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının anasından vərəsəlik qaydasında keçən hazırkı mübahisəli əmlak ilə bağlı məsələlərə faktiki olaraq hüquqi qiymət verilmişdir. Məhkəmə aktları ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur.

20. Məhkəmə kollegiyası işin hallarını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş preyudisial əhəmiyyətli faktları, tərəflərin izahatını, şahid ifadəsini və işin digər hallarını nəzərə alaraq, hesab etmişdir ki, iddiaçı mübahisəli əmlaka anasına münasibətdə birinci növbə vərəsədir və həmin əmlakdan anası Mahirə Absalamovaya çatası paya görə ¼ hissədə paya malikdir.

21. Məhkəmə kollegiyası iddiaçının Cavabdeh2 mirası f aktiki qəbul etməməsi ilə bağlı dəlillərini əsassız hesab etmişdir və qeyd etmişdir ki, iddiaçınun bu dəlilləri araşdırılan sübutlar və işin müəyyən edilən halları ilə təkzib olunur. Cavabdeh2 miras qoyan Tahirə Vəliyevanın birinci növbə vərəsəsidir. İddiaçı isə birbaşa deyil, yalnız birinci növbə vərəsə olan anasına çatası paya görə mirasdan pay almaq hüququna malikdir. Ona görə də anası Mahirə Absalamovaya birinci növbə vərəsə kimi çatası ½ hissədə pay onun övladları olan İddiaçı və Cavabdeh1 arasında bərabər surətdə bölünməli və nəticə etibarilə miras evdə iddiaçının payı ¼ hissədə müəyyən edilməlidir.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı anasının ölümündən sonra ona çatası paya görə mirası faktiki olaraq qəbul etmişdir. Əslində, birinci instansiya məhkəməsi özü də xx.xx.2015-ci ildə Mahirə Abbasovanın ölümündən sonra iddiaçının və Cavabdeh1 miras evdə yaşamağa davam etdiklərini, sonradan Cavabdeh1 bacısı İddiaçı evdən qovduğunu müəyyən etmiş və bunu özünün hazırkı iş üzrə qətnaməsində göstərmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, miras açılan vaxt və miras açıldıqdan sonra vərəsənin miras evdə yaşaması və təsərrüfatın idarə olunmasında (kommunal ödənişlərin həyata keçirilməsi və s.) iştirakı mirası faktiki olaraq qəbul etmə kimi qiymətləndirilməlidir. Sonradan iddiaçının evdən qovulması onu miras əmlakdan anasına münasibətdə pay almaq hüququndan məhrum edə bilməz.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı yalnız anasına münasibətdə, yəni anasına çatası paya görə mirasdan pay almaq hüququna malik olduğundan həmin hissədə mübahisəli hüquq mü nasibətinə Mahirə Abbasovanın vəfat etdiyi xx.xx.2015-ci il tarixə qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq olunmalıdır.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının 1964-cü il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Məcəlləsi 528, 532, 552-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmadığı hissədə ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “məhkəmə kollegiyası iddiaçının Cavabdeh2 mirası faktiki qəbul etməməsi ilə bağlı dəlillərini əsassız sayır və qeyd edir ki, iddiaçınun bu dəlilləri araşdırılan sübutlar və işin müə yyən edilən halları ilə təkzib olunur”. Lakin məhkəmə kollegiyası bu nəticəsini əsaslandırmamış, Cavabdeh2 mirası qəbul etməməsinə dair apellyasiya şikayətinin dəlillərinə ayrılıqda hər hansı münasibət bildirməmişdir. Məhkəmə kollegiyası qətnaməsində istinad etdiyi maddi hüquq normasının tələbini pozaraq, Cavabdeh2 miras payının saxlanılmasında qanunsuz və əsassız nəticəyə gəlmişdir.

27. Məhkəmə kollegiyası sübutlara obyektiv, qərəzsiz qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara uyğun və iş materiallarında olan sübutlarla əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının 1964-cü il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Məcəlləsi

29. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.

30. Maddə

532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

31. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, e ləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qət naməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nə zərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və y a) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlillərində q eyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq be lə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1650/2023 nömrəli mülki iş üzrə 12 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar