Məhkəmə qərarları › İş №2(102)-3045/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3045/2024

03.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3045/2024 03.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh, X4 və X3 qarşı ilk, X4 və X2 İddiaçı qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü, apellyasiya şikayəti imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, apellyasiya şikayətinin forma və məzmununa dair tələblər pozulduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh, X4 və X3 qa rşı “evdən çıxarılma” barədə ilk, X4 və X2 İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 4491/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli qərardadından cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kassasiya şikayətinə 03 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh, X4 və X3 qarşı iddia ərizəsi (iddia tələbinin dəqiqləşməsinə dair ərizə) ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Xanlar küçəsi, 47 saylı evin 15 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul e dilməsini xahiş etmişdir.

2. X4 və X5 da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xanlar küçəsi, 47 saylı evin 15 saylı mənzilinə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-964/2024 nömrəli iş üzrə 22 may 2024-cü il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, cavabdehlərin Bakı şəhəri, Xanlar küçəsi, 47 saylı evin 15 saylı mənzilindən çıxarılmaları və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. (hakim İlkin Rüstəmli)

4. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbini n təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4491/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli qərardadı ilə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Azad İmanov)

6. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayəti səlahiyyəti təsdiq olunmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, şikayətə vəkilin birinci instansiya məhkəməsi üçün nəzərdə tutulmuş orderi əlavə edilsə də, iş materiallarından müəyyən edilmişdir ki, vəkilə verilmiş etibarnamənin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, şikayətə yeni etibarnamə əlavə edilməmiş, ap ellyasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə verilmişdir.

7. Bundan əlavə, Cavabdeh adından təqdim edilən apellyasiya şikayətinin digər qrafası olan “işin halları” hissəsində digər cavabdehlərin də adları qeyd edilmiş, bununla da apellyasiya şikayətinin forma tələbləri pozulmuşdur.

8. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə aktının qanuniliyinin hansı hissədə (kimlər tərəfindən) və ya hansı əsasla (dəlillərə əsasən) mübahisələndirilməsinin qeyd edilənlər baxımından mümkünlüyü üçün əsaslar müəyyən edilməmişdir.

9. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 361, 363, 366-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, a pellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, işi mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Cavabdeh apellyasiya şikayətinin mümkünlüyünü düzgün yoxlamamışdır. Belə ki, həqiqətən də Cavabdeh tərəfindən Vəkil verilmiş etibarnamənin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, Cavabdeh xx.xx.2024-cü il tarixdə Vəkil Bakı şəhəri 1 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş AR-İİİ 303163 nömrəli etibarnamə vermişdir və həmin etibarnamə işə birinci instansiya məhkəməsində baxılarkən məhkəməyə təqdim edilmişdir. Apellyasiya şikayətində şikayət verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsi qrafasında verilmiş xx.xx.2024-cü il ta rixli AR-İİİ 303163 nömrəli etibarnamə qeyd edilmişdir.

12. Bundan başqa birinci instansiya məhkəməsinin “məhkəmə qətnaməsinə düzəliş edilməsi məsələsinə baxılmasına dair” xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, qətnamənin giriş hissəsində natamam olaraq yanlışlıqla, “cavabdehlər X4, Cavabdeh və X2 nümayəndəsi-vəkili Vəkil” sözləri yerinə yanlışlıqla “cavabdehlər X4 və X2 nümayəndəsi vəkili Vəkil” sözləri, tərəflərin izahatlarında isə “məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi-vəkili iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir” sözləri yerinə “ilkin iddia üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, m əhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir” sözləri qeyd edilmişdir. Belə ki, iş materiallarında olan ******* saylı, xx.xx.2024-cü il tarixli vəkil orderindən görünmüşdür ki, Vəkil həm də Cavabdeh vəkili olmuşdur. Məhkəmə həmin qərardadda qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə düzəliş edilsin və məhkəmə qətnaməsinin giriş hissəsində “cavabdehlər X4 və X2 nümayəndəsi-vəkili Vəkil” sözləri “cavabdehlər X4, Cavabdeh və X2 nümayəndəsi-vəkili Vəkil” sözləri kimi, “ilkin iddia üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, b unun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir” sözləri isə “məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi-vəkili iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir” sözləri kimi oxunsun. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəki lin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Maddə 363.1.1-1. Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etmə yə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

14. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

15. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.

16. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh apellyasiya şikayətini qeyri-mümkün sayarkən şikayətin səlahiyyəti təsdiq edilməyən şəxs tərəfindən imzalanmasına, şikayətə vəkilin birinci instansiya məhkəməsi üçün nəzərdə tutulmuş orderinin əlavə edilməs inə istinad etmişdir.

18. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini əsaslı hesab edir.

19. Belə ki, işdən görünür ki, Cavabdeh apellyasiya şikayətinə, həmin şikayəti imzalayan nümayəndə və vəkilin səlahiyyətini təsdiq edən etibarnamə və order əlavə edilməmişdir. Halbuki prosessual qanunverciliyə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.

20. Apellyasiya şikayətinə əlavə edilmiş orderdə (i.v.135) Cavabdeh adı qeyd edilməmiş, üstəlik, həmin ord erdə tapşırığın yerinə yetirildiyi yer kimi Səbail Rayon Məhkəməsi qeyd edilmişdir. Cavabdeh vəkilə verdiyi etibarnamənin (i.v.41) vaxtı isə xx.xx.2024-cü ildə bitmişdir.

21. Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə görə vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir.

22. Mülki Məcllənin 365.1.1-ci maddəsinə görə etibarnamənin müddə tinin bitməsi etibarnamənin qüvvəsinə xitam verir:

23. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır.

24. Məhkəmə kollegiyası “apellyasiya şikayətində şikayət verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsi qrafasında Cavabdeh adından verilən xx.xx.2024-cü il tarixli AR-İİİ 303163 nömrəli etibarnamənin qeyd edilməsi” barədə kassasiya şikayətinin dəlilini qəbul etmir.

25. Belə ki, Cavabdeh adından verilən xx.xx.2024-cü il tarixli AR-İİİ 303163 nömrəli həmin etibarnamə hazırda kassasiya şikayətinə əlavə edilsə də, apellyasiya şikayəti verilərkən nə iş materiallarına, nə də elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməmişdir. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi iş materialların a əlavə edilməyən, elektron kabinetə yerləşdirilməyən sənədin – Cavabdeh adından verilən xx.xx.2024-cü il tarixli AR-İİİ 303163 nömrəli etibarnamənin mövcudluğunu yoxlamaq imkanında ola bilməzdi. Qeyd edildiyi kimi həmin etibarnamə sonradan hazırkı kassasiya şikayətinə əlavə edilmiş və 19 iyul 2024-cü il tarixdə elektron kabinetə yeləşdirilmişdir.

26. Göründüyü kimi, verildiyi zaman Cavabdeh apellyasiya şikayətinə nə onu imzalayan nümayəndənin, nə də həmin nümayəndənin vəkil orderi əlavə edilməmişdir.

27. Apellyasiya şikayətinə əlavə edilən orderdə hüquqi yardım göstərilən şəxslərin Nəzrin Rəhimova və Nərmin Rəhimovaya olması, tapşırığın yerinə yetirildiyi yer kimi isə Səbail Rayon Məhkəməsi göstərilmişdir.

28. Məhkəmə qətnaməsinə düzəliş edilməsi məsələsinə baxılmasına dair xx.xx.2024-cü il tarixli qərardadda qeyd edilən məsələlərlə bağlı kassasiya şikayətinin dəlillərinin isə, ümumiyyətlə, baxılan məsələyə hər hansı əhəmiyyəti yoxdur.

29. Nəzərə alınsa ki, prosessual qanunvericiliyin tələbinə görə şikayətin apellyasiya mümkünlüyü üçün prosessual əsasların olması zəruridir və belə əsaslardan biri də şikayətin qanunla müəyyən edilmiş qaydada imzalanması, imzalayan şəxsin səlahiyyətini təsdiq edən sənədin və orderin şikayətə əlavə edilməsidir, belə olan halda, şikayətin qeyd edilən əsasla mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olmuşdur.

30. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yux arıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4491/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar