Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3046/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 01 may 2019-cu il iş № 2(102)-3046/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, Cavabdeh iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə 01 may 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.M.Əliyev, iş 2(039)-725/2018) İddiaçı cavabdehlər Cavabdeh, LZyə və TMyə qarşı köçürülmə və istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbinə dair iddiası təmin edilmiş, İddiaçı cavabdehlər Cavabdeh 2,000 (iki min) manat, X7 2,000 (iki min) manat və X4 2,000 (iki min) manat məbləğində kompensasiya verilməklə onların ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, məhkəmə xərci – mütəxəssis rəyinə görə ödənilməli 300 (üç yüz) manatın İddiaçı alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli, 2(107)-2691/2018 saylı qətnaməsi ilə (Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), hakimlər M.A.Əsədli və İ.K.Quliyev) Yevlax Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2(039)-725/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh, X7 və X4 qarşı cavabdehin ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə olan cavabdehlərin köçürülmə və istifadə hüququna 6,000 manat konpensasiya verilməklə xitam verilməsi tələbinə dаir iddiаsının rədd edilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh, LZyə və TMyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə olan cavabdehlərin köçürülmə hüququna 3,000 manat kompensasiya verilməklə xitam verilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək cavabdehlərin istifadə hüququna xitam verilməsi üçün 6000 manat kompensasiya vermək istəyində olduğunu bildirmişdir. İş üzr ə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yen apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən ba xıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli, 17 sentyabr 2016-cı il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.1 kv.m, yaşayış sahəsindən ibarət fərdi ev və torpaq sahəsi 2/6 hissədə İddiaçı adına, torpaq sahəsinin qalan hissəsi isə hər birinə 1/6 hissə olmaqla X2, Cavabdeh, X5 və X3 adına xüsusi mülkiyyət kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2017-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun və uşaqları X3 və X5 Yevlax şəhəri, Əfəndiyev küçəsi 11 sayl ı evdən istifadə hüququnun təmin edilməsi və həmin evə köçrülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli, 2(039)-3189/2016 nömrəli qətnaməsi ilə (hakim Vəzirxan Məlikov) iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh uşaqları X8 və X9 ilə birlikdə cavabdehlər İddiaçı və X2 istifadəsində olan ÜNVAN 11 saylı evə köçürülmələri, iddia tələbinin istifadə hüququnun təmin edilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər İddiaçı və X6 аpellyаsiyа şikаyəti vermişlər. İş materiallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 17 aprel 2017-ci il tarixli, 2(107)-495/2017 nömrəli qətnaməsi ilə cavabdehlər İddiaçı və X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin ed ilməmiş, Yevlax Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli, 2(039)3189/2016 nömrəli qətnaməsi iddiaçı Cavabdehlər İddiaçı və X2 istifadəsində olan ÜNVAN 11 saylı evə köçürülməsi, iddia tələbinin istifadə hüququnun təmin edilməsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 17 aprel 2017-ci il tarixli, 2(107)495/2017 nömrəli qərardadı ilə cavabdehlər İddiaçı və X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli, 2(039)3189/2016 nömrəli qətnaməsi qismən-iddiaçı Cavabdeh uşaqları X3 və X5 cavabdehlər İddiaçı və X2 istifadəsində olan Yevlax şəhəri, Əfəndiyev küçəsi 11 saylı evə köçürülmələri hissəsində ləğv edilmiş, iddiaçı Cavabdeh onun və uşaqları X3 və X5 Yevlax şəhəri, ÜNVAN 11 saylı evdən istifadə hüququnun təmin edilməsi və həmin evə köçrülmələri tələbinə dair iddia ərizəsi iddiaçı Cavabdeh uşaqları X4 və X7 aid hissədə baxılmamış saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 17 aprel 2017-ci il tarixli, 2(107)-495/2017 nömrəli qətnaməsindən cavabdehlər İddiaçı və X6 tərəfindən kassasiya şikayəti verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 17 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Аzərbаycаn Respublikаsı Mülki M əcəlləsinin 152.1, 152.5 və 228.2-ci maddələrinə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin istinad edilən ünvanda yerləşən yaşayış evindən i stifadə hüququna kompensasiya verilməklə xitam verilməsi onların həmin ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına xitam vermir və həmin hüququ məhdudlaşdırmır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı tərəf iddia tələbində qeyd etdiyi kompensasiya məbləğinin əsaslı olmasını, cavabdeh tərəf həmin məbləğin əsassız olmasına dair hər hansı sübut təqdim etməmişlər. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanda mülkiyyətində olan 0.04 ha tortaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, fərdi yaşayış evinin hazırkı bazar qiyməti 25,000 manat və eyni tipli evin aylıq kirayə haqqı 50 manat təşkil edir. İş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, mütəxəssis rəyində qeyd edilən yaşayış evinin hazırkı bazar qiyməti və eyni tipli evin kirayə haqqı məbləğinin əsassızlığına dair hər hansı şübhə müəyyən olunmadığından cavabdehlərə 6,000 manat (hər birinə 2,000 manat) məbləğində kompensasiyanın verilməsi mülkiyyətçinin hesabına onların davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin məbləğ ümumilikdə, evin dəyərinin təxminən ¼ hissəsini təşkil etməklə onların hər birinə ayrı-ayrılıqda oxşar şəraitli evdə 40 ay müddətində yaşamaq imkanı verir. İddiaçı tərəf buna dair ərizə təqdim etməklə həmin məbləğlə razı olduğunu bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddi anı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı oğlu VMin keçmiş arvadı olmuş və ondan 2016-cı ilin aprel ayında boşanmışdır. ünvan 1 ünvanda 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.1 kv.m, yaşayış sahəsindən ibarət fərdi ev və torpaq sahəsi 2/6 hissədə İddiaçı adına, torpaq sahəsinin qalan hissəsi isə hər birinə 1/6 hissə olmaqla X2, Cavabdeh, X5 və X3 adına xüsusi mülkiyyət kimi qeyd edilmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh, X7 və X4 6000 (altı min) manat məbləğində kompensasiya ödənilməklə, оnların onun mülkiyyətində оlаn, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə olan istifаdə hüquqlarınа xitаm verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırki vəziyyətdə mübahisələndirilən yaşayış evindən cavabdehlərin çıxarılması üçün iddiaçı tərəfdən təklif olunan hər birinə 2000 manat olmaqla cəmi 6000 manat kompensasiya məbləğinin yaranmış vəziyyətdə yetərli olub-olmamasının araşdırılması zərurəti yarandığını qeyd etmiş və hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmağa haqlıdır. Lakin iddianın təmin edilməsinə, yəni cavabdehlərin mənzildə olan istifadə hüququna xitam verilməsinə gəldikdə isə məhkəmənin qənaətinə görə mülki qanunvericiliyin tələbləri baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququna tərəflərin razılaşması, bu olmadıqda isə həmin hüquqa müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddiaçı cavabdehlərin mübahisəli mənzildə olan istifadə hüququnun qarşılığında, eləcə də cavabdehlərin istifadə hüququna xitam verildiyi halda gələcəkdə onların davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən ədalətli kompensasiya təklif etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə görə, Konsitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Aun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarda Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin tətbiq edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Qə rarın məzmunundan göründüyü kimi, kompensasiya institutu istifadə hüququna malik şəxsin mənzilin bölünməsi və ya onun dəyərindən payın hüquq verməsə də, onun yaşayış hüququnun təminatlı şəkildə qorunmasını təmin edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumu hesab edir ki, yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilən şəxsə təklif edilən kompensasiya elə bir məbləğdə olmalıdır ki, istifadə hüququna malik olan şəxs bu məbləğin hesabına müəyyən müddət daxilində və davamlı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə etsin. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu baxımdan “müəyyən müddət daxilində” ifadələrinə hüquqi müəyyənlik prinsipi nəzərə alınmaqla hüquqi aydınlıq gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, hazırkı iddia tələbi cavabdehə mün sibətdə onu ehtiva edir ki, sonuncu qanunvericliklə müəyyən edilmiş qaydada mənzildən istifadə hüququ əldə etmiş və kompensasiya verməklə onların hüququnun xitam verilməsinə dair iddia olmasaydı cavabdehin istifadə hüququ daimi xarakter daşıyacaqdır. Yəni mübahisəli mənzildə onların isitifadə hüququ müvvəqəti deyil, daimi xarakter daşıyır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “müəyyən müddət daxilində” anlayışı onu göstərir ki, istifadə hüququna xitam verilən cavabdehlər Cavabdeh, X9 və X8 bu müddət bitən ana qədər özünü yaşayış sahəsi ilə təmin etməlidir və yaxud kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa maddi imkanı olmalıdır. Əks təqdirdə məhkəmə tərəfindən qəbul edilən qətnamə ilə müəyyən edilən və kompensasiya ilə əhatə edilən müddə t bitdikdən sonra şəxsin özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi, onun hər hansı bir yaşayış sahəsi olmadan mövcud olması ilə, yaxud, faktiki olaraq həmin şəxlərin yaşayış hüquqlarının məhkəmə qaydasına pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Azərbaycan Respublikası Konustitusiyasının 43-cü maddəsinin t ələbinə görə, heç kəs yaşadğı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi mülkiyyətçiyə kompensasiya verməklə onun xüsusi mülkiyyətinə olan mənzildən istifadə hüquqlarına malik olan şəxslərin istifadə hüququna xitam vermə səlahiyyəti versə də, Konstitusiyanın 43-cü maddənin təfsiri digər məsələlərlə yanaşı həmçinin hazırkı işə münasibətə onu ehtiva edir ki, verilən kompensasiya ilə özünü başqa bir yaşayış səviyyəsi ilə təmin edə bilsin və yaxud kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra onun özünü başqa bir yaşayış sahəsi ilə təmin etmək imkanı olsun. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin məzmununa görə dövlət nəinki hər bir şəxsin yaşadığı mənzildən qanunsuz məhrum edilməsini qadağan edir, hətta yaşayış binasının və evlərin tikintisinə rəvac verməklə onların mənzil hüququnu gerçəkləşdirir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlər Cavabdeh, X5 və X1 məbləği hesabına mübahisəli mənzildən olan daimi istifadə hüququnun başqa bir yaşayış sahəsində müddətli istifadə hüququ ilə əvəz edilməsi, bu məbləğ qutardıqdan sonra onların ümumiyətlə hər hansı bir yaşayış sahəsinə malik olmaması cavabdehlərin faktiki olaraq yaşadığı mənzildən qanunsuz məhrum edilməsi anlamına gəlir və bu isə iddia tələbinin əsassızlığını təsdiq edir. Apellyasiya instansiyası məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsində mülkiyyətçi kimi İddiaçı, həm milli, h əm də beynəlxalq qanunvericilikdə təsbit olunmuş mülkiyyətin toxunulmazlığı və dövlət tərəfindən müdafiə olunması, onun mülkiyyət hüququnun, yəni mülkiyyətində olаn əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququnun qorunmаlı olmаsı bаrədə gəldiyi nəticə ilə rаzılаşsа dа, cavabdehlər Cavabdeh, X7 və X4 ödənilməli olmаsı qət edilən cəmi 6000 mаnаt məbləğində kompensаsiyаnın miqdаrı ilə rаzılаşmаyаrаq, həmin məbləği cаvаbdehlərin davamlı surətdə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi üçün yetərli hesаb etməmişdir. İş mаteriаllаrındаn müəyyən olunur ki, kompensаsiyа verilməklə mübаhisəli mənzildən yаşаyış hüququnа xitаm verilməsi tələb olunаn cavabdehlər Cavabdeh, X9 və X8 həmin mənzildə yaşamaq istəyir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiаçı tərəfindən cаvаbdehlərə təklif olunаn cəmi 6000 mаnаt kompensаssiyа cаvаbdehlərə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə davamlı surətdə deyil, qısа müddət ərzində oxşar yaşamaq imkanı verəcəkdir. Cavahdelər hər birinə 6000 manat kompensasiya veriləcəyi təqdirdə mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinə razı olduqlarını bildirsələr də, iddiaçı onların hər birinə 2000 manat olmaqla cəmi 6000 manat kompensasiya verməklə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsini təklif etdiyindən və daha çox məbləğdə kompensasiya verilməsinə razılığını bildirmədiyindən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında göstərilənlərə uyğun olaraq təklif olunandan artıq məbləğdə kompensasiyanın verilməsi barədə qərar qəbul etməmək qənaətinə gəlmişdir. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən birinci instansiya məhkəməsi mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhk əmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3046/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3046/2019
01.05.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver