Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3047/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc münasibətləri, pul tələbi) 23.08.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-613/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 2(060)-7156/2021 saylı mülki iş materialları tədqiq edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddianın baxılmamış saxlanıldığı, cavabdehin həmin mülki iş üzrə dindirilmədiyi müəyyən edildi.
2. İddiaçı tərəfin vəsatəti və cavabdehin razılığı ilə audio-disk tədqiq edildi, cavabdeh səs yazısının ona məxsus olduğunu göstərdi, tərəflər arasında borc münasibətləri olduğu müəyyən edilsə də, həmin səsyazısında iddia olunan borc məbləğinin miqdarı ilə bağlı məlumat əldə etmək mümkün olmadı.
3. Abşeron RPŞ-nin İstintaq və Təhqiqat Qrupunun 13 noyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının məzmunundan görünür ki, Nümayəndə şikayət ərizəsi əsasında aparılmış araşdırma zamanı Cavabdeh izahatı alınmışdır. Cavabdeh izahatında göstərmişdir ki, 2018-ci ildə pula ehtiyacı olduğu üçün Aytəkindən müxtəlif vaxtlarda 2000 manat bir, 1000 manat bir, 2000 manat bir, 2018-ci ilin iyul ayında isə Gülnarənin iştirakı ilə 5000 manat pulu 10 faizdən götürmüşdür. O, müxtəlif vaxtlarda Aytəkindən ümumilikdə 10000 manat pul almış və həmin məbləğin 5000 manatını Gülnarənin vasitəsilə, qalan 5000 manatı isə Aytəkinin xaricdə olması səbəbindən sonuncunun istəyi ilə Aytəkinin dayısı arvadı Sədaqətə verməsini istəmişdir. O isə həmin məbləğin 3000 manatını Sədaqətə vermiş, geri qalan 2000 manatı isə müxtəlif vaxtlarda faizi ilə birlikdə taksi ilə evlərinə göndərmişdir. O, əlavə olaraq Aytəkinə borcunun olmadığını, sonuncunun razılığı ilə aldığı qızıl-zinət əşyalarını isə Sumqayıt şəhərində yerləşən ban ka girov qoyub pul götürdüyünü, qısa bir zamanda həmin qızılzinət əşyalarını götürüb geri qaytaracağını qeyd etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən verdiyi 100 qr. İtaliya istehsalı, 5000 manat dəyərində olan qızıl-zinət əşyaları, 49.080 manat borc məbləği və ödənilmiş 253 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehdən vermiş olduğu qızıl əşyalarının dəyərinin əvəzi olaraq 5.000 manat və 49.080 manat borc məbləğinin, ödənilmiş 253 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ondan toyda taxmaq adı ilə özünə məxsus olan 5.000 (beş min) manat dəyərində olan qızıllarını almış və geri qaytarmamışdır. Həmin qızıllar hər biri 750 əyyar, cəmi 100 qr və İtaliya istehsalı idi. Daha sonra cavabdeh ondan ayrı-ayrı vaxtlarda 2.500 (iki min beş yüz) euro- yəni 4.900 manat, 5.400 (beş min dörd yüz) ABŞ dolları-yəni 9.180 manat və 35.000 (otuz beş min) manat borc pul almış, lakin aradan xeyli müddət keçməsinə baxmayaraq hələ də geri qaytarmamışdır. Bununla bağlı dəfələrlə cavabdehə müraciət edərək verdiyi qızılları və pul məbləğini geri qaytarmasını istəsə də cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pul məbləğini qaytarmamışdır. Qeyd edir ki, cavabdehin onda n qızıl alması və pulunu ödəyəcəyinə dair öhdəlik götürməsi ilə bağlı səs yazıları da var. Buna baxmayaraq, cavabdeh aldığı qızıldan və pul məbləğini qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır.
7. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.M.Süleymanova) 02 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 10.000 (on min) manat borc və qızıl əşyalarının əvəzi olaraq 5.000 (beş min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76 (yetmiş altı) manatın alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir
8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 5.000 manat dəyərində qızıl əşyaları və müxtəlif vaxtlarda borc pul almışdır. İddiaçı tərəf borc məbləğinin və qızıl əşyalarının dəyərinin ödənilmədiyini idd ia edir və ödənilməsini tələb edir.
9. Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qismən etiraf etdiyini, qızıl əşyalarının dəyərinin əvəzi olaraq 5000 manat pulun ödənilməsini qəbul etdiyini göstərmişdir.
10. Məhkəmə iddianın qəbul edilmiş hissədə etirafının qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehin iddianı qismən etirafı məhkəmə tərəfindən qəbul edilməli və həmin hissədə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır.
11. İddiaçı tərəf cavabdehə müxtəlif vaxtlarda 49.080 manat məbləğində borc pul verildiyini iddia etmiş və iddianı əsaslanıdığı hallarla bağlı tərəflər arasında telefon danışıqları olan audio-diskə və bundan öncə eyni predmetlə bağlı tərəflər arasında məhkəmə çəkişməsi olmas ına, həmin vaxt cavabdeh tərəfindən borc məbləğinin etiraf olunmasına, eləcə də polis bölməsində aparılmış araşdırma zamanı cavabdeh tərəfindən verilmiş izahata istinad etmişdir
12. Məhkəmə araşdırması zamanı cavabdeh göstərilən 10.000 manatı qaytardığını bildirsə də, etirazını əsaslandırdığı hallarla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.
13. Məhkəmədə dindirilmiş şahid ifadələrinə gəlincə məhkəmə qeyd etmişdir ki, həmin şahid ifadələri ilə nə iddiaçının iddia tələbinin əsası olan hallar, nə də cavabdeh tərəfindən göstərilmiş xüsusatlar öz təsdiqini tapmamışdır.
14. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında borc ilə bağlı münasibətlər yarandığından mübahisə Mülki Məcəllənin “Öhdəliklərin icrası” və “Barışıq razılaşması və mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” fəslində nəzərdə tutulan müddəalar çərçivəsində həll edilməlidir.
15. Məhkəmə, araşdırma zamanı tədqiq olunan sübutlarla cavabdehin iddiaçıdan 10.000 manat borc və 5000 manat dəyərində qızıl əşyaları alması öz təsdiqini tapdığından həmin hissədə iddianın təmin edilməsini qanuni və əsaslı hesab etmişdir. İddia qalan hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 882, 882.5-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 119.1, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Onların arasında borcla bağlı danışıqlar aparılsa da və həmin danışıqların mətni məhkəməyə təqdim edilsə də, məhkəmə tərəfindən tədqiq edilsə də danışıqların məzmunu məhkəmə tərəfindən düzgün tədqiq edilməmiş və danışıqların məzmununda olan cavabdehin borcun etirafı ilə bağlı sözləri iddia tələbinə hüquqi qiymət verilərkən nəzərə alınmamışdır. Cavabdeh öz ifadəsində ona borclu olduğunu etiraf etmiş, şahidlər də ifadələrində ona borclu olduğunu təsdiq etmişlər. Buna baxmayaraq işə baxan məhkəmə tərəfindən bu hallar nəzərə alınmadan həmin sübutlar iddia tələbinə dair qətnamə qəbul edilərkən nəzərə alınmamışdır.
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1161/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova, T.Quliyev) iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin borc hissəsində ləğv ediməsi, cavabdehdən 44.000 (qırx dörd min) manat borc və qızıl əşyalarının əvəzi olaraq 5000 (beş min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76 (yetmiş altı) manatın alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı Cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda pulun götürülməsi, təqribən 37.000 manat pulun qaytarılması və hazırda 7000 manat borcun qalmasını etiraf etmişdir. Lakin 37.000 manatı qaytardığını bildirsə də etirazını əsaslandırdığı hallarla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.
21. Məhkəmədə dindirilmiş şahid ifadələrinə gəlincə məhkəmə qeyd etmişdir ki, həmin şahid ifadələri ilə nə iddiaçının iddia tələbinin əsası olan hallar, nə də cavabdeh tərəfindən göstərilmiş xüsusatlar öz təsdiqini tapmamışdır.
22. Məhkəmə, araşdırma zamanı tədqiq olunan sübutlarla cavabdehin iddiaçıdan müxtəlif vaxtlarda borc alması, həmin borcdan 37.000 manat borc qaytarılması, hazırda 7000 manat faiz borcunun qalması və 5.000 manat dəyərində qızıl əşyalarını alması öz təsdiqini tapdığından həmin hissədə iddianın təmin edilməsini qanuni və əsaslı hesab etmişdir.
23. Məhkəmə, cavabdehin eti razına gəlincə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Cavabdehin etirazının əsası olaraq göstərdikləri yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.4, 445.1, 445.7, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 191.3, 372.6, 372.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat
25. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin x x.xx.2022-ci il tarixli 2(102)5691/2022 nömrəli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyul 2022-ci il tarixli 2(105)-1161/2022 nömrəli qətnaməsi ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır (hakimlər Vüqar Həsənov (məruzəçi), İspəndiyar Şəfiyev, Əhməd Əhmədov).
27. Məhkəmə hesab etmişdir ki, apellyasiya məhkəməsi yaranmış qeyri-müəyyənlik halında iddiaçı ilə cavabdeh arasında borc öhdəliyinin həcmini müəyyən etməli, bu münasibətlərin nə vaxtdan başlanması, borcun bir hərəkətlə və ya hissə-hissə verilməsini (müəyyən olunsa ki, borc hissə-hissə verilmişdir, bu vəziyyətdə öhdəliklərin qismən və ya tam icra edilib-edilməməsi) müəyyən etməli olmuşdur. Eyni zamanda iddiaçının apellyasiya icraatında 37000 borclu olmasını deyil, həmin məbləğlə pul qaytarmasını göstərməsini, həmin vaxta 7000 manat həddində borcunun mövcud olmasına dair işin hallarını ümumiyyətlə qiymətləndirmədən kənarda qoymuş, yalnız formal olaraq həmin icraatda suala verilmiş cavabda ifadə olunmuş fikirləri etiraf olaraq qəbul etmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə tətbiq etdiyi Mülki Məcəllənin 882-ci maddəsini düzgün tətbiq və təfsirini müzakirə etməli, etirafın prosessual qanunvericilin göstərilən tələbələrinə uyğunluğunu yoxlamalı idi.
28. Qərar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 386.1, 390.1, 404.1, 404.2, 425, 442, 445.2.1, 739.1, 882.1 və 882.4-cü maddələrinə istinad edərək əsaslandırılmışdır. d) Apellyasiya insta nsiyası məhkəməsindəki ikinci icraat
29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-613/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi) Zaur Məmmədov və Ayaz Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-382/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə mövqeyini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlan ılmalıdır.
31. Hazırkı işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. Mübahisəli məsələ verilmiş borcun məbləği və onun qaytarılıb-qaytarılmamasıdır. Nəzərə alınmalıdır ki, apellyasiya baxışı zamanı Cavabdeh izahatında göstərmişdir ki, iddiaçı ona qızıllarını toya taxmağı məqsədi ilə deyil, ona faizə pul verən zaman vermişdir. Belə ki, pulu olmadığından onun əvəzində qızıllarını vermişdir. Həmin qızılları lombarda qoyaraq 5 faiz ona, 5 faiz isə özünə verməyi şərti ilə 10 faizlə vermiş, qızıl batdığından iddiaçı hazırda qızılın əvəzinə onun dəyərini istəyir. İddiaçıdan 10000 borc pul almışdır. Həmin pulu hissə-hissə götürmüşdür (ayrı-ayrılıqda 5000, 3000 və 2000 manat). 15000 manatdan heç nə geri qaytarmamışdır.
32. Bundan başqa cavabdeh yazı lı ərizə təqdim edərək iddiaçıya 10000 (on min) manat və qızıl-zinət əşyalarının dəyəri həddində 5000 (beş min) manat borcunun mövcudluğunu qəbul etmişdir.
33. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya icraatı zamanı iddiaçının mübahisələndirdiyi ümumilikdə 39080 manat məbləğində pulun cavabdehə borc kimi verilməsi öz təsdiqini tapmadığından, qətnamə bu hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, iddiaçı öz apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmiş, məhkəməyə heç bir mötəbər və legitim, əsaslı şübhələrdən kənar sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayə tində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
35. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən Mülki Məcəllənin 5.3, 386.1, 390.1, 404.1, 404.2, 425, 442, 445.2.1, 739.1, 882.1, 882.4-cü, MPM-n 14.2, 77.1, 217.3, 217.4, 384.0.1, 385.2, 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı kassasiya şikayəti verərək (Vəkil3) qətnamənin apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin mülkiyyət hüquqlarının müdafiəçisi rolunda çıxış edib, İddiaçının mülkiyyət h üquqları isə kölgədə qalıb. Belə ki, cavabdeh iddia tələbini etiraf etsə də məhkəmə bunu qəbul etməyib, Cavabdehin guya borcunu qaytarması barədə iddiasını isə sübut olunmuş kimi qəbul edib. Mülki Məcəllənin müvafiq normalarına görə müqavilələr əvəzli və əvəzsiz olur, əvəzli müqavilədə borclu tərəf haqq ödəməyi öhdəsinə götürür. Cavabdeh özü iddiaçı ilə yaxın münasibətdə olduğundan onunla borc münasibətlərinə girmiş və əvəzsiz borc müqaviləsi bağlamışdır. Çünki, müqavilə azadlığı vardır və heç kim cavabdehi müqavilə bağlamağa məcbur etməmişdir. Bu, həmin iş üzrə qəbul edilmiş bütün məhkəmə aktlarında öz təsdiqini tapmışdır. Yəni tərəflər arasında borc münasibətlərinin olması işin mübahisələndirilməyən halı kimi qəbul edilmişdir. Cavabdehlə iddiaçı arasında olan danışıqların əks olunduğu səs yazılarında cavabdeh iddiaçıya minnətdarlığını bildirir və həmişə çətin anlarda onun əlindən tutduğunu dönə-dönə təkrarlayır. Faiz barədə heç bir söz demir. Lakin məhkəmədə, xüsusilə də son məhkəmədə nədənsə pulun faizlə verildiyini, ona görə də faiz borcunun qaldığını göstərir. Bu isə borcu ödəməkdən yayınmaq məqsədi daşıyır. Məhkəmə iclasında cavabdehin:- “mən iddiaçıya borcum olmasını etiraf etməsəydim, iddiaçı onda nə edəcəkdi” deməsi onun qeyri-səmimi olduğunu təsdiq edir ( xx.xx.2022-ci il tarixli iclas protokolu). Cavabdeh və onun nümayəndəsi ikinci apellyasiya icraatında iddiaçının faizçi olduğunu və ona verdiyi və borclu olduğu məbləğlərin faizə görə olduğunu iddia etmişlər. Cavabdehin bu iddiası əsassızdır, çünki, iddiaçının ona borcu faizlə verdiyini təsdiq edən heç bir süb ut təqdim etməyib. İkincisi, cavabdehin böyük məbləğdə faiz ödədiyini iddia etməsi özü onun iddiaçıdan böyük məbləğdə borc aldığını sübut edir. Bu isə əslində iddianın bütünlüklə etirafı deməkdir. Çünki, cavabdeh 37000, 7000 və nə qədər də əlavə ödədiyini etiraf edirsə, deməli, onun aldığı borc iddia tələbindən-49080 manatdan artıq olmuşdur. Cavabdehin 60-65 min manat dəyərində olan ikiotaqlı mənzilini iddiaçıya girov qoyması da onun böyük məbləğdə borc aldığını təsdiq edir. Ümumi qaydadır ki, borc veriləndə qoyulan girov borcun məbləğindən artıq olmalıdır. Həm Ali Məhkəmənin Mülki Kollegiyası, həm də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası MM-nin 404cü maddəsinə istinad ediblər. Lakin bu maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Ona görə ki, həmin normanın tələbinə görə tərəflərin həqiqi iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisə etdikdə, tərəflər arasındakı danışıqlar və yazışmalar, qarşılıqlı münasibətlərində yaranmış praktika və s. nəzərə alındıqda aydın olur ki, Cavabdeh mütəmadi olaraq iddiaçıdan borc pul almış və ödəməmiş yenə almışdır. Heç bir məbləğ qaytarmamışdır. Əgər qaytarmış olsaydı, ikiotaqlı mənzili girovdan çıxarardı, çünki, onların arasında çox isti, “bacı” münasibətləri olmuşdur. MM-ni 425-ci maddəsi də düzgün tətbiq edilməyib. Belə ki, Cavabdehin, vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmədiyi açıq-aydın göründüyü halda məhkəmə bunu görməzdən gəlib. Cavabdeh və nümayəndəsi iddia edir ki, iddiaçı qızıl-zınət əşyalarını lombarda qoymaq üçün ona verib. Maraqlıdır, iddiaçı faizçi olsaydı, özü öz qızıl-zinət əşyalarını lombarda girov qoyub götürdüyü pulu faizlə verərdi. X1 Cavabdehin ona 2000 yox, 200 manat qaytardığını deyir. X2 bildirir ki, cavabdehin özü onun yanında iddiaçıya külli miqdarda borcu olduğunu bildirmişdir. Bütün bunlar göstərir ki, cavabdeh səmimi deyil və iddiaçıya böyük məbləğdə borcu var. Ali Məhkəmənin Mülki Kollegiyasının göstərişlərində MM-nin 882-ci maddəsinin düzgün tətbiq və təfsirini müzakirə etməyi göstərsə də buna əməl olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi (birinci icraat) doğru olaraq MM-nin 882.5-ci maddəsinə istinad etmişdir. Lakin nə Ali Məhkəmənin Mülki Kollegiyası, nə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (ikinci icraatda) həmin maddəyə istinad etmişlər. MM-nin 882.5-ci maddəsi MM-dən çıxarılm ış 413.2- ci maddəni əvəz edir. Həmin maddənin tələbinə görə, əgər borc hesablaşmaya (ödənişə) əsasən etiraf edilirsə, formaya riayət edilməsinin məcburi olmadığını nəzərdə tutur. Hazırkı işdə isə cavabdeh məhkəmə iclaslarında 4-5 dəfə 37000 manat borcunu qaytardığını göstərir və bunlar məhkəmə iclas protokollarında yazılır. Cavabdeh aldığı borclarından 37000 manat qaytardığını deməklə əslində borcunu etiraf eləmiş sayılmalıdır. Əgər o, borcu etiraf edirsə və onu qaytardığını iddia edirsə və məhkəmə 37000 manatın qaytarıldığını qəbul edirsə, bu halda MM-nin 882.5-ci maddəsi yazılı etirafı tələb etmir. Cavabdeh 37000 manatı qaytardığını iddia edirsə, onda bunu təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməli idi. Lakin təqdim etməyib. Bu o deməkdir ki, 37000 manat borc mövcud olub. MM-nin 529.1.-ci maddəsinə əsasən, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Qanunverici iddianın etirafı ilə borcun etirafını bir-birindən fərqləndirir. MPM-nin 52 və 191-ci maddələri iddianın etirafını nəzərdə tutur və bunun yazılı ərizə və iclas protokoluna imza etmək kimi formalarını tələb edir. Əgər borcun etirafı üçün həmin 2 yazılı formadan biri tələb olunsaydı, onda MM-nin 882.5.-ci maddəsinə ehtiyac olmazdı. Sumqayıt Apellyasiya Məhkəməsi birinci icraatda məhz bu səbəbdən MM-nin 882.5-ci maddəsinə əsasən düzgün qərar qəbul etmişdir. Lakin məhkəmələr bu normaları müxtəlif cür təfsir ediblər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ikinci icraatda göstərilən maddi hüquq normalarını düzgün təfsir etməyib və n əticədə qanunsuz qətnamə qəbul edib.
38. Məhkəmə çəkişmə prinsipini pozub, Ali Məhkəmənin Mülki Kollegiyasının qərarındakı göstərişlərə əsasən düzgün hüquqi qiymətləndirmə aparmaq, işin hallarının hərtərəfli, tam araşdırılması prinsipinə əməl etmək əvəzinə, tərəflərin qısa izahatlarının alınması ilə kifayətlənib, tələsik qərəzli qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi sübutları düzgün qiymətləndirməyib, maddi və prosessual hüquq normalarını pozub. Cavabdehin məhkəmə iclaslarında 4-5 dəfə 37000 manat qaytardığını deməsi (xx.xx.2022,xx.xx.2022xx.xx.2023,xx.xx.2023 il tarixli məhkəmə iclas protokolları) əslində iddia tələbini sübut edən hal kimi qiymətləndirilməli olduğu halda, məhkəmə bunun yazılı etiraf üçün tələb olunan formada edilmədiyi üçün sübut kimi nəzərə almamışdır. Cavabdeh aldığı borcları qaytardığını deməklə əslində borcunu etiraf eləmiş sayılmalıdır Cavabdeh birinci instansiya məhkəməsində qızıl-zinət əşyalarının dəyərinin əvəzini ödəməyi öhdəsinə götürmək barədə yazılı ərizə verir,10000 manat hissə-hissə aldığı borcu isə qaytardığını bildirir, apellyasiya instansiya məhkəməsində ikinci icraat zamanı isə 10000 manat borc və 5000 manat qızıl-zinət əşyalarının dəyərinin əvəzi olaraq cəmi 15000 manatdan heç bir məbləğ qaytarmadığını etiraf etmək barədə yazılı ərizə verir. Deməli, cavabdeh müxtəlif vaxtlarda müxtəlif etiraflar etdiyi üçün onun izahatlarının qeyrisəmimi olduğu, 15000 manat ödəməklə canını böyük məbləğdə borcun qaytarılmasından qurtarmaq istəyi aydın görünür. Məhkəmə Ali Məhkəmənin göstərişlərini icra etsəydi, sübutları düzgün qiymətlən dirsəydi həqiqət ortaya çıxardı və düzgün qərar qəbul edilərdi. Həmin normanın tələbinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Hazırkı işdə cavabdehin 37000 manat qaytardığı və 7000 manat borcu qalması barədə etirafları, 15000 manatdan heç nə qaytarmadığı barədə yazılı ərizə verməsi iddia tələbinin əsaslandığı faktların sübut edilməsi kimi qiymətləndirilməli idi. Məhkəmə qətnaməsi qanunsuzdur, çünki, qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamışdır. Xüsusilə, konstitusiyada və digər normativ aktlarda mülkiyyət hüququ ilə bağlı yuxarıda sadalanan normalara riayət edilməmişdir. Qətnamə əsassızdır, ona görə ki, iş üzrə müəyyən edilmiş hallar, iddiaçının mülkiyyət hüquqları nəzərə alınmadan düzgün əsaslandırılmamışdır. Məhkəmə tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlamalı, maddi və prosessual hüquq normalarına əməl edilməsini yoxlamalı idi. Lakin məhkəmə bu normaların pozulmasına yol verib. Yuxarıda sadalanan normaları düzgün tətbiq və təfsir etməyib. Məhkəmə bu prosessual normanı da pozub, Ali Məhkəmənin göstərişləri icra edilməyib. Ali Məhkəmənin göstərişləri bunlardır:
1. İddiaçı ilə cavabdeh arasında borc öhdəliyinin həcmini müəyyən etməli;
2. Borc münasibətləri nə vaxtdan yaranmışdır;
3. Borc bir hərəkətlə, yoxsa hissə-hissə verilmişdir;
4. Borc hissə-hissə verilibsə, öhdəliklərin qismən və ya tam icra edilib-edilməməsini müəyyən etməli;
5. MM-nin 882-ci m.nin düzgün tətbiq və təfsirini müzakirə et məli. Ali Məhkəmə bu məsələlərin yeni apellyasiya baxışında araşdırılması barədə göstəriş verib. Lakin Apellyasiya Məhkəməsində faktik olaraq araşdırma aparılmayıb, sadəcə iddiaçı və cavabdehin qısa izahatlarının alınması ilə kifayətlənilib, nəticədə Ali Məhkəmənin göstərişlərinin məcburiliyi barədə MPM-nin 420-ci maddəsinin tələbləri pozulub. Əslində Ali Məhkəmənin göstərişləri yerinə yetirilsəydi, həqiqət ortaya çıxardı. Həqiqət isə ondan ibarətdir ki, cavabdeh müxtəlif vaxtlarda aldığı borcu qaytarmamış, indi də boyun qaçırmaq üçün müxtəlif variantlara əl atır. Məhkəmə göstərişləri yerinə yetirsəydi, aydın olardı ki, niyə cavabdeh birinci instansiya məhkəməsində 5000 manat borcu olduğu barədə yazılı ərizə, apellyasiya instansiyasında isə 15000 manat borcun etirafı barədə yazılı ərizə təqdim edir. Bu o deməkdir ki, cavabdeh 15000 manatla canını qurtarmaq, borclu olduğu böyük məbləği ödəməkdən yayınmaq istəyir. Məhkəmə işdə olan sübutları düzgün qiymətləndirməmişdir. 10000 manata görə 60-65 min manatlıq mənzili iddiaçıya girov qoymuşdur. 37000 manatın faiz kimi ödədiyini, 7000 manat borclu qaldığını etiraf edir. Bu etiraf özlüyündə cavabdehin böyük məbləğdə, yəni iddia tələbində olduğu kimi böyük məbləğdə borc aldığını təsdiq edən sübut növüdür. Cavabdehin nümayəndəsi və vəkili ikinci apellyasiya icraatında göstərir ki, 15000 manatı da qaytarıb, lakin bu barədə əlində sübut olmadığı üçün onu ödəməyi üzərinə götürür. Halbuki, qaytardığını iddia etdiyi 37000 manatın ödənilməsi barədə əlində heç bir sübut yoxdur və məhkəməyə bu barədə sübut təqdim etməyib. Cavabdehin hər mə hkəmə iclasında müxtəlif ödənişlər etdiyini etiraf etməsi özü göstərir ki, yalan danışır, borcunu ödəməkdən yayınmaq istəyir. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Ali Məhkəmənin Mülki Kollegiyası araşdırma aparılmasını zəruri hesab etməsəydi, özü yeni qərar qəbul edərdi (MPM-nin 417.1.4m.). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
40. Maddə 5.3. Mülki hüquq münasibətləri nin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
41. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
42. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nə zərə alır.
43. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
44. Maddə
425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcələnin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhd əliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
45. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
46. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
47. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
48. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
49. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Mülki Prosessual Məcəllə
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Madd ə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ver ilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bu hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
63. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-613/2023 nöm rəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.