Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3047/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “ödənilmiş təhsil haqqının qaytarılması” tələbi) (Mülki mübahisənin kateqoriyası: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; sübutetmə yükü; iddia müddətinin ötürülməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair B akı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2928/2024 nömrəli iş üzrə 13 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 31 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü müqaviləyə əsasən iddiaçı “Dövlət Proqramı” təqaüdünə namizədlərin seçilməsi üzrə müsabiqənin nəticələrinə əsasən Təhsil Nazirliyi Təhsil alanın X3, Niderland Krallığı (bundan sonra-tədris müəssisəsi) beynəlxalq iqtisadiyyat və biznes iqtisadiyyatı ixtisası üzrə 2013-cü ildən 2016-cı ilə kimi tədrisini təşkil etməli idi. 2. “Xaricdə “Dövlət Proqramı" çərçivəsində təhsil alanların siyahısına dax il edilmə haqqında Təhsil Nazirlinin xx.xx.2013-cü il tarixli, 821 saylı əmr imzalanaraq Cavabdeh (bundan sonra mətndə cavabdeh) həmin siyahıya əlavə edilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdehə müxtəlif tarixlərdə 22579,32 manat ödəniş edilmişdir. 3. ”Dövlət Proqramı” çərçivəsində təhsil alanların siyahısından xaric edilməsi haqqında Təhsil Nazirlinin xx.xx.2016-cı il tarixli, 68 saylı əmrinə əsasən Niderland Krallığının “X3” ali təhsil müəssisəsində “İqtisadiyyat” ixtisas istiqaməti üzrə bakalavriat səviyyəsində təhsil almaq hüququ qazanmış cavabdeh Təhsil Nazirliyi (bundan sonra iddiaçı Təhsil Naziliy) ilə imzaladığı müqavilənin 2.3.5-ci və 5.1-ci bəndlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmasına görə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanların siyahısından çıxarıl mışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı Təhsil Nazirliyi cavabdeh qarşı “ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, Təhsil Nazirliyi ilə iş üzrə cavabdeh arasında xx.xx.2013-cü ildə müqavilə bağlanmış və təhsil nazirinin xx.xx.2013-cü il tarixli, 821 saylı amrilə Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtlərinə görə cavabdeh X2 University Rotterdam ali təhsil müəssisəsində “Beynəlxalq iqtisadiyyat və bixnes iqtisadiyyatı” ixtisasi (bakalavr səviyyəsi) üzrə 20132016-cı tədris illəri üzrə təhsilin təşkili ilə bağlı onun hesabına 22579,32 manat vəsait ödəmişdir. Lak in cavabdeh müqavilə şərtlərini pozaraq, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməmiş və Nazirliyin xx.xx.2016-cı il tarixli, 68 saylı əmri ilə Dövlət Proqramından xaric edilmişdir. Tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsasən, tədris müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarının yerinə yetirilməsi təqaüdçünün əsas öhdəliyi kimi qəbul edilmişdir. Bağlanmış müqavilənin 5.2-ci bəndində qeyd edilir ki, təhsil alan üzürsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri həmin Nazirliyiə 2 aydan gec olmayaraq qaytarmalıdır., cavabdeh müqaviləyə uyğun olaraq, onun təhsilinin təşkili ilə bağlı ödənilmiş vəsait geri qaytaracaqdır. Lakin vəsait qaytarılmadığından ona rəsmi şəkildə müraciət edilərək pulun qaytarılması tələb edilmişdir. Cavabdeh müqavilə şərtini pozaraq, təhsilini akademik müvəffəqiyyətsizlik səbəbindən başa vura bilmədiyindən ona ödənilmiş dövlət vəsaitini geri qaytarılmasını xahiş etmişdir.
10. Cavabdeh iddiaya yazılı etirazla müraciət edərək, göstərmişdir ki, müqavilə şərtlərinə görə o, X2 University Rotterdam beynəlxalq iqtisadiyyat və biznes iqtisadiyyatı ixtiası üzrə (baklavr səviyyəsində) 2013-cü ilin sentyabr ayında 2013-2016-cı il tədris ili üçün onun hesabına yalnız 1 il üçün 22.579,32 manat pul köçürmüşdür. Lakin üzürlü səbəbə görə akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməmiş, Universitetin birinci kursunu bitirə bilməmiş, çü nki, o imtahanlardan yetərli bal toplayğa bilməmiş, təhsil sistemi ağır olduğundan o imtahanları üzürlü səbəblərə görə verə bilməmiş, ona görə də həmin Universitetdən xaric etmişlər. xx.xx.2014-cü ildə Bakı şəhərinə qayıtmış və bu barədə Təhsil Nazirliyinin nümayəndəsi ilə telefonla danışıb ona bu barədə məlumat vermiş, sonra onunla nazirlikdə görüşərək ərizə yazıb vermiş, nazirliyin nümayəndəsinə bildirmişdir ki, Universitetdən xaric olunduğu üçün məcburiyyət qarşısında qalaraq başqa bir Universitetə, yəni, X6 Universitetinin Beynəlxalq Biznes və Dillər fakültəsinə daxil olmuşdur. Ona görə də nazirilyin nümayəndəsindən xahiş etmişdir ki, ona ödənilmiş vəsaitin bu universitetə köçürülməsi, lakin Təhsil Nazirliyinin nümayəndəsi ona bildirmişdir ki, ən birinci kursu başa vura bilmədiyi üçün təhsil haqqını və digər xərcləri dayandırır, təhsil vəsaitini də başqa Universitetə köçürülməsi mümkün deyildir. Bu zaman ona demişdir ki, ödənilən həmin pul geri qaytarılmalıdır. O, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş və Universitetin birinci kürsunu axıra kimi oxumuşdur. Lakin imtahandan lazımı balı toplaya bilməyib kəsilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 10 il bundan qabaq onun təhsili və digər xərcləri üçün ödədiyi 22579,32 manat pulu geri tələb edir. Lakin onun həmin pulu geri qaytarmaq imkanı yoxdur. Azərbaycan övladı kimi xaricə gedib təhsil almağa çalışmış, lakin imtahandan kəsildiyi üçün çox pis olmuş, oxumaq arzusunda olmuş, ona görə də yenidən hazırlaşaraq başqa bir Universitetə qəbul olunmuş və oranı bitirmişdir. Onun Dövləti qarşısında b ir çox xidmətləri vardır. Belə ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi üçün Zəfər marafonu zamanı bütün fan zonanın proqramlarını hazırlığını təşkil etmiş, sonra Avropa oyunları parkının bütün rebrenləşdirilməsi və orada 15-ə yaxın xarici musiqiçilərin konsertlərinin keçirilməsini təşkil etmiş, Qarabağın İnkişaf sərgisində yeni texnologiyaların tətbiqi ilə bağlı stentin hazırlanmasını təşkil etmiş, X1 X5 Agentliyinin təqdimat stendinin hazırlanması və qonaqların mükafatlandırılması üçün təşkilatçılığı həyata keçirmiş, X9 voleybol komandasının xarici brendlərlə əməkdaşlıq üzrə fəaliyyət planının hazırlanmasını təşkil etmiş, bir neçə Azərbaycan məhsullarının marketinq strategiyasının yazılması və xarici bazarlara çıxarılmasında bir başa iştirakı olmuş, bir çox beynəlxalq br endləri Azərbaycan bazarında marketinq siyasətinin aparıcı üzvüdür. Azərbaycanın bir çox Ali Təhsil mərkəzlərində xarici brendlər və tələbələr arasında sosial məhsuliyyət layihələrinin keçirilməsini təşkil etmiş, tədbirlərlərdə gigiyena, ekologiya və təhsil barədə maarifləndirici sesiyaları təşkil etmiş, hal-hazırda da Qarabağ inzibati ərazisində keçiriləcək tədbirlər üçün təklif və təqdimatları və dövlət qurumlarına təqdim etmişdir. İddiaçı ilə aralarında bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsaslanaraq tədris müəssisənin təyin etdiyi müddət ərzində seçdliyi ixtisas üzrə tədris planını və tədris proqramlarını yerinə yetirilməsi təhsilalanın əsas öhdəliyi kimi qəbul edilməsini göstərir. Halbuki həmin bənddə seçdiyi ixtisas üzrə tədris planını və tədris proqramlarını yerinə yetirilməsi təhsilalanların əsas öhdəliyi kimi qəbul edilməsi onun məcburi vəzifə kimi qeyd olunmamışdır. Belə ki, oxuduğu müddət ərzində Təhsil Nazirliyi tərəfindən onunla maraqlanan olmamış və onunla heç bir əlaqə yaradan da olmamışdır. Daha sonra iddiaçı bağlanmış müqavilənin 5.2-ci bəndinə istinad edərək qeyd edir ki, təhsil alan üzürsüz hesab edilən səbəblərə görə Təhsil proqramından çıxarıldıqda Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş xərclərin həmin Nazirliyə 2 aydan gec olaraq qaytarmalıdır. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən çəkilən xərclərin geri qaytarılmasını məhkəmədən xahiş edir. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya ki, dəfələrlə rəsmi qaydada ona müraciət edilərək pulu tələb etsələr də, o pulu qaytarmaqdan yayınmışdır. Bu tam yalandır, iddiaçı 2014-cü ildən bu günə qədər pulun geri qaytarılması barədə ona heç bir rəsmi məktub göndərməmişdir. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ona qarşı 22579,32 manat məbləğində vəsaitin məndən tutulması barədə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək, iddiaya yazılı etirazla müraciət edərək, göstərmişdir ki, iddiaçı 10 ildən yuxarıdır ki, 2013-cü ilin sentyabr ayından həmin vəsaiti hüquqlarını təmsil etdiyi şəxsdən istəməmiş, hal-hazırda məhkəmə yolu ilə 10 ildən sonra həmin vəsaiti tələb edir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyi iddia tələbinin ümumi iddia müddəti üzrə 10 il, müqavilə tələbi üzrə isə 3 illik iddia müddəti artıq ötmüşdür. İddia müddətinin ötməsi iddia tələbinin rədd olunması üçün əsasdır. Məhkəmədən ərizəni nəzərə alınaraq, iddia müddətinin tətbiq olunmaqla iddianın rədd olunmasını xahiş etdi.
12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi (bundan sonra birinci instansiya məhkəməsi) e-2(003)-768/2024 nömrəli, xx.xx.2024-cü il tarixli (X7) qətnaməsi ilə iddia rədd edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi üzrə tələb ounan məbləğ iş materiallarında olan sənədlərlə və cavabdehin etirafı ilə təsdiq olunduğundan iddia tələbi əsaslıdır. Lakin məhkəmə iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edib ki, iddia tələbi mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsi əsasına görə də iddia təmin edilməməlidir.
14. Məhkəmə qeyd edib ki, İ.B.X8 çərçivəsində təhsil alanların siyahısından xaric edilməsi haqqında Təhsil Nazirlinin xx.xx.2016-cı il tarixli, 68 saylı əmrinə əsasən Niderland Krallığının “X3” ali təhsil müəssisəsində “İqtisadiyyat” ixtisas istiqaməti üzrə bakalavriat səviyyəsində təhsil almaq hüququ qazanmış Cavabdeh Təhsil Nazirliyi ilə imzaladığı müqavilənin 2.3.5-ci və 5.1-ci bəndlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmasına görə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanların siyahısından çıxarılmışdır. Belə olan halda, iddiaçı üçün iddia müddəti axımı Cavabdeh Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanların siyahısından çıxarıldığı tarixdən, yəni xx.xx.2016-cı il tarixdən başlamışdır.
15. İşin materiallarından isə görünür ki, iddiaçının mövcud iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə verilmişdir. Göründüyü kimi iddiaçı təkilat artıq xx.xx.2016-cı il tarixdən cavabdehin aralarında olan müqavilənin şərtlərini pozduğunu artıq bilirdi. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
16. Məhkəmə iddiaçının nümayəndəsinin iddia müddətinin keçməməsi ilə bağlı dəlillərinə münasibətdə bildirib ki, Təhsil Nazirliyi ilə Cavabdeh Məhman oğlu arasında “Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında” bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin 5.3-cü bəndindən görünür ki, Dövlət Proqramı çərçivəsində xarici dil və baza hazırlığı keçməsi məqsədi ilə xarici ölkəyə göndərilən, lakin müvafiq proqram ali təhsilə başlamaq üçün tələb olu nan səviyyədə mənimsəyə bilməyən təhsil alan Komissiyanın qərarı ilə Təhsil Proqramından çıxarılır və Təhsil Nazirliyi tərəfindən çəkilmiş bütün xərcləri Nazirliyə 2(iki) aydan gec olmayaraq qaytarılmır. xx.xx.2016-cı il tarixli, 68 saylı əmrindən də görünür ki, İlkin X4 çərçivəsində xaricdə təhsil alanların siyahısından çıxarılmasına əsas kimi xx.xx.2016-cı il tarixli 402(t) nömrəli təqdimat və İlkinin xx.xx.2014-c il tarixli ərizəsi olmuşdur. Göründüyü kimi, iddiaçı təşkilat artıq Cavabdeh öhdəliklərini pozduğunu xx.xx.2014-cü il tarixdə bilmiş, xx.xx.2016-cı il tarixli əmrlə onun Dövlət proqramı çərçivəsində xaricdə təhsil alanların sıyahısından çıxarılması və təhsilin maliyyələşdirilməsi üçün vəsaitin geri qaytarılması üçün müvafiq tədbirlərin görülməsi nazir müavininə həvalə edilmiş dir. Bundan başqa xx.xx.2013-cü il tarixli müqavilənin 1.2-ci bəndindən görünür ki, qeyd olunan müqavilə 2013-2016-cı illər beynəlxalq iqtisadiyyat və biznes iqtisadiyyatı üzrə 2013-cü ildən 2016-cı ilə kimi tədrisi təşkil edir. Yəni tərəflərin arasında olan müqavilə artıq xx.xx.2016-cı il tarixdə bir tərəfli olaraq ləğv olunmuşdur. Eyni zamanda İ.B.X4 çərçivəsində təhsil alanların siyahısından xaric edilməsi haqqında Təhsil Nazirlinin xx.xx.2016-cı il tarixli, 68 saylı əmrinin verilməsinə Cavabdeh xx.xx.2014-cü il tarixli ərizəsi əsas götürülmüşdür.
17. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
18. İddiaçının mövcud iddia tələbi üzrə qanunla müəyyən edi lmiş iddia müddətlərini keçirmişdir. Cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini, iddianın əsassız olmasına və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 377.1-ci maddəsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarına,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4.1, 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(003 )-768/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
21. Şikayət iddia ərizəsi ilə eynilik təşkil etməklə onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə şərtlərini pozaraq, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməmiş və Nazirliyin xx.xx.2016-cı il tarixli, 68 saylı əmri ilə Dövlət Proqramından xaric edilmişdir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Müqavilədə tərəf olan Təhsil Nazirliyi müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh tərəfindən pulun qaytarılacağına ümüd etməsinə baxmayaraq, lakin heç bir vəsait qaytarılmamışdır. Nazirlik hesab etmişdir ki, cavabdeh müqaviləyə uyğun olaraq, onun təhsilinin tə şkili ilə bağlı ödənilmiş vəsait geri qaytaracaqdır. Lakin vəsait qaytarılmadığından ona rəsmi şəkildə müraciət edilərək pulun qaytarılması tələb edilmişdir. Cavabdehə sonuncu müraciətdən sonra Nazirlik hesab etmişdir ki, qarşı tərəf iddiaçının müqavilə üzrə ödənilmiş xərclərin geri qaytarılması barədə tələb hüququnu pozur və cavabdehin ödənilmiş vəsaiti geri qaytarmaq məqsədi yoxdur. Nazirlik ondan sonra mübahisənin məhkəmə qaydasında həll edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə müddətin tətbiqi ilə bağlı ərizəyə qiymət verərkən iddiaçıya qarşı öz qərəzini büruzə vermis, ərizəni cavabdehin xeyrinə şərh etmişdir. Belə ki, məhkəmə iddiaçının cavabdehə ünvanladığı sonuncu müraciətinə hüquqi qiymət vermədən, müddətin hesablanmasını cavabdehin Dövlət Proqramından xaric edilməsi barədə əmrin verildiyi tarixdən hesablamışdır.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli, 2(103)-2928/2024 nömrəli qətnaməsi ilə (hakimlər: F.Ş. Talışınski (sədrlik edən və məruzəçi), A.N.İmanov, E.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmişdir, birinci instansiya məhkəməsinin 2(003)-768/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət etmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur.
24. Məhkəmə qeyd etmişdir ki, İllər boyu öz fəaliyyətsizliyinə hüquqi əs as yaratmağa çalışan, hüquqlarının pozulduğunun bilməli və bildiyi zamanı sübut etmək vəzifəsini 2022ci ildə göndərilən məktubla pərdələməyə çalışan iddiaçı, bu məktubu 2016 ildə öz qərarından sonrakı dövrdə hansı səbəblərdən göndərmədiyini və bu illər ərzində iddia müddətinin axımının kəsilməsinə, dayanmasına və ya üzrlü hesab edilməsinə dair heç bir sübut təqdim etməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsi 372.1., 372.2., 373.1.,373.2., 373.3., 373.4.,373.5.,374.1, 374.2.,375.1., 375.2.-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tari xli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:
29. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (vəkili Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)2928/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eynilik təşkil etməklə belə əsaslandırılmışdır ki, işə baxan məhkəmə qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsini tətbiq etməklə yekunda qərar qəbul edərkən səhv nətic əyə gəlmişdir. Belə ki, cavabdehin Dövlət Proqramından xaric edilməsi Nazirliyin hüququnun pozulmasının aşkar edildiyi vaxt kimi qəbul edilə bilməz. Çünki, cavabdeh DP-dən xaric edildikdən sonra bir neçə il xarici dövlətdə yaşamış və başqa təhsil müəssisəsində təhsilini davam etdirmişdir. Məhkəmənin yanaşmasına görə, cavabdeh xarici ölkədə olarkən ona qarşı tələb irəli sürülə bilərdi. Belə ki, o ölkəyə qayıtdıqda artıq (müddət ötürüldüyündən) Nazirlik tərəfindən ona qarşı tələb irəli sürmək hüququ aradan qalxmış olacaqdır. Məhkəmə cavabdehin bu müddət ərzində xaricdə yaşamasına və təhsil almasına əhəmiyyət verməmişdir.
31. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1, 389.1, 390.2, 399.3, 399.4-cü maddələrinə, AR Mülki Prosessual Məcəllənin 76,88, 4 18.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ilə məhkəməyə müraciət edərək, kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-2928/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qəbul edilməsini xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 33.. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
34. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
35. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
36. Maddə 373.2. Müqavi lə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
37. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
38. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
39. Maddə 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.
40. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.
41. Maddə 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdir ilir.
42. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. B elə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qəra rlar). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
74. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
76. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
77. Maddə 217.4. Məhkəmə ( hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.
78. Maddə 218.1.Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.
79. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
80. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətin də irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
81. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
82. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiy indən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
84. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, hüquqlarının pozulduğunun bilməli və bildiyi zamanı sübut etmək vəzifəsini 2022-ci ildə göndərilən məktubla əsaslandırmağa çalışan iddiaçı, b u məktubu 2016-cı ildə öz qərarından sonrakı dövrdə hansı səbəblərdən göndərmədiyini və bu illər ərzində iddia müddətinin axımının kəsilməsinə, dayanmasına və ya üzrlü hesab edilməsinə dair heç bir sübut təqdim etməmişdir
85. Məhkəmələrin qənaətinə görə iddiaçının ödənilmiş pul məbləğinin geri qaytarılması ilə bağlı tələb hüququnun olmasına baxmayaraq iddia müddətinin keçməsi səbəbindən iddianın təmin olunması yolverilən hesab edilmir.
86. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, ocavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gə ldiyi nəticə və əsaslandırma ilə razılaşır.
87. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
88. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin l əğv edilməsi üçün əsas təşkil etmir.
89. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
90. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2928/2024 nömrəli iş üzrə 13 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.