Məhkəmə qərarları › İş №2(102)-3049/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3049/2019

29.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3049/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh1 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Qax Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim: M.İ.Qarayev; 2(024)-646/2018) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK-nin Şəki Ərazi İdarəsi və Qax rayonu, Qorağan Bələdiyyəsinə qarşı «öhdəliyin icra edilməsi üzrə vurulmuş maddi və mənəvi zərərin ödənilməsinin təmin edilməsi» barədə iddiası qismən təmin edilmiş, Cavabdeh1 4000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmiş, iddianın qalan hissəsi əsassız olduğundan qədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və İ.F.Quliyev; 2(107)-3041/2018), İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Qax Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş,yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh1 4000 manat pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmiş, iddianın qal an hissədə təmin edilməmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayonu, ******** kəndinin ərazisində yerləşən 60 sot fındıq bağı sahəsinin Cavabdeh1 yaxud da Cavabdeh2 mülkiyyətlərində olmasının müəyyən edilməsi, sözügedən bağ sahəsinin Cavabdeh1 mülkiyyətində olmadığı təqdirdə həmin bağ sahəsi üçün ödənilmiş 5000 manat pulun, 5 il ərzində əldən çıxmış 4.000 manatın, cəmi 9.000 manatın Cavabdeh1 alınıb İddiaçı ödənilməsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı məhkəməyə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin həcminin dəyişdirilərək Cavabdeh1 0.6 ha fındıq bağı satın almağı müqabilində ödədiyi 5000 manat pulun və həmin pulun 5 il ərzində əldən çıxmış gəliri olan 4000 ma natın, cəmi 9000 manat pul, aldadıldığı və bağın ondan geri alınması səbəbindən Cavabdeh1 alınaraq özünə ödənilməsi və Cavabdeh1 əməlində dələduzluq cinayətinin tərkibi olduğundan onun barəsində xüsusi qərar çıxarılaraq Qax rayon Prokurorluğuna göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən biri Cavabdeh1 2014-ci ilin iyul ayında ona məxsus 125 top fındıq ağacları olan bağı 5.000 manata satın alıb, həmin bağı 4 il müddətində əməli sahibliyində saxlamışdır. Cavabdehin satdığı bağ sahəsinin hüquqmüəyyənedici sənədlərinin qaydasında olmadığı üçün alqı-satqı müqaviləsini notarial qaydada rəsmiləşdirmək mümkün olmamışdır. Mübahisəli bağ sahəsinə qulluq etdiyi hazırkı ilin əvvəlində digər Cavabdeh2 ona bildirib ki, özünün bağ s ahəsinin sərhədləri onun bağ sahəsinin ərazisinə düşür. Əlavə edib ki, həmin hissə yəni, 4 cərgə və ondan sonrakı qonşuların sərhəddindəki 2 cərgə fındıq ağacları ona ayrılan torpaq sahəsi hesab olunur. Lakin bu barədə digər Cavabdeh2 ona heç bir sənəd göstərməmişdir. İl ərzində fındığ ağaclarını budadığım, sahəyə mineral gübrə verdiyini və dəfələrlə sulayaraq qulluq etdiyini görmüş Cavabdeh2 hazırda bağdan məhsul yığmağına mane olub işini əngəlləmək məqsədi ilə ona müxtəlif təzyiqlər edir. Bu səbəbdən həmin mübahisəli bağ sahəsini kimin mülkiyyətində olmasını mübahisələndirir və ümidvardır ki, bu iddia tələbi Qax rayon Məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılıb uyğun hüquqi nəticə verəcəkdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh1 0.6 ha fındıq bağı satın almağı müqa bilində ödədiyi 5000 manat pulun və həmin pulun 5 il ərzində əldən çıxmış gəliri olan 4000 manatın, cəmi 9000 manat pul, aldadıldığı və bağın ondan geri alınması səbəbindən Cavabdeh1 alınaraq özünə ödənilməsi və Cavabdeh1 əməlində dələduzluq cinayətinin tərkibi olduğundan onun barəsində xüsusi qərar çıxarılaraq Qax rayon Prokurorluğuna göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 iddianı qismən qəbul edərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunanlarla razılaşmır. Belə ki, keçmiş ****** Birgə təsərrüfatı tərəfindən onun mərhum atasına şəhid ailəsi olduğu üçün 0.45 ha və mərhum qardaşı X1 şəhid olduğu üçün 0.45 ha torpaq sahəsi(fındıq bağı) verilmişdir. Həmin bağı 2000-ci ildən bəri istifadə etmişdir. 2014-ci il tarixdə isə aralarında olan şifahi razılaşmaya əsasən h əmkəndlisi İddiaçı 4000 manata satmışdır. Lakin 2018-ci ilin aprel ayında məlum olmuşdur ki, həmin torpaq sahəsi ümumiyyətlə başqa şəxsin, həmkəndlisi Cavabdeh2 aqrar islahat komissiyasının verdiyi pay torpaq sahəsidir. O iddiaçının 4 il ərzində fındıq bağın fındığını yığıdığını və həmin verdiyi 4000 manatı fındıq yığaraq qazandığını bildirərək iddianın rədd edilməsini xahiş etdi. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5,8,9,402,403-cu maddələrinin tələblərin in pozulması ilə hərtərəfli tam və obyektiv olmayan əsassız və qanunsuz olaraq qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və digər cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələb lərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, keçmiş ****** Birgə təsərrüfatı tərəfindən Cavabdeh1 mərhum atasına şəhid ailəsi olduğu üçün 0.45 ha və mərhum qardaşı X1 şəhid olduğu üçün 0.45 ha torpaq sahəsi(fındıq bağı) verilmişdir. Cavabdeh həmin bağı 2000-ci ildən bu vaxta qədər istifadə etmişdir. 2015-ci il tarixdə Cavabdeh1 həmin torpaq sahəsini 4000 manata İddiaçı satmışdır. 2018-ci ilin aprel ayında müəyyən olmuşdur ki, sözügedən torpaq sahəsi 2000-ci ildə aqrar islahat komissiyasının qərarı ilə Qax rayonu ******** kənd sakini Cavabdeh2 verilmişdir. Cavabdeh1, həmin topraq sahəsini öz torpaq sahəsi zənn edərək onu iddiaçıya satmışdır. Cavabdeh məhkəmədə verdiyi izahatında torpaq sahəsini 4000 manata iddiaçıya satdığını təsdiq etmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: - 1091.1-ci mаddəsinə əsаsən əsаssız vаrlаnаn о şəxs (vаrlаnmış şəxs) sаyılır ki, hüquqi əsаs оlmаdаn bаşqа şəxsin (məhrum оlаnın) hesаbınа əmlаk əldə etsin. -1091.2-ci mаddəsinə əsаsən əsаssız vаrlаnmа yаlnız о zаmаn bаş verir ki, bu cür vаrlаnmаyа hаqq qаzаndırаn qаnuni əsаs və yа müqаvlə əsаsı оlmur. Huquqi əsаs оlmаdаn vаrlаnmа həmçinin о hаllаrdа bаş vermiş syılır ki, bu cür vаrlаnmа həyаtа keçirirlməmiş əsаsа və yа sоnrаlаr аrаdаn qаlxmış əsаsа söykənir. -1092.1-ci mаddəsinə əsаsən vаrlаnmış şəxs əldə etdiklərini məhrum оlаnın tələbi ilə оnа qаytаrılmаlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia tələbini qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlsə də maddi hüquq normasına düzgün istinad etməmişdir. Ona görə də şikayət qismən təmin edilməli, qətnamə ləğv edilməli iddia qismən təmin edilməlidr. Cavabdeh əsassız varlanmış şəxsdir və iddiaçı cavabdehdən 4000 manat pulun alınaraq ona ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət omaqla göstərilən ə saslar heç bir sübutla əsaslandırılmamışdır.İddiaçı cavabdehə 5000 manat pul verdiyini bildirsə də iş materiallarında bunu təsdiq edən hər hansı bir dəlil yoxdur. Lakin cavabdeh məhkəmədə səmimi etiraf edərək iddiaçının ona cəmi 4000 manat pul verdiyini bildirmişdir. İş üzrə yeganə sübut cavabdehin etirafı olduğu üçün birinci instansiya məhkəməsi həmin dəlilə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara qeyd olunan Məcəllənin 88, 106-cü maddələrinin tələblərinə müvafiq qaydada iş üzrə toplanmış sübutlarla, həmçinin tərəflərin izahatlarına tədqiq olumuş digər sübutlarla birlikdə hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tаrixli qətnаməsi ləğv ediləlməli, yeni qətnamə ilə iddia qismən təmin edilməli, Cavabdeh1 4000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 10 dekabr 2018-cı il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar