Məhkəmə qərarları › İş №2(102)-3049/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3049/2022

20.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3049/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq sahəsindən çıxarma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3337/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Masallı Rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1997-ci il tarixli, 169 nömrəli qərarı ilə İddiaçı (bundan sonra – iddiaçı) və onun əri X2 fərdi yaşayış evinin tikintisi üçün 0.12 hektar torpaq sahəsi verilmiş, onların adına mülkiyyət hüququnu təsdiq edən 28 dekabr 2005-ci il tarixli çıxarış verilmişdir.

2. X3 01 may 2010-cu il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan torpaq sahəsinin 0.03 hektar hissəsindən cavabdehin çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Masallı rayon Aqrar İslahat Komissiyası tərəfindən fərdi yaşayış evinin tikilməsi üçün ailəsinə verilmiş 0.12 ha torpaq sahəsinin 0.3 hektarını zəbt etmişdir. Cavabdeh onun yaşlı olduğundan sui-istifadə edərək qanunsuz əməllərinə davam etməkdədir.

5. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirilmişdir ki, dəfələrlə torpaq şöbəsi və yerli icra hakimiyyətinin müvafiq qurumları tərəfindən torpaq sahəsi ölçülmüş, ona təhvil verilmişdir. Lakin iddiaçı buna baxmayaraq əsassız iddiasından əl çəkmir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 19 may 2021-ci il tarixli, C-107 saylı mütəxəssis rəyinə əsasən Masallı rayonu Tatyanoba kəndi "Tatyanoba" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerqur uluşu layihəsi baza materialına və JN-117A kod, 80508028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin müəyyən olunmuş hissəsi Cavabdeh faktiki istifadəsində olan mübahisələndirilən həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Masallı rayonu Tatyanoba kəndi "Tatyanoba" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi baza materialına və JN-117A kod 80508028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin 0,0135 hektaradək (135,0 kv.m-dək) hissəsi ortaq mübahisələndirilən çəpərdən şimal-qərb istiqamətində Cavabdeh faktiki istifadəsində olan həyə tyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10/2674 saylı, 05 iyul 2021-ci il tarixli eyni məzmunlu rəy verilmişdir.

8. Masallı Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 18 avqust 2021-ci il tarixli, 2(050)-89/2021 nömrəli qətnaməsi ilə (hakim A.A.Səlimov) iddia qismən təmin olunmuş, Masallı rayonu, Tatyanoba kəndində yerləşən JN-117A, KOD 80508028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə İddiaçı və onun ailə üzvünə məxsus 0.12 hektar fərdi yaşayış evinin tikintisi məqsədi ilə verilmiş torpaq sahəsinin 0,0135 hektar (135,0 kv.m) hissəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdi r.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini iş materiallarına əlavə edilmiş ekspert və mütəxəssis rəyi ilə əsaslandırmışdır. Rəylərə əsasən müəyyən edilmişdir ki, həqiqətən iddiaçıya məxsus mübahisəli torpaq sahəsinin bir hissəsi cavabdehin sahibliyindədir və həmin sahiblik qanunsuzdur.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, cavabdehə məxsus torpaq sahəsinin iddiaçıya aid torpaq sahəsi ilə sərhədlərinin müəyyən edilməsi və iddiaçıya aid torpaq sahəsi ilə üzləşdirilməsi üçün ekspertiza təyin edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Şirvan Apellya siya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-3337/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), hakimlər S.İ.Mayılov və Z.M.Allahyarov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəf etirazında və apellyasiya şikayətində yenidən ekspertiza keçirilməsini tələb etsə də, ekspertizanın keçirilməsi üçün əsas olmamışdır. Cavabdeh torpaq sahəsinə dair hər hansı sənəd təqdim etməmişdir. Belə ki, məhkəmə apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 157.2 və Mülki Prosessual Məcəlləsinın 14.2, 77.1ci maddələri hazırkı işə düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə i lk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Lakin torpaq sahəsini vərəsəsi olduğunu hesab edən iddiaçı iddia qaldırsa da, vərəsəliyin qəbulu barədə sənəd olmamış, digər payçılar tələb etməmişdir. Həmçinin iddiaçının tələb etdiyi torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmə ilə bağlı yalnız ekspert rəyləri verilir, lakin naturada torpağa baxış keçirilməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

18. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

19. Maddə 111.2. bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zam anı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

22. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

23. Maddə 238.1. Daşınmaz əm lak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaların a və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

35. Nəzərə alınmalıdır ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən Masallı Rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1997-ci il tarixli, 169 nömrəli qərarı ilə 0.12 hektar torpaq sahəsi təkcə iddiaçının ərinə deyil, həm də ilə üzvü kimi ona verilmişdir. Başqa sözlə iddiaçı hazırkı iddianı əri X1 vərəsəsi kimi deyil, mübahisəli torpaq sahəsinin birgə mülkiyyətçisi kimi qaldırmışdır. Bu baxımdan iddiaçının hazırkı iddianı qaldırmaqla bağlı subyektiv hüququnun olmadığı barədə dəlil əsassızdır.

36. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kas sasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3337/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar