Məhkəmə qərarları › İş №2(102)-3049/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3049/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpo
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3049/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın etibarsız hesab edilməsi, hərracın nəticələrinin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləh məd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr çıxarışının ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3080/2024 nömrəli, 17 may 2024-cü il tarixli qətnaməsindən i ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4327/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, “Bank VTB (Azərbaycan)” ASC (bundan sonra – Bank) ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 117895-19125 nömrəli “Baş Kredit razılaşması” və xx.xx.2013-cü il tarixli 117895-1-9125/1 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı və X1 birgə qaydada 50329,51 ABŞ dolları əsas, 610,88 ABŞ dolları faiz, cərimə borcu üzrə 400 ABŞ dolları, cəmi 56880,39 ABŞ dolları məbləğində borcun icra vaxtı manata olan məzənnə ilə manatla Bankın xeyrinə tutulması, tələbin ünvan 1 ü nvanında yerləşən fərdi yaşayış evinə (bundan sonra – mübahisəli fərdi yaşayış evi) və Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şosesi, Sement zavodu ərazisi ünvanda yerləşən anbarda 20000 ABŞ dolları məbləğində tikinti materialları və qranitə yönəldilməsi, mübahisəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 75000 manat müəyyən edilməklə və tikinti materialları, mərmər, qranitin açıq hərracda satılması, onların satışından əldə olunmuş vəsait hesabına İddiaçı Banka olan borcunun ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4327/2016 nömrəli işi üzrə xx.xx.2016-cı il tarixdə icra vərəqi verilmişdir.

3. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli icraata başlamaq h aqqında qərarına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4327/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılmış, eyni tarixdə İddiaçı tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. 4. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, Y-336 nömrəli hərracın nəticələri haqqında yekun protokola və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən İddiaçı məxsus mübahisəli fərdi yaşayış evi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25 faiz aşağı olan qiymətlə, 47813 manata tələbkar Bank tərəfindən əldə edilmişdir.

5. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən mübahisəli fərdi yaşayış evi tam mülkiyyət hüquq u üzrə Bankın adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1059/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, ipoteka predmeti olan mübahisəli fərdi yaşayış evinin satılması ilə əlaqədar keçirilmiş xx.xx.2018-ci il tarixli № Y-336 nömrəli hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi, mübahisəli fərdi yaşayış evinin satılmasına dair "xxxx" MMC ilə Bank arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bankın adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixdə verilmiş ******* №-li RX seriyalı Çıxarışın ləğv edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4327/2016 nömrəli, xx.xx.2016cı il tarixli icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsi qət edilmişdir.

7. Hərracın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli, 01 nömrəli bildirişə əsasən mübahisəli fərdi yaşayış evinə və Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şosesi, Sement zavodu ərazisi ünvanda yerləşən anbarda olan tikinti materialları, mərmər və qranitə dair hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə saat 12:30; 12:40-a təyin edilmişdir. Mübahisəli fərdi yaşayış evinin ilkin satış qiyməti 75000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şosesi, Sement zavodu ərazisi ünvanda yerləşən anbarda olan tikinti materialları, mərmər və qranitin isə ilkin satış qiyməti 18478,82 manat müəyyən edilmişdir. 8. “FM Express”in 149572 nömrəli kuryer xidmətlər i üçün mədaxil qəbzinin talonuna əsasən "xxxx" MMC tərəfindən bildiriş xx.xx.2020-ci il tarixində İddiaçı göndərilmiş, talon Babayev Cavidan tərəfindən imzalanmışdır.

9. Hərracın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli, 02 nömrəli bildirişə əsasən mübahisəli fərdi yaşayış evinə və Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şosesi, Sement zavodu ərazisi ünvanda yerləşən anbarda olan tikinti materialları, mərmər və qranitə dair hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə saat 12:30; 12:40-a təyin edilmişdir. Mübahisəli fərdi yaşayış evinin ilkin satış qiyməti 75000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi Sement zavodu ərazisi ünvanda yerləşən anbarda olan tikinti materialları, mərmər və qranitin isə ilkin satış qiyməti 18478,82 manat müəyyən edilmişdir.

10. Hərracın keçirilm əsinə dair xx.xx.2020-ci il tarixli, 01 nömrəli bildirişə əsasən mübahisəli fərdi yaşayış evi və Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şosesi, Sement zavodu ərazisi ünvanda yerləşən anbarda olan tikinti materialları, mərmər və qranitə dair hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə saat 11:00-17:00-dək (növbəlik əsasında) təyin edilmişdir. Mübahisəli fərdi yaşayış evinin ilkin satış qiyməti 75000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şosesi, Sement zavodu ərazisi ünvanda yerləşən anbarda olan tikinti materialları, mərmər və qranitin isə ilkin satış qiyməti 34000 manat müəyyən edilmişdir. 11. “FM Express”in 152271 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonuna əsasən "xxxx" MMC tərəfindən bildiriş xx.xx.2020-ci il tarixində İddiaçı göndərilmiş, talon Babayeva tərəfind ən imzalanmışdır.

12. Hərracın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli, 02 nömrəli bildirişə əsasən mübahisəli fərdi yaşayış evinə dair hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə saat 11:0017:00-dək (növbəlik əsasında) təyin edilmişdir. Mübahisəli fərdi yaşayış evinin ilkin satış qiyməti 63750 manat müəyyən edilmişdir. 13. “FM Express”in 164377 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonuna əsasən "xxxx" MMC tərəfindən bildiriş xx.xx.2020-ci il tarixində İddiaçı göndərilmiş, talon Babayev C. tərəfindən imzalanmışdır.

14. İpoteka predmetinin əldə olunmasına dair xx.xx.2020-ci il tarixli təklifə əsasən mübahisəli fərdi yaşayış evi təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə, yəni 47812,50 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. 15. “Birja y enilikləri” qəzetinin xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixli buraxılışlarında mübahisəli fərdi yaşayış evinə dair keçirilən hərracların yeri, vaxtı və nəticələri barədə məlumatlar əks olunmuşdur. 16. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 46/01-1 nömrəli hərracın yekunları barədə protokola və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən İddiaçı məxsus mübahisəli fərdi yaşayış evi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25 faiz aşağı olan qiymətlə, 47812.5 manata tələbkar Bank tərəfindən əldə edilmişdir.

17. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mübahisəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Bankın adına xx.xx.2022-ci il tarixdə qeydiyyat a alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə qarşı (Bank, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsi və AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyət hüququ ilə məxsus mübahisəli fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixdə hərracda satılması ilə əlaqədar hərracın yekunları barədə 46/01-1 nömrəli protokol və xx.xx.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, Bankın adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəb ul edilməsini xahiş etmişdir.

19. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, hərracların (ilkin, təkrar) keçirilməsi barədə ona nə "xxxx" MMC, nə də ki, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsindən hər hansı bir yazılı və şifahi məlumat verilməmişdir. Hərracın keçirilməsi və əmlakın satılmasından o indi xəbər tutmuş və dərhal Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə və "xxxx" MMC-yə müraciət etmişdir. Hərracı keçirən "xxxx" MMC tərəfindən ona hərracın yekunları barədə 46/01-1 nömrəli, xx.xx.2020-ci il tarixli protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı haqqında xx.xx.2020-ci il tarixli müqavilənin təsdiq olunmamış kompyuter surətləri xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsi nin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri olaraq mübahisəli fərdi yaşayış evinin satılması ilə əlaqədar keçirilmiş xx.xx.2018-ci il tarixli № Y-336 nömrəli hərracın nəticələri haqqında yekun protokol etibarsız hesab edilmiş, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, Bankın adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixdə verilmiş ******* №li RX seriyalı Çıxarış ləğv edilmişdir. Bundan sonra mübahisəli fərdi yaşayış evi onun adına yenidən qeydiyyata alınmalı idi. Lakin, Daşınmaz Əmlakın Dövlət Reyestrinə etdiyi müraciətlər cavabsız qalmışdır. Həmin əmlak onun adına yenidən sənədləşdirilmədən hərrac keçirilə bilməz di. Lakin, əmlak Bankın adında olduğu halda bu barədə onlara hər hansı bir formada xəbər verilmədən qanunsuz hərrac keçirilmişdir.

20. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Bankın nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bank qarşısında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsinə dair qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş, həmin əmlak barəsində məcburi icra hərəkətləri həyata keçirilmiş və satılması üçün açıq hərraca çıxarılmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Y291 saylı hərracın nəticələri haqqında protokola əsasən hərracın qalibi (alıcı) Bank olmuşdur. "xxxx" MMC ilə Bank arasında xx.xx.2020-ci il tarixində bağlanmış hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən iddiaç ıya məxsus mübahisəli fərdi yaşayış evi Banka satılmışdır. AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən ev üzərində Bankın mülkiyyət hüquqları tanınmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən yalnız “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda (44-cü maddə) və Azərbaycan Respublikası Mülki Məcəlləsində (416.1-ci maddə) müəyyən edilmiş qaydaların (42-ci maddə) pozulması ilə keçirilən hərracın etibarsız hesab edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən mübahisəli fərdi yaşayış evinin yenidən qeydiyyata alınmamasına görə keçirilmiş hərracın etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Hərrac təşkilatçısı olan "xxxx" MMC ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmiş, həmin bildirişi ipoteka qoyan almış, hərracların keçirilməsinə dair kütləvi informasiya vasitələrində və hərrac təşkilatçısının rəsmi internet saytında məlumat yerləşdirilmişdir. Ümumiyyətlə, iş materiallarında olan sübutlardan müəyyən olunmuşdur ki, hərrac təşkilatçısı tərəfindən hərracın keçirilmə qaydalarına qanunla nəzərdə tutulmuş qaydada tam riayət edilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-233/2024 nömrəli iş üzrə 2 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia təmin edilərək, iddiaçıya mülkiyyət hüququ ilə məxsus mübahisəli fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixdə hərracda satılması ilə əlaqədar “hərracın yekunları barədə 46/01-1 saylı Protokol” və xx.xx.2020-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alğı-satqı Müqaviləsi”nin etibarsız hesab edilməsi, mübahisəli fərdi yaşayış evinə dair Bankın adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli Çıxarışın ləğv edilməsi qət olunmuşdur.

22. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Çünki, ipoteka predmeti olan fərdi yaşayış evi ilə bağlı verilən icra sənədi əsasında hərrac təşkilatı tərəfindən müxtəlif vaxtlarda, ümumilikdə 4 dəfə hərrac keçirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu 28 oktyabr 2014-cü il tarixli Qərarında q eyd etmişdir ki, “təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməs i nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir.” Xəzər rayon İcra Şöbəsindən tələb edilmiş İcra işindəki sənədlərdən və iş materiallarından göründüyü kimi, birinci dəfə "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə 2 dəfə hərrac keçirilmiş, lakin hərrac baş tutmadığı üçün hərrac təşkilatı tərəfindən Banka, icra şöbəsinə və ipoteka qoyana bu barədə məlumat verilmiş, o cümlədən ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə ala bildiyi üçün 30 gün ərzində bu təklifə münasibət bildirilməsi xahiş edilmişdir. Buna baxmayaraq, tələbkar Bank tərəfindən ipoteka predmeti qanunla müəyyən edilmiş müddətdə əldə edilməmişdir. Hərrac təşkilatı tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə və vaxtda 2 dəfə hərrac keçirilmiş və təkrar hərrac baş tutmadığı üçün ipoteka predmetinin əldə edilməsi Banka təklif edilmiş və tələbkar Bank tərəfindən 4-cü dəfə keçirilən hərracın baş tutması nəticəsində fərdi yaşayış evini əldə edilmişdir ki, bu da qanuna zidd olmuşdur.

23. Məhkəmə qeyd etmişdir ki, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Birinci hərrac təşkilatı tərəfindən keçirilmiş ilk iki hərrac etibarsız hesab edilmədiyi üçün üç və dördüncü dəfə hərracların keçirilməsinə də əsas olmamışdır.

24. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələbləri pozularaq keçirilmiş hərrac və həmin hərracın yekunlar ına əsasən Bankın adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarış ləğv edilməlidir.

25. İddia tələbi “hərracın yekunları barədə 46/01-1 nömrəli Protokol” və xx.xx.2020-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alğı-satqı Müqaviləsi”nin etibarsız hesab edilməsi hissəsində təmin edilməlidir.

26. Eyni zamanda məhkəmə iddia tələbinin ikinci - Bankın adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tələbin ikinci hissəsi bilavasitə iddia tələbinin birinci hissəsi üzrə məhkəmənin gəldiyi hüquqi nəticəyə bağlı olmuşdur. Hazırda tələbin ikinci hissəsində mübahisələndirilən mülkiyyət sənədləri məhkəmə tərəfindən etibarsız hesab edilmiş, hərrac təşkilatının “H ərracın yekunları barədə 46/01-1 nömrəli Protokol” və xx.xx.2020-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alğı-satqı Müqaviləsi” əsasında rəsmiləşdirildiyindən ləğv edilməlidir.

27. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317, 319 və 416-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34, 39, 41, 42 və 44-cü, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8, 17, 19, 44 və 53-cü maddələrinə, ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunve riciliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərardadına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 28. "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Apellyasiya şikayətinin bir sıra dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd olunmuşdur ki, hərrac təşkilatının xx.xx.2024-cü il tarixli məktubuna görə, ayrı-ayrı vaxtlarda 4 ədəd bildirişin göndərilməsinə səbəb həmin dövrdə “COVİD-19” pandemiyasına görə qadağaların tətbiq edilməsi ilə bağlı olmuşdur.

30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3080/2024 nömrəli mülki iş üzrə 17 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) Bank tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd təmin edilməməsi qət edilmişdir.

31. Apellyasiya məhkəməsinin mövqeyinə görə yaşayış evi iddiaçıya məxsus olmuş, Bankdan alınmış kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş, məhkəmənin xx.xx.2016-ci il tarixli qətnaməsi ilə evə tutma yönəldilməsi qət olunmuşdur. Qətnaməyə əsasən icra vərəqəsi verilmiş və hərrac keçirilmişdir. Hərrac prosesi 2 dəfə keçirilmişdir. 1-ci hərrac prosesinin yekunları – xx.xx.2018-ci il tarixli protokol və alğı-satqı müqaviləsi etibarsız hesab olunmuşdur. Bu barədə məhkəmənin xx.xx.2019-cu il ta rixli qətnaməsi olmuşdur. Həmin qətnamə ilə eyni zamanda qət olunmuşdur ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra hərəkətləri davam etdirilsin. Bundan sonra 2-ci hərrac prosesi keçirilmişdir. Hərracın təşkilatçısı tərəfindən 2-ci hərrac prosesi üzrə 4 bildiriş göndərilmişdir: 1) xx.xx.2020-ci il tarixli bildirişlə hərrac xx.xx.2020-ci ilə təyin edilmiş, iddiaçı həmin bildirişi xx.xx.2020-ci ildə almışdır; 2) xx.xx.2020-ci il tarixli bildirişlə hərrac xx.xx.2020-ci ilə təyin edilmiş, həmin bildirişin iddiaçıya çatdırılması barədə sənəd işdə olmamışdır; 3) xx.xx.2020-ci il tarixli bildirişlə hərrac xx.xx.2020-ci ilə təyin olunmuş, iddiaçı həmin bildirişi xx.xx.2020-ci ildə almışdır; 4) xx.xx.2020-ci il tarixli bildirişlə hərrac xx.xx.2020-ci ilə təyin olunmuş, iddiaçı həmin bildi rişi xx.xx.2020-ci ildə almışdır.

32. Məhkəmə qeyd etmişdir ki, 1-ci və 2-ci bildirişlərdə qeyd olunan hərrac keçirilməmişdir. Belə ki, 1-ci və 2-ci bildirişlərdə göstərilmişdir ki, hərracın forması elektrondur, hərracın keçirilməsi canlı yayımda “eherrac.gov.az” saytından izlənilə bilər, saytda elan İD 683 nömrə ilə qeyd olunmuşdur. O cümlədən 1-ci və 2-ci bildirişlərdə qeyd olunan hərrac barədə (hərracın təyin olunması və ya hərracın baş tutmaması barədə) kütləvi informasiya vasitəsində elan verilməmişdir. Həmçinin 2-ci bildirişdə hərrac baş tutmadığına görə evin 15 faiz aşağı qiymətə (63750 manata) təkrar hərraca çıxarıldığı qeyd edilməmişdir. O cümlədən, apellyasiya icraatı zamanı məhkəməyə təqdim edilmiş, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 01/440 nömrəli məktubundan görünür ki, 1 -ci və 2ci bildirişlərdə qeyd olunan hərrac pandemiya şəraitində kütləvi tədbirlərin keçirilməsi ilə bağlı tətbiq edilən qadağalar səbəbindən ləğv edilmişdir. Bundan fərqli olaraq 3-cü və 4-cü bildirişlərdə hərracın açıq formada keçiriləcəyi göstərilmişdir, o cümlədən 3-cü və 4-cü bildirişlərdə hərrac barədə (hərracın təyin olunması və hərracın baş tutmaması barədə) kütləvi informasiya vasitəsində elan verilmişdir. Həmçinin 4-cü bildirişdə evin 15 faiz aşağı qiymətə (63750 manata) təkrar hərraca çıxarıldığı qeyd olunmuşdur. “Hərracın keçirilməsi” ifadəsindən istifadə olunmuş, elektron hərrac barədə 1-ci və 2-ci bildirişlər göndərilsə də, elektron hərracın keçirilməsi barədə sübut olmamışdır. 1-ci və 2-ci bildirişlərdə qeyd olunan hərrac keçirilmədiyinə görə hesab olunmuşdur ki, 3-cü bildir işdə qeyd olunan hərrac ilk hərrac, 4-cü bildirişdə qeyd olunan hərrac isə təkrar hərrac olmuşdur.

33. Apellyasiya məhkəməsi qeyd etmişdir, ev ilk hərraca 75000 manat ilkin satış qiyməti ilə çıxarılmış, hərrac baş tutmadığına görə ev həmin qiymətdən 15 faiz aşağı qiymətə (63750 manata) təkrar hərraca çıxarılmış, təkrar hərrac baş tutmadığına görə hərracın təşkilatçısı xx.xx.2020-ci il tarixli məktubla Banka (ipoteka saxlayana) təklif etmişdir ki, evi təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə (47812,5 manata) alsın. Bank təklifi qəbul etmişdir. xx.xx.2020-ci il tarixdə hərracın yekunları barədə protokol və alğı-satqı müqaviləsi tərtib olunmuşdur. İpoteka saxlayan Bank evi 47812,5 manata əldə etmişdir, xx.xx.2022-ci ildə ev üzərində Bankın mülkiyyət hüququ reyestrdə qeydə a lınmış və reyestr çıxarışı verilmişdir.

34. İddia ərizəsində tələbin əsaslandığı 1-ci halla bağlı məhkəmə qeyd etmişdir ki, hərrac barədə iddiaçıya məlumat verilmiş, hərrac barədə bildirişlərin iddiaçıya çatdırıldığını təsdiq edən sənədlər olmuşdur. 2-ci halla bağlı məhkəmə qeyd etmişdir ki, bu hal hərracın etibarsızlığına səbəb ola bilməz. Belə ki, 1-ci hərrac prosesinin yekunları nəticəsində bankın mülkiyyət hüququ xx.xx.2018-ci ildə reyestrdə qeydə alınmışdır. Lakin sonradan 1ci hərrac prosesinin nəticəsi məhkəmənin qətnaməsi ilə etibarsız hesab olunmuşdur. Həmin hərracın nəticəsi olaraq Bankın adına verilmiş reyestr çıxarışı ləğv edilmədən 2-ci hərrac prosesinin keçirilməsi iddiaçının hər hansı hüququnun və ya qanuni mənafeyinin pozulmasına səbəb olmamışdır.

35. Apellyasiya məhkəməsi m övqeyini ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi heç bir əsas olmadan birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsini ləğv etmişdir. 4 hərrac keçirilməsi barədə sübutlar iş materiallarında olsa da, məhkəmə heç bir əsas olmadan 2 hərracın keçirilmədiyi qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən hərracın keçirilməsi ilə bağlı materiallar tam araşdırılmış və məhkəmə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməmişdir. İpoteka predmeti olan fərdi yaşayış evi ilə bağlı verilən icra sənədi əsasında hərrac təşkilatı tərəfindən müxtəlif vaxtlarda ümumilikdə 4 dəfə hərrac keçirilmişdir. Qanunsuz hərrac keçirilən zaman ev iddiaçının deyil, Bankın adında olmuşdur. 2-ci hərrac prosesinin keçirilməsi (əslində 4-cü) iddiaçının hüquqlarının və qanuni mənafeyinin pozulmasına səbəb olmuşdur.

38. İddiaçı şikayətini “İpoteka haqqında” Az ərbaycan Respublikası Qanununun 43.8ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

41. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

42. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ip oteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

43. Maddə

416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

44. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlaya na ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

45. Maddə 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir.

46. Maddə

41. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırı lmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hər rac açıq auksion formasında keçirilir.

47. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müd dəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

48. Maddə 44. “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarı 49. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsa sla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisəl əndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

59. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, habelə məhkəmə iclaslarında irəli sürdüyü dəlillərdə göstərilənlərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

60. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmaması barədədir. Bu məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

61. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtə rəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3080/2024 nömrəli iş üzrə 17 may 2024-cü il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar