Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-305/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə QƏRARİ (Açar sözlər: işləmə faktının müəyyən edilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Ərizəçi və vəkili X4 iştirakı ilə, Gəncə Apel yasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)4225/2019 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Ərizəçi xx xxxxxxxx 1956-cı ildə anadan olmuşdur. X2 adına açılmış “Kolxozçunun əmək kitabçası”nın dublikatında olan qeydlərə əsasən o, xx xxxxxxxx 1973-cü ildə Mirbəşir rayonunun “Pravda” kolxozuna kolxozçu vəzifəsinə işə qəbul edilmiş, x xxx 1977-ci il, xx xxxx 1978-ci il, xx xxxxx 1982-ci il, xx xxx 1987-ci il tarixlərdə vəzifəsi dəyişdirilmiş, xx xxxxxx 1990-cı ildə Nizami adına kolxoza keçirilmiş və xx xxxxxxx 1998-ci il tarixdə kolxozun ləğvi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Həmin qe ydlər müvafiq kolxozların sədrinin imzası və möhürü ilə təsdiq olunmamışdır. Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli, 178 saylı Arxiv Arayışından görünür ki, “Pravda” və “Nizami” kolxozlarında əmək haqqı sənədlərinə əsasən ərizəçinin 1988-1997-ci illərdə müxtəlif məbləğlərdə əmək haqqı alması müəyyən edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, 1988-ci ilədək sabiq “Pravda” kolxozunun idarə binası yanarkən idarənin sənədləri də yandığı üçün rayon Dövlət Arxivinə təhvil verilməmiş və 1998-1999-cu illər X3 yaranması və ləğv olunması ilə əlaqədar olan əmək haqqında dair arxiv sənədləri də rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün əmək fəaliyyəti barədə heç bir məlumat verilməsinin mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiy a məhkəməsində icraat Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə və sonradan ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 1973-cü ildən xx xxxxxx 1974-cü ilədək və xx xxxxxx 1976-cı ildən xx xxxxxx 1989-cu ilədək Tərtər rayonunun sabiq “Pravda” kolxozunda, xx xxxxxx 1998-ci ildən xx xxxxxx 1999-cu ilədək isə sabiq “Nizami” kolxozunda üzvülük əsasında kolxozçu işlədiyinə dair əmək kitabçasında yazılmış qeydlərin kolxoz sədrinin imzası və möhürü ilə təsdiq edilmədiyi üçün həmin iş illərinin ona yaşa görə əmək pensiyası hüququ verən iş stajı (sığorta stajı) hesab edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxxxxx 1973-cü ildə Tərtər rayonun sabiq “Pravda” kolxozunda üzvlük əsasında kolxozçu işləmiş, xx xxxxxx 1974-cü ilədək xx xxxxxx 1976-cı ilədək həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətdən tərxis edildikdən sonra əmək fəaliyyətini davam etdirmiş və eyni zamanda qiyabi ali təhsil almışdır. O, xx xxxxxx 1976-cı ildən xx xxxxxx 1990-cı ilədək Tərtər rayonunun sabiq “Pravda” kolxozunda, xx xxxxxx 1990-cu ildən xx xxxxxx 1999-cu ilədək isə sabiq “Nizami” kolxozunda üzvlük əsasında kolxozçu və briqadir işləmişdir. 1977-1984-cü illər ərzində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda “Kənd təsərrüfatının mexanikləşdirilməsi” ixtisası üzrə tam kurs bitirmiş və ona mühəndis-mexanik ixtisası verilmişdir. xx xxxxx 2018ci il tarixdən ümumi xəstəliyə görə ikinci dərəcəli əlildir. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Tərtər Rayon Şöbəsinə əlilliyə görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar müraciət etmiş, müraciətinə cavab olaraq, arxiv arayışında göstərilən xx xxxxxxxx 1973-cü ildən xx xxxxxx 1974-cü ilədək və xx xxxxxx 1976-cı ildən xx xxxxxx 1989-cu ilədək Tərtər rayonun sabiq “Pravda” kolxozunda, xx xxxxxx 1998-ci ildən xx xxxxxx 1999-cu ilədək isə sabiq “Nizami” kolxozunda üzvlük əsasında kolxozçu işləməyinə dair əmək kitabçasında yazılmış qeydlərin kolxoz sədrinin imzası və möhürü ilə təsdiq edilmədiyi və 1973-1987-ci illər ərzində Tərtər rayonun sabiq “Pravda” kolxozunda işlədiyi iş illəri əmək kitabçasında qeyd olunmadığı və bu barədə arxiv arayışı təqdim edilmədiyi üçün əlilliyə görə əmək pensiyası təyin etmək mümkün olmaması bildirilmiş, bu faktın müəyyən edilməsi üçün məhkəməyə müraci ət etməsi tövsiyə edilmişdir. Bu faktın müəyyən edilməsi ona pensiya təminatı hüququnun təmin edilməsi üçün lazımdır və faktı məhkəmədən kənar hər hansı bir qaydada təsdiq etdirə bilmir. Belə ki, 1988-ci ildə Tərtər rayonun sabiq “Pravda” kolxozunun inzibati binasında yanğın olduğundan bütün sənədlər yanmış və onun əmək fəaliyyətinə dair heç bir yazılı sənəd qalmamışdır. Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(061)-1153/2019 nömrəli qətnaməsi ilə (hakim E.A.Bayramov) Ərizəçi xx xxxxxxxx 1973-cü ildən xx xxxxxx 1974-cü ilədək və xx xxxxxx 1976-cı ildən xx xxxxxx 1989-cu ilədək Tərtər rayonun sabiq “Pravda” kolxozunda, xx xxxxxx 1998-ci ildən xx xxxxxx 1999-cu ilədək isə sabiq “Nizami” kolxozunda üzvülük əsasında kolxozçu işlədiyi iş illərinin onun yaşa görə əmək pensiyası hüququ verən iş stajı (sığorta stajı) hesab edilməsi faktının müəyyən edilməsinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçi tələb etdiyi hallarla bağlı hər hansı mötəbər sübutları (əmək haqqı alması, məzuniyyətlə bağlı və s.) məhkəməyə təqdim etməmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Ərizəçi apelyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(061)-1153/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)-4225/2019 nömrəli qətnaməsi ilə (hakim Ə.İ.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Ş.Muradovdan və Ş.M.Əliyevadan i barət tərkibdə) apelyasiya şikayəti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(061)-1153/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 2.5-ci bəndində, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, fiziki şəxslərin işlədiyi iş illərinin onun yaşa görə əmək pensiyası hüququ verən iş stajı (sığorta stajı) hesab edilməsi barədə işlərə baxılması ümumi məhkəmələrin səlahiyyətlərinə aid edilməmişdir. Qeyd olunan prosessual qanun normalarının məna və məzmunundan müəyyən edildiyi k imi, ümumi məhkəmələr şəxsin hansısa müəssisə, idarə, təşkilatlarda hansısa zaman kəsiyində əmək münasibətlərində olmasının fakt kimi müəyyən edilməsi barədə işlərə baxmağa səlahiyyətlidirlər. Hazırki iddiaya baxılması isə ümumi məhkəmələrin səlahiyyətlərinə aid edilməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Ərizəçi kasasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)-4225/2019 nömrəli qətnaməsinin ləğv edilmə və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, tətbiq etməli olduğu hüquq normalarını tətbiq etməmiş, qüvvədən düşmüş hüquq normalarını tətbiq etmiş, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, bununla da ərizəçinin pensiya hüququnu pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi və vəkili X1 şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxs vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə ma raqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşd ırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ərizəçi tərəfindən tam mübahisələndirildiyindən hazırki kasasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2. 2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edil məli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 104.3-cü maddəsinə əsasən alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qan unvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərba ycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və oby ektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərb aycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 13.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenid ən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər isti sna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3-cü bəndinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015ci il tarixli 4 No-li Qərarının 15.4-cü bəndinin ikinci cümləsinə görə... nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, əri zəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı old uğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyas ı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Müəyyən olunur ki, ərizəçi tərəfindən xüsusi icraat qaydasında verilmiş ərizədə irəli sürülən tələb “xx xxxxxxxx 1973-cü ildən xx xxxxxx 1974-cü ilədək və xx xxxxxx 1976-cı ildən xx xxxxxx 1989-cu ilədək Tərtər rayonunun sabiq “Pravda” kolxozunda, xx xxxxxx 1998-ci ildən xx xxxxxx 1999-cu ilədək isə sabiq “Nizami” kolxozunda üzvlük əsasında kolxozçu işlədiyinə dair əmək kitabçasında yazılmış qeydlərin kolxoz sədrinin imzası və möhürü ilə təsdiq edilmədiyi üçün həmin iş illərinin ona yaşa görə əmək pensiyası h üququ verən iş stajı (sığorta stajı) hesab edilməsi faktının müəyyən edilməsi” kimi ifadə olunsa da, işin mahiyyətindən görünür ki, ərizəçinin tələbi onun əmək kitabçasında olan qeydlərin təsdiq edilmədiyinə və işlədiyi yerdə yanğın baş verdiyi üçün müvafiq sənədləri əldə etmək mümkün olmadığına əsasən qeyd olunan dövrlərdə göstərilən kolxozlarda işləmə faktının müəyyən olunmasından ibarət olmuşdur. Birinci instansiya məhkəməsi məhz həmin mövqedən çıxış edərək, ərizəçinin təqdim etdiyi sübutları tədqiq etmiş və ərizənin təmin olunmaması barədə qətnamə qəbul etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi ərizəçinin apelyasiya şikayətinin dəlillərini nəzərə almayaraq, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş və sonradan həmin Fondun 2010-cu il 21 sentyabr tarixli, 941 nömrəli əmri ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2010-cu il 08 oktyabr tarixdə dövlət qeydiyyatına alınması ilə əlaqədar dövlət qeydiyyatı ləğv edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci bəndinə istinad etməklə, iddiaya baxılmasının ümumi məhkəmələrin səlahiyyətlərinə aid edilməməsi qənaətinə gəlmişdir. Bu z aman apelyasiya instansiyası məhkəməsi ərizəçinin əmək kitabçasında olan qeydlərin təsdiq edilməməsini nəzərə almamış, ərizədə göstərilmiş dövrlərdə işləməsinin müəyyən olunması xahiş olunan faktın başqa qaydada müəyyən edilməsinin mümkün olub-olmamasına hüquqi qiymət vermədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli və xx xxxxx 2019-cu il tarixli Qərarlarında irəli sürülmüş mövqeləri nəzərə almadan işin ümumi məhkəmələrin səlahiyyətinə aid olmamasına istinad etməklə iddianın rədd edilməli olduğuna dair ziddiyyətli nəticəyə gəlmiş və son olaraq ərizəçinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təsbit olunmuş məhkəməyə müraciət etmək hüququnu pozmuşdur. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ə n ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X5rşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşıma salar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apelyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə ərizəçinin tələblərinin və apelyasiya şikayətinin dəlillərinin tam, hərtərəfli və o byektiv araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, ərizəçinin təqdim etdiyi sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli və mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə, yekun məhkəmə aktı qəbul etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)-4225/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edild
Məhkəmə qərarları › İş №2(102)-305/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-305/2021
08.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver