Məhkəmə qərarları › İş №2(102)-3050/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3050/2019

10.05.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3050/2019 10.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X2 və vəkili Sadiqov Fərid Sadıq oğlu, müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin vəkili Usubov Elçin A rif oğlunun iştirakları ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankının Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2018ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Azərbaycan Respulikasının Mərkəzi Bankı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” KB ASC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi və ləğv prosesində olan “X7” ASC-yə qarşı “alqı-satqı, ipoteka əqdlərinin etibarsız hesab olunması və bununla bağlı hüquqların Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemində ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Axundov, iş 2(004)-390/2018)iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), X.Sarıyev və E.Şamayev, iş № 2(103)-12147/2018) iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 21 avqust 2018-c i il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikasının Mərkəzi Bankı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X2 və vək ili Sadiqov Fərid Sadıq oğlu izahatlarında göstərmişdilər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. “xxxx” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin vəkili Usubov Elçin Arif oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə i clasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini y oxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,Abşeron rayonu Məmmədli kəndində yerləşən 54,9765 ha torpaq sahəsi üzərində **********14 reyestr nömrəsi ilə 02.09.2008-ci il tarixdə, 6,50 ha torpaq sahəsi üzərində **********47 reyestr nömrəsi ilə 03.10.2008-ci il tarixdə və 10,50 ha torpaq sahəsi üzərində **********14 reyestr nömrəsi ilə 03.10.2008-ci il tarixdə Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “xxxxx” İstirahət Mərkəzi 2012-ci il tarixdə “X6” ASC-yə müraciət edərək, biznes krediti çərçivəsində 5.000.000 manat pul lazım olduğunu bildirmiş, bu səbəbdən də “X6” ASC lazım olan kredit məbləğinin alınması üçün iş üzrə iddiaçı Mərkəzi Banka müraciət etmişdir. Mərkəzi Bankla borclu “X6” ASC arasında 10.000.000 manat məbləğində kredit verilməsi ilə əlaqədar 25.12.2012-ci il tarixli KB012-1484 saylı “Kredit müqaviləsi” bağlanmış, kredit borcunun, habelə kreditin üzərinə hesablanan faizlərin və digər ödənişlərin təminatı olaraq Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus mübahisəli torpaq sahə ləri Mərkəzi Bankın xeyrinə 26.12.2012-ci il tarixli, İB012-1484/1 nömrəli “Sonrakı ipoteka müqaviləsi” əsasında yüklü edilmişdir. Qeyd edilən “Sonrakı ipoteka müqaviləsi” əsasında Mərkəzi Bankın xeyrinə ipotekanın əlavə qeydiyyatı barədə 07.01.2013-cü il tarixli **********, ********** və ********** qeydiyyat nömrəli yüklülük çıxarışları verilmişdir. “X6” ASC Mərkəzi Bankdan 10.000.000 manat məbləğində kredit aldıqdan sonra onun ilə “xxxx” MMC arasında 29.12.2012-ci il tarixli 85-720-12 saylı və sonradan 05.02.2013-cü il tarixli 06180-13 saylı kredit müqaviləsi bağlanmış, sonuncu tərəfindən “X6” ASC qarşısında həmin müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirilərək heç bir borcu qalmamışdır. Yuxarıda qeyd edilənlər işin mübahisəsiz hallarını təşkil edir. İş üzrə tərəflər arasında mübahisə doğuran hal isə ondan ibarətdir ki, Mərkəzi Bank və məhkəmə qərarı ilə müflis elan edilmiş “X6” ASC arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə Mərkəzi Bank (ipoteka saxlayan) tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması məqsədi ilə ipotekanın dövlət qeydiyyatı orqanına, yəni DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə rəsmi məktublarla müraciət etmiş, lakin göstərilən bildirişlərin qeydə alınması faktı təsdiq edilmədiyi üçün aparılan araşdırma və yazışmalardan sonra məlum olmuşdur ki, DƏDRX tərəfindən verilmiş rəsmi məktublara əsasən texniki səhv nəticəsində göstərilən əmlaklar üzərində Mərkəzi Bankın xeyrinə yüklülük haqda məlumatlar re yestrdən silinmiş, torpaq sahələrinin mülkiyyətçisi Cavabdeh2 qeyd edilən torpaq sahələrini 06.03.2014-cü il tarixdə Abşeron rayonu 2 saylı Dövlət Notariat Kontorunda Cavabdeh1 satmışdır. Daha sonra Ç.Həsənov ilə “xxxx” KB ASC arasında 4.575.000 ABŞ dolları məbləğində kredit verilməsi ilə bağlı 09.09.2015-ci il tarixində 04B/15 saylı “Kredit müqaviləsi” bağlanmış və bu kredit müqaviləsi üzrə tələbin təminatı qismində Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən ayrı- ayrılıqda 10.50 ha, 54.9765 ha və 6.50 ha olan torpaq sahələrinin “xxxx” KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi məqsədilə ipoteka qoyan, borcalan və bank arasında 09.09.2015-ci il tarixində 04Bİ/15 saylı “İpoteka müqaviləsi” bağlanmış, 11.09.2015-ci il tarixdə “Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemind ə” yüklülük qeydə alınmışdır. Sonradan 14.09.2016-cı il tarixində Mərkəzi Bankın ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərinin qeydiyyatı həm Milli Qeydiyyat Sistemində, həm də torpaq sahələrinə dair reyestr kitablarında aparılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 141.1, 149.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2-ci maddələrini tətbiq etmişdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 141.1-ci maddəsinə görə, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmas ına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Mülki Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəx slərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bankı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə “X6” ASC arasında 25 dekabr 2012-ci il tarixli, KB012-1484 nömrəli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən “X6” ASC-yə illik 5,5% olmaqla 720 gün müddətinə 10 000 000 (on milyon) manat məbləğin də banklararası kredit verilmişdir. Müqavilədə kredit üzrə əsas borcun 15 dekabr 2014-cü il tarixə kimi ödənilməli olduğu göstərilmişdir. Müqaviləyə edilmiş 15 dekabr 2014-cü il tarixli əlavəyə əsasən kredit üzrə illik faiz dərəcəsi 4,3% müəyyən edilmiş və kredit resursunun ödənilmə vaxtı 10 dekabr 2015-ci il tarixinə kimi uzadılmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq 26.12.2012-ci il tarixli, İB012-1484/1 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən ayrı-ayrılıqda 10.50 ha, 54.9765 ha və 6.50 ha olan torpaq sahələri Mərkəzi Bankın xeyrinə əsasında yüklü edilmişdir. İpoteka müqaviləsinin 1.3-cü bəndində qeyd olunur ki, bu müqavilə əsasında ipoteka qoyulan əmlaklar həmin kreditin qaytarılacağının, hab elə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli faizlərin və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. Göstərilən ipoteka müqaviləsi şəxsən Cavabdeh2 tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır (Hüquqların Dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən Çıxarışlar məhkəmə işinə əlavə olunmuşdur). Beləliklə, Cavabdeh2 qeyd olunan ipoteka müqaviləsini imzalayarkən 25.12.2012-ci il tarixli, KBQ12-1484 saylı kredit müqaviləsinin hansı müddətə bağlanması barədə məlumatlıidi və ona məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 10.50 ha, 54.9765 ha və 6.50 ha olan torpaq sahələrinin ilkin olaraq 15.12.2014-cü il tarixədək ipoteka ilə yüklü olduğunu bilirdi. Mərkəzi Bank məhkəmə qərar ı ilə müflis elan edilmiş “X6” ASC tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ipotekanın dövlət qeydiyyatı orqanına müraciət edərkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Mərkəzi Banka ünvanlanmış 10.05.2017-ci il tarixli, **********07 nömrəli məktubunda bildirilmişdir ki, 09.09.2016-cı il tarixdə Mərkəzi Bankın **********, ********** və ********** qeydiyyat nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyatı ilə bağlı elektron müraciətlər zamanı bildirişlərin qeydiyyatını aparan Milli Qeydiyyat S istemində Mərkəzi Bankın 26 dekabr 2012-ci il tarixli ipoteka müqavilələrinin qeydiyyatı ləğv edilmişdir. Halbuki alqı-satqı müqaviləsi 06.03.2014-cü il tarixdə bağlanan zaman Cavabdeh2 məlum idi ki, həmin əmlaklar Mərkəzi Bankın xeyrinə yüklüdür. Qeyd olunan əmlaklar daha sonra “xxxx” KB ASC ilə bağlanmış kredit müqaviləsi üzrə 04Bİ/15 saylı ipoteka müqaviləsi ilə Cavabdeh1 tərəfindən bankın xeyrinə yüklü edilmiş, 11.09.2015-ci il tarixdə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemində yüklülük qeydə alınmışdır. Hər iki əqd qanunsuz bağlandığından etibarsız hesab olunmalı olduğu halda, apellyasiya instansiyası məhkəməsi işin bu hallarına qiymət verməmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 30.1-ci maddəsinə və X3 arasında bağlanmış ipoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən ipoteka predme ti ipoteka qovan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özqəninkiləsdirilə bilərdi. Həmin Qanunun 30.5-ci maddəsinə görə qanunun tələblərini pozmaqla ipoteka predmeti başqa şəxslərə keçdikdə ipoteka qüvvəsini saxlayır. Eyni zamanda Qanunun 9-cu maddəsinə əsasən ipoteka qovulan əmlak yalnız əvvəlki ipoteka saxlayanın razılığı ilə digər öhdəliklərlə sonrakı ipoteka ilə yüklü edilə bilər və bu zaman əvvəlki ipoteka saxlayanın hüququnun üstünlüyü ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyən olunur. “İpoteka haqqında” Qanunun 31.1-ci maddəsinə görə ipoteka predmetinə Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını tələb edə bilər. Mülki Məcəllənin 337-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır və etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia tələbinin təmin edilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi Abşeron rayonu, Məmmədli kəndində yerləşən 10.50 ha, 54.9765 ha və 6.50 ha torpaq sahələri onların xeyrinə ipoteka ilə yüklü edildiyi halda həmin torpağa münasibətdə Cavabdeh2 ilə Cavabdeh1 arasında 06.03.2014-cü il tarixdə torpaq sahəsinin alqı-satqı müqaviləsi, 11.09.2015-ci ildə isə Cavabdeh1 ilə “x xxx” Açıq Səhmdar Cəmiyyəti arasında ipoteka müqaviləsi bağlandığına görə, həmin müqavilələrin etibarsız hesab edilməsini və daşınmaz əmlakın Milli qeydiyyat sistemində aparılmış qeydlərin ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayətində istinad olunan “İpoteka haqqında” Qanunun 30.1, 30.5, 31.1 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddələri şikayətin hüquqi əsası kimi qeyd olunmuşdur. Məhkəmə kollegiyası bildirir ki, ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin yüklülüyünün dövlət reyestrində qeydiyyatda olduğu halda həmin torpaq sahələri ilə bağlı ipoteka saxlayanın razılığı olmadan alqı-satqı müqaviləsi, ipoteka müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə ziddir və iddia tələbinin təmin olunması üçün əsas hesab oluna bilərdi. Lakin kassasiya şikayətinin özün də də qeyd edildiyi kimi, həmin alqısatqı müqaviləsi və ipoteka müqaviləsi bağlanarkən daşınmaz əmlakın dövlət reyestrində mübahisəli torpaq sahəsi ilə bağlı yüklülük mövcud olmamışdır. Müqavilə bağlanan anda yüklülüyün mövcud olmaması bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin etibarsızlığı və həmin müqavilələr əsasında aparılmış qeydiyyatın ləğvi üçün əsas ola bilməz. Məhz ona görə mülki qanunvericilik müəyyən edir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olma qla, həqiqi hesab edilir. (MM 140-cı mad.) Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatının əsaslılığı mübahisələndirildiyi hallarda belə vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlar saxlanılır. 06.03.2014-cü il tarixli torpağın alqısatqı müqaviləsi bağlanarkən Cavabdeh1, həmçinin 11.09.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanarkən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vicdanlı hərəkət etməməsi mülki işin materialları ilə təsdiq olunmur. Belə olan halda onların əldə etdikləri hüquqların itirilməsi barədə tələb əsaslı hesab oluna bilməz. Digər tərəfdən Mülki Məcəllənin 149.2-ci maddəsi müəyyən edir ki, əsassız qeydiyyat aparıldığı təqdirdə vurulmuş zərərin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Torpağın yüklülüy ü ilə bağlı qeydin əsassız silinməsi İddiaçına vurulmuş zərərlə bağlı iddia tələbi irəli sürmək üçün əsas verir. Ona görə də Məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd olunan dəlillərini əsassız hesab edir. Kassasiya şikayətinin digər dəlilləri ondan ibarətdir ki, “alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən əmlaklar üzərində ipoteka yüklülüyünün olması və əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin hər iki tərəfinə məlum idi. Cavabdeh1 və Cavabdeh2 alqı-satqı əqdinin legitimsizliyi barədə bilirdisə, həmin əqd əsasında başqa əqdlərin bağlanması qanunauyğun sayıla bilməzdi. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmas ına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxsiərdən əldə edən hər bir alıcıda əqdin ləgitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Məhkəmə kollegiyasının qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə istinad etməklə “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin vicdanlı üçüncü şəxs olması qənaətinə gəlmişdir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar qeyd edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 alqı-satqı müqaviləsi bağlayarkən əqdin legitimsizl iyini bilmələri barədə dəlili mülki işin materialları ilə təsdiq olunmur. İşin faktiki hallarını araşdıran apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən əqdin legitimsizliyini və tərəflərin əqdin qanunsuz bağlanılması barədə məlumatlı olmalarını müəyyən etməmişdir. Bundan əlavə “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka müqaviləsi bağlanarkən də tərəflərin əqdin qanunsuzluğu barədə məlumatlı olmaları və ümumiyyətlə əqdlərin qanunsuzluğu iş materialları ilə təsdiq olunmur. Ona görə də kassasiya şikayətinin qeyd olunan dəlili əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mül ki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar