Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3050/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı torpaq sahəsində çıxarılma tələbinə dair ilkin, iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 Qürbət oğluna qarşı pul tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə QƏRARİ iş № 2(102)-3050/22 Açar sözlər: torpaqdan çıxarılma, etibarsız əqdin hüquqi nəticələrinin tətbiqi Bakı şəhəri, 06 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızının məruzəsi ilə, Əhmədov Əhməd Abbas oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qa rşı “torpaqdan çıxarılma”, iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 Qürbət oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-352/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 24.01.2000-ci il tarixdə X3 ailə üzvləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilə birlikdə Beyləqan rayonu Yeni Mil kəndində 1,44 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmiş və torpağa mülkiyyət hüququna dair JN-179 nömrəli (KOD ********) Dövlət Aktı tərtib edilmişdir. 2. 17.01.2002-ci il tarixdə tərtib edilmiş X5, Cavabdeh, Beyləqan rayonu Yeni Mil kənd Bələdiyyəsinin sə dri X4 və İddiaçı1 tərəfindən imzalanmış yazılı aktda X2 ailəliklə daimi yaşamağa Bakı şəhərinə köçüb getdiyi üçün könüllü olaraq özünə məxsus 1,44 ha torpaq sahəsini 1.000.000 AZM-ə bir dəfəlik Cavabdeh satdığı qeyd olunmuşdur.
3. Aktın imzalanması ilə yanaşı, mübahisəli sahəyə dair dövlət aktının əsli də cavabdehə verilmiş, həmin dövrdən hazırkı mübahisə başlananadək sahə cavabdehin faktiki istifadəsində olmuşdur.
4. X5 2006-cı ildə ölmüşdür. 5. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 37 saylı qiymətləndirilmə rəyinə əsasən Cavabdeh həmkəndlisi X1 17 yanvar 2002-ci il tarixdə ******* (köhnə pulla) manata aldığı ikincinin xüsusi mülkiyyətində olan Yeni Mil qəsəbəsi ərazisində yerləşən 1.44 ha torpaq sahəsinin bu rəy verilən dövrə formalaşmış orta bazar dəyəri 7200 manat tə şkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh JN-179 saylı, 24 yanvar 2000-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının alınaraq, həmin Dövlət Aktında göstərilən 1.44 ha torpaq sahəsinin boşaldılaraq onlara qaytarılması, torpaq sahəsindən istifadəyə görə 16000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli qərarına əsasən ailələrinə pay torpaq sahəsi verilmiş və onlara bu barədə Torpağa mülkiyyə t hüququna dair 24 yanvar 2000-ci ildə JN-179 saylı Dövlət Aktı verilmişdir. İddiaçı1 əri Qüdrət Məmmədov 2006-cı ildə vəfat etmişdir. Dövlət aktını aldıqdan sonra cavabdehin anasının xahişinə əsasən Dövlət Aktının əslini cavabdehə vermiş və razılaşmışlar ki, cavabdeh torpaqdan istifadəyə görə hər il 1000 manat ödəsin. Hazırda 2002-ci ildən etibarən bu günə kimi cavabdehin torpaqdan istifadəyə görə ödənilməli borcu 16000 manat təşkil edir. Hazırda torpaq onlara lazım olduğu üçün torpağı geri istədikdə, cavabdeh torpağı və Dövlət Aktının əslinin verilməsi üçün ondan 1000 manat pul tələb edir. Cavabdehin belə bir tələb irəli sürməsi qanunsuz olduğu kimi, həm də ədalətsiz bir tələbdir və eyni zamanda əxlaq normalarına ziddir.
8. Qarşılıqlı iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qa rşı iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehlərdən müştərək qaydada 2002-ci ildə torpaq üçün verdiyi 1.000.000 (köhnə pulla) manatın rəy verilən günə orta bazar dəyəri 7200 manatın, 3000 manat həmin yerə çəkdiyi xərcin, qiymətləndirmə rəyi almaq üçün ödənilmiş 85 manatın, 30 manat dövlət rüsumunun alınıb ona verilməsi və torpaqdan çıxmanın və ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və övladları İddiaçı2 və İddiaçı3 pulun alınıb ona verilməsinin eyni vaxtda icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, kənddə yaşayır və kənd təsərrüfatı məsulları istehsalı ilə məşğuldur. İddiaçılar İddiaçı1 və rəhmətə getmiş əri X5 ilə razılaşma əsasında torpaq s ahəsini almaq qərarına gəlmişdir. Ona görə də 17 yanvar 2002-ci il tarixli aktla şahidlərin iştirakı və bələdiyyənin möhürü ilə aralarında müqavilə bağlayaraq, o vaxtkı pulla ******* manata birdəfəlik, yəni ömürlük olaraq mübahisə olunan torpaq sahəsini almışdır. Cavabdeh İddiaçı1 və rəhmətə getmiş əri X2 həmin vaxt övladları azyaşlı olmuşlar. Həmin vaxt cavabdeh tərəfindən 24 yanvar 2000-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN 179, KOD 60709038 saylı Dövlət Aktı ona verilmişdir. Həmin torpaq sahəsindən bu günə kimi o istifadə edir. Həmin torpaq sahəsinə xeyli xərc qoyaraq kənarlarına çəpər çəkmiş və ağaclar əkmişdir. Torpaq sahəsi 17 ildir ki, onun istifadəsindədir. Əgər həmin vaxt cavabdeh İddiaçı1 və rəhmətə getmiş əri X5 torpağı ona satmasaydılar o, qeyri şəxslərdən torpaq sahəsi alardı. Həmin torpaqdan bu günə kimi istifadə edib qazanc əldə edərdi. İlk iddia üzrə iddiaçıların ondan torpaqdan istifadəyə görə 16.000 manat pul tələbinin heç bir əsası yoxdur. O, torpaq sahəsinin yararlı hala salınması üçün 3000 manat pul xərcləmişdir.
10. Beyləqan Rayon Məhkəməsinin (hakim N.Əliyev) 17 sentyabr 2019-cu il tarixli, 2(020)1070/2019 nömrəli qətnaməsi ilə hər iki iddia qismən təmin olunaraq, ilk iddia üzrə Cavabdeh 24 yanvar 2000-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair JN 179, KOD 60709038 saylı Dövlət Aktının alınıb iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qaytarılması, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 15 fevral 1999-cu il tarixli 65 nömrəli qərarına əsasən ilk iddia üzrə iddiaçılara verilmiş 1.454 ha pay torpaq sahəsinin boşaldılaraq iddiaçıla r İddiaçı1, İddiaçı2 və İddiaçı3 qaytarılması, ilk iddia üzrə Cavabdeh 30 manat dövlət rüsumunun alınıb ilk iddia üzrə iddiaçılara verilməsi, ilk iddianın torpaq sahəsindən istifadəyə görə 16000 manat pulun Cavabdeh alınaraq iddiaçılara verilməsi hissəsində rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada 2002-ci ildə torpaq üçün verilən 1.000.000 (köhnə pulla) manatın bu rəy verilən günə orta bazar dəyəri 4500 manat, qiymətləndirilmə rəyinin alması üçün verilmiş 85 manat və 30 manat dövlət rüsumunun alınıb iddiaçı Cavabdeh verilməsi, torpaqdan çıxarmanın və pulun alınıb verilməsinin eyni vaxtda icra olunması, qarşılıqlı iddianın torpaq sahəsinə çəkilən 3000 manat xərcin tutulması hissədə rədd edilməsi qət edilmişdir.
11. Məhkəmə mövqeyini be lə əsaslandırmışdır ki, tərəflər arasında alqı-satqı müqaviləsi lazımi qaydada bağlanmadığına, yəni belə müqavilələr üçün tələb olunan forma şərtinə əməl edilmədiyinə görə torpağın alqı-satqısı üçün ödənilmiş pul cavabdehə qaytarılmalı və cavabdeh mübahisəli torpaqdan çıxarılmalıdır. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh uzun müddət torpaq sahəsindən istifadə etməklə faydalanmış, eləcə də iddiaçılar cavabdehin ödədiyi puldan faydalanmışlar. Ona görə də cavabdehin torpağı yararlı hala salmaq və münbitləşdirməklə bağlı çəkdiyi xərclərin ödənilməsi tələbi, eləcə də iddiaçıların cavabdehdən torpaqdan uzun müddət istifadəyə görə pul tələbləri əsassızdır və təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh torpaq sahəsinə 3000 manat xərc çəkməsi ilə bağlı heç bir mötəbər sübut təq dim etməmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin qismən ləğv edilməsi xahiş edilmişdir.
13. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin dəyişdirilməsi xahiş edilmişdir.
14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- N.Mirzəyev (sədrlik edən və məruzəçi), Q.Kərimov və Z.Babayev) 06 mart 2020-ci il tarixli, 2(106)-837/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərə findən verilmiş apelyasiya şikayəti qismən təmin olunaraq, Beyləqan Rayon Məhkəməsinin 17 sentyabr 2019cu il tarixli 2(020)-1070/2019 saylı qətnaməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada 2002-ci ildə torpaq üçün verilmiş 1.000.000 (köhnə pulla) manatın bu rəy verilən günə orta bazar dəyəri 4500 manat, qiymətləndirilmə rəyinin alması üçün verilmiş 85 manat və 30 manat dövlət rüsumunun alınıb ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, torpaqdan çıxarmanın və ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 pulun alınıb ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsinin eyni vaxtda icra olunması hissəsində ləğv edilmiş, h əmin hissədə qarşılıqlı iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilməmiş, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsi işi tam və hərtərəfli araşdırmamış, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlməmişdir.
16. Həmin qətnamədən iddiaçılar və cavabdeh kassasiya şikayətləri vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və İ.Xələfov) 2(1 02)-3578/2020 nömrəli iş üzrə 04 avqust 2020-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-837/2019 nömrəli iş üzrə 06 mart 2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın torpaq üçün verilmiş ******* (köhnə pulla) manatın iddia ərizəsinə əlavə olunan rəy verilən günə orta bazar dəyəri 7200 manatın tutulması, torpaqdan çıxmanın və pulun verilməsinin eyni vaxtda icra olunması tələblərinə aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılaraq, iddiaçıların kassasiya şikayəti təmin edilməmişdir.
21. Kassasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 337.5-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq tərəflər arasında sadə yazılı formada imzalanmış aktı mübahisəli sahənin etibarlı alqısatqı müqaviləsi kimi qəbul etməmiş və bu etibarsızlığın nəticəsi olaraq cavabdehin faktiki sahibliyində olan torpaq sahəsini iddiaçıların mülkiyyətinə qaytarmalı olduğu barədə qənaətə gəlmişdir. Lakin məhkəmə bu zaman Mülki Məcəllənin 337.5-ci maddəsini düzgün tətbiq etməyərək, yalnız cavabdehin torpaq sahəsini qaytarmalı olduğu barədə yarımçıq nəticəyə gəlmiş, iddiaçıların və ya onlardan birinin əhəmiyyətsiz əqd üzrə alınmış məbləği qaytarmaq öhdəliyi ilə bağlı məsələni həll etməmişlər. Halbuki istinad olunan maddə etibarsız əqd üzrə tərəflərdən hər birinin əqd üzrə aldıqlarını qaytarmaq öhdəliyini müəyyən edir v ə bunun üçün tərəflərin ayrıca tələb irəli sürməsinə zərurət yoxdur. Bu hal qanunda göstərilən müstəsna hallar sırasında olduğundan MPM-in 218.3-cü maddəsinə əsasən hakim bu zaman iddia tələblərindən kənara çıxa bilər.
22. Baxılan iş üzrə cavabdeh qarşılıqlı iddia ərizəsində bununla bağlı ayrıca tələb irəli sürmüşdür. Cavabdeh bununla bağlı tələbini “torpaq üçün verdiyi 1.000.000 (köhnə pulla) manatın iddia ərizəsinə əlavə olunan rəy verilən günə orta bazar dəyəri 7200 manat” kimi ifadə etmişdir. Qeyd olunmalıdır ki, bu cür ifadə əsasında iddiaçının hansı məbləği tələb etdiyini - torpaq üçün verdiyi 1.000.000 AZN-i, torpağın bu günə orta bazar dəyərini təşkil edən 7200 manatı, yoxsa bu məbləğlərin hər ikisini tələb etdiyini müəyyən etmək mümkün deyil.
23. İşə baxmış nə birinci instansiya m əhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi cavabdehin qeyd olunan tələbində iddiaçılardan hansı əsasla və nəyi tələb etdiyini aydınlaşdırmaq üçün MPM-lə onlara verilmiş prosessual imkanlardan ümumiyyətlə istifadə etməmişlər. Halbuki mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müv afiq olaraq qiymət verməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
24. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərov və İ.Əhmədov) 03 fevral 2021-ci il tarixli, 2(106)-344/21 nömrəli qətnaməsi ilə iddiaçı və Cavabdeh apellyasiya şikayətləri qismən təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(020)-1070/2019 saylı qətnaməsi qarşılıqlı iddianın qismən təmin olunan cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada 2002-ci ildə torpaq üçün verilmiş 1.000.000 (köhnə pulla) manatın bu rəy verilən günə orta bazar dəyəri 4500 manat, qiymətləndirilmə rəyinin alması üçün verilmiş 85 manat və 30 manat dövlət rüsumunun alınıb ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə idd iaçı Cavabdeh verilməsi, torpaqdan çıxarmanın və ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 pulun alınıb ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsinin eyni vaxtda icra olunması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 200 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı Cavabdeh verilməsi, qətnamənin mübahisəli torpaq sahəsindən Cavabdeh çıxarılması hissəsi ilə İddiaçı1 qeyd edilən məbləğdə pulun alınıb Cavabdeh verilməsi eyni vaxtda icra olunması qət edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, işə baxmış nə birinci instansiya məhkəməsi, nədə ki, apellyasiya instansiyası məhk əməsi cavabdehin qeyd olunan tələbində iddiaçılardan hansı əsasla və nəyi tələb etdiyini aydınlaşdırmaq üçün prosessual qanunvericiliklə onlara imkanlardan ümumiyyətlə istifadə etməmişlər, Halbuki mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndlirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir.
26. Tərəflər arasında qanunla müəyyən olunan qaydada torpağın alğı-satqısı həyata keçirilmədiyindən, ümumiyyətlə qarşılıqlı iddia üzrə cavabdehlər torpaq sahəsini Cavabdeh satmayaraq yalnız istifadəsinə verdiklərini bildirdiyindən, etibarsız əqdin iştirakçıları əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olduqlarından, Cavabdeh tələbi torpaq sahəsinin hazırki vaxta müəyyən olunan dəyəri məbləğində deyil, əqd üzrə verdiyi məbləğin ekvivalentini təşkil edən 200 manat hissədə təmin olunmalı, əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı və qətnamə hər iki tərəf üçün eyni vaxtda icra edilməlidir.
27. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov) 2(102)-4246/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-344/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir.
29. Kollegiya hesab etmişdir ki, apellyasiya məhkəməsi MM-in 337.5-ci maddəsinə əsasən, qarşılıqlı iddiaçının etibarsız əqd əsasında verdiyi pulun ona qaytarılması, habelə tərəflərin aldıqlarınını geri vermələrinə dair qətnamənin eyni vaxtda icra olunması haqqında düzgün qənaətə gəlsə də, Cavabdeh ödənilməli olan pul vəsaitinin məbləği düzgün müəyyən edilməmişdir.
30. Belə ki, torpaq sahəsinə dair tərəflər arasında sadə yazılı əqdlə baş tutmuş razılaşma hüquqi nəticə yaratmasa da (əqd məcburi forma şərtinə görə etibarsız olsa da), 2002-ci ildə həmin anlaşma çərçivəsində mübadilə edilən torpaq sahəsi və 1.000.000 AZM-in təxminən eyni (yaxın) dəyərdə olmaları ehtimal edilir. Belə olan halda, əqdin etibarsızlığının nəticəsi kimi ilkin iddiaçılara qaytarılan torpaq sahəsinin dəyəri azalmadığı halda, qarşılıqlı iddiaçıya qaytarılmalı olan pulun dəyərinin (alıcılıq qabiliyyətinin) əhəmiyyətli dərəcədə azaldığı aşkardır. Odur ki, torpaq sahəsi ondan alındıqdan sonra qarşılıqlı iddiaçıya 2002-ci ildə verdiyi 1.000.000 AZM-in indiki ekvivalentini təşkil edən 200 manatın qaytarılması barədə qənaət ədalətli hesab edilə bilməz.
31. Ona görə də 1.000.000 AZM pul vəsaitinin alıcılıq dəyərinin 2002-ci ildən sonra azalması nəzərə alınmaqla, qarşılıqlı iddiaçıya qaytarılmalı olan məbləğ düzgün müəyyən edilməlidir. Bunun üçün zəruri olduqda işə mütəxəssis cəlb olunmalı, ötən dövr ərzində pul vahidinin dəyərinin azalmasına təsir edən inflyasiya və digər iqtisadi təsirlər nəzərə alınmaqla həmin vəsa itin hazırkı dövrə olan dəyəri aydınlaşdırılmalıdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
32. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Z.Allahyarov (sədrlik edən və məruzəçi), O.İsmayılov və M.Həsənov) 18 yanvar 2022-ci il tarixli, 2(106)-352/22 nömrəli qətnaməsi ilə İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli 2(020)-1070/2019 qətnaməsi ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada 2002-ci ildə torpaq üçün verilən ******* (köhnə pulla) manatın bu rəy verilən günə orta bazar dəyəri 4500 manatın alınıb iddiaçı Cavabdeh verilməsi” hissəsində ləğv edilib, qarşılıqlı iddia tələbi həmin hissədə qismən təmin edilmişdir. İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə İddiaçı1, İddiaçı2 və İddiaçı3 803 manat 80 qəpik (200+200X301.9%= 803.80 manat) müştərək qaydada alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir.
33. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunan hissəsində maddi və prosessual hüquq normaları pozulmaqla çıxarıldığından ləğv edilməli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qeyd edilən qərarının məcburi göstərişləri nəzərə alınmaqla qarşılıqlı iddia üzrə mübahisəyə hüquqi qiymət verilməl idir.
34. Belə ki, işin müəyyən edilən hallarına əsasən mübahisəli torpaq sahəsi ilk iddia üzrə iddiaçıların mülkiyyətində olsa da, 2002-ci ildən ilk iddia üzrə cavabdehin sahiblik və istifadəsindədir. İlk iddia üzrə iddiaçıların cavabdehə qarşı torpaq sahəsindən çıxarılması və torpaqdan istifadəyə görə haqq ödənilməsi tələbinə artıq hüquqi qiymət verilmiş, iddia yuxarıda qeyd edilən qaydada qismən təmin olunmuşdur. İlk iddianın təmin olunmasının hüquqi əsasın mülkiyyət hüququnun müdafiəsi və əqdlərin etibarsızlığı ilə bağlı qanunvericilik aktı normaları təşkil etmişdir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli Qərarında göstərilən göstərişlərə əsasən məhkəmə kollegiyasının mübahisənin həlli ilə bağlı ******* (bir milyon) AZM pul vəs aitinin alıcılıq dəyərinin 2002-ci ildən sonra azalması nəzərə alınmaqla, yəni ötən dövr ərzində pul vahidinin dəyərinin azalmasına təsir edən inflyasiya və digər iqtisadi təsirlər nəzərə alınmaqla, həmin vəsaitin xx.xx.2019-cu il tarixə dəyəri barədə (hər il ayrıca qeyd olunmaqla) Şirvan Apellyasiya Məhkəməsinə mütəxəssis rəyinin təqdim edilməsi barədə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının 15 dekabr 2021-ci il tarixli məktubunda aidiyyatı üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə müraciət edilməsi tövsiyyə olunmuşdur.
36. Qeyd edilən sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 16 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, istehlak qiymətləri indeksi 2019-cu ilin iyun ayında 2002-ci ilin dekabr ayına nisbətən 3 01,9 faiz təşkil etdiyi göstərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir i, istehlak qiymətləri indeksi nəzərə alınmaqla, əqd üzrə qaytarılmalı olan məbləğ 200 manat+ 200 manat x 301,9 %=803,8 manat təşkil edir.
37. Həmin qətnamədən Cavabdeh və İddiaçı1 kassasiya şikayətləri vermişdirlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
38. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini, İddiaçı1, İddiaçı2 Qürbət oğlu və İddiaçı3 Qürbət oğlundan müştərək qaydada 2002-ci ildə torpaq üçün verilmiş 1.000.000 manata görə 7.200 manatın alınıb ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, torpaqdan çıxmanın və ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 Qürbət oğlu və İddiaçı3 Qürbət oğlundan həmin pulun alınıb, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsinin eyni vaxtda icra olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti AR MM-nin 1091, 1092.1, 1093.1, MPM-nin 88-ci maddələrinə istinad edərək onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. 1.000.000 AZN pul vəsaitinin alıcılıq dəyərinin 2002-ci ildən sonra kəskin azalmasına təsir edən inflyasiya və digər iqtisadi təsirlər nəzərə alınmaqla həmin vəsaitin hazırki dövrə olan dəyərini aydınlaşdırmaq üçün işə mütəxəssis cəlb olunmamışdır. Həmçinin, MM-nin 337.5-ci maddəsində təsbit edilmiş ikitərəfli restitusiya etibarsız əqdn tərəflərinin əvvəlki vəziyyətə qaytarılmasının nəzərdə tutur. Lakin bu cür qaytarılma aşkar ədalətsiz vəziyyət əmələ gətirməməli, tərəflərin geri almalı olduqları əmlak dəyərləri arasındaki tənasüb eyni olmalıdır.
40. İddiaçı1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini və ya yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti AR MPM-nin 14, 78.1, 80, 88-ci maddələrinə istinad edərək onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara obyektiv, hərtərəfli və tam olaraq müvafiq qiymət verməmişdir. İddiaçı1 apellyasiya məhkəməsinə təqd im etdiyi sənədlərdən görünür ki, X5 akt tərtib edilməmişdən əvvəl ölkəni tərk edərək Rusiya Federasiyasına getmiş və orada ölmüşdır. Yəni o aktda olan imzalar saxtadır. Həmçinin, birgə mülkiyyətlərində olan həmin torpaq sahəsinin Cavabdeh birdəfəli satılmasına dair nə cavabdehin, nə də oğlanlarının razılığı yoxdur. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 217.4. Mə hkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olu nubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Apellyasiya məhkəməsinin qətnaməsi yalnız qarşılıqlı iddia tələbinin əqd üzrə verilən pul mələğinin qaytarılması hissəsinə aid olduğundan, hər iki kassasiya şikayəti əsasında qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul ed ilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Nəzərə alınmalıdır ki, hər hansı qüsur səbəbindən qanunun birbaşa göstərişinə əsasən etibarsız olan əqdlər əhəmiyyətsiz əqdlərdir və belə əqdlər məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdlərdir. Etibarsız əqdlər onların etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur (maddə 337.2-337.4).
56. Etibarsız əqdin nəticələrinin tətbiqi ilə bağlı məsələyə təkrar baxan apellyasiya məhkəməsi bu məsələ ilə bağlı kassasiya məhkəməsinin iş üzrə sonuncu qərarında əks olunmuş hüquqi mövqelərini nəzərə alaraq MPM-nin 420-ci maddəsinin tələblərin tam riayət etmişdir.
57. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh qarşılıqlı iddiada əqd üzrə verdiyi 1.000.000 AZM-in hazırki vaxta təşkil etdiyi dəyərini 7200 manat hesab edərək, həmin məbləği tələb etmiş, apellyasiya məhkəməsi tərəfindən bu tələb həmin məbləğin ötən dövr ərzində pul vahidinin dəyərinin azalmasına təsir edən inflyasiya və digər iqtisadi təsirlər nəzərə alınmaqla, istehlak qiymətləri indeksinə uyğun olaraq həmin vəsaitin hazırkı dövrə olan dəyərini təşkil edən 803,8 manat məbləğdə təmin edilmişdir.
58. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh 2002-ci ildə ödədiyi 1 milyon AZM pulun alıcılıq qabiliyyətinin azalmasına görə ona dəymiş maddi ziyanı ü mumi əsaslarla iddiaçılardan tələb etmək hüququna malikdir. Hazrki qarşılıqlı iddiada o, yalnız əqd üzrə verilən pulun dəyərini geri tələb etdiyindən pulun alıcılıq qabiliyyətinin azalmasına görə dəymiş maddi ziyan hazırki iddia tələbinin predmetinə aid deyil.
59. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
60. Buna görə də, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir.
61. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutların düzgün qiymətləndirilməməsinə dair dəlillərdir.
62. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına d air şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
64. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Kassasiya şikayətinin dəlilləri, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri isə təmin edilmə dən saxlanılmalıdır.
65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-352/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.