Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3050/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" X11in cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı, Cavabdeh1 "xxxx" X11ə qarşı tələblərinə dair birləşdirilmiş iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması, müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" X11in cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pulun tutulması” tələbinə dair və Cavabdeh1 "xxxx" X11ə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair birləşdirilmiş mülki işlər üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 23 aprel tarixli 2(103)-1400/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2 MMC ilə "xxxx" X12 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TBX/04 nömrəli tibbi xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən, Cavabdeh2 MMC şirkətin əməkdaşlarına və əməkdaşlarının yaxınlarına tibbi xidmətlərin göstərilməsini sifariş verib, razılaşdırılmış xidmət haqqını ödəməyi, "xxxx" PHŞ isə Cavabdeh2 MMC-nin müəyyən etdiyi şəxslərə tibbi xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, tərəflər razılaşmışlar ki, göstərilən xidmətlərin dəyəri bu müqavilədə göstərilmiş xidmətlərə 3 0% endirim tətbiq edilməklə müəyyən edilir.
2. Cavabdeh1 və "xxxx" PHŞ arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 0809/2022 saylı tibbi xidmət müqaviləsinə əsasən, "xxxx" PHŞ peşəkar həkim və tibb heyəti vasitəsi ilə X4 müqavilədə nəzərdə tutulan tibbi xidmətləri həyata keçirməyi, Cavabdeh1 isə göstəriləcək tibbi xidmətin “Qiymət cədvəli”nə əsasən fakturada əks etdirilən məbləğini klinikaya vaxtında və əksiksiz olaraq ödəməyi və ödəmiş olduğu məbləği, göstərilmiş xidmətin nəticəsindən asılı olmayaraq geri ödənilməyəcəyini (müqavilənin 2.2.4-cü bəndi) qəbul etməyi öhdəsinə götürmüşdür.
3. X5, iddiaçı Cavabdeh1 anasıdır. X4 xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində Bakı Sağlamlıq Mərkəzi” PHŞ-də tibbi xidmət göstərilmişdir. 4. "xxxx" PHŞ tərəfindən X4 göstərilən tibbi xidmətlər üzrə ödənilm əli olan xidmət haqqı 51.505,42 manat müəyyən edilmiş, həmin məbləğin 22.140 manat hissəsi Cavabdeh1 tərəfindən ödənilmişdir. 5. "xxxx" PHŞ-dən "xxxx" MMC-nin direktoru X6 və Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 232/02/37 nömrəli məktub göndərilərək, müqavilə üzrə yaranmış 22.989,57 manat məbləğində borc barədə məlumat verilmiş və 10 gün müddətində həmin məbləğin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məsələnin məhkəmə qaydasında mübahisələndiriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. Birinci iş üzrə iddiaçı "xxxx" PHŞ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən göstərilmiş tibbi xidmətə görə yaranmış 22.989,57 manat borcun tutularaq, "xxxx" PHŞ-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi işin faktiki hallarına istinad edilərək əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlər tərəfindən borcun ödənilməsi bugünədək müxtəlif bəhanələrlə uzadılır. Cavabdeh2 MMC-yə tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə elektron qaimə vurulsa da, hazıradək ödəniş həyata keçirilməmişdir. Tibbi xidmət müqaviləsinə imza atmaqla, göstərilmiş tibbi xidmətə görə üzərinə öhdəlik götürmüş cavabdehlər tərəfindən 22.989,57 manat borcun tibb müəssisəsinə ödənilməsi zəruridir. İddiaçı tərəfindən dəfələrlə vətəndaşa bu barədə bildirilsə də, borc məbləği ödənilməmişdir. Sonuncu dəfə tibb müəssisəsi tərəfindən cavabdehlərə xx.xx.2024-cü il tarixli, 233/02/37 nömrəli məktub ilə qeyd edilən məbləğin 10 gün ərzində ödənilməsi barədə təklif irəli sürülmüş, əks təqdirdə məsələnin məhkəmə qaydasında mübahisələndiriləcəyi barədə məlumat verilmişdir. Lakin öhdəlik bundan sonra da icra edilməmişdir.
8. Birinci iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, Cavabdeh1 iddiaçı ilə xx.xx.2022-ci il tarixdə müqavilə bağlasa da, sonradan məbləğ həddindən artıq yüksəldiyi üçün onu ödəmək qabiliyyətində olmadığını bildirmiş və qalıq məbləğin Cavabdeh2 MMC tərəfindən ödənilməsini iddiaçıya təklif etmişdir. İddiaçı da bu təkliflə razılaşmış və bundan sonra iddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 anasına göstərilən tibbi xidmət üzrə yaranacaq xərclərin qarşılanması öhdəliyini cəmiyyət öz üzərinə götürmüşdür. Bu da artıq Cavabdeh1 həmin öhdəlikdən azad edir və iddiaçı ilə bağlanmış müqavilə qüvvədən düşmüş olur. 2023-cü ilin yanvar ayında iddiaçı tərəfindən xəstəyə göstərilmiş tibbi xidmətlə əlaqədar 22.989,57 manat borcun olması barədə cəmiyyətin hesabına tibbi müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə elektron qaimə vurulmuşdur. Beləliklə, iddiaçı yaranmış borc məbləğinin Cavabdeh1 deyil, digər cavabdehə aidiyyətinin olmasını təsdiq etmiş və bu məbləğlə bağlı Cavabdeh1 heç bir iddiası qalmamışdır. Lakin sonradan iddiaçı əsassız olaraq Cavabdeh1 da pretenziya göndərərək, eyni məbləği digər cavabdehlə yanaşı, ondan da tələb etmişdir. Halbuki, yuxarıda göstərilən səbəblərdən hazırkı iddianın ona heç bir aidiyyəti qalmır.
9. İkinci iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" PHŞ-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 0809/22 nömrəli tibbi xidmət müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edərək əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, anasının xəstəliyinin ağır olması səbəbindən həmin zamanlarda o, ciddi sarsıntı içərisində idi və anlaqlı vəziyyətdə deyildi. "xxxx" tərəfindən ona müqavilə barədə heç bir ətraflı məlumat verilmədən müqavilə tərtib edilmişdir. Sözügedən müqavilədə imzası olsa belə, bu hal işçilər tərəfindən ona müqavilə bağlama prosesi kimi deyil, sadəcə xəstəxana qeydiyyat prosedurları kimi göstərilmişdir. Bu da tamamilə pasiyent yaxınının sarsıntı və gərgin vəziyyətindən istifadə olunaraq yanıltma nəticəsində qeydə alınan bir sənəddir. Bundan əlavə, müqavilə üzrə göstərilən ödənişləri ödəməkdən ötrü maddi imkanı olmadığı səbəbindən "xxxx" MMC-nin direktoru X8 ilə Bakı Sağlamlıq Mərkəzi arasında xx.xx.2022-ci il tarixli, TBX/04 nömrəli yeni müqavilə tərtib olunmuşdur. Bu müqavilə üzrə "xxxx" MMC-nin direktoru X8 bütün xərclərin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Belə bir halda onunla cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə artıq qüvvədən düşməli və ləğv edilməli idi. Lakin cavabdeh Bakı Sağlamlıq Mərkəzi X12 "xxxx" MMC ilə bağladığı müqavilə ilə yanaşı və eyni zamanda onunla bağlanmış olduğu müqavilə üzrə də ödənişləri tələb etməkdədir. Bu isə tamamilə qanun pozuntusu və hüquqlarının tapdanması halıdır. Xəstəxananın pasiyent i olan anası X2 vəfatı bir yandan, bir yandan isə xəstəxana tərəfindən belə haqsızlığa uğrayaraq külli miqdarda pul tələb edilməsi onun çox ağır mənəvi və maddi sarsıntılarara məruz qalmağına səbəb olmuşdur.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)4039/2024 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh Bakı Sağlamlıq X3rşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(006)-4039/2024 nömrəli mülki işlə iddiaçı Bakı Sağlamlıq Mərkəzi X11 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “borcun tutulması” tələbinə dair 2(006)-2602/2024 nömrəli mülki iş bir icraatda birləşdirilmişdir.
12. Məhkəmə iclasında "xxxx" PHŞ-nin nümayəndəsi Nümayəndə tərəflərindən verilmiş iddia tələbini müdafiə edərək, eyni zamanda qarşı tərəfin iddia tələbinə etiraz edərə k bildirmişdir ki, Cavabdeh1 anasının müəlicəsi üçün 2023-cü ilin noyabr ayında onlara müraciət etmiş və onunla aralarında bağlanmış müqavilə əsasında 2023-cü ilin noyabr ayından 2024-cü ilin yanvar ayınadək onun anası Mərkəzdə müalicə olunmuşdur. Bununla bağlı onun xeyli miqdarda borcu yaranmışdır. Daha sonra "xxxx" MMC onlara müraciət edərək onun bütün borcunun ödənilməsini öz üzərinə götürmüşdür. Bununla bağlı onlarla aralarında yeni bir müqavilə bağlanmış və qaimə ikinci cavabdehin hesabına yazılmışdır. Lakin daha sonra borcu ödəməkdən yayınmış və tərəflərindən cavabdehlərlə əlaqə saxlamaq mümkün olmamışdır. Ona görə də tərəflərindən məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Odur ki, qeyd edilənlərə əsasən tərəflərindən verilmiş iddia tələbinin təmin olunması, qarşı tərəfin id dia tələbinə isə etiraz edərək həmin tələbin rədd olunmasını xahiş etmiş, əlavə olaraq birinci iddia üzrə cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının sonradan "xxxx" MMC ilə müqavilə bağlamaqda məqsədi o olmuşdur ki, "xxxx" MMC-nin qanuni təmsilçisi onlara müraciət edərək bildirmişdir ki, Cavabdeh1 onlara olan bütün borcunu ödəmək istəyir. Onlar da buna hər hansı etiraz etməmişlər. Lakin o, onlara bildirmişdir ki, nağd pul hazırda onda yoxdur. Həmin pulu şirkət vasitəsi ilə etmək istəyir. Bununla bağlı isə onunla müqavilə bağlamamağı xahiş etmişdir ki, ödənişi köçürmə yolu ilə etsin. Onlar əsas borclu kimi Cavabdeh1 tanıyırlar. Onlar "xxxx" MMC ilə müqavilə münasibətlərinə ona görə girmişlər ki, Cavabdeh1 onlara olan borcunu ödəsin. Onların sonradan "xxxx" MMC ilə aralarında bağlanılan müqavilədə Cavabdeh1 borcun alınmasını istisna edən heç bir şərt nəzərdə tutulmamışdır. Bundan başqa, Cavabdeh1 ilə onların arasında “Mail” yazışmaları da, vardır ki, Cavabdeh1 özü onlara müraciət edərək "xxxx" MMC-nin onun borcunu ödəyib-ödəmədiyini soruşmuşdur. Hətta bildirmişdir ki, bunun müqabilində "xxxx" MMC-nin təmsilçisi Ramin adlı şəxsə bankdan öz adına kredit də götürüb vermişdir. Daha sonra əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq isə bildirmişdir ki, "xxxx" MMC ilə müqavilə bağlayarkən müqavilədə ödənişin edilməsi üçün 1 illik müddət nəzərdə tutmalarına səbəb o olmuşdur ki, bu, onların standart müqavilə şərtləridir. Bunun "xxxx" MMC-nin maliyyə vəziyyətinin yaxşı olmaması ilə əlaqəsi ol mamışdır. "xxxx" MMC ilə iddiaçı daha öncə işgüzar münasibətlərdə olmamışdır. "xxxx" MMC ilə müqavilə bağlayarkən onun maliyyə vəziyyəti yoxlanmamışdır.
13. Məhkəmə iclasında izahat vermiş Cavabdeh2 MMC-nin qanuni təmsilçisi X8 iddia tələbini qəbul edərək izahatında qeyd etmişdir ki, hazırkı mülki iş üzrə digər Cavabdeh1 onun qohumudur. Onun anası xəstəxanada müalicə alırdı. Bununla bağlı ödəniş xeyli miqdarda olduğundan, Cavabdeh1 onu ödəməkdə çətinlik çəkirdi. Onlar da şirkət olaraq həmin ödənişi ödəməyi öz üzərlərinə götürdülər. Onlar həmin ödənişi 1 ay müddətinə etməli idilər. Lakin onların vergi ilə bağlı problemləri oldu və bununla bağlı iş məhkəməyə qədər gedib çıxdı. Nəticədə, onlar iddiaçıya olan borcunu ödəyə bilmədilər. Həmçinin onlar üzərinə götürdükləri öhdəliyi danmırlar. Qey d edilən problemlər aradan qalxdıqdan sonra onlar ödənişləri edəcəklər.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli, e-2(006)-2602/2024 nömrəli qətnaməsi ilə (hakim Xəlilov Ramin) iddiaçı "xxxx" PHŞ-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddiasının qismən təmin edilməsi, xx.xx.2022-ci il tarixli, TBX/04 nömrəli tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə Cavabdeh2 MMC-dən 16.112,22 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" PHŞ-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə və digər Cavabdeh1 münasibətdə rədd edilməsi, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" PHŞ-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddiasının rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilm işdir.
15. Məhkəmə "xxxx" PHŞ-nin iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilə hər iki cavabdeh arasında müqavilə bağlanmışdır. Cavabdeh1 ilə bağlanan müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi işin mübahisəsiz halıdır. Belə ki, araşdırma zamanı, həmçinin tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 anası "xxxx" PHŞ-də müalicə aldığı müddət ərzində cavabdehin ümumilikdə xəstəxanaya ödənilməli olan 51.505,42 manat məbləğində borcu yaranmışdır. Bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə həmin məbləğ üzərindən 6.348 manat məbləğində endirim edilmiş, bundan sonra cavabdehin ödəməli olduğu məbləğ (ƏDV məbləği də daxil olmaqla) ümumilikdə 45.157,42 manat müəyyən edilmişdir ki, həmin məbləğin də 22.140 manatını cavabdeh iddiaçıya ödəmişdir. Bu, işin mübahisəsiz halıdır. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış müqavilə üzrə cavabdeh üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir (digər cavabdeh öhdəlik götürdüyündən). Buradan da bu nəticəyə gəlmək olar ki, Cavabdeh1 öhdəliyi yerinə yetirdiyindən iddia tələbi ona münasibətdə əsassız hesab edilməklə rədd edilməlidir.
16. Digər cavabdeh MMC-yə münasibətdə məhkəmə qeyd etmişdir ki, yerdə qalan məbləğ, yəni 23.017,42 manat məbləğində pulun iddiaçıya ödənilməsini cavabdeh müvafiq müqavilə əsasında öz üzərinə götürmüş, lakin öhdəliyi yerinə yetirməmişdir. Bunu məhkəmə iclasında izahatı alınan cavabdehin qanuni təmsilçisi iddia tələbini qəbul edərək, öhdəliyin yerinə yetirilməməsini onunla əsaslandırmışdır ki, iş üzrə digər cavabdeh Ə.Nərminin iddi açıya olan borcunu öz üzərlərinə götürsələr də, MMC-nin vergi ilə bağlı problemləri olduğundan, ödəməkdə çətinlik çəkmişlər. Bunu məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilən sorğuya cavab məktubları da təsdiq etmişdir ki, həqiqətən də cavabdehin bank hesablarına sərəncamlar qoyulmuşdur. Halbuki, cavabdehin maddi imkanının olmaması üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsi üçün əsas ola bilməz. Bundan əlavə, tərəflər arasında bağlanılmış müqavilədə cavabdehin maddi imkanının olmaması əsasına görə öhdəliyi yerinə yetirməməsi və ya gecikdirməsi ilə bağlı hər hansı bir bənd nəzərdə tutulmamışdır. Bu halda risk iddiaçıda qalmaqla, müqavilə bağladığı vaxt özü cavabdehin maddi vəziyyətini araşdırmalı idi. Bu səbəbdən, məhkəmə iddiaçıya ödənilməli olan borc məbləğinin cavabdeh MMC-də n iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.
17. Məhkəmə iddiaçının cavabdeh MMC tərəfindən aldadıldığına münasibətdə (aldadılma nəticəsində əqdin etibarsızlığına) qeyd etmişdir ki, cavabdeh MMC-nin maddi vəziyyətinin müsbət olmaması onun yenidən başqa bir öhdəlik götürə bilməməsi mənasına gətirə bilməz. Həmçinin, aldadılma o halda ola bilərdi ki, cavabdeh iddiaçıya yanlış məlumat vermiş olardı. Mülki işin hallarına əsasən isə cavabdeh tərəfindən yanlış məlumatın, səhv məlumatın, bu yox, digər məlumatın qəsdən verilməsi halı aşkar edilməmişdir. İddiaçı yalnız cavabdehə məxsus hesablarda pulun olmamasını əsas gətirməsi cavabdeh tərəfindən aldadılma mənasını daşımır. Bu halda cavabdehin maddi vəziyyətini əvvəldən yoxlamamaqla risk iddiaçıya məxsus olmuşdur.
18. Məhkəmə birinci iddia ü zrə tutulmalı məbləğə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanan müqavilənin 4.4-cü bəndinə əsasən xidmətlərin dəyəri 30% endirim edilməklə müəyyən olunmuşdur. Belə olan halda da məhkəmə hesab etmişdir ki, ödənilməli olan 23.017,42 manat məbləğində borca müqavilədə nəzərdə tutulmuş qaydada 30% endirim edilməklə, yerdə qalan 16.112,22 (30% endirim) manat cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.
19. Məhkəmə ikinci iddia tələbinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanan tibbi xidmət müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, iddiaçının cavabdehlə müqaviləni bağlayarkən həmin müqavilənin şərtləri ilə tanış olmağa ona hər hansı maneçiliyin olunması, cavabdeh tərəfindən aldadılması halı öz əksini ta pmamış və hər iki tərəf sərbəst şəkildə müqavilə azadlığı prinsipini nəzərə almaqla, azad şəkildə öz iradəsinə uyğun müqavilə bağlamışlar. Həmçinin məhkəmə tərəfindən birinci iddia tələbi üzrə araşdırılma aparıldığı zaman müəyyən edilmişdir ki, əslində iddiaçı Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 0809/2022 saylı tibbi xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Belə olan halda da, xx.xx.2022-ci il tarixli, 0809/2022 saylı tibbi xidmət müqaviləsinin etibarsızlığından söhbət gedə bilməz. Odur ki, iddiaçı Cavabdeh1 iddiası əsassız hesab edilməklə rədd edilməlidir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.2, 337, 385-386, 425, 427, 442, 448-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 217-ci maddələrinə və Konsti tusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh "xxxx" PHŞ apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və birinci iş üzrə iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə digər cavabdeh MMC-nin məhz əsas borclunun borcunun ödənilməsi məqsədilə "xxxx" ilə müqavilə münasibətlərinə daxil olmasını nəzərə almamışdır. Yəni, ikinci cavabdehin borcunu ödəməməsi əsas borclunu öz borcunu ödəmək vəzifəsindən azad etmir. Bu barədə hər iki borclu ilə bağlanmış müqavilədə də hər hansı bir istisna şərti mövcud deyildir. Habelə, məhkəmənin belə qənaətə gəlməsi üçün qanunvericilikdə hər hansı bir maddi hüquq norm ası mövcud deyildir. Əksinə, Mülki Məcəllədə maddi hüquq normaları kontragentin istənilən borcludan/zamindən borcunun alması hüququnu təmin edir. Belə olan halda, məhkəmə tərəfindən düzgün maddi hüquq normasına istinad edilməməsi bariz görünür. Habelə məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, MMC-nin bank hesabında sərəncam vardır, yəni həmin MMC borc məbləğini ödəyə bilməz. Məhkəmə iclasında “X7” ASC-dən Cavabdeh2 MMC-nin 2023-cü ilin yanvar ayı üzrə pul vəsaitinə dair məlumat istənilməsinə baxmayaraq, məhkəmə həmin məlumatı almamışdır. Çünki, MMC-nin müqavilə bağlanan anda ödəmə qabiliyyətinə dair şübhələr vardır ki, məhkəmə araşdırması bunu nəzərə almamışdır. Məhkəmə isə öhdəliyin ötürülməsi vasitəsilə əsas cavabdehi ödəmədən azad etmişdir. Nəticədə dövlət büdcəsindən maliyyələşən v ə maliyyə nəzarəti qaydasında dövlət qurumuna hesabat verən tibb müəssisəsinə zərər dəymişdir. Məhkəmə ümumiyyətlə qətnaməsində heç bir sübuta əsaslanmamış, habelə əsassız olaraq iddia tələbi üzrə məbləği azaltmışdır.
23. İddiaçı Cavabdeh1 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı "xxxx" ilə hər iki cavabdehlər arasında müqavilələr bağlanıbdır. Anası "xxxx" PHŞ-də müalicə aldığı müddət ərzində onun xəstəxanaya ödənişləri yaranmış və 22.140 manat iddiaçıya ödəniş etmiş və bununla da iddiaçı ilə onun arasında bağlanılmış müqavilə üzrə cavabdeh olaraq üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Bundan sonra isə digər Cavabdeh2 MMC müqavilə üzrə qalan borcun ödənilməsini öhdəsinə götürmüş, lakin yerinə yetirməmişdir. Məhkəmə iclasında izahatı alınan cavabdehin qanuni təmsilçisi də eyni xüsusatları təsdiqləmiş iddia tələbini qəbul etmişdir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-1400/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - F.V.Abdıyev (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni birinci iş üzrə iddianın təmin və rədd edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə qismən təmin edilmiş, göstərilən tibbi xidmətlərin əvəzi olaraq Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 20.555,79 manat məbləğində pulun "xxxx" PHŞ-nin xeyrinə tutulması, birinci iş üzrə iddianın qalan hi ssədə rədd olunması qət edilmişdir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etmişdir ki, Cavabdeh1 anası X4 xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə "xxxx"ndə tibbi xidmət göstərilmişdir. Qeyd edilən tibbi xidmətlərin göstərilməsi ilə bağlı Cavabdeh1 və "xxxx" PHŞ arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 0809/2022 saylı tibbi xidmət müqaviləsinə əsasən iddiaçı keyfiyyətli tibbi xidmət göstərilməsi, Cavabdeh1 isə həmin xidmətlərin “qiymət cədvəlində göstərilən” dəyərinin ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. İddiaçı tərəfindən xəstəyə göstərilən tibbi xidmətlərin ümumi dəyəri 51.505,42 manat məbləğində müəyyənləşdirilmiş və Cavabdeh1 həmin məbləğin 22.140 manat məbləğində hissəsini iddiaçıya ödəmişdir.
26. Bundan sonra Cavab deh1 təklifi ilə (tibbi xidmətin dəyərinin qalan hissəsini ödəmək imkanının olmaması səbəbindən) iddiaçı ilə MMC arasında tibbi xidmətlərin göstərilməsi müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cəmiyyət onun əməkdaşlarına və əməkdaşlarının yaxınlarına tibbi xidmətlərin göstərilməsini sifariş verib, razılaşdırılmış xidmət haqqını ödəməyi, iddiaçı isə cəmiyyətin müəyyən etdiyi şəxslərə tibbi xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, tərəflər razılaşmışdılar ki, göstərilən xidmətlərin dəyəri bu müqavilədə göstərilmiş xidmətlərə 30% endirim tətbiq edilməklə müəyyən edilir. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehlərə xəbərdarlıq məktubu göndərilərək, müqavilələr üzrə yaranmış borc məbləğlərinin 10 gün ərzində icra edilməsi xahiş edilmiş, əks təqd irdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Lakin bu da bir nəticə verməmiş, öhdəlik bundan sonra da lazımi qaydada icra edilməmişdir.
27. Hazırda iddiaçı Cavabdeh2 MMC ilə müqavilə bağlandıqdan sonra Cavabdeh1 ilə bağlanmış müqaviləyə xitam verilmədiyini, həmin müqavilənin qüvvədə olduğunu, iddia üzrə tələb edilən məbləğin artıq endirim tətbiq edilmiş məbləğ olduğunu bildirir və qeyd edilən müqavilələr üzrə öhdəliklərin hər iki cavabdeh tərəfindən bugünədək tam şəkildə icra edilmədiyinə istinadən göstərilmiş tibbi xidmətlərin dəyərinin ödənilməmiş hissəsinin əvəzini təşkil edən 22.989 manat məbləğində pulun onlardan müştərək qaydada tutulmasını tələb edir.
28. Cavabdeh1 iddiaçı tərəfindən anasına tibbi xidmətlərin göstərilməsini qəbul edir və həmin xidm ətlərin göstərilməsinə görə tələb edilən məbləği mübahisələndirmir. Cavabdeh1 iddiaçıya xidmət haqqının 22.140 manat məbləğində hissəsinin ödənilməsinə, qalan məbləğin ödənilməsi üçün maddi imkanının olmamasına və həmin məbləğin ödənilməsi ilə bağlı onun təklifinə əsasən MMC arasında ayrıca müqavilə bağlanmasına və bununla da artıq ona münasibətdə müqavilə öhdəliklərinə xitam verilməsinə istinad edərək iddia tələbinin ona aid hissədə rədd olunmasını xahiş etmişdir.
29. Bununla belə, iddiaçı ilə ilk olaraq Cavabdeh1 (xx.xx.2022-ci il), daha sonra isə MMC arasında tibbi xidmətlərin göstərilməsi müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə MMC arasında bağlanmış müqavilənin xx.xx.2022-ci il tarixli olduğu göstərilsə də, tərəflər özləri də etiraf edir ki, həmin müqavilə məhz xx.xx.2023-cü il tarixdə bağlanmış və məhz həmin tarixdə Cavabdeh1 anasını tibb müəssisəsindən çıxarmışdır. Bu tarixədək göstərilən tibbi xidmətin ümumi dəyərini təşkil edən 51.505,42 manat məbləğində pulun 22.140 manat məbləğində hissəsi Cavabdeh1 tərəfindən artıq iddiaçıya ödənilmiş və anası xx.xx.2023-cü il tarixdə tibb müəssisəsindən çıxarılarkən, onun tərəfindən göstərilən tibbi xidmətin keyfiyyəti və ya müqavilədən irəli gələn hər hansı digər məsələ ilə bağlı iddiaçıya qarşı pretenziya irəli sürülməmişdir. Bu da öz növbəsində xx.xx.2022-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən üzərinə götürülmüş öhdəliklərin icra edildiyini, lakin göstərilən tibbi xidmətin tam məbləğinin ödənilməməsi baxımından Cavabdeh1 tərəfindən üzərinə götürülmüş öhdəliklərin lazımi qayd ada icra edilmədiyini təsdiq edir.
30. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış müqaviləyə əsasən cəmiyyət xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliklərin (icra edilməmiş öhdəliklərin) icrasını deyil, əməkdaşlarına və onların yaxınlarına göstərilən tibbi xidmətin dəyərinin ödənilməsi üzrə üzərinə öhdəlik götürmüşdür. Ümumiyyətlə həmin müqavilədə xx.xx.2022-ci il tarixli müqaviləyə hər hansı formada istinad edilməmiş, ondan irəli gələn öhdəliklərin icrası qaydası müəyyən edilməmiş, o cümlədən həmin müqavilə üzrə mövcud olan öhdəliyin ötürülməsi şərtləndirilməmişdir. xx.xx.2022-ci il tarixli müqavilədə tibbi xidmətlərin göstəriləcəyi şəxs göstərilsə də, cəmiyyətlə bağlanmış müqavilə konkret şəxsi deyil, cəmiyyətin bütün əməkdaşlarını və onların yaxınlarını əhatə etmişdir. Halbuki, hə min cəmiyyətlə iddiaçı arasında müqavilə Cavabdeh1 təklifi və iddiaçının razılığı ilə bağlanmışdır. Belə olan halda, bu müqavilə onun anasına göstərilən tibbi xidmətlərin dəyərinin ödənilməmiş hissəsinin ödənilməsinin təmin edilməsi ilə yanaşı, həmçinin xx.xx.2022-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərə xitam verilməsi məqsədi ilə bağlanmışdırsa, bu məsələ hər hansı formada öz əksini tapmalı idi.
31. İddiaçı ilə MMC arasında müqavilənin bağlanması Cavabdeh1 xx.xx.2022-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə (qalıq borcun ödənilməsi baxımından) onun lazımınca icrası nəticəsində xitam verilməsi imkanını yaradırdı. Belə ki, Cavabdeh1 anasına göstərilən tibbi xidmətlərin dəyərinin ödənilməmiş hissəsinin MMC tərəfindən ödənilməsi, hüquqi nəticə etibarı ilə xx.xx.2022-ci il tarixli müqavilə üzrə Cavabdeh1 bu öhdəliyin icrasından azad etmiş olurdu. Göstərilənlər, həm də iddiaçının və Cavabdeh1 qalıq borc məbləğinin MMC tərəfindən məhz xx.xx.2023-cü il tarixdə ödənilməli olmasını bildirməsi, belə qənaətə gəlməyə əsas verir ki, MMC ilə müqavilə Cavabdeh1 öhdəliyin icrasından azad edilməsi məqsədi ilə deyil, məhz öhdəliyin MMC tərəfindən icrasının təmin edilməsi, yəni ödənişlə bağlı verilmiş vədlərə uyğun olaraq mümkün qədər tez bir zamanda nəticənin əldə edilməsi məqsədi ilə bağlanmışdır. Bu baxımdan da həmin müqavilənin bağlanması xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsi kimi qiymətləndirilə bilməz.
32. Xüsusilə qeyd edilməlidir ki, cəmiyyət iddiaçı ilə bağladığı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi nəinki bügünədək icra etməmiş, hətta müqav ilə bağlandıqdan sonra ümumiyyətlə hər hansı məbləğdə ödəniş etməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti 6 saylı ərazi vergilər Baş idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilmişdir ki, bu MMC-nin dövlət büdcəsinə vergilər üzrə 35.468,26 manat borcu var və bu səbəbdən onun “X7” ASC-nin 10 saylı filialında yerləşən hesablarına xx.xx.2024-cü il tarixdə alınmalı sərəncamlar göndərilmişdir. 2023-cü ilin yanvar ayında isə cəmiyyətin bank hesablarında olan pul vəsaitləri barədə vergi orqanlarında heç bir məlumat yoxdur. Qeyd edilən hallar belə qənaətə gəlməyə əsas verir ki, Cavabdeh1 təklif etdiyi bu cəmiyyət müqavilə bağladıqdan sonra üzərinə götürdüyü öhdəlikləri nə icra etmək imkanında, nə də ki, niyyətində olmuşdur.
33. Məhkəmə kollegiyası bu konteksdə xüsusilə o halı da qeyd etmişdir ki, mülki qanunvericilikdə müqavilələrə dəyişiklik və ləğv edilməsinin xüsusi proseduru müəyyənləşdirilmiş və bununla bağlı rəsmiləşdirmənin müqavilənin bağlandığı formada yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Lakin iş materialları və tərəflərin izahatları da MMC ilə iddiaçı arasında müqavilə bağlanan zaman və ya bundan sonra Cavabdeh1 ilə bağlanmış müqavilənin ləğv edilməsi ilə bağlı hər hansı rəsmiləşdirmə aparılmamışdır. Cavabdeh1 bu mövqedən çıxış etsə də, hüquqi nəticə etibarı ilə öz mövqeyini sübuta yetirə bilmir. Onun iddiaçıya ünvanlanmış belə bir məzmunlu müraciəti də yoxdur. İddiaçı isə bununla bağlı aralarında ümumiyyətlə hər hansı şifahi razılığın olmasını belə qəbul etmir. Bu da öz növbəsində həmin müqavilə üzrə Cavab deh1 öhdəliklərinə xitam verilmədiyini, habelə müqavilənin ləğv olunmadığını və hazırda da qüvvədə olduğunu təsdiq edir. Qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli müqavilənin etibarsızlığını mübahisələndirməklə Cavabdeh1 özü də dolayısı ilə həmin müqavilənin hazırda da qüvvədə olmasını qəbul etmiş olur.
34. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin bu hissədə dəlilləri əsaslıdır, birinci instansiya məhkəməsi bu hissədə iddianı rədd etməkdə haqlı olmamışdır, Cavabdeh1 ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə hazırda qüvvədə olduğundan və həmin müqavilə üzrə onun öhdələriklərinə xitam verilmədiyindən hər iki cavabdehə birgə borclu kimi yanaşılmalı və göstərilən tibbi xidmətlərin dəyərinin ödənilməmiş hissəsi hər iki cavabdehdən müştərək qaydada idd iaçının xeyrinə tutulmalıdır.
35. Məhkəmə kollegiyası göstərilən tibbi xidmətlər üzrə ödənilməli olan xidmət haqqına münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən xəstəyə göstərilən tibbi xidmətlərin ümumi dəyəri 51.505,42 manat təşkil edir, həmin məbləğdən 22.140 manat hissəsi ödənilmiş, xəstəyə ümumilikdə 6.348 manat məbləğində endirim tətbiq edilmiş, 23.017,42 manat ödənilməmiş borc qalmışdır. Bununla belə, xx.xx.2022-ci il tarixli müqavilədə nəzərdə tutulmasa da, iddiaçı MMC ilə bağlanmış müqavilənin 4.4-cü bəndini əsas tutaraq, Cavabdeh1 münasibətdə də 30 % endirim tətbiq etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası tibbi xidmətlərə görə tətbiq edilən endirimin Cavabdeh1 də şamil edilməsini əsaslı hesab etmişdir.
36. Bu səbəbdən məhkəmə kollegiyas ı birinci instansiya məhkəməsi tərəfindən tutulan pulun məbləği ilə də razılaşmayıb, ümumi xidmət haqqının 51.505,42 manat olduğunu, həmin məbləğin 22.140 manat hissəsinin ödənildiyini, habelə tibbi xidmətlərə 30 % endirimin tətbiq edilməsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən iddiaçının xeyrinə göstərilən tibbi xidmətlərin əvəzi olaraq 20.555,79 manat (51.505,42 - 22.140 = 29.365,42, 29.365,42 x 30% / 100 = 8.809,63 manat, 29.365,42 - 8.809,63 = 20.555,79 manat) məbləğində pul tutulmalıdır.
37. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 421.1, 423.1, 423.2, 424.3, 425.1, 427.3, 442, 443.1, 445.1, 500.1, 500.2-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. İddi açı Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin Cavabdeh1 münasibətdə dəyişdirilməsi, iddiaçı "xxxx" PHŞ-nin Cavabdeh1 qarşı iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarmasını xahiş etmişdir.
39. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə və işin faktiki hallarına uyğun olaraq, belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iclasında iştirak edən MMC-nin rəhbəri də bu müqavilənin məhz Cavabdeh1 anasının müalicəsinə görə "xxxx" PHŞ ilə bağlandığını təsdiq etmiş, borcu etiraf etmiş, lakin gözləmədiyi maliyyə problemi yarandığı üçün öhdəliyi yerinə yetirə bilmədiyini qeyd etmişdir. Bütün bunlar da onu göstərir ki, "xxxx" Cavabdeh1 ödəmə qabiliyyəti olmadığını görərək, yerdə qalan məbləğin alınması üç ün MMC ilə müqavilə bağlamış, həmin məbləği MMC-nin borcu kimi tanımış, həmin məbləğlə bağlı MMC-yə elektron qaimə vurmaqla, dəfələrlə həmin borcu MMC-dən almaq üçün cəhdlər göstərməsi ilə bir daha təsdiqləmişdir. Apellyasiya məhkəməsi isə bütün bunları nəzərə almadan, "xxxx" ilə MMC arasında bağlanmış müqavilənin Cavabdeh1 ilə "xxxx" PHŞ arasında bağlanmış müqavilə üzrə öhdəliklərə xitam vermədiyi barədə yanlış qənaətə gəlmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, əvvəlki müqaviləyə xitam verilməsi, yeni müqavilədə qeyd edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 40. "xxxx" PHŞ kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
42. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
43. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür;
44. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır;
45. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər;
46. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüv vəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır;
47. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;
48. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
49. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməm əsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
50. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
51. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
52. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır;
53. Maddə 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Azər baycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
65. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, Nərmin Ələkbərliyə qarşı iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə ləğv edin iddianı həm də Nərmin Həsənliyə qarşı hissədə təmin etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Od ur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
67. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
69. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 23 aprel tarixli 2(103)1400/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.