Məhkəmə qərarları › İş №2(102)-3051/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3051/2022

23.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3051/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2(106)-2999/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 23 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Mübahisə predm eti ünvan 1 ünvanda yerləşən 6 saylı mənzildən ibarətdir və həmin mənzilə dair X1 adına 08 noyabr 2004-cü il tarixli Texniki Pasport verilib. 02 may 2005-ci il tarixdə mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Ramiz Mehrəliyevin adına qeydə alınıb və bu barədə onun adına qeydiyyat vasiqəsi verilib. 27 iyun 2005-ci il tarixdə Füzuli Rayon İcra Hakimiyyəti Mənzil İstismar Kontoru tərəfindən Füzuli rayon Notariat Kontoruna təqdim etmək üçün arayış təqdim edilib və mübahisəli mənzildə X ailə üzvləri ilə birlikdə yaşadığı göstərilib. Həmçinin, Füzuli Rayon Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən mənzilə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün X adına mənzilin yüklü olmaması barədə 15 sentyabr 2005-ci il tarixli arayış və 19 mart 2020-ci il tarixli yeni Texniki Pasport tərtib edilib verilib. 07 avqust 2020-ci il tarixdə mənzilə dair İddiaçı adına Texniki Pasport verilib və 11 avqust 2020-ci il tarixdə mənzilin qiymətləndirilməsi aparılıb və mənzilin dəyəri 15.600 manat müəyyən edilib. 12 avqust 2020-ci il tarixdə mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb və hazırda mənzil onun xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh sözügedən mənzildən çıxarılmasını iddia edib və tələbini onunla əsaslandırıb ki, X17 6 nəfəlik ailə üzvləri ilə birlikdə sözügedən mənzildə yaşayıb və mənzil onun xüsusi mülkiyyətdə olub. X17 öldükdən sonra birinci növbəli vərəsəsi kimi mənzili öz adına rəsmiləşdirib. Lakin, cavabdeh mənzildən qanunsuz istifadə edir və mənzili öz mülkiyyəti hesab edir. Belə ki, X17 hələ öz sağlığında mənzili ona kirayəyə verib və onlar arasında mənzildən müvəqqəti istifadəyə dair razılaşma olub. O, dəfələrlə cavabdehin mənzildən çıxarılmasını tələb etsə də, sonuncu bundan imtina edib. İddiaçı tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, Mülki Məcəllənin 157.1 və 157.2-ci maddələrinin tələblərinə istinad edib. Cavabdeh isə məhkəmədə İddiaçı və digərlərinə qarşı iddia qaldıraraq, sözügedən mənzilə dair mərhum Ramiz Mehrəlıyevin vərəsələri X3, X6, X4, X7 və X2 ilə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib və tələbini onunla əsaslandırıb ki, Füzuli rayonu, X9 hərbi xidmətdə olarkən Horadiz şəhərində kirayədə yaşayıb. Onunla qonşuluqda yaşayan Ramiz Mehrəliyevin öz mənzilini satmaq istədiyini bildikdən sonra onunla görüşüb söhbət edib və mənzilin 1.800 manata alqı-satqısı barədə razılağa gəliblər. 2004-cü ildə mənzilin alqısatqısı üçün X 1.800 manat pul verib. Həmin vaxt X ona bildirib ki, mənzilin sənədləri hazır deyil, lakin qısa müddət ərzində mənzilin sənədlərini hazırlayacaqdır. Bir müddət sonra X ona bildirib ki, Sumqayıt şəhərinə köçür, mənzilin sənədlərini hazırlamağa imkanı yoxdur və sənədlərin hazırlanmasını ona həvalə edib sənədin hazırlandığı inventar büroya tapşırmışdır ki, mənzilin sənədləri ilə o, məşğul olacaqdır. O, mənzilin sənədlərini hazır etdikdən sonra dəfələrlə X alqı-satqı müqaviləsini n sənədləşdirilməsi üçün dəvət etsə də, o, imkanı olmadığını, həm də uşaqları bir yerə toplaya bilmədiyi üçün gələ bilmədiyini, imkan tapan kimi gələcəyini bildirib. O, xidməti işi ilə bağlı olaraq onun arxasınca gedə bilməyib. Həmin vaxt X mənzildə qeydiyyatda olan ailə üzvlərinin şəxsiyyət vəsiqələri ilə birlikdə imzaladıqları alqı-satqıya dair etirazlarının olmaması barədə ərizələrini də ona təqdim edib. 2008-ci ildə xidmət yeri Göytəpə sərhəd dəstəsinə dəyişdiyinə görə həmin mənzildən yeni yaşayış yerinə köçüb gedib, lakin imkan tapdıqca məzuniyyət vaxtı gəlib həmin mənzildə yaşayıb. Hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır və bütün kommunal xərcləri o, ödəyir. Cavabdehlər Sumqayıt şəhərinə köçdükləri vaxtdan mənzilə olan istifadə hüquqlarını itiriblər. Ona görə də mənz ilə dair mərhum X onun arasında alqısatqı müqaviləsi bağlanmış hesab edilməlidir. Birinci instansiya məhkəməsində cavabdehlər X və X iddia tələbini qəbul etməyərək göstərmişlər ki, qeyd edilən mənzil mərhum ataları X tərəfindən Cavabdeh satılmayıb, kirayəyə verilib. Əgər mənzil doğurdan da satılsaydı, onda onlar arasında alqı-satqı müqaviləsi bağlanardı. Cavabdeh sonradan onlara bildirmişdir ki, mənzildə qaldığı müddət ərzində cari təmir işləri aparıb və onun çəkdiyi xərclər ödənilsin. Onlar da halallıq olsun deyə Cavabdeh 2020-ci ildə 6.000 manata yaxın pul veriblər. Lakin, Cavabdeh müxtəlif bəhanələr gətirərək mənzildən çıxmaqdan imtina edir və sonradan özü qalmasa da mənzili başqa şəxslərə kirayəyə verib. Birinci instansiya məhkəməsində şahid qismində dindirilərkən X izahatında göstərib ki, Cavabdeh onun əridir, 2004-cü ildə sərhəd xidmətində zabit işləyən zaman Horadiz şəhərində X adlı şəxsdən 1.800 manata mənzil alıblar və onlar uzun müddət həmin mənzildə yaşayıblar. X16 öz sağlığında mənzilə dair alqı-satqı müqaviləsi bağlayacağını bildirib, lakin övladları razılıq vermədikləri üçün alqı-satqı müqaviləsi baş tutmayıb. X öldükdən sonra isə uşaqları mənzili satmaqdan imtina ediblər. Birinci instansiya məhkəməsində şahid qiysində dindirilərkən X izahatında göstərib ki, o, Horadiz şəhəri, 20 Yanvar küçəsi, 7 saylı evin 10 saylı mənzilini 2004-cü ildə satın alıb. Mənzilə köçüb yaşayandan sonra eşitmişdir ki, həmin binada başqa bir mənzil də satılır. Sonradan öyrənmişdir ki, həmin mənzili X9 zabit işləyən Cavabdeh alıb və az bir müddətdən sonra onunla şəxsi tanışlıqları yar anıb. Cavabdeh ailə üzvləri ilə birlikdə 2008ci ilədək həmin mənzildə yaşayıb. Sonradan Cavabdeh Göytəpə sərhəd dəstəsində xidmət etmək üçün Cəlilabad rayonuna köçüb gedib. O, son vaxtlaradək elə bilmişdir ki, Cavabdeh mənzilin alqı-satqısını rəsmiləşdirib. Lakin sonradan ona məlum olub ki, mənzildə qeydiyyatda olan şəxslər Horadizdə olmadıqlarına görə notariat orqanı alqı-satqı müqaviləsini rəsmiləşditrməkdən imtina edib. Birinci instansiya məhkəməsində şahid qismində dindirilərkən X izahatında göstərib ki, o, Horadiz şəhəri, Q.Namazəliyev küçəsi, 13 saylı evin 3 saylı mənzilində yaşayır. Cavabdeh 2004-cü ildən tanıyır və həmin vaxtlar o, sərhəd xidmətində qulluq etdiyi üçün Horadiz şəhərində yaşayırdı. Həmin ərəfədə Cavabdeh ona Horadiz şəhərində mənzil almaq istədiyini bildirib və bir m üddətdən sonra X adlı şəxsdən mənzil aldığını bildirib. X mənzili əvvəl 1.500 manata, sonra isə 1.800 manata satdığını bildirib. Onun yanında həyat yoldaşı 1800 manat pulu Cavabdeh verib, sonuncu da həmin pulu X verib. x pulu aldıqdan sonra mənzili yaxın vaxtlarda sənədləşdirəcəyini bildirib. Birinci instansiya məhkəməsində şahid qismində dindirilərkən X izahatında göstərib ki, mərhum X11 şəhərindəki mənzili Cavabdeh 2004-cü ildə 1.800 manata satıb, lakin rəsmi şəkildə alqı-satqı müqaviləsi bağlamayıblar və X öldükdən sonra onun övladları mənzili satmaqdan imtina ediblər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilərkən X izahatında göstərib ki, x ilə Cavabdeh arasında Horadiz şəhərində yerləşən mənzillə bağlı mübahisə var. Bir dəfə onun iştirakı ilə yenidən mübahisə qalxdıqd a Cavabdeh onun yanında X demişdir ki, 6.000 manat pul ver, bununla da bu mübahisə birdəfəlik bitsin. Təxminən 2020-ci ilin fevral ayında X10 X 6.000 manat pul verib. Lakin indi ona məlum olur ki, tərəflər arasında mübahisə hələ öz həllini tapmayıb. Füzuli Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Yaşar Həşimov) İddiaçı iddiası təmin edilərək, İddiaçı mülkiyyətində olan Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, 3 cü dalan, 7 saylı evin 6 saylı mənzilinin Cavabdeh qanunsuz sahibliyindən alınması və onun həmin mənzildən çıxarılması, habelə Cavabdeh iddiasının rədd edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, sözügedən mənzil İddiaçı xüsusi mülkiyyətindədir və Cavabdeh həmin mənzil üzərində hər hansı hüququ əmələ gəlm əyib. Bu səbəbdən də də İddiaçı Cavabdeh qanunsuz sahibliyində olan həmin mənzili ondan geri tələb etməkdə haqlı olub. Bundan əlavə, Cavabdeh mənzili könüllü boşaltmaqdan imtina etməsi mülkiyyətçi kimi İddiaçı hüququnu pozur və məhdudlaşdırır. Cavabdeh iddiasına gəlincə isə mübahisəli mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, Cavabdeh notariat qaydasında təsdiqlənməsi tələb olunan alqı-satqı müqaviləsini tamamilə icra etməsi, habelə X həmin müqaviləni notariat qaydasında təsdiq etdirməkdən boyun qaçırması mülki iş materialları ilə təsdiq olunmur. Bundan başqa, Cavabdeh hazırki iddianı X sağlığında ona qarşı qaldırmayıb. Ona görə də Cavabdeh tələbi ilə sözügedən alqı-satqı müqaviləsi etibarlı sayıla bilməz. Birinci instansiya məhkəməsi hüqu qi mövqeyini Mülki Məcəllənin 146.1, 146.2, 152.1, 157.2, 157.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına və təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Belə ki, mərhum X ailə üzvləri ilə birlikdə mənzildən 18 il bundan əvvəl köçüb gediblər. Birinci instansiya məhkəməsi bu halı, habelə mərhum X mənzilin alqı-satqısı üçün ilkin hərəkətləri (ərizə verməsi, şəxsiyyət vəsiqəsinin surətini, mənzilin qeydiyyat vəsiqəsini, mənzilə dair 2 saylı formada arayışı təqdim etməsi, mənzilin alqı-satqısı ilə bağlı mərhum X və oğlu ilə iddiaçı arasında səs yazısının olması) etməsini nəzərə almadan, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Nüsrət Mirzəyev sədrlik edən, məruzəçi, Samir Mayılov və İlham Əsədov) apellyasiya şikayəti təmin edilmədən, itş üzrə Füzuli Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli mənzilin özgəninkiləşdirilməsi zamanı qanunvericiliyin müəyyən edilmiş qaydasına əməl edilmədiyi üçün mərhum X5 X arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilə bi lməz. Belə ki, Cavabdeh əqdi icra etmiş tərəf olaraq İddiaçı mübahisəli mənzilə mülkiyyət hüququ əldə edənədək həmin mənzilin əvvəlki mülkiyyətçisi olmuş X alqı-satqı müqaviləsini notariat qaydasında rəsmiləşdirməkdən yayınması, əqdin yazılı formada tərtib olunmaqla qanunvericiliyin tələblərinə uyğun olması barədə məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim edə bilməyib. Halbuki, əqdin bağlanmış hesab edilməsi üçün tərəflərin qarşılıqlı münasibətlərində üç elementin olması zəruridir: birincisi əqdin notarial qaydada təsdiqlənməsinə riayət edilməməsinin əks tərəfin təqsiri üzündən baş verməsi; əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması; əqdin özünün qanuna zidd olmaması və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilməsi halları olmalıdır. Bu hallar olmadıqda əqdə dair alqı-satqı müqaviləsi məhkəmə qaydasında bağlanmış hesab edilə bilməz. Ona görə də İddiaçı iddiasını təmin, Cavabdeh iddiasını rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, Mülki Məcəllənin 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş 335, 335.1, 335.2-ci-ci maddələrinin, habelə 152.1, 139.1, 646.1, 647.1, 146.1, 146.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, onun iddiasının təmin, İddiaçı iddiasının rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırıb ki, o, əqdi tamamilə icra etsə də, İddiaçı X17 öldüyü üçün əqdi notariat qaydasında təsdiq etdirə bilməyib və sonradan isə mərhum X övladları əqdi notariat qaydasında təsdiq etdirməkdən boyun qaçırıblar. Bu səbəbdən də mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Belə ki, o mənzili satın alıb, İddiaçı və digərlərinin mənzili ona kirayə vermələri inandırıcı, ağlabatan deyil. İddiaçı halallıq üçün ona 6.000 manat pul verməyib. O, 26 ilə yaxındır ki, mənzilə faktiki sahiblik edir və uzun müddətdir ki, orada yaşayır. Göstərilən hallar məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə öz təsdiqini tapıb. Lakin, İddiaçı və digərləri əqdlə üzərlərinə düşən öhdəlikləri qəsdən icra etməkdən boyun qaçırırlar. Kassator öz hüquqi mövqeyini Mülki Məcəllənin 158.2, 158.4, 179.3-cu maddələrinin, habelə mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş 335.2-ci maddəsinin tələbləri ilə əsaslandırıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İİİ bəndində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülk iyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-cu maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 1 57.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 646.2-ci maddəsinə görə, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335-ci maddəsi 24 iyun 2005-ci il dəyişikliklərinə qədər olan redaksiyada: 335.1-ci maddəsinə əsasən, əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır; 335.2-ci maddəsinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müv afiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki Prosessual Məcəllənin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkə n maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Əvvəla, işin mübahisə olunmayan hallarına görə, Füzuli rayon DTİ və MHQİ-nin 08 noyabr 2004-cü il tarixli qərarına əsasən, Füzuli rayonu, Horadiz şəhəri, 20 yanvar küçəsi 3-cü dalan, 7 saylı evin ümumi sahəsi 62,44 kv.metr olan 6 saylı mənzili 02 may 2005-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X adına qeydə alınıb. Həmçinin, Füzuli Rayon Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən mənzilə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün Ramiz Mehrəliyevin adına mənzilin yüklü olmaması barədə 15 sentyabr 2005-ci il tarixli arayış və 19 mart 2020-ci il tarixli yeni Texniki Pasport tərtib edilib verilib. X ö lümündən sonra 07 avqust 2020-ci il tarixdə mənzilə dair İddiaçı adına Texniki Pasport verilib və 11 avqust 2020-ci il tarixdə mənzilin qiymətləndirilməsi aparılıb və mənzilin dəyəri 15.600 manat müəyyən edilib. 12 avqust 2020-ci il tarixdə mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb və hazırda mənzil onun xüsusi mülkiyyətindədir. Hazırda İddiaçı sözügedən mənzilin xüsusi mülkiyyətində olduğunu göstərib Cavabdeh mənzildən çıxarılmasını, sonuncu isə mənzili 2004-cü ildə mərhum X 1.800 manat pul ödəməklə satın aldığını və notariat qaydasında təsdiqlənməsi tələb olunan həmin əqdi tamamilə icra etdiyini, lakin əvvəl X, onun ölümündən sonra isə övladlarının alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq etməkdən boyun qaçırdıqlarını göstərib, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini iddia edirlər. Göründüyü kimi tərəflər arasındakı mübahisəli hüquq münasibəti 2004-cü ildən əmələ gəlib. Belə olan halda Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən hazırki mübahisəli hüquq münasibətinə həmin vaxt qüvvədə olmuş Mülki Məcəllənin 335ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş 335-ci maddəsində əqdin notarial formasına riayyət edilməməsinin hüquqi nəticələri öz əksini tapıb. Həmin Məcəllənin 335.1-ci maddəsinə əsasən əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 335.2.ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qism ən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2.-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün aşağıdakı üç halın mövcud olması zəruridir. Bu hallar aşağıdakılardır: birincisi, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməlidir; ikincisi, məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması təsdiq olunmalıdır; üçüncüsü, əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilə dair əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin, yəni mərhum X təqsiri ucbatından baş vermədiyi; məhz əks tərəfin, yəni mərhum X əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmasının təsdiq olunmadığı, habelə əqdin özünün qanuna zidd olduğu, onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmədiyi qənaətinə gəlsə də, gəldiyi nəticəni kifayət qədər əsas landırmayıb. Belə ki, işə əlavə edilmiş sübutlarla, o cümlədən birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X X, X, X ifadələri ilə müəyyən olunur ki, 2004-cü ildə mənzilin alqı-satqısı üçün mərhum X12 Abdullayevdən 1.800 manat pul alıb və həmin vaxtdan mənzil fasiləsiz və etirazsız olaraq sonuncunun və ailə üzvlərinin faktiki sahibliyindədir. Bundan başqa, Cavabdeh apellyasiya və kassasiya şikayətinin dəlillərindən görünür ki, mərhum X mənzilin alqı-satqısı üçün bir sıra ilkin hərəkətlər (ailə üzvlərinin razılıq ərizələrini, şəxsiyyət vəsiqələrinin surətlərini, habelə mənzilin qeydiyyat vəsiqəsini verib, mənzilə dair 2 saylı formada arayış alınıb və sair) edib. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, işə əlavə edilmiş sübutlara, o cümlədən şahid ifadələrinə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət vermədən, mənzilin alıcısı kimi Cavabdeh notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etməməsinin nədə ifadə olunduğunu, alıcı Cavabdeh və satıcı X hansının bilavasitə əqdi notariat qaydasında təsdiq etməkdən boyun qaçırdıqlarını tam, hərtərəfli və obyektiv araşdırmadan, Cavabdeh ötən müddət ərzində mənzildə əsaslı təmir-tikinti işləri aparıb-aparmadağını, bu barədə tərəflər arasında başqa icraatda məhkəmə mübahisəsinin olub-olmadığını aydınlaşdırmadan, yalnız İddiaçı irəli sürdüyü arqumentlərlə kifayətlənərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxd ıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, Cavabdeh kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməli dir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçü n apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2(106)-2999/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar