Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3051/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (Ləğv prosesində olan "xxxx" ASC üçüncü şəxs qismində kimi cəlb edilməklə) qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun üçüncü şəxs tərəfindən ödənilməsi ilə bağlı öhdəliklər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (Ləğv prosesində olan "xxxx" ASC-nin üçüncü şəxs kimi cəlb edilməklə) qarşı “pulun ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsinə, eyni zamanda iddiaçı Cavabdeh İddiaçı qarşı “pulun ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2321/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2018-ci ilin sentyabr ayından Ləğv Prosesində olan "xxxx" ASC-də, xx.xx.2019-cu il tarixdən isə Ləğv Prosesində olan "xxxx" ASC-də kreditlərin yığılması departamendə müdir vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə banklara kredit borcu olan və qaytarılmasında problemlər yaradan müştərilərlə əlaqə saxlayıb onlardan borclarının ödənilməsini təmin etmək istəmişdir. Həmin müştərilərdən biri də əvvəllər tanıdığı və yaxşı münasibəti olan hazırki Cavabdehdur və onun banka olan borcundan 50000 manat pulu ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 44000 manat borcun və ödənilmiş 222 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" ASC-də bank bağlanan günə kimi filial müdiri vəzifəsində çalışmışdır və öz adına olan kreditdən başqa ona aidiyyatı olan əlavə 6 şəxsin də adına kredit götürmüş, ödənişlərində ciddi problemlər yaranmşıdır. 2019-cu ilin aprel ayında onunla əlaqə saxlayarkən, ona növbəti may ayınd a ödəniş edəcəyini bildirmişdir. 2019-cu ilin may ayında bir neçə dəfə Cavabdehla görüşmüş, cavabdeh ona köməklik üçün bu ay ödəniş etməsini, ona olan borcunu sonra qaytaracağını bildirmişdir. xx.xx.2019-cu il tarixdə o, Cavabdeh banka olan LD ********** saylı hesabına 50000 manat ödəniş etmişdir. Həmin gün son ödəniş günü idi və cavabdeh həmin gün əməliyyat edilirdi. Təxminən 3-4 gündən sonra Raufla görüşmüş, tərəfindən ödənilmiş çeki ona təqdim etmiş, cavabdeh isə ona yeni əməliyyat olunduğunu və bir müddət sonra ödəniş edə biləcəyini bildirmişdir. Təxminən avqust ayında Cavabdeh ona 5000 manat pul vermişdir. Növbəti dəfə isə 26 iyun 2021-ci il tarixdə ona 1000 manat vermış və ciddi problemlərinin olduğunu bildirmişdir. Cavabdeh bu günə kimi ona olan borcunu ödəməmişdir.
4. Sonradan İddi açı ilkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 44.000 manat məbəğində borc pulun, 13.500 manat məbləğində dəbbə pulu, 222 manat dövlət rüsumunun, cəmi 57.722 manat məbləğində pulun tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, İddiaçı 6.000 manat məbləğində borc pulun və ödənilmiş 80 manat dövlət rüsumunun, ümumilikdə 6.080 manatın tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya o, Cavabdeh əvəzinə 50.000 manat ödəniş etmişdir. Lakin təmsil etdiyi şəxs bildirmişdir ki, belə bir hal o lmamışdır. Onun banka böyük məbləğdə kredit borcu olmuş və ödənişi də yalnız özü etmişdir. Həmin vaxt isə İddiaçı bankda kreditlərin yığılması departamentində işləmişdir. İddiaçı ona təklif etmişdir ki, burada faizlər böyükdür, faizlərin azaldılması üçün guya köməklik edəcək və bunun müqabilində ondan 50.000 manat istəmişdir. Cavabdeh isə bunun müqabilində ona yalnız 6.000 manat ödəniş edə biləcəyini bildirmiş və həmin ödənişi də etmişdir. Lakin sonradan İddiaçı vədini yerinə yetirmədiyi üçün məcbur olub bütün borc məbləğini faizləri ilə birlikdə ödəmişdir. Belə ki, borcun bir qismini nağd ödəmiş, bir qisminin müqabilində bankla razılaşmaya əsasən əmlak vermişdir. Bundan sonra isə dəfələrlə İddiaçı pulunu tələb etsə də, ala bilməmişdir. İddiaçı 6.000 manat pulu Cavabdeh almasını öz iddia ərizəsində də etiraf etmişdir.
7. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(009)1336/22 saylı qətnaməsi ilə (hakim Rəna Qafarova) ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 44.000 manat məbləğində pulun və 222 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir.
8. Məhkəmə ilk iddia üzrə cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi 15 avqust 2022-ci il tarixli Cavabdeh Mayıs oğlunun "xxxx" ASC-də olan LD********** hesabına 50.000 manat məbləğində pulun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli qəbzin saxta olmasına dair cavabdehin dəlillərini əsassız sayaraq hesab etmişdir ki, bu dəlil üzrə rəsmi məktubla surəti təsdiq edilmiş qəbzin məzmununun şübhə altına alınması üçün heç bir hüquqi əsas müəyyən edilməmişdir.
9. Məhkəmə bu qənaətə gələrkən həmçinin Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X2 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxsa da, təqdim edilmiş 50.000 manat məbləğində pulun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli qəbzin İddiaçı tərəfindən saxtalaşdırılmasına dair izahatında bildirdiyi mövqeyini də nəzərə alaraq həmçinin qeyd etmişdir ki, ilk iddiaçının xx.xx.2019-cu il tarixdə Cavabdeh banka olan LD ********** saylı hesabına 50.000 manat ödəniş etməsindən sonra sonuncunun ona iki dəfəyə 6.000 manat qaytarması ilə bağlı izahatlarını da inandırıcı sayır. Belə ki, faktiki olaraq Cavabdeh İddiaçı 6.000 manat verməsini etiraf edir, lakin onun təyinatını sonuncunun bildirdiyi kimi qaytarılmalı olan pul deyil, faiz dərəcələrini n azaldılmasına kömək üçün tələb etdiyi pul olmasında israr edir.
10. Məhkəmə ilk iddia üzrə cavabdehin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara qiymət verərək onları əsassız hesab etməklə qeyd etmişdir ki, cavabdeh bu halların təsdiqi kimi məhkəməyə heç bir sübut təqdim etməmişdir. Onun ilk iddiaçıya 6.000 manat pulu verməsi faktı isə əvəzinə ödənilən kredit borcunun həqiqətən də ilk iddiaçı tərəfindən ödənilməsinin bir daha təsdiqidir və məhkəmə işin araşdırılmış hallarına əsasən 6.000 manatın ilk iddiaçıya hansı məqsədə çatmaq üçün verilən pul kimi deyil, onun cavabdehin əvəzinə ödədiyi 50.000 manat puldan qaytarılan məbləğ kimi qiymətləndirir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində borc qismində 50.000 manatı cavabdehin məlumatı olmaqla onun əvəzinə ödə diyini göstərsə də, məhkəmə iclasında iddiaçı izahatında pulun 31 may tarixinədək ödənilməli olmasını, cavabdehin həmin gün telefon nömrəsinə zəng çatmadığını, cavabdehin pulu sonradan qaytaracağına əmin olduğu üçün onun əvəzinə pulu hesabına ödədiyini göstərmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı ilk iddia üzrə cavabdeh hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim etməmişdir.
13. Məhkəmə hesab etmişdir ki, ilkin iddia 44.000 manat məbləğində pulun cavabdehdən tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
14. Məhkəmə ilk iddianın cavabdehdən 13.500 manat məbləğində dəbbə pulu tutulması hissəsinin təmin edilməsini mümkün saymamış və qeyd etmişdir ki, ilk iddiaçı tələbinin bu hissəsini cavabdeh tərəfindən 44.000 manat məbləği ndə borc pulun ona vaxtında ödənilmədiyinə görə bank uçot dərəcəsinə müvafiq olaraq dəbbə pulu kimi qiymətləndirmişdir.
15. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddiaçının cavabdehə 6.000 manat pulu banka olan kredit borclarının faizlərinin azaldılması məqsədilə verməsi ilə bağlı tələbində və izahatında göstərilənlər onun iddiasının əsaslı olması kimi qiymətləndirilə bilməz.
16. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçının cavabdehə 6.000 manat pulu banka olan kredit borclarının faizlərinin azaldılması məqsədilə verməsi heç bir mötəbər və tutarlı sübut növləri ilə öz təsdiqini tapmadığı üçün əsassız olduğundan rədd edilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 375.2, 385.1, 442, 448.1, 448.2, 1091.1, 1091.2, 1092.1-ci m addələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rədd olunması və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə 50.000 manatın "xxxx" ASCnin kassasına necə ödənildiyi barədə hec bir araşdırma aparmada n, bir şahid ifadəsinə əsaslanaraq pulu İsmayilov Ceyhun tərəfindən ödənildiyini təsdiqləyir. Məhkəmə Mülki Məcəllənin 1091.1, 1091.2-ci maddələrini düzgün tətbiq etməmişdir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma kimi qiymətlədirilir. Birinci instansiya məhkəməsi 50.000 manat pul qəbzinin kim tərəfindən ödənilməsini tam araşdırmamış, ekspert rəyini almamışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) 2(103)-2321/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı k rediti Cavabdeh əvəzinə banka ödəməklə onun bank qarşısında öhdəliyini Mülki Məcəllənin 431.1-ci maddəsinin tələbləri baxımından hər hansı bir razılıq olmadan icra etmiş, bu baxımdan ödənilmiş pul məbləğini geri tələb etməkdə də haqlı olmuşdur.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh öhdəliyini icra edən İddiaçı həmin məbləği cavabdehdən tələb etmək hüququna malik olsa da, özünün tələb hüququndan yalnız hazırkı iddia ilə məhkəməyə müraciət etməklə istifadə etmişdir. Mülki qanunvericiliyin qeyd edilən müddəasının tələbləri baxımından üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Qanun üçüncü şəxs tərəfindən ödənilmiş pul məbləğinin qaytarılmasına borclunun vəzifəsi kimi müəyyən etməmiş və bununla əlaqədar onun üzərinə öhdəlik qoymamışdır. Göstərilən vəziyyətdə pulun qaytarılması üçüncü şəxsin tələb hüququndan asılıdır. İlkin iddia üzrə iddiaçı da həmin tələblə yalnız hazırki iddianı verməklə məhkəməyə müraciət etdiyindən, yuxarıda qeyd olunduğu kimi həmin məbləğin qaytarılması borclunun öhdəliyi kimi müəyyən olunmadığından belə halda cavabdehdən gecikdirməyə görə faiz tutulması qanunun tələbinə uyğun deyildir. Beləliklə, birinci instansiyası məhkəməsi maddi hüquq normasının seçimində səhvə yol versə də, məhkəmə kollegiyası bu pozuntunun qətnamənin ləğv edilməsinə əsas yaratmaması qənaətinə gəlir. Belə ki, məhkəmə ilkin iddia tələbini qismən təmin etməklə (44000 manatın tutulması və faiz borcunun tutulmasının təmin edilməməsi) düzgün nəticəyə gəlmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən də birinci instansiya məhkəməsinin faktlar nöqteyi‐nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddiaçının cavabdehə 6000 manat pulun banka olan borclarının faizlərinin azaldılması məqsədi ilə verməsi hər hansı bir sübutla təsdiqini tapmadığından qarşılıqlı iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir.
24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 431.1, 431.2, 431.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və Cavabdeh iddia tələblər inin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız qəbul edilmişdir. Hakim yalnız iddiaçının təqdim etdiyi iddia ərizəsini qətnaməyə köçürməklə, cavabdeh tərəfdən təqdim olunan sübutları araşdırmamış və lazımı qiymət verməmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
29. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 431.1 Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclu nun razılığı tələb edilmir.
32. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.
33. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxd ıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddə sində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əs as yoxdur.
44. Belə ki, işin mahiyyəti üzrə həll olunması üçün məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarına görə, iddiaçı cavabdehin banka olan borcundan 50000 manat pulu ödəmişdir.
45. Kassasiya şikayəti üzrə mübahisələndirilən hissədə iddia tələbinin maddi-hüquqi əsası kimi Mülki Məcəllənin 431.3-cü maddəsi çıxış edir.
46. Apellyasiya instansiyası məhkəməsi də işin hallarını bu normanın dispozisiya şərtləri əsasında araşdırmış, iş üzrə düzgün nəticəyə gəlmişdir. Həmçinin cavabdeh apelyasiya instansiyası məhkəməsində verdiyi izahatından görünür ki, o, iddiaçının tələb etdiyi pulun həqiqətən də ödənildiyini, lakin iddiaçıya həmin pulu ödəməyi xahiş etmədiyini bildirmişdir.
47. Kassatorun LPO "xxxx" ASC-nin ona qarşı borcun tutulması tələbinə dair iddiadan imtina edilməsi və bu əsasla iş üzrə icraata xitam verilməsi barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu məzmunda dəlil cavabdeh tərəfindən apelyasiya şikayətində irəli sürülməmiş və apelyasiya instansiyası məhkəməsinin araşdırma predmeti olmamışdır. Buna görə də həmin dəlil kassasiya icraatında araşdırıla bilməz.
48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
49. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsas etibarı ilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.
50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2321/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.