Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3051/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X X5 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:maddi və mənəvi ziyanın ödənilməsi 27.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-376/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mülki işi n materiallarında olan tibbi sənədlərdən (stasionardan çıxan pasiyentin statistik vərəqəsi, epikriz və s.) görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə, saat 12:20-də “sağ bud sümüyü boynunun sınığı” diaqnozu ilə X daxil olmuşdur. Daxil olarkən İddiaçı şikayəti sağ bud sümüyündə olan ağrılardan və ağrı ilə əlaqədar hərəkət məhdudluğundan ibarət olmuşdur. 2. xx.xx.2019- cu il tarixdə İddiaçı üzərində X “Sağ bud çanaq oynağının total atroplastikası” cərahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat fəsadsız keçmiş və xəstə İddiaçı müvafiq təyinatlar verilərək xx.xx.2019-cu il tarixdə evə buraxılmış və son klinik diaqnoz: “Sağ bud sümüyünün boynunun sınığı” diaqnozu olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh lər XX5 və Cavabdeh2 (bundan sonracavabdehlər) qarşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müştərək qaydada onlardan 157.080 manat maddi və mənəvi zərərin əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə X müraciət etmiş, onu şöbə müdiri Cavabdeh2 müayinə edərək, ona “sağ bud sümüyünün boynunun sınığı” diaqnozu qoyulmuş və xx.xx.2019-cu il tarixdə onun üzərində “sağ bud-çanaq oynağının” endoprotezləşməsi cərrahi əməliyyatı aparılmışdır. Yəni çanaq-bud oynağı kəsilərək süni protez qoyulmuşdur. xx.xx.2019-cu il tarixdə evə buraxılmışdır. Həmin vaxtdan o, əlil olmuşdur. Ayaqlarının uzunluğunda fərq vardır. Daimi ağrı və narahatlıq hiss edir, düzgün yerimə qabiliyyəti yoxdur və evdən çıxa bilmir. Uzun müddət otura bilmir, ayaq üstə dayana bilmir. Həkim tərəfindən o, maariflənmədən və ən əsası ondan razılıq ərizəsi alınmadan əməliyyat aparılmışdır. Aparılan əməliyyat barədə ona 5 gündən sonra məlum olmuşdur. Əməliyyat olunandan sonra ona əməliyyat barədə verilən məlumatdan şok və stress keçirmişdir. Nəticədə onun fiziki və psixi sağlamlığına yüksək dərəcədə ziyan dəymişdir. O, öz sağlamlığıyla bağlı müxtəlif tibb mütəxəssislərinə müraciət etməyə məcbur qalmış, aparılan əməliyyat günündən bu günə qədər onun əziyyəti kritik olaraq qalır. Bu günə qədər və bundan sonra müalicələr və reabilitasiya üçün çoxlu məbləğdə pul xərcləmişdir. Həmçinin X və X dövlətlərinin həkimlərinə müraciət etmiş, həkimlərin məsləhətinə görə onun sağ bud-çanaq oynağı yenidən əməliyyat olu nmalıdır. Bütün bunlar çox məbləğdə pul tələb edir. X13-ortopedtravmatoloq, oynaqların dəyişdirilməsi şöbəsinin müdiri. Ən müasir KT və MRT cihazlarının nəzarəti altında Signature, TruMatch və digər kompüter əməliyyatları kimi müasir metodlardan istifadə etməklə oynaqların dəyişdirilməsi (endoprotezləşdirmə) və rekonstruksiyası sahəsində aparıcı mütəxəssis. Kliniki təcrübəsi 20 ildən artıqdır. xx.xx.2021-ci il tarixli konsultasiyanın protokolu: S.A.A. İddiaçı. Yaşı:
48. Əsas şikayətləri, ilkin diaqnozu: Müraciətin səbəbi: sağ bud çanaq oynağında ağrılar. Xəstə ağrılardan, əzələ zəifliyindən, oynağ sabitsizliyindən və axsaqlıqdan şikayət edir, ehtimal olsun ki, aşağı ətrafların uzunluğunda olan fərqdən irəli gəlir. Qısa anamez: iki il əvvəl xəstə sağ bud-çanaq oynağının total dəyişdirilmə sinin aparılması ilə bud boynunun sınığı səbəbindən Bakı şəhərində əməliyyat olunmuşdur. İsrailli həkimin rəyi: “Şəkillərdə hündür bud mili görünür, onun sayəsində ayağın uzunluğu 2-2.5 sm artmışdır. Həmçinin asetabulyar komponentin daxili diametrinin və başlığın diametrinin uyğunsuzluğu qeyd olunur. Əməliyyatın təsvirinin olmamasına görə implantın komponentləri haqqında müzakirə etmək qeyri-mümkündür. Əməliyyat müalicəsi: iki il müddətində daimi şikayətlərlə, həmçinin rentgen şəkillərinin məlumatlarına əsasən xəstəyə ayaqların uzunluğunun korreksiyası və oynaqlarmsabitləşdirilməsi üçün təkrar əməliyyat tövsiyyə olunur. İzah edilir ki, sağ bud-çanaq oynağın əvvəlki nə nisbətən daha böyük həcmli təftişi əməliyyatından söz gedir. Bu növ əməliyyatlar zamam uğur şansı və riskləri haqqında, həm çinin əməliyyatdan sonra və reablitasiya haqqında məlumat verilmişdir. Əməliyyata hazırlıq: dövş qəfəsinin və çanaq sahəsinin rentgeni, HBA12ç daxil olmaqla qan düsturu və tam blokimyəvi tərkibi üçün analiz, PT/PTT laxtalanma funksiyasının analizi, sidik əkməsi, burundan əkmə, EKQ, son il ərzində hospitalizasiya edildiyi halda, anal dəlikdən əkmə icra edilsin.” Əlavə mütəxəssislərlə konsultasiya: “Kliniki göstəricilərə anamnezə, müalicə həkiminin tövsiyələrinə müvafiq olaraq. Əməliyyatdan əvvəl xroniki xəstəliklərinbalanslaşdırılmış vəziyyətə gətirilməsi, xroniki yaralar, sidik ifrazı yollarının və ağız boşluğunun infeksiyaları müalicəsi aparılsın. Əməliyyatdan 5 gün əvvəl aşağıdakı müalicələr aparılsın (allergiyanın olmadığı zaman): 1.Gündə 2 dəfə ağız Ostenoid MouthVVash-la yaxalansın;
2. Gündə 2 dəfə hər burun deşiyinin əsasına OstensianNasal Gel çəkilsin;
3. Gündə 2 dəfə Ostentian WashLotion istifadə olunmaqla, başın yuyulması ilç duş qəbul olunsun-gözlərə düşməkdən qorunun.” Alman dövlətinin həkimi professor tibb doktoru C.Rangger-ortopediya və travmotoloji cərrahiyyə üzrə mütəxəssis-həkim tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş rəy: (Epiqriz) “Xanım YarmətovaElvinana (təv.xx.xx.1972) rentgen təsvirlərinin fotoları (kompüter tomoqrafiyası) təsvirləri (xx.xx.2020) təqdim edilib. Anamezdən məlum olur ki, o, 29 oktyabr 2019-cu ildə evdə yıxılıb. Rentgen təsvirləri sağ çanaq omba oynağında omba sümüyü boynunun medial sınığı göstərir. Bu sınıqlar əməliyyatsız və ya müvafiq olaraq minimal invaziv əməliyyat yolu(vint) ilə müalicə oluna bilər. Əməliyyat müalicəsi ilə çana q-ombanın totalendoprotezi yerinə yetirilib. Hazırda ayaq uzunluğunda fərq, ağrılar, şişkinüyəmeyillik, funksiya məhdudiyyəti(məs.pilləkan) və axsama mövcuddur. KT və rentgen təsvirləri sementsiz çanaq-omba total endoprotezini, gilizin yuxarı yerdəyişməsini, çuxurda dehizsensiya və uyğunsuzluğu (interponat (qoşulma, birləşmə) qüsurlu əlavə edilmə(qoşulma) göstərir. Rentgen təsvirlərin keyfiyyəti ayaq uzunluğunun dəyərləndirilməsi üçün yetərli deyil. Dərin protezin giliz ucluğunun təsviri ilə çanaq görüntüsünün və ikitərəfli daxili rotasiyada ayaqların yeni rentgen təsvirlərinin, labarotor analizlərin (CRP, diferensial qan şəkli ilə leykosidlər), ssintiqrafiya (zəifləmə? İnfeksiya?), protez pasportunun surətinin (adı, istehsalçı, ölçü) və nevroloji müayinə nəticələrinin (N.femoralis zədələr i? Qluetal əzələ çatışmazlığı?) təqdim edilməsini xahiş edirik. Nəticələrin poçt və ya elektron poçtla göndərilməsini rica edirik. Xanım YarmətovaElvinanın təftiş əməliyyatına və çanaq-omba endoprotezindəyişdirilməsi əməliyyatına ehtiyacı var. Xanım İddiaçı çanaq görüntüsünün rentgen təsvirlərinin 2 şəklini təqdim edib, onlarda yüksək yerləşmiş endoprotez gilizi və çuxurda protezin düzgün oturmayan başlığı görünür. Eyni zamanda söhbət Zimmer firmasının Allofitprotezindən gedir. Labarotor nəticələr qaydasındadır. Kirili yazısı ilə olan EMG (elektoromioqramma) müayinələrdən guya intakt(pozulmamış) olan sinirlər və intakt(pozulmamış) olan M.restusfemoris aşkar görünür. Bizi əlavə olaraq Mm.glutaelmaximus, medius və minimus-un funksiyası maraqlandırır. Ssintiqrafiya aparılmayıb. Bu müayinələ ri biz də icra edə bilərik. Yekun müalicə təklifi üçün YarmətovaElvinanın şəxsən klinikada müayinə olunması tələb olunur. YarmətovaElvinaRokteruz/Mainqau xəstəxanası, Frankfrut, Almaniya, Optimum Klinikasında müayinə və müalicə oluna bilər.” Göründüyü kimi hər iki dövlətin həkimləri onun bud-çanaq ombasıda aparılan əməliyyatın səhv aparıldığını göstərmiş və yenidən həmin bud-çanaq ombanın dəyişdirilməsi barədə rəy vermişdir. Beləliklə səhv aparılan əməliyyat nəticəsində o, əlil olmuş, asa ilə və güclə az miqdarda hərəkət edə bilir. Bütün bunların nəticəsi olaraq o həm maddi, həm də mənəvi ziyan çəkmiş və çəkməkdə davam edir. Bu səbəbdən ona dəyən maddi ziyanı 150.000 manat, mənəvi ziyanı 50.000 manat məbləğində dəyərləndirir. Göstərilənlərə əsasən, Azərbaycan Tibb Universitetinin X3 iddiaç ıya vurduğu maddi ziyana görə 150.000 manat, mənəvi ziyana görə 50.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Sonradan iddiaçının nümayəndəsi və vəkili X8 iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, bildirmişdir ki, iddiaçı iddia ərizəsində həmin əməliyyatın aparılması və əməliyyatdan sonrakı vəziyyətin bərpa edilməsi 150.000 manat maddi ziyanın tələb olunduğunu iddia etmiş olsa da, hazırda nəzərdə tutulmuş həmin əməliyyatın aparılması üçün tələb olunan vəsaiti müəyyən etmək məqsədi ilə Almaniyanın Frankfurt şəhəri, Scheffel küçəsi, 18 saylı ünvanda yerləşən Ortopediya və Travmatologiya klinikasının professoru tibb doktoru, ortopediya və travmatoloji cərahiyyə üzrə mütəxəssis C.Ranggerin fəaliyyət göstərdiyi klinik aya RF-nın Rostov şəhərində fəaliyyət göstərən OOO Med Ekspress MMC-nin vasitəçiliyi ilə iddiaçı tərəfindən müraciət edilmiş və həmin müraciətə cavab olaraq verilmiş məktubda yalnız əməliyyatın aparılması üçün nəzərdə tutulmuş smeta məktubu göndərilmişdir. İstinad edilmiş məktuba görə təxminən ən aşağı hesablamalara görə 5000 avro xidmət haqqı, 5000 avro oteldə qalmaq haqqı, 2000 avro tərcüməçi haqqı, 5000 avro ilkin ödəniş, 35.000 avro əməliyyat haqqı, 1200 avro tibbi xidmət, 2200 avro əməliyyatdan sonra bərpa müddəti, 2 həftə, 3000 avro ambuator sarğı, azı 15 dəfə, 10.000 avro lazım olan dərmanlar və prosedurlar, 2500 avro vasitəçi şirkətin xidmət haqqı, cəmi 78.540 avro, azərbaycan manatı ilə 157.080 manat təşkil edir. Göstərilənlərə əsasən mübahisə ilə bağlı iddia tələblərini dəqiqləşd irərək, məhkəmədən iddiaçıya vurulmuş maddi zərərin aradan qaldırılması üçün cavabdehlərdən müştərək qaydada 157.080 manat maddi və mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-122/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia rədd edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərər üzrə müəssisə və ya onun hər hansı işçisinin məsuliyyət daşıması üçün ilk növbədə tibb müəssisəsinin (və ya işçisinin) əməli (yəni, göstərilmiş tibbi xidmət) qeyri-hüquqi (qanunvericiliyə və ya müqavilə öhdəliyinə zidd) olmalıdır. Əməlin qeyri-hüquqi olması dedikdə, onu törədən şəxs tərəfindən hansısa hüquq norm asının pozulması başa düşülür.
8. Məhkəmə həmçinin iddiaçının qeyri-hüquqi olduğunu iddia etdiyi əməlin, yəni göstərilmiş tibbi xidmətlərin keyfiyyətinin müəyyən edilməsinin xüsusi bilik tələb edən sahəyə aid olduğunu nəzərə alaraq, mübahisənin düzgün və ədalətli həlli üçün iş üzrə iki dəfə məhkəmə-tibbi ekspertizası təyin etmiş, cavabdehlər tərəfindən tibbi xidmət göstərilərkən (diaqnozun qoyulması və əməliyyatın aparılması və s.) müqavilə öhdəliyinə, yaxud qanunvericiliyə zidd olan, tibbi norma və qaydalara uyğun olmayan əməl törədilməsi təsdiq olunmamışdır.
9. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, iddiaçı, cavabdehlər tərəfindən həyata keçirilən tibbi xidmətlərin norma və qaydalara uyğun olmadığını və məhkəmə-tibbi ekspertizanın rəylərində göstərilənləri istisna və tələbini təsdiq edə n hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, sözügedən məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda, iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Həmçinin iş üzrə keçirilmiş ekspertizaların yekun rəylərindən görünür ki, əməliyyatın üzərindən 3 ilə (2019-cu ildən iddia verilən tarixədək) yaxın müddət keçmiş (həmin 3 illik müddət ərzində xəstəxanaya müraciət etməmişdir), qeyd olunmuş uzunluq fərqinin isə iddiaçıda olan gərginlik və əzələ zəifliyi ilə əlaqələndirilməsi ehtimal olsa da müəyyən edilmişdir.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi müxtəlif ölkələrin tibb işçilərinin rəyləri isə özü şəxsən müayinə olunmadığı üçün, qeyd olunan rəylər mötəbər sübut kimi qəbul oluna bilməz. Sübutetmə vəzifəsinin müəyyən olunmas ı, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədi daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən isə müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
11. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bi lər. Həqiqətin müəyyən olunması vəzifəsi ayrı-ayrı hüquq sahələrində müxtəlif cür öz əksini tapmışdır. Belə ki, cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraatda məhz obyektiv həqiqətin müəyyən edilməsi tələb olunsa da, mülki prosesdə formal həqiqət prinsipi əsas götürülmüşdür. Obyektiv həqiqətin tapılması zəruri olan icraatdan fərqli olaraq, formal həqiqət prinsipinə görə hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. İddiaçı tərəfinin məhkəmə iclası zamanı səsləndirmiş olduğu fikrə (əməliyyat öncəsi iddiaçının özünün razılığının alınmaması) münasibətdə qeyd edilməlidir ki, hazırki iddia sırf əməliyyatın düzgün qaydada keçirilməməsi ilə bağlı olmaqla, onun qüsurlu həyata keçirilib-keçirilməməsi, ke çirildiyi təqdirdə səbəbli əlaqənin mövcudluğu ilə bağlı olduğundan onun razılığının olmamasının hazırki mülki işlə bir başa əlaqəsi müəyyən edilməmişdir. Cavabdehlərin iddiaçıya qarşı müqavilə öhdəliyinin pozulması, yaxud mülki hüquq pozuntusuna görə məsuliyyətin əsas şərtlərindən biri olan əməlin qeyri-hüquqiliyi müəyyən edilməmişdir.
12. Ona görə də, məhkəmə qeyd etmişdir ki, iddiaçının maddi zərər tələbi əsassız olduğundan təmin edilməməlidir. İddianın “mənəvi zərərin ödənilməsi” hissəsi isə “maddi ziyanın ödənilməsi” hissəsi ilə bilavasitə bağlı olduğu üçün, iddia “mənəvi zərərin ödənilməsi” hissəsində də rədd olunmalıdır.
13. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 5-ci hissəsinə; Mülki Məcəllənin 385.1, 386.1, 442, 1096.1, 1097.1, 1112-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 89.3, 119.1, 217.4, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizaların hər ikisinin rəyi qərəzlidir, belə ki dövlətin nəzdində olan X6 həyata keçirdiyi əməliyyatın düzgün aparılıb-aparılmaması və ümumiyyətlə onların ziyanına yönəlik hər hansı bir rəy verilməsi ağlabatan deyil. Belə ki, iş materiallarına əlavə etdikləri İsrail və Almaniya dövlətlərinin professorlarının rəyləri ndən də bəlli olduğu kimi İddiaçı cərrahi əməliyyatın düzgün aparılmaması və bunun nəticəsində onun səhhətində ciddi problemlər yaranması və onun yenidən əməliyyat olunmasının vacibliyi bildirilmişdir. Almaniya və İsrail kimi inkişaf etmiş dövlətlərin həkim professorlarının rəyi ilə Azərbaycan Respublikasının həkimlərinin rəyi müqayisə edildiyi zaman təbii ki, Almaniya və İsrailin rəyləri üstün götürülməlidir. Bundan əlavə, birinci və sonuncu ekspert rəyləri dolğun və ətraflı olmamaqla həmçinin qərəzlidir. Almaniya və İsrail dövlətlərinin həkimlərinin verdiyi rəylərdən məlum olur ki, iddiaçının ayaqlarında 2.5 sm fərq vardır. “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsi isə öz rəylərində əməliyyatın düzgün keçirildiyini, ayaqlarda isə 1 sm fərq olduğunu bi ldirmişdir. İddiaçı şəxsən özü məhkəmədə iştirak edir və onun ayaqlarında ciddi şəkildə uzunluq fərqi olduğu aşkardır. Ehtiyac olarsa, məhkəmə gedişatı zamanı da nəzərdən keçirilə bilər. Həmçinin sonuncu ekspert rəyində ekspert bildirir ki, iddiaçının ayağında yaranmış uzunluq fərqi aldığı zədə nəticəsində baş vermişdir. Sual yaranır, bəs o zaman əməliyyat necə uğurlu olub ki, iddiaçının ayağında belə zədə yaranmışdır. Göstərilən hallar bir daha sübut edir ki, ekspert rəyləri qərəzli və qeyri-dəqiqdir. Ona görə də kompleks ekspertizası və ya dövlətin nəzdində olmayan xüsusi ekspert və ya mütəxəssis rəyi tələb olunmuşdur. Ona görə də kompleks ekspertiza və ya mütəxəssis rəyi alınması üçün məhkəməyə müraciət etmişlər. Rəyi verən ekspert onu heç bir aparatla müayinə etmədən və yoxlanış keçirm ədən rəy vermişdir. Guya hazırda yaşadığı problem əzələ boşluğu ilə bağlı ola bilər. Buna nə əsasında qərar verib bəlli deyil. Həmçinin ondan soruşduqda ki, bunu reabilitasiya ilə sovuşdurmaq mümkündürmü, o bildirmişdir ki, mümkün deyil. Müayinə zamanı bildirmişdir ki, əməliyyat texniki cəhətdən səhv icra olunmuşdur, ancaq ekspert rəyində bunun tam əksi qeyd edilib. Bundan əlavə, müayinə üçün ekspertin yanında olarkən o bildirmişdir ki, ayaqları arasında 2 sm fərq var. Lakin rəydə isə bunu 1 sm olaraq qeyd edib. Məhkəmənin qətnamə çıxararkən qərəzli mövqeyi və işə səthi yanaşmağı özünü qətnamənin 45-ci bəndində göstərir. Həmin hissədə qeyd olunur: “Məhkəmə hesab edir ki, iddia rədd olunduğu üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.” Halbuki, iddiaçı iddia ərizəsi üçün dövlət rüsumu ödəməmişdir. Qeyd edək ki, qətnamənin bu bəndinin hüquqi qüvvəsi belə yoxdur. İddiaçının cərrahi əməliyyatdan öncə razılığının alınmasına dair tərtib olunan sənədlərin surətlərinin təqdim olunması ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə Tibb Universitetinin X5 vəkil sorğusu göndərmişlər. Buna baxmayaraq, cavabdeh sorğuya cavab məktubu göndərməmişdir. YarmətovaElvinaYarmət qızı xx.xx.2019-cu il tarixdə Azərbaycan Tibb Universitetinin X5 müraciət etmiş, onu şöbə müdiri Cavabdeh2 müayinə edərək “sağ bud sümüyünün boynunun sınığı” diaqnozu qoymuş və xx.xx.2019-cu il tarixdə ümumi anesteziya altında qoyduğu diaqnoza görə “sağ bud-çanaq oynağının endoprotezləşməsi” cərrahi əməliyyatı etmişdir. Buna baxmayaraq, əməliyyat nəticəsi uğurlu olmamışdır. Belə ki, iddiaçı YarmətovaElvinaYarm ət qızının daimi ağrıları olmaqla əsadan istifadə edərək çətinliklə gəzir. Ayaqlarının uzunluğunda 3 sm qədər fərq vardır. İddiaçı əməliyyat olunduqdan sonra fəaliyyət qabiliyyəti məhdudlaşmışdır. Rahat hərəkət edə bilmir, oturmaqda, gəzməkdə olduqca çətinlik çəkir. Eyni zamanda “İnternationalMedical Center2” Tibb müəssisəsinin mütəxəssisi, tibb elmləri doktoru X10 tərəfindən verilən 1094/23 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur: “sağtərəfli budçanaq total endoprotezləmə (4 il) əməliyyatından sonrakı vəziyyəti ağrı sindromu ilə ətrafın 3 (üç) sm qısalığı.” Xəstəliyin başlanma tarixi “4 il qabaq” göstərilmişdir. R-qrafik təhlillərdə: Zimmer firmasının endoprotezi qoyulub. Protezin baş komponentinin böyük olması səbəbindən ətrafın 3 sm uzun qalması müəyyən edil mişdir. Xəstəyə təkrar əməliyyat məsləhətdir.”
16. Mülki iş apellyasiya məhkəməsinin icraatında olarkən iddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsi ilə “Zəfər Hospitalı” tərəfindən tərtib edilmiş arayışı təqdim etmiş, arayışda qeyd edilmişdir ki, xx.xx.1972-ci il təvəllüdlü X7 xx.xx.2023cü il tarixdə “Zəfəran Hospital”a müraciət edərək travmatoloq müayinəsində keçmişdir. Diaqnoz: “ Sol bud-çanaq oynağının total artroplastikasından sonrakı vəziyyət”. Xəstə kliniki-rentgenoloji müayinəsindən keçdi, qoyulan endoprotezin texniki göstəricilərinə baxıldı, qoyulan endoprotezin baş və asetabulyar komponentin uyğunsuzluğu aşkarlandı. Təkrar əməliyyat məsləhət görülür.
17. Məhkəmə Ekspertiza Mərkəzinin 02 yanvar 2024-cü il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş xx.xx.20 19-cu il tarixli cərrahi müdaxiləyə razılıq vərəqəsində “Dövlətxanova Ulduz” əlyazmaları qarşısındakı imza; xx.xx.2019-cu il tarixli Tibbi xidmət müqaviləsində “xəstə yaxını” qrafasından aşağıda yerləşən “imzası:” qrafasındakı imza- X4 tərəfindən imza olunmuşdur.
18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” Pubik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məhkəmə -tibbi ekspert rəyindən görünür ki, X1 adma tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir. Elvina Yarmetovaya təyin edilmiş “Sağ bud sümüyünün boynunun sınığı” diaqnozuna uyğun olar aq onun üzərində cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Elvina Yarmetovanın mütəxəssis müayinəsi zamanı onda “Sağ bud-çanaq oynağının total endoprotezi; hərəkət məhdudluğu; postoperasion çapıq; sol tərəfli başlanğıc hal koksartroz, kənarı osteofıtlər; daimi ağrılar, axsama və yerişin çətinləşməsi; ətraflar arasında yaranmış uzunluq fərqi”nin olduğu müəyyən edilmişdir ki, bu da cərrahiyyə əməliyyatı ilə deyil, travmanın xarakteri ilə əlaqədar olmuşdur.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-376/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), M.Məmmədov və A.İmanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhə ri Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının apellyasiya şikayəti sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, apellyasiya şikayətinin və iddianın dəlili ilə yalnız iş üzrə ekspert rəylərinə - onların məzmun uyğunluğu baxımından sübutların mötəbərliyi müstəvisində qiymət verilməli olduğundan, apellyasiya icraatı zamanı da təyin edilmiş ekspertin rəyi ilə cavabdehlərin mülki məsuliyyətini müəyyən edən hallar aşkar edilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iş üzr ə mövcud olan faktlar, yəni cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərərin dəyməsi mülki iş materialları ilə təsdiq olunmadı üçün, iddia tələblərini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, iddiaçının apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
22. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385-390, 560, 1096, 1097, 1112-ci maddələrinə, habelə MPMnin 14.2, 76, 77, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 385-390-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikay ətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, iddiaçı cavabdehlərdən müştərək qaydada 157.080 manat maddi, 75.000 manat mənəvi zərər tələb etsə də, mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələbinə ümumiyyətlə münasibət bildirilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Cavabdeh Azərbaycan Tibb Universitetinin Tədris Cərahiyyə Kl inikası kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 2
8. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
29. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin n ormalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
31. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı 32. “Mənəvi zərər” anlayışı insanın an adangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlar ının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 7 7.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlük də yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
40. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu də lilləri ilə razılaşmır.
42. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərər üzrə müəssisə və ya onun hər hansı işçisinin məsuliyyət daşıması üçün ilk növbədə tibb müəssisəsinin (və ya işçisinin) əməli (yəni, göstərilmiş tibbi xidmət) qeyri-hüquqi (qanunvericiliyə və ya müqavilə öhdəliyinə zidd) olmalıdır. Əməlin qeyri-hüquqi olması dedikdə, onu törədən şəxs tərəfindən hansısa hüquq normasının pozulması başa düşülür.
43. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının qeyri-hüquqi olduğunu iddia etdiyi əməlin, yəni göstərilmiş tibbi xidmətlərin keyfiyyətinin müəyyən edilməsinin xüsusi bilik tələb edən sahəyə aid olduğunu nəzərə alaraq, mübahisənin düzgün və ədalətli həlli üçün iş üzrə məhkəmə-tibbi ekspertizalar təyin edilmiş və cavabdehlər tərəfindən tibbi xidmətlər göstərilərkən (diaqnozun qoyulması və əməliyyatın aparılması və s.) müqavilə öhdəliyinə, yaxud qanunvericiliyə zidd olan, tibbi norma və qaydalara uyğun olmayan əməl törədilməsi faktı təsdiq olunmamışdır.
44. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, cavabdehlər tərəfindən həyata keçirilən tibbi xidmətlərin norma və qaydalara uyğun olmadığını göstərsə də, məhkəmə-tibbi ekspertizanın rəylərində göstərilənləri istisna və tələbini təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, sözügedən məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda, iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Həmçinin iş üzr ə keçirilmiş ekspertizaların yekun rəylərindən görünür ki, əməliyyatın üzərindən 3 ilə (2019-cu ildən iddia verilən tarixədək) yaxın müddət keçmiş (həmin 3 illik müddət ərzində xəstəxanaya müraciət etməmişdir), qeyd olunmuş uzunluq fərqinin isə iddiaçıda olan gərginlik və əzələ zəifliyi ilə əlaqələndirilməsi ehtimal olsa da müəyyən edilmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi müxtəlif ölkələrin tibb işçilərinin rəyləri isə özü şəxsən müayinə olunmadığı üçün, qeyd olunan rəylər mötəbər sübut kimi qəbul oluna bilməz. Ona görə də, birinci instansiya məhkəməsi, iddiaçının cavabdehlərə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilm əsi barədə tələblərini rədd etməklə düzgün nəticəyə gəlmiş, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir.
46. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən onun cavabdehlərə qarşı mənəvi zərərin əvəzinin ödəniləsi barədə tələbinə ümumiyyətlə qiymət vermədiyini göstərsə də, işdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi, “maddi ziyanın əvəzinin ödənilməsi” hissəsi ilə bilavasitə bağlı olduğu üçün, iddia “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsində də rədd edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi bu hissədə də dəyişdirilmədən saxlamışdır.
47. Göstərilənlə rə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənatə gəlir ki, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir.
48. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 iyun 2024-cü il tarixli, 2(103)-376/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanıl