Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3052/2022 24.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh İ.Hüseynov adına Osaküçə tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Lənkəran rayonu İ.Hüseynov adına Osaküçə tam orta məktəbinə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-281/2022 nömrəli, 8 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh İ.H üseynov adına Osaküçə kənd tam orta məktəbin kassasiya şikayətinə 24 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 15 sentyabr 2019-cu il tarixli əmək müqaviləsi ilə işə götürənin səlahiyyətlərini həyata keçirən İ.Hüseynov adına Osaküçə tam orta məktəbin direktoru Cavabdeh ilə işçi İddiaçı1 arasında əmək müqaviləsi bağlanmışdır və işçi orta məktəbə texnologiya müəllimi vəzifəsinə qəbul edilmişdir.
2. İ.Hüseynov adına Osaküçə tam orta məktəbin 16 sentyabr 2019-cu il tarixli 41/2 №li əmri ilə İddiaçı1 xx.xx.2019-cu il tarixdən İ.Hüseynov adına Osaküçə tam orta məktəbə texnologiya müəllimi kimi işə götürülmüşdür.
3. İ.Hüseynov adına Osaküçə tam orta məktəbin 11 iyun 2021-ci il tarixli əmək müqaviləsinə xitam ver ilməsi haqqında 32 №-li əmri ilə Lənkəran rayon İ.Hüseynov adına Osaküçə tam orta məktəbin texnologiya müəllimi İddiaçı1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdə buraxdığı ciddi nöqsanlara, etik davranış qaydalarını pozduğuna və məktəb nizam-intizam qaydalarına əməl etmədiyinə görə əmək müqaviləsinə xitam verilməklə 11 iyun 2021-ci il tarixdən işdən azad edilməsi və son haqq-hesabının ödənilməsi qeyd olunmuşdur. Əmrin verilməsinə əsas İ.Hüseynov adına Osaküçə tam orta məktəbin Həmkarlar Komitəsinin 11 iyun 2021-ci il tarixli 27 saylı protokoludur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1 (bundan sonra – iddiaçı) cavabdeh Lənkəran rayonu İ.Hüseynov adına Osaküçə kənd tam orta məktəbinə (bundan sonra – orta məktəb və ya cavabdeh) qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, orta məktəb üzrə verilmiş 11 iyun 2021-ci il tarixli, 32 saylı əmrin ləğv olunması və 11 iyun 2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə orta məktəbə texnologiya müəllimi işinə bərpa edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ildən orta məktəbdə texnologiya müəllimi işlədiyi müddət ərzində hər hansı intizam tənbehi almamışdır. İyun ayının 11-də səhhəti ilə bağlı Lənkəran şəhər ailə sağlamlıq mərkəzinə müraciət etmiş və həkim tərəfindən müayinə olunaraq allergik vəziyyət hipetoniya müəyyən edilmiş və bu səbəbdən 2 gün işə çıxmamağı tövsiyyə edilmişdir. Həmin gün dərsi olmadığından məktəbə getməmiş və səhəri günü s əhhəti ilə bağlı işə çıxa bilməyəcəyi barədə telefonla məlumat vermək istərkən məlum olmuşdur ki, məktəb rəhbərliyi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Əmri tələb etdikdə isə həmin əmrin surəti ona verilməmişdir. Müxtəlif instansiyalara olan şikayətlərindən sonra əmrdən çıxarışın surəti ünvanına göndərilmişdir. Bundan sonra aydın olmuşdur ki, məktəb direktorunun 11 iyun 2021-ci il tarixli, 32 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Əmrdə məktəb Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli, 27 saylı protokoluna istinad edilmişdir. Halbuki qeyd olunan iclasda iştirak etm əmiş və protokol ilə tanış edilməmişdir. Nəticədə onun əmək hüquqları kobud şəkildə pozulmuşdur. Onunla əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməmişdir. Bundan başqa, əmrdə işdə buraxdığı ciddi nöqsanlar, etik davranış qaydalarını pozmağı və məktəbin nizam intizam qaydalarına əməl etmədiyi qeyd edilsə də, bunların nədə ifadə edilməsi, konkret olaraq işdə buraxdığı hansı nöqsanların olması, etik davranış qaydalarının pozulmasının nədə ifadə olunması, məktəbin hansı nizam intizam qaydalarına əməl etmədiyi göstərilməmişdir. İşdən azad edilməyinə dair əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə istinad edilmişdir. İşçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmə si, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda, o cümlədən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzrlü səbəb olmadan işə gəlməməsi zamanı əmək vəzifələrini kobud şəkildə pozmasına görə əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulsa da, işdən azad edilməyi ilə bağlı Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən hallardan hər hansı birinin olmasına dair konkret olaraq heç bir sənədə istinad edilməmişdir. Bu isə bir daha sözügedən əmrin qanunsuz və əsassız olmasını göstərir.
6. Orta məktəbin 23 yanvar 2021-ci il tarixli 102 nömrəli əmrin surətinə əsasən məktəbin texnologiya müəllimi iddiaçı dəfələrlə xəbərdarlığa və töhmət verilməsinə baxmayaraq işinə biganə yanaşmağı və j urnalları yazmadığına, eyni zamanda etik davranış qaydalarını pozduğuna görə xx.xx.2021-ci il tarixli pedoqoji şuranın qərarı ilə şəxsi işinə yazılmaqla şiddətli töhmət verilməsi barədə intizam tənbeh tədbiri tətbiq edilmişdir.
7. Orta məktəbin 29 yanvar 2021-ci il tarixli 105 nömrəli əmrin surətinə əsasən məktəbin texnologiya müəllimi iddiaçı təkrar etik davranış qaydalarını pozduğuna görə, sinif jurnallarının xəbərdarlıq olunmasına məhəl qoymadan yazmadığına görə, məsələnin müzakirəsi ilə bağlı çağırılmış növbədənkənar pedoqoji şuraya qatılmadığına görə şəxsi işinə yazılmaqla şiddətli töhmət verilməsi barədə intizam tənbeh tədbiri tətbiq edilmişdir. 8. 31 may 2021-ci il tarixli və 02 iyun 2021-ci il tarixli aktların surətinə, orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini H.Mir zəyeva tərəfindən məktəbin direktoru Cavabdeh ünvanlanmış 29 mart 2021-ci il tarixli və 17 may 2021-ci il tarixli təqdimatların surətlərinə əsasən məktəbin texnologiya müəllimi iddiaçı tədris etdiyi texnologiya fənni üzrə vaxtlı-vaxtında jurnalları doldurmamış, şagirdlərin bilik səviyyəsinin qiymətləndirilməsi barədə qeydlər aparmamış, ciddi nöqsanlara yol vermiş, səhvlər etmiş və sinif jurnallarının qeyd hissəsini korlamışdır.
9. Orta məktəbin direktoru Cavabdeh orta məktəbin ilk Həmkarlar Komitəsinin sədri Fuad Nəsirova ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatın surətinə əsasən müəllim iddiaçının əmək intizamını kobud şəkildə dəfələrlə pozduğuna və əmək funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə məktəb Həmkarlar Təşkilatının razılıq verilməsini xahiş etmişdir.
10. Orta məktəbin HK-nin sədri X2 və heyət üzvləri tərəfindən tərtib olunmuş 11 iyun 2021-ci il tarixli aktın surətinə əsasən iddiaçı 11 iyun 2021-ci il tarixə saat 12:00 təyin olunmuş və iddiaçı xx.xx.2021-ci il tarixdə saat 09:57 radələrində telefon vasitəsilə xx.xx.2021-ci il tarixdə saat 12:00-da keçirilən özü ilə bağlı təqdimatın müzakirə olunduğu məktəb Həmkarlar İttifaqı Komitəsinin iclasına dəvət olunmuş, lakin iclasa gəlməmişdir. xx.xx.2021-ci il tarixdə saat 16:05 radələrində “whats app” vasitəsilə Həmkarlar Təşkilatının sədri Fuad Nəsirova səsli mesaj göndərmiş və əsassız səbəblər göstərərək iclasın vaxtının xx.xx.2021-ci il tarixinə, Azərbaycan xalqının Milli Qurtuluş Gününə salınmasını istəmişdir. Sədr iclasın vaxtının dəyişdirilməyəcəyini, elan ol unmuş vaxtda keçiriləcəyini bir daha iddiaçıya bildirmişdir. Bütün bunlara baxmayaraq, iddiaçı özü ilə bağlı təqdimatın müzakirə olunduğu iclasa gəlməmişdir.
11. Orta məktəbin ilk Həmkarlar Komitəsinin 11 iyun 2021-ci il tarixli 27 saylı protokoluna əsasən məktəbin texnologiya müəllimi iddiaçı məktəbdaxili nizam-intizam qaydalarını və müəllimlərin etik davranış normalarını dəfələrlə pozmağına və rəhbərlik tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymadığına görə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir.
12. Lənkəran şəhər Ailə Sağlamlıq Mərkəzi tərəfindən 11 iyun 2021-ci il tarixli müvəqqəti əmək qabiliyyətsizliyi haqqında arayışa əsasən iddiaçı xx.xx.2021-ci il tarixdə “Allergik vəziyyət Hipoteniya diaqnozu” ilə müraciət etmiş, xx.xx.2021-ci il tarixdə ona işə çıxması məsləh ət görülmüşdür.
13. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(049)-2249/2021 nömrəli iş üzrə 2 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Mütəllim İsayev) iddia tələbi rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən qanunvericiliyin normasının tələblərinə əməl edilərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi barədə təqdimatla orta məktəbin Həmkarlar Komitəsinə müraciət olunmuş, həmin orqan tərəfindən məktəbdaxili nizam-intizam qaydalarını və müəllimlərin etik davranış normalarını dəfələrlə pozduğuna və rəhbərlik tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymadığına görə iddiaçının işdən azad olunmasına razılıq vermişdir.
15. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, orta məktə bin direktoru Cavabdeh, təlim-tərbiyə işləri üzrə direktor müavini H.Mirzəyeva, tərbiyə işləri üzrə direktor müavini R.Ağayev, ilk həmkarlar təşkilatının sədri F.Nəsirov və kargüzar L.Tahirova tərəfindən 21 yanvar 2021-ci il tarixli və 22 yanvar 2021-ci il tarixli aktlara əsasən məktəbin texnologiya müəllimi İddiaçı1 virtual platforma üzərində keçirilmiş onlayn dərslərdə tələb olunan şəraitdə iştirak etməmişdir. Eyni zamanda dərslərin keçirilməsində buraxdığı səhvlərə görə “whats app” vasitəsilə valideynlərlə mübahisələr etmiş və onların şərəf və ləyaqətini alçaldan ifadələr işlətməklə narazılıqlara səbəb olmuşdur. Bununla bağlı iddiaçı ilə söhbət aparılaraq məktəbə dəvət olunmuşdur. Lakin o həmin izahatı verməkdən imtina etmiş və özünə haqq qazandrmışdır. Bununla bağlı müəlliməyə xəbərdar lıq olunmuşdur. Bundan əlavə iddiaçı məktəbin daxili nizam-intizam qaydalarını pozmuşdur. Bu barədə ondan izahat tələb olunduqda izahat verməkdən imtina etmişdir.
16. Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş Lənkəran şəhər Ailə Sağlamlıq Mərkəzi tərəfindən 11 iyun 2021-ci il tarixli müvəqqəti əmək qabiliyyətsizliyi haqqında arayışa münasibət bildirərək qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş «Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat»ın 1-ci bəndinə əsasən sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. Sığorta haqları ödəyən ş əxslərə müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi haqqında digər şəhadətnamə və arayışın verilməsi bu təlimatda göstərilmiş xüsusi hallardan başqa qadağan olunur. Göründüyü kimi iddiaçı əmək qabiliyyətinin olmaması barədə əmək qabiliyyətini itirilməsi barədə xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi təqdim etməli olduğu halda yalnız bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş «Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat»ın tələblərinə zidd olaraq arayış təqdim etmişdir ki, məhkəmə tərəfindən də qeyd edilən arayış onun əmək qabiliyyəti olmayan şəxs hesab olunmasına dair mötəbər sübut kimi qəbul edilməmişdir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respu blikası Konstitusiyasının 60, 71-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 70, 71, 72, 80, 288, 292, 294-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. İddiaçı apellyasiya şikayəti və sonradan şikayətə əlavə verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-281/2022 nömrəli iş üzrə 8 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Nüsrət Mirzəyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin l əğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin edilməsi, orta məktəb üzrə verilmiş 11 iyun 2021-ci il tarixli, 32 saylı əmrin ləğv edilməsi, iddiaçının orta məktəbinə texnologiya müəllimi vəzifəsinə işə bərpa edilməsi və ona 11 iyun 2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.
20. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisələndirilən 11 iyun 2021-ci il tarixli əmrdə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə istinad edilsə də, işəgötürən işçinin əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulmasının nədən ibarət olmasını göstərməmiş, bu halların hər hansı bir i ilə əsaslandırmamışdır. Əmrdə işçinin “buraxdığı ciddi nöqsanlara, etik davranış qaydalarını pozduğuna və məktəb nizam-intizam qaydalarına əməl etmədiyinə görə” əmək müqaviləsinə xitam verildiyi qeyd edilmişdir. Lakin bu nöqsanların konkret olaraq nədən ibarət olması, işçinin etik-davranış qaydaları üzrə konkret hansı əməli törətdiyi əsaslandırılmamışdır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki mübahisələndirilən əmrin verilməsinə əsas kimi, iddiaçının 2021-ci ildə nöqsanlara yol verməsi əsas götürülə bilməz. Belə ki, həmin nöqsanlara görə, ona 23 yanvar 2021-ci il tarixli, 102 nömrəli əmrlə şiddətli töhmət, eləcə də təkrar etik davranış qaydalarını pozduğuna görə, sinif jurnallarının xəbərdarlıq olunmasına məhəl qoymadan yazmadığına görə, məsələnin müzakirəsi ilə bağlı çağırıl mış növbədənkənar pedaqoji şuraya qatılmadığına görə 29 yanvar 2021-ci il tarixli, 105 nömrəli əmrlə şəxsi işinə yazılmaqla şiddətli töhmət elan olunmuşdur. Həmin əməllərə görə, ona yenidən intizam tənbehi verilə bilməz.
22. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, məktəbin ilk Həmkarlar Komitəsinin iclasında iddiaçının iştirakı təmin edilməmiş, ümumiyyətlə hər hansı məsələ ilə bağlı, o, dinlənilməmişdir. Üstəlik, həmkarlar komitəsinin iclasında kimlərin iştirakı, onun səlahiyyətli olub-olmaması, konkret hansı məsələnin, iddiaçının hansı əməlinin müzakirə edilməsi müəyyən deyildir. Həmkarlar komitəsinin iclas prorokolunda iddiaçının “əsassız münaqişələr yaradıb şagirdləri dərs zamanı həmin münaqişələri qanunsuz çəkilişlər etməyə təhrik etməsi” və “məktəbin nizam-intizam, etik davranış qayd alarını dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, yenidən pozması” kimi qeyri-müəyyən ifadələr qeyd edilmişdir. Lakin yenə də iclasda iddiaçının konkret hansı əməlinin müzakirə edildiyi, hansı əmələ görə onun işdən azad edilməsinə razılıq verilməsi müəyyən deyildir. İntizam tənbehi verilməzdən əvvəl iddiaçının izahatı da alınmamışdır.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 187, 189, 190-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (Vəkil) qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sistematik olaraq əmək müqaviləsi ilə öhdəsinə düşmüş vəzifələri icra etməmiş, əmək qanunvericiliyini kobud şəkildə pozması sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən onunla əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı hesab edilməlidir. İddiaçıya əvvəllər verilmiş intizam tənbehlərindən məhkəməyə şikayət verilməməsi onların qanuni və əsaslı olduğunu təsdiq etmişdir. İddiaçı əmək funksiyası üzrə, yəni ixtisası üzrə yerinə yetirilməli olduğu işi icra etmədiyi sübutlarla təsdiq olunmuşdur. İddiaçı yazılı izahat verməkdən imtina etmiş və onunla əmək müqaviləsinin ləğv edilməməsinə əsas hesab edilə bilməz.
26. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 11, 68.1, 70, 72-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə q arşı etirazın dəlilləri
27. İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
28. Maddə 70 bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir.
29. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu ş ərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
30. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
31. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
32. Maddə 187.
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
33. Maddə 189.1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
34. Maddə 190.1 İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli h üquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmi n etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının işin faktiki hallarına qiymət verməklə gəldiyi qənaəti ondan ibarət olmuşdur ki, 11 iyun 2021-ci il tarixli əmrdə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə istinad edilsə də, işəgötürən işçinin əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulmasının nədən ibarət olmasını göstərməmiş, bu halların hər hansı biri ilə əsaslandırmamışdır. Hazırki mübahisələndirilən əmrin verilməsinə əsas kimi, iddiaçının 2021-ci ildə nöqsanlara yol verməsi əsas götürülə bilməz. Belə ki, həmin nöqsanlara görə, ona 23 yanvar 2021-ci il tarixli, 102 nömrəli əmrlə şiddətli töhmət, eləcə də təkrar etik davranış qaydalarını pozduğuna görə, sinif jurnallarının xəbərdarlıq olunmasına məhəl qoymadan yazmadığına görə, məsələnin müzakirəsi ilə bağlı çağırılmış növbədənkənar pedaqoji şuraya qatılmadığına görə 29 yanvar 2021-ci il tarixli, 105 nömrəli əmrlə ş əxsi işinə yazılmaqla şiddətli töhmət elan olunmuşdur. Həmin əməllərə görə, ona yenidən intizam tənbehi verilə bilməz.
48. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məktəbin ilk Həmkarlar Komitəsinin iclasında iddiaçının iştirakı təmin edilməmiş, ümumiyyətlə hər hansı məsələ ilə bağlı, o, dinlənilməmişdir. Üstəlik, həmkarlar komitəsinin iclasında kimlərin iştirakı, onun səlahiyyətli olub-olmaması, konkret hansı məsələnin, iddiaçının hansı əməlinin müzakirə edilməsi müəyyən deyil. Həmkarlar komitəsinin iclas prorokolunda iddiaçının “əsassız münaqişələr yaradıb şagirdləri dərs zamanı həmin münaqişələri qanunsuz çəkilişlər etməyə təhrik etməsi” və “məktəbin nizam-intizam, etik davranış qaydalarını dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, yenidən pozması” kimi qeyri-müəyy ən ifadələr qeyd edilmişdir. Lakin yenə də iclasda iddiaçının konkret hansı əməlinin müzakirə edildiyi, hansı əmələ görə onun işdən azad edilməsinə razılıq verilməsi müəyyən deyil. İntizam tənbehi verilməzdən əvvəl iddiaçının izahatı da alınmamışdır.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.
50. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı 11 iyun 2021-ci il tarixli, 32 saylı əmrin ləğv olunması və 11 iyun 2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə orta məktəbinə texnologiy a müəllimi işinə bərpa edilməsini tələb etməkdə haqlıdır. Belə ki, hazırki halda, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallardan görünür ki, qeyd olunan əmr qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, əmrdə işçinin “buraxdığı ciddi nöqsanlara, etik davranış qaydalarını pozduğuna və məktəb nizam-intizam qaydalarına əməl etmədiyinə görə” əmək müqaviləsinə xitam verildiyi qeyd edilsə də, bu nöqsanların konkret olaraq nədən ibarət olması, işçinin etik-davranış qaydaları üzrə konkret hansı əməli törətdiyi əsaslandırılmamışdır. Həmçinin, 2021-ci ildə iddiaçı tərəfindən edilən nöqsanlara görə ona 23 yanvar 2021-ci il tarixdə və 29 yanvar 2021-ci il tarixdə şiddətli töhmət elan olunduğundan, həmin əməllərə görə, ona yenidən intizam tənbehi verilə bilməz. X1 Komitəsində k onkret hansı məsələnin müzakirə edildiyi müəyyən olunmamış və iddiaçının iştirakı təmin edilməmişdir. Bu hallar qeyd olunan əmrin qanuni olmasını istisna edir. Odur ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. 51. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildik də qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
52. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübut un məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh İ.Hüseynov adına Osaküçə kənd tam orta məktəbi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-281/2022 nömrəli, 8 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.