Məhkəmə qərarları › İş №2(102)-3053/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3053/2022

24.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3053/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh X qarşı iş üzrə QƏRARİ (Açar sözlər:Çıxarışın etibarsız hesab edilməsi) 24.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2022-ci il tarixli, 2(104)976/2022 saylı qərardadından İddiaçı1 kassasiya şikayəti üzrə işə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddi açılar İddiaçı1 və İddiaçı2 X məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehin adına verilmiş AN095716 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, həmin torpaq sahəsinin planı və ölçüsü əsasında tərtib edilmiş 19 iyul 2019-cu il tarixli Aktın, həmin Akta əsasən verilmiş 23 avqust 2019-cu il tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Tovuz Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim N.Q.Mustafayev) iddia qismən təmin edilərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli Çıxarışın, AN095716 saylı torpaq sahəsinin planı və ölçüsü haqqında sənədin və həmin sənəddə olan kordinatların döngə nöqtələrinin mülkiyyətçinin faktiki istifadəsinə uyğunluğunun yoxlanılmasına dair 19 iyul 2019-cu il tarixli Aktın cavabdehin adına dövlət qeydiyyatına alınmış 0,741 ha həyətyanı torpaq sahəsinin arxiv sənədləri əsasında mərhum X1 adına qeydə alınması göstərilən 0,30 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,30 ha hissəsinin etibarsız hesab edilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. A pellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2022-ci il tarixli qərardadı ilə (hakimlər L.S.Süleymanov sədrlik edən, məruzəçi, A.H.Hüseynzadə və İ.T.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Tovuz Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilib və hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilib və iddiaçılara hazırki tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqları izah edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, AN095716 saylı “Torpaq sahəsinin planı və ölçüsü haqqında” sənədi, Tovuz Rayon AİK-nın 25 mart 1999-cu il tarixli, 31 saylı qərarına əsasən tərtib edilmiş, Hüquqların dövlət qeydiyyatı haqqında daş ınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli Çıxarışı DTXK Tovuz Rayon Şöbəsi tərəfindən 25 mart 1999-cı il tarixdə verilmiş 095716 saylı “Torpaq sahəsinin planı və ölçüsü haqqında” sənəd əsasında 23 iyul 2019-cu ildə tərtib edilib. Hazırkı tələb əslində inzibati orqan olan DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı irəli sürülməklə, onun tərəfindən verilmiş müvafiq Çıxarışın və Tovuz Rayon AİK-nın 25 mart 1999-cu il tarixli 31 saylı qərarına əsasən tərtib edilmiş “torpaq sahəsinin planı və ölçüsü haqqında” sənədin etibarsızlığı ilə bağlıdır. Ona görə də hazırki işə məhkəmə aidiyyəti üzrə inzibati icraat qaydasında baxılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 32.1, 33.1, 33.2-ci maddələrini n və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı1 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya insitansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakç ılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan mü əyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci ma ddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Həmin Məcəllənin 32.1-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası m əhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh İddiaçı1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, hazırki işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalı olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tə rəfindən müəyyən edilmiş hallarına görə, iddiaçılar cavabdehə qarşı iddia qaldıraraq AN095716 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinün, həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında tərtib edilmiş 19 iyul 2019-cu il tarixli Aktın, həmin Akta əsasən verilmiş 23 avqust 2019-cu il tarixli Çıxarışın etibarsız hesab edilməsini iddia edirlər. İşə əlavə edilmiş AN095716 saylı “Torpaq sahəsinin planı və ölçüsü haqqında” sənədin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Tovuz Rayon AİK-nın 25 mart 1999-cu il tarixli, 31 saylı qərarına əsasən, Cavabdeh Tovuz rayonu, Qandallar kəndi ərazisində 7410,17 kv.metr həyətyanı torpaq sahəsi verilib. Hüquqların dövlət qeydiyyatı haqqında **********39 reyestr nömrəli Çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür k i, Cavabdeh adına Tovuz rayonu, Qandallar kənd ərazisindən verilmiş 0,741 ha həyətyanı torpaq sahəsi 23 iyun 2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Həmçinin Hüquqların dövlət qeydiyyatı haqqında **********39 reyestr nömrəli Çıxarışa əlavə edilən AN355122 saylı “Torpaq sahəsinin planı və ölçüsü haqqında” sənədin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Çıxarış DTXK Tovuz Rayon Şöbəsi tərəfindən 25 mart 1999-cı il tarixdə verilmiş 095716 saylı “Torpaq sahəsinin planı və ölçüsü haqqında” sənəd əsasında 23 iyul 2019-cu ildə tərtib edilib. Habelə 19 iyul 2019-cu il tarixli Aktın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh müraciəti əsasında sonuncuya məxsus 0,741017 ha torpaq sahəsinə baxış keçirilib və baxış zamanı müəyyən edilib ki, elektron məlumat b azasına əsasən, DTXK-nin Tovuz Rayon Şöbəsinin AN-095716 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə olan koordinatlar naturada vətəndaşın istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə fərqlidir. DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin 14 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, Tovuz rayonu Qandallar kəndində yerləşən 0,7410 ha və 0,1183 ha torpaq sahələri üzərində Cavabdeh mülkiyyət hüquqları 23 iyul 2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb. DTXK tərəfindən təqdim edilmiş elektron baza məlumatlarında qeyd edilən torpaq sahələri ilə bağlı məlumatlar öz əksini tapmayıb. Eyni zamanda Tovuz Rayon AİK-nın 25 mart 1999-cu il tarixli 31 saylı qərarına əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz Rayon Şöbəsi tərəfindən Cavabdeh və ailə üzvlə rinin adlarına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri elektron baza məlumatlarında öz əksini tapıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz Rayon şöbəsi tərəfindən Cavabdeh və ailə üzvlərinin adlarına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri elektron baza məlumatlarında öz əksini tapıb. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb, hazırki mübahisənin predmetini və hüquq münasibətinin xarakterini nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı tələblərə mülki məhkəmə icraatı baxmaqda haqlı olmayıb. Belə ki, AN095716 saylı “Torpaq sahəsinin planı və ölçüsü haqqında” sənədi, Tovuz Rayon AİK-nın 25 mart 1999-cu il tarixli, 31 saylı qərarına əsasən tərtib edilmiş, hüquqların dövlət qeydi yyatı haqqında **********39 reyestr nömrəli Çıxarış, DTXK Tovuz Rayon Şöbəsi tərəfindən 25 mart 1999-cı il tarixdə verilmiş 095716 saylı, 23 iyul 2019-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü haqqında” sənəd əsasında tərtib edilib. Göründüyü kimi hazırkı tələb əslində inzibati orqan olan DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı irəli sürülməklə, onun tərəfindən verilmiş müvafiq çıxarışın və Tovuz Rayon AİK-nın 25 mart 1999-cu il tarixli, 31 saylı qərarına əsasən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü haqqında” sənədin etibarsızlığı ilə bağlıdır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı Qərarının 31.1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası ƏMDK-nin yanında Daş ınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri inzibati orqanı kimi müəyyən olunub. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.1-ci bəndində qeyd olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüq uqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 17-ci bəndinə əsasən, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqısatqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparı ldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasi təsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, işin hallarını, habelə mübahisənin predmetini və hüquq münasibətinin xarakterini nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, hazırda etibarsız sayılması iddia edilən “Torpaq sahəsinin planı və ölçüsü sənədi” Tovuz Rayon AİK-nın 25 mart 1999-cu il tarixli, 31 saylı qərarına əsasən, sözügedən Çıxarış isə DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən mülki-hüquqi akt əsasıbda yox, inzibatı orqanın aktı əsasında verilib. Belə olan halda, hazırki mübahisəyə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılması yolverilməzdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilməyib. Belə ki, hər kəsin pozulmuş hüquqlarının bərpası istənilən məhkəmə tərəfindən deyil, yalnız səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən həyata keçirilməlidir. Lakin qeyd edilən tələblərə mülki məhkəmə icraatı qaydasında baxılıb, bu isə yolverilməzdir. Çünki, Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının p ozulmasına yol verilmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən üm umi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, hazırki işə məhkəmə aidiyyəti qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kass asiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2022-ci il tarixli, 2(104)-976/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar