Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3054/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Qəbələ şəhər 3 saylı tam orta məktəbinə, Cavabdeh2nə və Azərbaycan Respublikasi Təhsil Nazirliyi 4 saylı Ərazi X1rşı iş üzrə QƏRARİ iş № 2(102)-3054/22 (açar sözlər: işə bərpa, əmək müqaviləsinin müddətinin bitməsi) Bakı şəhəri, 06 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Qəbələ şəhər 3 saylı tam orta məktəbinə, Cavabdeh2nə və Azərbaycan Respublikasi Təhsil Nazirliyi 4 saylı Ərazi X1rşı “iş ə bərpa” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1586/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 06 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) 01 fevral 2016-cı il tarixli, 69 saylı əmrlə Qəbələ şəhər 3 saylı tam orta məktəbə ixtisası üzrə əvəzçi müəllim təyin edilmiş, həmin tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır.
2. Məktəb direktorunun 14 iyun 2017-ci il tarixli, 126 saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən iddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Qəbəl ə şəhər 3 saylı tam orta məktəbinə, Cavabdeh2nə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə (bundan sonra “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ şəhər 3 saylı tam orta məktəbinin 14 iyun 2017-ci il tarixli, 126 saylı əmrin ləğv edilməsi, həmin məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01 fevral 2016-cı il tarixdə Qəbələ şəhəri 3 saylı tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə təyin olunmuş, bundan sonra 14 iyun 2017-ci il tarixdə heç bir əsas olmadan işdən azad olunmuşdur. Elə həmin gün 14 iyun 2017-ci il 126 saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, ancaq onunla bağla nmış olan əmək müqaviləsinə olan dəyişikliklər və müdaxilələr iddiaçının xəbəri olmadan aparılmışdır.
5. Bundan başqa, əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişinə əsasən müddət bitdikdən sonra müqavilə 15 sentyabr 2019-cu il tarixinə kimi uzadılmışdır. Lakin həmin uzadılma ilə bağlı iddiaçının məlumatı olmamışdır. Əmək müqaviləsinə xitam verilməsi birtərəfli qaydada aparılmışdır. Hər hansı əsaslı səbəb, məhkəmə tərəfindən qəbul edilmiş bir qərar və bu kimi başqa əsaslı hallar olardısa, belə olan halda, iddiaçının işinə birtərəfli xitam verilməsi qanuna uyğun olardı.
6. Ən əsası da odur ki, iddiaçının müəllimə işlədiyi dövrdə heç bir qayda pozuntusu olmamışdır. İddiaçının işinə xitam verilərkən, məktəb tərəfindən iddiaçıya heç bir bildiriş və ya heç bir qanuni sənəd verilməmişdir. Ə mrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin hər hansısa maddəsinə istinad edilməmiş və əmək müqaviləsinə niyə, hansı səbəbdən birtərəfli xitam verilməsini şərh edən əsaslar iddiaçıya təqdim edilməmişdir.
7. İddiaçı ali təhsilli müəllimədir. İşlədiyi müddət ərzində üzərinə düşən müəllimlik vəzifəsini layiqincə və şərəflə yerinə yetirmişdir. İşdən azad edilməsi ilə bağlı dəfələrlə məktəbin direktoru ilə danışığı olub.
8. Bütün sadalananlar göstərir ki, iddiaçı işdən qanunsuz çıxarılmışdır. Əmək hüququnun pozulduğunu bilən kimi də iddiaçı məhkəməyə müraciət etmişdir.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 12-ci maddəsinə istinad etmişdir.
10. Cavabdeh Qəbələ şəhər 3 saylı tam orta məktəbin nümayəndəsi (direktoru) iddiaya etiraz olaraq göstərib ki, iddiaçı əmək qanunver iciliyinin tələblərinə uyğun olaraq xx.xx.2016-cı ildə işə qəbul edilərək, onunla müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddətinin bitmə tarixi xx.xx.2017-ci il müəyyən edilmişdir. Təhsil Nazirliyinin apardığı diaqnostik qiymətləndirmədən keçmədiyi, müqavilənin müddəti bitdiyi üçün iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin iddia müddəti ötürülüb.
11. Cavabdeh2 nümayəndəsi iddiaya etirazını onunla əsaslandırıb ki, iddiaçı ilə xx.xx.2016-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqavilə elektron bazada qeydiyyatdan keçirilmişdir. 2017-ci ildə müqavilənin müddətinin bitməsi əsası ilə işdən azad edilmişdir. İddiaçı işdən çıxarılmasına dair əmr veriləndən 1 ay müddətində şikayət edə bilərdi. Lakin iddiaçı 4 il sonra məhkəməyə şikayət etmişdir. İddia əsassızd ır və iddia müddəti ötürülüb.
12. Qəbələ Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(025)-724/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Elman İsayev)
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 01 fevral 2016-cı il tarixli, 69 saylı əmrlə Qəbələ şəhər 3 saylı tam orta məktəbə ixtisası üzrə əvəzçi müəllim təyin edilmiş, həmin tarixdə iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış, sonuncu dəfə əmək müqaviləsinin müddətinin hansı tarixdən hansı tarixədək artırılması barədə məlumat təqdim olunmamışdır. Məktəb direktorunun 14 iyun 2017-ci il tarixli, 126 saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndinə əsasən iddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmişdir. Buna görə də iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi əsaslar əmrin qanu nsuz hesab edilməsi və onun ləğv edilməsi əsas ola bilməz.
14. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdə xitam verilməsinə baxmayaraq, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra, xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 296-cı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılıb.
18. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1586/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Qəbələ Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(025)-724/2021 nömrəli qətnaməsi tam ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Mahir Əsədli)
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən iddia müddətinin tətbiqi ilə bağlı Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, istinad edilən maddi hüquq normasına əsasən id dia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi üçün iddia müddətinin tətbiqinə dair cavabdeh tərəfin ərizəsinin olması mütləq şərtdir. Hazırki halda isə cavabdehlərin heç birinin belə bir ərizəsinin olmamasına baxmayaraq, məhkəmə iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, mülki qanunvericilik iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizəsi əsasında tətbiq edilməsini nəzərdə tutmuşdur. Lakin iş materiallarında cavabdehlərin hər hansı biri tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verildiyi müəyyən edilmir. Bu səbəbdən apellyasiya qaydasında işə baxan məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normasının tələbini pozmaqla bu pozuntunu davam etdirə bilməz.
21. A pellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı hüquqi münasibətə, yəni əmək müqaviləsinə müddətin keçməsi əsası ilə xitamının qanuniliyinə qiymət verməməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməmiş, əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmasına, işçinin (iddiaçının) hansı əsasla işdən azad edilməsinə hüquqi qiymət verməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən əsasla qətnaməni ləğv edib, iddiaya əmək müqaviləsinə xitam verilməsi əsaslarını müəyyən edən əmək qanunvericiliyinə istinad etməklə hüquqi qiymət verərək göstərib ki, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya müəyyən müddətə (müddətli) bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
23. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 01 fevral 2016ci il tarixli, 69 saylı əmrə əsasən Qəbələ şəhəri 3 saylı tam orta məktəbə ixtisası üzrə əvəzçi müəllim təyin edilmiş, həmin tarixdə məktəb direktoru və iddiaçı arasında bir il müddətinə əmək müqaviləsi bağlanmışdır. 14 iyun 2017-ci il tarixli 126 saylı əmrə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin bitməsi səbəbi ilə) iddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlib ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə məhz müddətinin bitməsi səbəbindən xitam verilmişdir. Müqaviləyə işəgötürən tərəfindən Əmək Məcəlləsi ilə müəyyən edilmiş imperativ normalara istinad edilməklə xitam verilmiş və əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi müqavilənin müddətli olmasından iddiaçının xəbərsiz olması barədə dəlili inandırıcı hesab etməyib və qeyd edib ki, iddiaçı məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. İddiaçı qeyd olunan əmək müqaviləsini könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Belə ki, müqavilədə müqavilənin müddəti, hansı vəzifəyə təyin olunma, əmək münasibətləri və s. dəqiq müəyyən edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti iddia ərizəsi və apellya siya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Şikayətdə əlavə olaraq qeyd edilib ki, iddiaçı səhhəti ilə əlaqədar apellyasiya baxışında iştirak edə bilmədiyi üçün teleqram göndərib, işin təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə tərəfindən teleqram nəzərə almadan işə baxılmış, nəticədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar ı araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələn sin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
31. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidli yinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
35. İddia tələbi işə bərpa barədədir. İddiaçı tələbinin faktiki əsası kimi onunla bağlanmış olan əmək mü qaviləsinə olan dəyişikliklər və müdaxilələrdən xəbərsiz olmasına, əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinə istinad etmişdir.
36. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından isə görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə məhz müddətinin bitməsi səbəbindən xitam verilmişdir. Müqaviləyə işəgötürən tərəfindən Əmək Məcəlləsi ilə müəyyən edilmiş imperativ normalara istinad edilməklə xitam verilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi müqavilənin müddətli olmasından xəbərsiz olması barədə iddiaçının dəlilinə də qiymət verərək bu dəlili inandırıcı hesab etməyib və mövqeyini belə əsaslandırıb ki, iddiaçı məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. İddiaçı qeyd olunan əmək müqaviləsini könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur.
38. Göründüyü kimi, apellyasiya instansiyası iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün qiymətləndirmə aparmış və işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normasının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna etmişdir.
39. Məhkəmə kollegiyası iddiaçının səhhəti ilə əlaqədar apellyasiya baxışında iştirak edə bilmədiyi üçün teleqram göndərib, işin təxirə salınmasını xahiş etməsi, lakin məhkəmə tərəfindən teleqramın nəzərə alınmaması, bununla da mülki mühakimə icraatında tərəflərin çəkişmə prinsipinin pozulması barədə kassasiya şikayətin dəlillərini əsasız sayır. Belə ki, işdən görünür ki, iddiaçı apellyasiya baxışında bir dəfə iştirak etmiş, növbəti iclasa isə teleqram vuraraq ağır xəstəliyi ilə əlaqədar məhkəmədə iştirak edə bilməycəyini bildirib, iclasın təxirə salınmasını xahiş etmiş, lakin xəstəliyi ilə bağlı sənəd verməmişdir.
40. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə görə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
41. Qeyd edilən normadan da görünür ki, işdə iştirak edən şəxsin üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmənin işin baxılmasını təxirə sala bilmək hüququ müəyyən edilib. Başqa sözlə, məhkəmə işin baxılmasını təxirə salmaya da bilər. Həm də çək işmə prinsipi o halda pzoulmuş olardı ki, iddiaçıya məhkəmə iclasını vaxtı və yeri barədə, ümumiyyətlə, xəbər verilməzdi. Bu baxımdan, kassasiya şikayətinin dəlilləri əsassızdır.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1586/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.