Məhkəmə qərarları › İş №2(102)-3054/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3054/2023

08.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3054/2023 08.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin forma və məzmununa dair tələblər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı(məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı məcburi işburaxmaya görə pul kompensasiyasının və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3847/2023 nömrəli mülki iş üzrə 5 iyun 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 08 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı məcburi işburaxmaya görə pul kompensasiyasının və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-586/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3847/2023 saylı, 19 may 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

4. Məhkəmə kol legiyası mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti Vəkil məxsus elektron kabinet vasitəsilə göndərilmiş, lakin onun qətnamədən şikayət vermək, şikayəti iddiaçının adından imzalamasına dair etibarnamə nə şikayətə, nə də “Elektron məhkəmə” informasiya sisteminə əlavə edilməmişdir.

5. Həmin qərardaddan iddiaçının nümayəndəsi Vəkil kassasiya şikayəti vermişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3847/2023 nömrəli 5 iyun 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

7. Məhkəmə kollegiyası gəldiyi qənaəti belə əsaslandırmışdır ki, iddiaçının kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, MPM-ə 3 saylı Əlavədə müəyyən edilmiş formaya riayət edilməmiş, maddi və pros sessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilməmişdir.

8. Kassasiya şikayəti Vəkil məxsus elektron kabinet vasitəsilə daxil olmuş, şikayəti fiziki şəxs olaraq iddiaçının adından nümayəndə qismində Vəkil imzalamış, şikəyətə iddiaçını təmsil etməsinə dair etibarnamə və mülki işin apellyasiya instansiya məhkəməsindəki icraatı üçün iddiaçıya hüquqi yardımın göstərilməsi ilə bağlı order əlavə edilmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə kassasiya instansiyası məhkəməsində iddiaçıya hüquqi yardım göstərilməsi ilə bağlı müvafiq order əlavə edilməli idi.

9. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.1, 407.1, 407.3, 407.4, 408.1.1, 408.1.3-cü maddələrinə, eləcə də həmin məcəllənin 3 saylı Əlavəsinə istinad edərək əsasland ırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı (Vəkil) həmin qərardaddan kassasiya şikayəti verərək, ləğv edilməsini, apellyasiya şikayətinin baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: “Tərəfin verdiyi etibarnamə müddəti bitmişsə, yenidən nümayəndəyə səlahiyyət verilmişdirsə və iddiaçı tərəfin marağına uyğun olaraq pozulmuş hüquqlarının bərpası üçün konstitusion və ayrılmaz hüququ olaraq razı qalmadığı məhkəmə qətnaməsindən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə veribsə, tələb olunan sənədləri isə təqdim edibsə (həm apellyasiya və hazırda həm də kassasiya instansiya məhkəməsi üçün order təqdim edilmişsə, etibarnamə müddətini uzadılmasına baxmayaraq apellyasiya şikayəti mümkünsüz hesab edilmişdir ki, bu da məhkəmə müdafiə hüququnun pozulması deməkdir.”

12. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığ ı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı.

15. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

16. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

17. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qəraradadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

23. Belə ki, Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinə əsasən, kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.

24. Həmçinin, qeyd olunan maddənin tələbinə əsasən, kassasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin forma isə MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur.

25. MPM-ə 3 saylı Əlavədə müəyyən edilmiş tələblərdən biri də şikayətdə maddi və prossessual hüquq normalarının pozulmasının nədən ibarət olmasının göstərilməsidir.

26. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 407.4-cü maddəsinin tələbinə müvafiq olaraq, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

27. Kassasiya şikayətini və iş materiallarını araşdırdıqda müəyyən olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin kas sasiya şikayətinin MPM-ə 3 saylı Əlavədə müəyyən edilmiş formaya riayət edilməməsi, maddi və prossessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilməməsi və şikayətə vəkil orderinin əlavə edilməməsi barədə mövqeyi qanuni və əsaslı olmuşdur.

28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3847/2023 nömrəli mülki iş üzrə 5 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar