Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3055/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı; Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri 14 saylı notariat ofisi və İddiaçı qarşı ilk, İddiaçı Cavabdeh1 qarşı qarşılıqlı tələblərinə dair birləşdirilmiş iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsızlığı, yalan əqd, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı mənzilin təhvil verilməsi tələbinə dair və iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər Bakı şəhəri 14 saylı notariat ofisinə v ə İddiaçı qarşı alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın etibarsızlığı barədə ilk, İddiaçı Cavabdeh1 qarşı maddi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələblərinə dair birləşdirilmiş mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)168/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 (satıcı) ilə İddiaçı (alıcı) arasında Bakı şəhəri 14 saylı notariat ofisində Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 115, M17 saylı binada yerləşən 4 saylı mənzilin (yeni qaydalarla: AZ 1110, Bakı şəhəri, Nərimanov rayonu. Ceyhun Hacıbəyli küçəsi 115, M17, m 4; bundan sonra – mübahisəli mənzil) 161.000 manat müqabilində alqı-satqısına dair xx.xx.2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Satıcı Cavabdeh1 arvadı Cavabdeh2 xx.xx.2020-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə verərək, mübahisəli mənzilin ipoteka qoyulmasına, satılmasına və ya ipoteka yolu ilə satılmasına etiraz etmədiyini, gələcəkdə bununla əlaqədar iddia və tələbinin olmayacağını bildirmişdir.
3. Bu müqavilə əsasında mübahisəli mənzil xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. Birinci iş üzrə İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, cavabdehin üzərinə onun mülkiyyətində olan mübahisəli mənzili boşaldaraq ona təhvil vermək öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzili xx.xx.2020-ci il tarixdə cavabdehdən 161.000 manata almış və mənzil üzərində mülkiyyət hüququnu qeydə aldırmışdır. Xahişini nəzərə alaraq özünə yeni mənzil tapana qədər cavabdehə 6 ay əşyalarının mənzildə saxlanması üçün vaxt verilsə də, hələ də əşyalarını çıxarmamışdır. Cavabdehin bu hərəkəti həm müqavilə şərtlərinə, həm qanuna görə iddiaçının mülkiyyəti hüququna müdaxilədir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2938/2021 nömrəli, 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia təmin edilmişdir.
7. Məhkəmə Azərbayca n Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 385.1, 425.1, 442-ci maddələrinə istinadla qeyd etmişdir ki, İddiaçı Cavabdeh1 ilə alqı-satqı müqaviləsi bağlamış və müqaviləyə əsasən ödəniş etmişdir. Alqısatqı müqaviləsi ilə sübut olunur ki, İddiaçı mənzilə görə heç bir borcu yoxdur. Yəni, müqavilə üzrə öhdəliyini tam həcmdə yerinə yetirmişdir. Buna baxmayaraq, müqaviləyə uyğun olaraq razılaşdırılmış mənzil ona təhvil verilməmişdir.
8. İkinci iş üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər Bakı şəhəri 14 saylı notariat ofisinə və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 iyun 2020-ci il tarixdə Cavabdeh1la İddiaçı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli və reyestrdə 1S-1793 nömrəsi ilə qeyd olunmuş daşınmaz əmlakın alqı-satqı müqavil əsinin və İddiaçı adına olan xx.xx.2020-ci il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. İddia onunla əsaslandırılmışdır ki, hazırda yaşadıqları mübahisəli mənzili Cavabdeh2 atası Paşa Şirinov 2020-ci il tarixdə öz vəsaiti ilə alıb, Cavabdeh1 adına rəsmiləşdirmişdir. Belə ki, X2 başqa övladı yoxdur. Paşa Şirinov illərdir çalışıb yığdığı pullarla ev almışdır ki, qızı və ailəsi şəhərin mərkəzində, rahat şəraitdə yaşasınlar. Evi kürəkəninin adına almasında məqsəd o olmuşdur ki, bir kişi olaraq Fuad yaşadıqları evdə sıxılmasın, özünü həyat yoldaşının evində qalan kimi hiss etməsin. Təxminən bir neçə həftə əvvəl Nəsimi rayon İcra şöbəsindən onlara məlu mat gəlmişdir ki, Fuad və bütün ailə üzvləri yaşadıqları evi boşaltmalıdırlar. Belə ki, evin yeni sahibi İddiaçı adlı şəxs belə tələb edir. Müəyyən sənədlərlə tanış olduqdan sonra əmin olublar ki, yaşadıqları mənzil hansısa qaydada başqa bir şəxsin mülkiyyətinə keçmişdir. Dərhal Fuaddan nə baş verdiyini soruşduqda, bildirmişdir ki, 2020-ci il tarixdə özünə iş qurmaq üçün pul axtarmış, xeyli müddətdir tanıdığı Elyar adlı şəxslə görüşlərinin birində təsadüfən Elyarın kimin üçünsə pul tapdığının şahidi olmuş, Elyardan ona da pul tapmaqda köməklik etməsini xahiş etmişdir. Elyar da həmin gün onu Natiq adlı şəxslə tanış etmişdir. Söhbət zamanı Natiq ona bildirmişdir ki, Samir adlı tanışı böyük məbləğdə pulları aylıq 2,5 %-lə borc olaraq verir. Minimal məbləğ yetmiş, yaxud səksən min ABŞ dollarıd ır. Yekun nəticə olaraq, 65000 ABŞ dolları ilə razılaşdıqdan bir-neçə gün sonra, X8 küçəsinə Samirlə tanışlıq üçün dəvət etmiş, orada görüşüb, bir qədər söhbət etdikdən sonra, Fuada bildirmişlər ki, istədiyi məbləğ ona veriləcək, amma girov əmlak tələb olunur. Həmçinin, həmin əmlakı girov qoymaq üçün həyat yoldaşı da imza çəkməlidir. Fuad onlarla razılaşıb və həqiqəti həyat yoldaşı Leyladan gizlədib ki, guya adına şirkət açır, gedib notariat kontorunda imza çəkməlidir. O da Fuadla birlikdə notariat kontoruna getmiş və orada hazır sənədə imza çəkmişdir. Leyla həmin sənədin mahiyyətini və məzmununu bilməmişdir. Həyat yoldaşına inandığı üçün onda şübhə yaranmamışdır. Fuadın bildirdiyinə görə, onlar notariat kontorundan çıxdıqdan bir neçə saat sonra, Natiq adlı şəxs ona zəng edib, yenidən nota riat ofisinə çağırmışdır. Fuad ora gedəndə, hansısa sənədə imza çəkmiş, orada ona bildirmişlər ki, mənzil neytralda girov kimi qalacaq, pul qaytarılandan sonra neytraldan çıxacaq. Sonra Fuada 65.000 ABŞ dolları pul verilmiş, həmin puldan 6.000 ABŞ dolları vasitəçi kimi Natiqə ödənmişdir. Fuad 1 il müddətində faiz olaraq Samir adlı şəxsə hər ay 2750 manat, sonuncu ödənişdə isə 3000 manat pul ödəmiş, daha sonra maddi çətinlikləri yarandığından faizləri ödəyə bilməmişdir. Sonda Nəsimi Rayon İcra şöbəsinə dəvət olunanda bilmişdir ki, notariat kontorunda girov deyil, alqı-satqı müqaviləsinə imza çəkdirərək, həqiqətdə dəyəri qat-qat yuxarı olan mənzili bilərəkdən aşağı qiymətə alğısatqı müqaviləsi adı altında rəsmiləşdirərək, dələduzluq yolu ilə ələ keçiriblər. Hazırda həmin şəxslər Fuadın zəngl ərinə cavab vermirlər, bilərəkdən yayınırlar. Göründüyü kimi, Fuada guya evi girov qoyacağı adı altında, əslində alqı-satqı müqaviləsinə imza çəkdirərək, onu aldatmışlar. Nəticə etibarı ilə özü və ailəsi çox əlverişsiz vəziyyətə düşmüşdür. Hətta notariat kontorunda da nə Fuada, nədə ki, Leylaya nəyə imza atdığı izah olunmamışdı. Onlar konkret olaraq əvvəlcədən hazırlanmış sənədlərə imza atmağa gətirilmişdilər. Halbuki, imza çəkdikləri sənədlərin mətni və mahiyyəti onlara notariat kontorunda oxunub, izah edilməli idi. Lakin notarius qanunun tələbini kobud surətdə pozaraq, xx.xx.2020-ci il tarixdə aparılan notariat hərəkəti ilə bağlı onlara hüquq və vəzifələrini izah etməmiş, aparılmış notariat hərəkətinin nəticələri barədə xəbərdar etməmişdir.
10. İddiaçı öz növbəsində qarşılıqlı iddia verə rək, Cavabdeh1 ona vurduğu ziyana görə 19.200 manat, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 148 manat olmaqla, cəmi 19.348 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
11. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, cavabdeh əşyalarını çıxarmamaqla mülkiyyətində olan mənzildən istifadə etməsinə maneçilik törətməklə, ona maddi ziyan vurur. Artıq 2 ildir ki, mənzilindən istifadə edə, ondan faydalana bilmir. Ərizəyə əlavə etdiyi “Fortuna-N” şirkəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan da göründüyü kimi, mübahisəli mənzillə analoji mənzillərin 1 aylıq kirayə haqqı 800 manat təşkil edir. Belə olduğu halda, cavabdeh ötən iki il ərzində ona 19.200 manat ziyan vurmuşdur.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir k i, Cavabdeh2 onun qızıdır. Mənzili qızına o almışdır. Qızının qulağı eşitmir. Onu işə də qoymuşdu, obyekt də almışdı. Sonra işlədə bilmədilər. X9 adında şəxsdən 65000 dollar alıb. Hər ay 2750 manat pul ödəyib, axırıncı dəfə Svetlana adında şəxsə 3000 manat ödəyib. Samirin adı başqa imiş. Guya Svetlana xanımın kürəkənidir. Qarşı tərəf evin içinin nə cür olduğunu Nərimanov rayon Polis İdarəsində də təsəvvür edə bilmədilər. Notariusda qızının qulağı eşitmədiyi üçün nəyə imzaladığını bilməyib. Qarşı tərəf evə baxmağa gələndə qızı onları içəri buraxmayıb. Hələ taksiylə qayıtmaq üçün qızından 10 manat pul alıblar. Makler 65.000 dollardan sələm verəni tapdığı üçün 6000 manat götürüb. 2750 manat ödədiyi pulun faizi olmuşdur. Onu da Samir adlı şəxsə ödəyib.
13. Digər şahid X3 ifadəsində göstərmişdi r ki, Cavabdeh1 onun oğludur. xx.xx.2020ci ildə Fuad ona zəng etdi ki, 2750 manat pulu aparıb Samir adında oğlana versin. O, pulu taksi sürücüsünə vermiiş, o da digər sürücüyə vermişdir. O, pulu verəndən 4-5 saat sonra zəng elədi ki, pul çatdı. Pulu alan Samir adında oğlan idi. Sonra bildilər ki, həmin şəxsin adı heç Samir deyilmiş. Pulun faizini 1 gün gec verən kimi Sveta adında qadın yığırdı. İlk dəfə onları Nəsimi rayon İcra şöbəsində görmüşdür. Ağ saç, balaca boy qadın idi. Saçına yaylıq örtmüşdü. Bir cavan qızla gəlmişdi. İcra məmuru Vüqar Qaralovun yanında onu təhqir etdilər. Sonra çölə çıxıb onlarla danışmaq istədikdə qız onu itələdi. Axırıncı ay Fuaddan 3000 manat pul alıblar. Cəmi isə 30.000 manat onlara pul vermişdir. O, İcra şöbəsinə bir dəfə gəlmiş, fikirləşmək üçün 1 ay vaxt i stəmişdir, çünki əvvəlcə məlumatı olmayıb.
14. X1 ifadəsində bildirmişdir ki, Cavabdeh1 onun dostudur. 2020-ci ilin yanvar ayında Goranboy şəhərində Fuadla görüşdülər. Həmin gün axşam Fuadla Bakıya gəldilər. Yolda olarkən Fuada zəng gəldi, bir qadınla danışdı. Nə olduğun soruşanda sələmə 65.000 manat pul götürdüyünü dedi. 3000 manat onun yanında saydı və maşından düşdü. Yolu keçərək bir qadın və bir cavan qıza pulu verib qayıtdı.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2310/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) hər iki iddia rədd olunmuşdur.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həm ilk, həm də qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən iddia tələblərinin əsası kimi istinad etdikləri hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir.
17. Məhkəmə ilk iddiaya münasibətdə, həmçinin qeyd etmişdir ki, mübahisələndirilən əqdin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş hallar mövcud deyil. Müqavilə tərəfləri sərbəst iradə ifadələrinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlamışlar, müqavilə notarial qaydada bağlanmış, müqavilə bağlanmamışdan öncə notarius notariat hərəkətlərinin aparılması qaydalarına riayət etmişdir. Tərəflər məhz alqı-satqı müqaviləsi bağladıqlarını bilmişlər, bu barədə məlumatlandırılmışlar və bağladıqları müqavilənin mahiyyətini dərk etmişlər.
18. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 178.1, 337.1, 337.2, 337.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 76.1, 76.2, 77.1, 88, 217.1, 218.1, 218.3, 220.4-cü maddəl ərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Birinci iş üzrə çavabdeh Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2938/2021 nömrəli, 27 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Şikayətini ikinci iş üzrə verdiyi iddia ərizəsindəki eyni faktiki hallardan çıxış etməklə onunla əsaslandırmışdır ki, İddiaçı həqiqətdə ona heç bir məbləğdə pul verməyib, aralarında heç bir müqavilə imzalanmamışdır. Məhkəmə əslində alqı-satqı olunmamış mənzilə dair onun üçün öhdəlik müəyyən etmişdir, hansı ki, mənzil real dəyərindən qat-qat aşağı qiymətə dəyərləndirilməklə onu aldatmışlar. Həmçinin, məhkəmə mülki işə onun iştirakı olmad an baxaraq, ədalətsiz qərar qəbul etmişdir.
21. İkinci iş üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2310/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsinin ilk iddianın rədd olunması hissəsində ləğv edilməsini, ilk iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
22. Şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qanunun tələbini pozaraq, işi birtərəfli qaydada araşdırmış, onların iddiaları üzrə heç bir araşdırma aparmadan, qanunsuz qərar qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı guya aldığı mənzilin otaqlarının faktiki sayı, təmirinin vəziyyəti, otaqların yerləşmə vəziyyəti, otaqların daxili interyeri, hamam və mətbəxin təmiri və s. barədə dəfələrlə verilən suallara cavab verə bilməmişdi r. Əvvəl yadından çıxardığını, daha sonra isə həmin mənzilin qızı və kürəkəni tərəfindən alındığını, formal olaraq onun adına alındığını bildirmişdir. Məhkəmə iclasında, xx.xx.2022ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabat təqdim edilmişdir. Həmin hesabatda mübahisəli mənzilin hazırkı dövrə dəyərinin 260450 manat, 2020-ci ilin iyun ayına bazar dəyərinin 252000 manat təşkil etməsi qeyd edilmişdir. Sözügedən alqı-satqı müqaviləsində isə mənzilin dəyəri 161000 manat göstərilmişdir. Məhkəmə Mülki Məcəllənin 340.2-ci maddəsini düzgün tətbiq etməyərək, ilk iddia üzrə iddiaçıların hüquqlarını pozmuşdur. Belə ki, qanuna əsasən Cavabdeh1la İddiaçı arasında bağlanmış əqd yalan əqd hesab olunduğu halda, məhkəmə bu xüsusatı da nəzərə almamışdır. Həmçinin 340.1-ci maddə də düzgün tətbiq edilməmişdir. Belə ki, Cavabdeh1 iradəsini ifadə etmədiyi, yalnız görünüş üçün bağlanmış əqdə düzgün qiymət verilməmişdir. Cavabdeh1 imzaladığı müqavilə ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış müqavilə olmuşdur. Bununla bağlı kifayət qədər əsaslar olmuşdur (İddiaçı guya aldığı mənzili heç cür təsvir edə bilməməsi, mənzilin real dəyərindən qat-qat aşağı qiymətə satılması, Nərimanov Rayon Məhkəməsinə iddianın təxminən 1 ilə yaxın vaxt keçdikdən sonra verilməsi və s.) Məhkəmə isə mühüm əhəmiyyət kəsb edən bu faktiki halları aydınlaşdırmamış, nəticədə ədalətsiz qərar qəbul etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 14 fevral 2023-cü il tarixli qərardadı ilə hər iki mülki iş b ir icraatda birləşdirilmiş, 2(103)-168/2023 nömrəli, 10 aprel 2023-ci il tarixli qətnamə ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), N.Cəfərov və İ.Şirinov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qətnamələri dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 alqı-satqı müqaviləsini etibarsızlığını irəli sürmələri üçün onların mülki dövriyyə subyektləri kimi vicdanlı hərəkət etmələri və hüquqdan suiistifadəyə yol verməmələri tələb olunurdu. Apellyasiya şikayətində məhkəmənin heç bir araşdırma aparmadan qanunsuz qərar qəbul etdiyini göstərsələr də, hansı ha lların və necə araşdırılmalı olduğunu açıqlamırlar. Belə ki, iddia tələbinin əsası kimi istinad etdiyi halları iddiaçılar sübut etməli və məhkəməyə mötəbər sübut təqdim etmək onların vəzifəsi olmuşdur. Lakin onlar məhkəməyə heç bir sübut təqdim etmədilər. Cavabdeh1 Elyar adlı tanışının vasitəsilə, Natiq adlı şəxslə tanış olduğunu, sonuncunun vasitəsilə isə Samir adlı şəxsdən “faizlə” borc məqsədilə 65000 ABŞ dolları aldığını, 6000 ABŞ dollarını Natiq adlı maklerə, 2300 manatını isə onu Natiqlə tanış edən Elyar adlı şəxsə verdiyini, həmin puldan 15 ay müddətində hər ay, 2750 manat, 16-cı ayda 3000 manat pul ödədiyini, sonra müəyyən problemlər olduğu üçün, ödənişlər edə bilmədiyini göstərsə də, bu hallar sübuta yetirilməlidir. Yəni, iddiaçılar bəyan etdikləri bu halların sübut etmək yükünü d aşıyırlar. Adını çəkdiyi şəxsləri şahid qismində dindirilmələri üçün nə birinci instansiya məhkəməsinə təqdim etmişlər, nə də dəfələrlə təklif edilməsinə baxmayaraq, onların apellyasiya baxışında dindirilmələri üçün şəxsiyyəti və olduğu yer barədə məlumat təqdim etmədilər. Mümkün olan bütün şərait yaradılmasına baxmayaraq, iddiaçılar apellyasiya baxışında da məhkəməyə hər hansı sübut təqdim etmədilər. Bu cür vəziyyətdə məhkəmələrin iddiaçıların əvəzinə sübut toplamaq və təqdim etmək kimi vəzifəsi də yarana bilməzdi.
25. Apellyasiya baxışı zamanı da İddiaçı və nümayəndəsi olan qızı Nümayəndə2 iddiaçılara, yaxud hansısa şəxsə faizi ödənilməklə borc pul vermədiklərini, mənzil almaq üçün bir neçə maklerə müraciət etdiklərini, Lalə adlı maklerin məsləhəti ilə təklif edilən qiymətə sözügedən m ənzili bəyəndikləri üçün alqı-satqı müqaviləsi əsasında aldıqlarını, alqı-satqı müqaviləsi bağlanarkən iddiaçıların bir neçə ay mənzildə qalmalarına icazə vermələri xahiş edildiyi üçün buna razılaşdıqlarını, bir neçə ay sonra 2-ci Qarabağ müharibəsi başladığı və xalası oğlu şəhid olduğu üçün bir müddət başlarının qarışdığını, sonradan evdən çıxmalarını tələb etsələr də iddiaçıların buna əhəmiyyət vermədikləri üçün 2021-ci ilin may ayında məcbur qalıb məhkəməyə müraciət etdiklərini təsdiq etdilər. Şikayətdə göstərildiyi kimi, İddiaçı mənzilin şəraiti barədə ətraflı məlumatının olmaması da iddianın əsaslı olduğuna dəlalət etmir. Buna baxmayaraq, İddiaçı birinci instansiya məhkəməsində də (bax.i.v.105-106) əmlakçı Lalə xanım vasitəsilə evi tapdığını, qızı ilə mənzilə baxıb bəyəndiyini, mənzil in qızı üçün alındığı, Cavabdeh1 qapını açıb mənzili göstərdiyini, təmirli və bir balkonu olduğu barədə izahat vermişdir. Göründüyü kimi, cavabdeh tərəfin iddiaçıların uzun müddət mənzili təhvil verməmələrinin səbəbi və mənzilin şəraiti barədə izahatları inandırıcı və ağlabatan olmaqla iddianın və şikayətin bu barədə dəlillərini təkzib etmiş olur.
26. Bundan əlavə, iddiaçıların təqdim etdiyi xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatda mübahisəli mənzilin 2020-ci ilin iyun ayına bazar dəyəri 252000 manat təşkil etməsinin qeyd edilməsi də iddianın və apellyasiya şikayətinin əsaslı olduğuna dəlalət etmir. Əvvəla, mübahisəli mənzilin ümumi sahəsi 124 kv.m olduğundan bu hesabatda müəyyən edilmiş qiymətin mötəbərliliyi şübhə doğurur. İkincisi, əgər mənzilin 2020 -ci ilin iyun ayına bazar dəyəri 252000 manat idisə, onda iddiaçılar etibarsız əqd hesab etsə də, sözügedən alqı-satqı müqaviləsində mənzilin dəyərinin 161000 manat deyil, elə real bazar dəyəri hesab etdikləri qiymət, o cümlədən 252000 manat göstərilməsinə hər hansı bir maneə yox idi. Yəni, bu cür dəlil ağlabatan mühakiməyə əsaslanmalı və yarana biləcək sualların cavabı da ciddi arqumentlərlə əsaslandırılmalı idi. Həmçinin, mülki dövriyyədə əmlakın tez satılması məqsədilə real bazar dəyərindən aşağı qiymətə təklif edilməsi və daha ucuz qiymətə özgəninkiləşdirilməsi təcrübəsi mövcuddur. Eyni zamanda, işdə olan alqı-satqı müqaviləsinə dair notariat işində alıcı İddiaçı tərəfindən 161000 manatın təhvil verdiyi bankın mədaxil orderi ilə təsdiq olunur. Demək ki, Cavabdeh1 cavabdeh tərəfdən 6500 0 ABŞ dolları aldığı dəlili də təkzib olunur.
27. İddiaçılar şikayətlərində, həmçinin məhkəmənin Mülki Məcəllənin 340.1 və 340.2ci maddələrini düzgün tətbiq etməyərək hüquqlarını pozduğunu, yəni qanuna əsasən Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış əqdin yalan əqd hesab olunduğu halda məhkəmənin bu xüsusatı nəzərə almadığını, eləcə də müqavilənin Cavabdeh1 iradəsini ifadə etmədiyi, yalnız görünüş üçün bağlandığı halda məhkəmənin əqdə düzgün qiymət vermədiyini göstərirlər. Göründüyü kimi, iddiaçılar alqı-satqı müqaviləsini həm uydurma, həm də yalan əqd hesab edir. Əvvəla, satılan mənzilin hansı müddətdə mülkiyyətdə olmasının, faktiki hansı şəxsin istifadəsində olmasının alqı-satqıya heç bir təsiri yoxdur. Yetər ki, əmlak sərbəst və könüllü iradə ifadəsi əsasında özgəninkiləşdirilmiş olsun. İddiaçılar iddia edir ki, alqı-satqı iradə ifadəsinə uyğun olmayıb, başqa sözlə iradə ifadəsi zədəli vəziyyətdə baş verib. Səbəb kimi, iddia ərizəsində və şikayətindəkiləri göstərirlər. Şikayətdə göstərilən dəlillərin bir qisminə yuxarıdakı paraqraflarda münasibət bildirilmişdir. Cavabdeh1 mülkiyyətində olan mənzili alqı-satqı müqaviləsi əsasında satması və arvadı Cavabdeh2 da notariat ofisinə əri tərəfindən mənzilin satılmasına etiraz etməməsi fakt olaraq işin mübahisəsiz halıdır. Mübahisəli hal həmin mənzilin satılmasına iddiaçıların həqiqətən razı olub-olmaması, yəni bunun onların iradəsi zədələnmədən həyata keçirilibkeçirilməməsi ilə bağlıdır.
28. Ancaq həqiqətən də mənzilin satılmasında Cavabdeh1 həqiqi iradə ifadəsi olmasaydı yaxud yalnız ipoteka (girov) qoymaq olsaydı, arvadının razılığı isə satmaq deyil, yalnız ipoteka qoymaq olsaydı, ərizədə yalnız bunu göstərmək olardı, yaxud bu cür də göstərilməli idi. Əksinə Cavabdeh1 və arvadı Cavabdeh2 mənzilin alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdiriləcəyini də bilirdi və buna iradə ifadələri də olmuşdur. Ancaq sonradan bu cür əqdin bağlanması üçün iradə ifadəsinin olmadığını və ya zədəli olduğunu bəyan etmə özü inandırıcı və ağlabatan olmalıdır. Çünki həqiqətən iddiaçının və arvadının bu əqd bağlanarkən iradə ifadələrinin zədəli olması təsdiq olunmur.
29. Əslində, iddiaçılar cavabdehlə yaxud üçüncü şəxslərlə aralarında yaranmış hansı real münasibətlərin nəticəsi olaraq bu əqdi bağladığını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilmir, yaxud da çatdırmaq istəmir. Belə ki, iddianın və şikayətin məzmunundan bəlli olur ki, iddiaçı üçüncü şəxslərdən aldığı borcun təminatı kimi əqd bağladığını bəyan edir. Bu ziddiyyətli mövqe də mübahisələndirilən əqdin etibarsız olmadığına dəlalət edir. Çünki iddiaçının bu cür iradə ifadəsi və niyyəti vahid və həqiqi olmuşdur. Bu cür iddianın təmin edilməsi üçün isə əsas olmalıdır. Apellyasiya baxışı zamanı iddiaçı tərəfə mənzil satmayıb borc pul almışlarsa, həmin məbləği digər tərəfə dərhal qaytara biləcəklərinin mümkün olub-olmaması dəfələrlə təklif edilsə də, onlar məbləğin yalnız bir hissəsini dərhal, qalan hissəsinin isə sonradan qaytara biləcəklərini bildirdilər. Bu faktın özü də hüquqdan başqasına ziyan vurmaqla suiistifadə edildiyinə dəlalət edir. Çünki iddiaçı tərəf rəsmi qaydada özgəninkiləşdirdikləri mənzili geri istəyir, anc aq aldıqları pulu tam olaraq geri qaytarmaq istəmirlər. Əlbəttə ki, bu mövqe də açıq-aşkar vicdanlılıq prinsipinə zidddir. Ona görə də mülki dövriyyənin azad və sərbəst iştirakçıları kimi onların iradələri zədələnmədən bağladıqları əqdlərin sonradan mübahisələndirmə zamanı qanuni əsas olmadan etibarsız sayılması mülki dövriyyəni iflic vəziyyətə salar.
30. Qeyd olunduğu kimi, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 340.2-cı maddəsi nəzərdə tutula bilər, həmin maddələrdə nəzərdə tutulan əsaslarla əqd mübahisələndirilə bilər. Ancaq iddia tələbinin faktiki əsası (faktiki hallar) da həmin maddənin şərtlərinə uyğun olmalı, yəni dispozisiya əlamətləri ilə uzlaşmalıdır. Ancaq hazırkı iddia üzrə iddia tələbinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun gəlmir, başqa sözlə mübahisələ ndirilən əqd qeyd olunan normaların tələbləri pozulmaqla bağlanmamışdır. İstər alqı-satqı, istərsə də özgəninkiləşdirmə ilə bağlı digər əqd bağlanarkən bir insani hiss olaraq insan buna heyfislənə, yaxud bazar dəyərindən aşağı satıldığına görə peşman ola bilər, lakin bu cür hiss onun sərbəst və könüllü iradə ifadəsinin təzahür etməməsi kimi qiymətləndirilə bilməz və bu səbəbdən həmin əqdin sonradan etibarsız hesab edilməsini tələb etmək üçün əsas ola bilməz.
31. Məhkəmə kollegiyası, həmçinin hesab etmişdir ki, hər iki iş üzrə prosessual hüquq normalarının pozulmasına da yol verməmişdir. Məhkəmələr gəldikləri nəticəni tədqiq etdiyi sübutlarla əsaslandırmışlar. Cavabdeh1 birinci iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirildiyini bildirsə də, əslində onun məhkəmə iclasından xəbəri olmuş, teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə almağı xahiş etmiş, lakin hansısa üzrlü səbəbi göstərməmişdir. Ona görə də, bu cür dəlillərdən istifadə edilməsi də şikayətin dəlillərinin əsaslı olduğunu təsdiq etmir.
32. Kollegiya öz mövqeyini, Mülki Məcəllənin 152.1, 157.1, 157.4, 164.1, 164.2, 165.1, 178.1, 337.1, 337.2, 337.4, 385.1, 442-ci və MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İkinci iş üzrə iddiaçı Cavabdeh2 (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birinci iş üzrə İddiaçı iddiasının rədd olunması, ikinci iş üzrə onların ilk iddialarının təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti apellyasiya şikayətləri ilə eyni məzmunda əsaslandırılmaqla, həmçinin göstərilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən Cavabdeh1 və Cavabdeh2 qanun və məhkəmə qarşısında bərabərlik hüquqları pozulmuş, işə qərəzli, birtərəfli baxılaraq, İddiaçı əsassız etirazı və sübuta yetməyən izahatı əsasında qanunsuz qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 307.1. “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir.
37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlə r ola bilər.
38. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
39. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
40. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
41. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
42. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məq sədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
43. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apely asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
53. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İkinci iş üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-168/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.