Məhkəmə qərarları › İş №2(102)-3055/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-3055/2024

07.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3055/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Heydər Əliyev adına Bakı X1rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin vəkil tərəfindən elektron imzalanmaması) 07.08.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3004/2024 nömrəli iş üzrə 21 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında b axaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı cavabdeh Heydər Əliyev adına Bakı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmri ləğv edib öz işinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının, məzuniyyət və başqa ödənişlərin hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-48/2024 nömrəli iş üzrə 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Hüseynov) iddia qismən təmin edilərək, cavabdeh Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli, SOCAR**********00070020B00020 nömrəli əmrin ləğv edilməsi, İddiaçı işinə (həmin Zavodun 2 nömrəli xidmət s ahəsinin 6-cı dərəcəli abadlaşdırma üzrə fəhləsi vəzifəsinə) bərpa edilməsi və ona 02 dekabr 2022-ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanaraq ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinə görə İddiaçı 50 (əlli) manat, cavabdeh Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan 50 (əlli) manat məbləğində pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

3. Qətnamədən cavabdeh Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3004/2024 nömrəli iş üzrə 21 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sə drlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Akif İsgəndərov) cavabdeh Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun apellyasiya şikayəti təmin edilmişdir.

5. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

6. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemin də yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

7. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

8. Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.

9. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəb ul edilir.

10. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

11. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olmuşdur ki, şikayət sadəcə İddiaçı tərəfindən elektron qaydada imzalanmış, onun vəkili Vəkil tərəfindən elektron qaydada imzalanmamışdır, halbuki ki MPM-in 407.3-cü maddəsində şikayətin onu tərtib etmiş vəkil tərəfindən imzalanmalı olduğu qeyd edilmişdir.

12. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.

13. Odur ki, şikayət vəkil tərəfindən elektron qaydada imzalanmadığına görə İddiaçı kassasiya şikayəti qey ri-mümkün hesab edilməli və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

14. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3004/2024 nömrəli iş üzrə 21 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar