Məhkəmə qərarları › İş №2(102)-3059/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3059/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3059/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)2633/2020 saylı qərardadından X8 və X1 qanuni nümayəndəsi Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər: F.Ş.Talışınski, Z.Ə.Əliyev və R.Ə.Eyvazov) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən X8, X3 tərəfindən verilmiş apely asiya şikayəti qəbul olunmamış hesab edilmiş, Cavabdeh1 apelyasiya şikayəti mümkün hesab edilmişdir. İşin halları: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası təmin edilərək Cavabdeh1 ünvan 1 ünvanda yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 140,5 kv.metr sahədən və binanın 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən 164,5 kv.metrdən ibarət qeyri-yaşayış obyektlərindən çıxarılması və həmin obyektlərin Cavabdeh1 alınaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə Cavabdeh1 və qətnamənin hüquq və vəzifələrinə toxunduğu şəxslər X8 və X3 apelyasiya şikayəti vermişlər. Yuxarıda qeyd o lunduğu kimi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 şikayəti üzrə apelyasiya mümkün hesab edilmiş, N və N tərəfindən verilmiş apelyasiya qəbul olunmamış hesab edilmişdir. Kasasiya şikayətinin dəlilləri: X8 və X1 qanuni nümayəndəsi Cavabdeh1 kasasiya şikayəti verərək qəbul edilmiş məhkəmə qətnaməsinin N və Nin hüquq və vəzifələrinə toxunmasını, Cavabdeh1 çıxarılması tələb olunan sahələrin qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə X8 və X2 verilməsini, lakin onların cavabdeh kimi işə cəlb olunmamasını və s. əsas göstərməklə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi, N və Nə münasibətdə apelyasiyanın mümk ün hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti qismən təmin olunmalı, qərardad N və Nə münasibətdə apelyasiyanın qəbul olunmamış hesab edilməsinə dair hissədə ləğv olunmalı və iş həmin hissəyə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi N və Nin mülki iş üzrə maraqlı şəxs qismində işə cəlb edilməmələrini, qəbul edilmiş qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını özündə əks etdirən ayrıca apelyasiya şikayəti ilə məhkəməyə müraciət etməmələrini, iş üzrə cəlb edilməmiş maraqlarına toxunan şəxslərin apelyasiya şikayətinin məzmununa dair tələblərə riayət etməklə ayrıca müraciət etməmələrini və s. əsas göstərməklə onlara münasibətdə apelyasiyanı qəbul olunmamış hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 264.0.5-ci maddəsinə görə ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstəril məlidir. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin hissədə gəldiyi nəticəni aydın və anlaşılan şəkildə, qanunun konkret normasına istinad etməklə əsaslandırmadığından, qərardad N və Nə münasibətdə qanuni və əsaslı sayıla bilməz. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qərardad həmin hissədə ləğv edilərək iş yenidən apelyasiya şikayətinin qəbul edilməsi məsələsinə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli və iş üzrə mülki prosessual qanunvericiliyin tələblərinə tam cavab verən qanuni və əsaslı qərardad qəbul olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üz rə olan xx xxxxxx 2020-ci il tarixli qərardadı qismən - Na və Nə münasibətdə apelyasiyanın qəbul olunmamış hesab olunmasına dair hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar