Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-306/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında X9 Xidməti) əmrin ləğvi və işə bərpa tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6620/2021 nömrəli i ş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Bakı şəhəri Yasamal Bələdiyyəsində 01.12.2018-ci il tarixdən Vergi və Ödənişlər Şöbəsində baş mütəxəssis vəzifəsində, 23.11.2019-cu il tarixdən isə Yasamal rayon Bələdiyyəsində İcra Aparatı Vergi və ödənişlərşöbəsində müdir müavini vəzifəsində çalışmışdır. İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Bələdiyyəsinin sədrinə 18.08.2020-ci il tarixli ərizə verərək səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Bələdiyyəsinin 35 nömrəli 18.08.2020-ci il tarixli əmrinə əsasən Yasamal Bələdiyyəsi icra aparatı Vergi və ödən işlər şöbəsinin müdir müavini İddiaçı Azərbaycan Respublikası ƏM-nin 68.2 (a) maddəsinə əsasən (öz xahişi ilə) 18.08.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, son haqqı-hesabın hesablanaraq ödənilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Yasamal Bələdiyyəsi tərəfindən tərtib edilmiş 20.08.2020-ci il tarixli avqust ayı üzrə əmək haqqı və son haqq-hesab sənədinin surətindən görünür ki, İddiaçı məxsus ******************** nömrəli hesaba 1144,96 manat köçürülmüşdür. Yasamal rayonu 19 saylı poliklinika Ambulator kitabçasından çıxarışdan görünür ki, 1984-cü il təvəllüdlü İddiaçı son 5 il ərzində Poliklinikaya xəstəliklə əlaqədar müraciəti olmamışdır. İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Bələdiyyəsinə ünvanlanmış 30.09.2020 -ci il tarixli ərizəsindən görünür ki, hansı yaranmış vəziyyətlə bağlı iddiaçının işə çıxmağına tərəfindən süni məhdudiyyətlərin qoyulması haqqında qanunvericilikdə müəyyən edilmiş müddətdə və qaydada 15 günərzində rəsmi olaraq poçt vasitəsi ilə ona əsaslı cavab verilməsi və ən əsası da onun yenidən işə qayıtmağında qanunsuz və əsassız məhdudiyyətlərə son qoyaraq, yenidən işə başlamasının təmin edilməsi və bugünə qədər almadığı əmək haqqının da ona ödənilməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur. Bakı şəhəri X1 Vüqar Əzizağa oğluna ünvanlanmış 06.10.2020-ci il tarixli 926 nömrəli cavab məktubundan görünür ki, iddiaçının 30 sentyabr 2020-ci il tarixli 800 nömrəli ərizənizə cavab olaraq bildirilmişdir ki, 01.12.2018-ci il tarixində Yasamal Bələdiyyəsi İcra aparatı Vergi və ödənişlər şö bəsinə baş mütəxəssisi vəzifəsinə təyin edilmişdir. 23.11.2019-cu il tarixində Yasamal Bələdiyyənin ştat cədvəlində struktur dəyişikliklərinə uyğun olaraq Vergi və ödənişlər şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir. Ştat cədvəlinə uyğun olaraq əmək haqqı 550 (beş yüz əlli) manat təşkil etmişdir. 18.08.2020-ci il tarixində səhhəti ilə əlaqədar olaraq öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Qanunvericiliyə uyğun olaraq son haqqı hesab hesablanmış və əmək haqqı kartına köçürülmüşdir. Bununla əlaqədar Yasamal Bələdiyyəsində araşdırılma aparılmış və heç bir əmək hüquqlarınınpozulması faktları qeydə alınmamışdır. Yasamal Bələdiyyəsinin sədr müavini 000, Yasamal Bələdiyyəsi İcra aparatının Bələdiyyə Mülkiyyətinə Nəzarət şöbəsinin müdir müavini E.İsmayılov, Humanitar şöbənin müd iri S.Mirzəyev, İnsan resuslarının idarə edilməsi və sənədlərin qəbulu şöbəsinin müdiri Ə.Sadıxov, Hüquqşünas Nümayəndə2 tərəfindən tərtib edilmiş və imzalanmış 18.08.2020-ci il tarixli aktdan görünür ki, X3 və ödənişlər şöbəsinin müdir müavini İddiaçı işdən çıxması ilə əlaqədar olaraq 18.08.2020-ci il tarixdə əmək kitabçası təqdim edilsədə o, əmək kitabçasını götürməkdən imtina etdi. İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında X9 Xidmətinə ünvanlanmış 22 oktyabr 2020-ci il tarixli şikayət ərizəsindən görünür ki, ərizənin tam və obyektiv araşdırılması məqsədi ilə Yasamal rayon Bələdiyyəsində yerində yoxlama keçirilməsi, Yasamal Bələdiyyəsinin AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərininpozub-pozulmaması haqqında ərizəçiyə məlumat verilməsiaraşdırma nəticəs ində Bələdiyyə sədrinin (işəgötürənin) mənə qarşı hərəkətləri və hərəkətsizliyində qanun pozuntusu aşkar edildiyi təqdirdə, Yasamal Bələdiyyəsini qanunla müəyyən edilmiş qaydada cərimə edilməsi, qanun pozuntusu aşkar olunduğu təqdirdə Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 intizam məsuliyyətinə və ya cinayət məsuliyyətinə cəib olunması ilə bağlı aidiyyatı orqanına məlumat verilməsi, qanunsuz olaraq işdən azad olunduğu üçün yenidən tutduğu vəzifəyə bərpa edilməsi, tutduğu vəzifəyə bərpa olunması nəticəsində mümkün olmadıqda AR ƏM-nın 83.2-ci maddəsinin tələblərində qeyd edilən, lakin bugunə qədər ona təqdim edilməyən sənədlərin ərizəçiyə rəsmi təqdim olunmasına dair göstəriş verilməsi xahiş olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin İ ddiaçı ünvanlanmış 06 yanvar 2021-ci il tarixli **********8 nömrəli cavab məktubundan görünür ki, iddiaçının Bakı şəhəri Yasamal Bələdiyyəsində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə ünvanladığı müraciətinə X9 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı Bakı şəhəri YasamalBələdiyyəsinin rəhbərliyi tərəfindən X9 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş məktub və sənədlərdən onunla bağlanmış əmək müqaviləsinə 18.08.2020-Ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən xitam verilərkən və son haqq-hesabınız ödənilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu məlum olmuşdur. Bununla bağlı Bakı şəhəri Yasamal Bələdiy yəsinin rəhbərliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-623/2021 saylı 09.03.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 şikayətinin təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 24 dekabr 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi, Bakı şəhəri YasamalBələdiyyəsinin sədri Nümayəndə1 barəsində başlanmış inzibati iş üzrəicraata xitam verilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində i craat İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi cəlb edilməklə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 Yasamal Bələdiyyəsinin Aparatının vergi və ödənişlər şöbəsinin müdir müavini vəzifəsindən azad edilməyi və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "a" bəndi ilə xitam verilməsi barədə 18 avqust 2020-ci il tarixli 35 ($ 2) saylı əmrin ləğv edilməsi, işə bərpa olunmağı, məcburi iş buraxmaya görə əmək haqqının hesabla naraq verilməsi və işdən qanunsuz və əsassız azad edildiyi üçün ona vurulmuş maddi ziyana görə Yasamal Bələdiyyəsindən 5000 (beş min) manat məbləğində pulun, 2 saylı Vəkil Bürosuna vəkilin məhkəmədə hüquqi yardımına görə ödədiyi 170 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin məhkəməyə üzrlü səbəblərdən buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Yasamal Bələdiyyəsində 01.12. 2018-ci il tarixdən Vergi və Ödənişlər Şöbəsində baş mütəxəssis vəzifəsində, 23.11.2019-cu il tarixdən isə Yasamal rayon Bələdiyyəsində İcra Aparatı Vergi və ödənişlər şöbəsində müdir müavini vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində nizam-intizamlı, məsuliyyətli olmuş, işində heç bir nöqsana yol verməmiş, iş kollektivi ilə mehriban münasibətdə olmuş, rəhbərliyin verdiyi tapşırıqları vaxtında və operativ icra etmiş, bu günə qədər barəsində heç bir xəbərdarlıq, töhmət, şiddətli töhmət, intizam məsuliyyəti tətbiq edilməmişdir. Buna baxmayaraq saxtakarlıq və aldatma yolu ilə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Belə ki, Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 sədr seçildikdən sonra onu otağına dəvət edərək, tarixsiz və imzasız «səhhəti ilə əlaqədar öz xahişi ilə tutduğu vəzifədən azad edilmə» ərizəsini yazmasını tələb etmiş, əks təqdirdə problem yaşayacağını bildirmişdir. Yeni rəhbərliklə problemin olmasından ehtiyat etdiyi üçün o, 2020-ci ilin yanvar ayında həmin tarixsiz və imzasız ərizəni yazıb ona vermişdir. 2020-ci ilin avqust ayının əvvəlində sədrin ona verdiyi tapşırığın icrasını tabeçiliyində olan Yasamal Bələdiyyəsində böyük mütəxəssis vəzifəsində işləyən X4 tapşırmış və 18 avqust 2020-ci il tarixdə tapşırığı qəsdən icra etmədiyinə görə X7 ilə söz mübahisələri yaranmışdır. Həmin gün, yəni 18 avqust 2020-ci il tarixdə Yasamal Bələdiyyəsinin sədr müavini Emin Muxtarov onun iş otağına gələrək yanvar ayında ona yazdırılan tarixsiz və imzasız ərizəyə imza atmasını tələb etmişdir. İddiaçı ona öz etirazını bildirmiş və imza atmaqdan imtina etmişdir. Bir neçə dəqiqədən sonra yoldaşlıq münasibətində olduğu və inandığı “Vergi ödənişlər" şöbəsinin müdiri ona yaxınlaşaraq ondan bir dost kimi onun xatirinə imza atmasını xahiş etmişdir ki, sədr ona demişdir ki, bu formaldır, sadəcə rəhbərlik nüfuzunu qorumaq məqsədilə digər işçilərə dərs olsun deyə bu ərizəyə imza atılmalıdır və söz vermişdir ki, işdən onu heç kim azad etməyəcəkdir. İddiaçı YYYun sözünə inanaraq yanvar ayında ona məcburi yazdırılan tarixsiz və imzasız ərizəyə tarix qoymuş və imza etmişdir. Bu faktı YYY və vergi müfəttişi X5 şahidlik edərək təsdiq edə bilərlər. 18.08.2020-ci ilin iş gününün sonunda sədr müavini Emin Muxtarov yenidən ona yaxınlaşaraq demişdir ki, sədrin göstərişidir və yaranmış daxili vəziyyətlə əlaqədar müvəqqəti işə gəlməsin. Lakin daxili vəziyyətin nədən ibarət olması barədə ona heç bir məlumat verilməmişdir. İddiaçı ona avqust ayında qanuni məzuniyyətinin olmasını və səbəbi ona deyilməyən yaranmış daxili vəziyyətlə əlaqədar bir müddət işə gəlməməyi tələb olunursa, məzuniyyətə buraxılmasını və o səbəbdən iş ə çıxmamağını xahiş etmişdir. 000 isə sədrin əsəbi olmasını və bu təklifi ona deyə bilməyəcəyini qeyd edib məzuniyyətə buraxılmayacağını demiş və 19 avqustdan müvəqqəti evdə oturmasını və istirahət etməsini xahiş etmiş və o mübahisə yaranmaması səbəbindən və rəhbərliklə münasibətinin pozulmaması məqsədi ilə onunla razılaşmışdır. O isə əvəzində ona nə zaman işə çıxacağını zəng edib deyəcəyini bildirmişdir və evdə qalmasının əmək haqqına təsir etməyəcəyini bildirmişdir. Emin Muxtarovun sözü ilə o, işə çıxmamış və buna baxmayaraq hər həftə sədrə yaxınlaşaraq nə zaman işə çıxacağını soruşurmuş, o isə cavabında səbr et, çağırılacaq gəlib işləyərsən deyirdi. Buna baxmayaraq səhəri günü, yəni 19.08.2020-ci il tarixdə Yasamal rayon 19 saylı poliklinikadan sağlam olmağı haqqında Çıxarışın surətini kadrlar şöbəsinin müdiri YYYva təqdim etmişdir. Nəhayət əmək haqqının kəsilməsindən və ona verilən yalan vədlərdən şübhələnmiş, rəsmi olaraq 30.09.2020-ci il tarixdə Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 ərizə ilə müraciət edərək, onun işə qayıtmağında qanunsuz və əsassız məhdudiyyətlərə son qoyaraq, yenidən işə başlamasının təmin edilməsini və həmin günə qədər almadığı əmək haqqının da ona ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Təqdim etdiyi 30.09.2020-ci il tarixli ərizəsinə cavab olaraq, sədr Nümayəndə1 926 saylı 06 oktyabr 2020-ci il tarixli cavab məktubu göndərmiş və cavab məktubunda qeyd etmişdir ki, o, tutduğu vəzifədən azad edilmiş və onun əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilsə də ona əmək müqaviləsi verilməmişdir, əmək müqaviləsinə x itam verilməsi haqqında əmr verilməmişdir, əmək kitabçası verilməmişdir. Məktubda göstərilmişdir ki, guya səhhəti ilə əlaqədar öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Cavab məktubu ona poçt vasitəsilə 18 oktyabr 2020-ci il tarixdə təqdim edilmişdir. İşdən azad edilməyi barədə cavab məktubunu aldıqdan sonra, yəni 23.10.2020-ci il tarixdə poçt vasitəsilə iki ədəd ərizə və şikayətlə Azərbaycan Respublikası Əmək və alinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər rəisinə müraciət etmişdir. Müfəttişlik tərəfindən aparılmış araşdırma nəticəsində onunla bağlanmış əmək müqviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilərkən və son haqq-hesab aparılarkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Ona görə də, Yasamal bələdiyyəsinin rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsilə inzibati protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmişdir, müraciətinə baxılmasının nəticəsi barədə müfəttişlik tərəfindən ona 06 yanvar 2021-ci il tarixli **********8 saylı məktubla bildirilmişdir. Məktubu həmin gün müfəttişlikdən götürmüşdür. Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 Yasamal Bələdiyyəsi icra aparatının vergi və ödənişlər şöbəsinin müdir müavini vəzifəsindən azad edilməyi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 18 avqust 2020-ci il tarixli 35 (§ 2) əmrdən çıxarışın təsdiq olunmamış surətini (əmrdəki digər bəndlər qaralanmaqla) 16 noyabr 2020-ci il tarixli 1073 saylı məktuba əlavə etməklə poçt vasitəsilə ona göndərmişdir (əmək kitabçası isə hələ də Bələdiyyədə saxlanılır). Məktub və ona əlavə edilmiş sənədlər (o cümlədən əmrin təsdiqsiz surəti) poçt vasitəsilə ona 09 dekabr 2020-ci il tarixdə təqdim edilmişdir. İşə bərpa tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 13 yanvar 2021-ci il tarixdə müraciət etmişdir. Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 onu 18 avqust 2020-ci il tarixli 35 (§ saylı əmrə əsasən öz xahişilə Yasamal Bələdiyyəsinin icra aparatının vergi və ödənişlər şöbəsinin müdir müavini vəzifəsindən azad edərkən və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "a” bəndilə tam verilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci, 69-cu maddəsinin birinci, ikinci, dördüncü, beşinci və yeddinci hissələrinin tələblərini kobud surətdə pozmuşdur. Cavabdeh o nu işdən qanunsuz çıxararaq sarsıntı və iztirablar keçirməsinə səbəb olmuşdur. Nəticədə onu maddi ziyan vurulmuşdur. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Yasamal rayon Bələdiyyəsi iddia müddətinin bərpa edilməsi barədə iddiaçının ərizəsinə etiraz təqdim edərək iş üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinin nəzərə alınmasını və iddiaçı tərəfindən təqdim edilmiş üzrlü səbəblərdən iddia müddətinin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmiş, etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 18 avqust 2020-ci il tarixdə öz xahişi ilə ərizəsinə uyğun olaraq səhhəti ilə əlaqədar 35 saylı əmr ilə öz tutduğu vəzifəsindən azad edilmişdir. Qanunvericiliyə müvafiq olaraq son haqq - hesab hesablanmış və əmək haqqı k artına köçürülmüşdür. İddiaçı işdən azad olunduqdan sonra ona işdən çıxarılma barədə əmrin surəti təqdim olunsa da, o qeyd olunan işdən çıxarılma barədə əmrin surətini götürməkdən imtina etmişdir. Bu barədə Yasamal Bələdiyyəsində akt tərtib olunmuşdur. Bundan sonra İddiaçı 30.09.2020-ci il tarixdə ərizə ilə Yasamal Bələdiyyəsinə müraciət edərək onun yenidən işə başlamasının təmin edilməsini və həmin günə qədər almadığı əmək haqqının ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Belə olan halda, İddiaçı özünün işdən azad olunmasını bilsə də, eyni zamanda əmrin surətini almadığı təqdirdə müddətin ötürüləcəyini güman etsə də bunlara əhəmiyyət verməmişdir. Bundan sonra o, yenidən işə bərpa olunmayacağını bildikdən xeyli müddət sonra 1-ci olaraq AR ƏƏSMN-nin DƏMX-nin 1 saylı Bakı əra zi İdarəsinə qanunsuz işdən azad olunması barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra işə bərpa olunması tələbi ilə bağlı 13.01.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki həmin müddətdən, yəni 18.08.2020-ci il tarixdən 05 ay keçmişdir. Eyni zamanda, iddia müddətinin üzrlü səbəbdən ötürülməsi barədə məhkəməyə təqdim etdiyi iddia müddətinin bərpa edilməsi barədə ərizəsinə heç bir sübut əlavə etməmişdir. İddiaçı müddətin ötürməsini Azərbaycan Respublikasında Koronavirus (Covid 19) xəstəliyinin yayılmasını, eyni zamanda bəzi məkanların qapanmasına istinad etmişdir. Nəzərə çatdırır ki, Azərbaycan Respublikasında Koronavirus (Covid 19) xəstəliyinin yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə dair Ali Məhkəmənin müəyyən tarixlərdə məlumatına əsasən Bakı şəhərində məhkəmələrin fəaliyyəti işlərə baxılmasına dair dayandırılsa da, lakin ərizələrin təqdim olunmasını və digər hallar poçt vasitəsilə həyata keçirilmişdir. Belə olan halda İddiaçı iddia müddətini qəsdən pozmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkməsinin (hakim Gülnar Babazadə) 2(004)-1583/2021 nömrəli, 29.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin iddia təmin edilməmişdir. Məhkəmə iclasında tədqiq olunanlara əsasən müəyyən olunmuşdur ki, İddiaçı işdən azad edilməsi ilə bağlı məlumatı cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinin cavab məktubuna əsasən 18.10.2020-ci il tarixdə almış, 16 noyabr 2020-ciil tarixli məktubla isə işdən azad olunma ilə bağlı sənədləri isə 09 dekabr 2020-ci il tarixdə almışdır, bu iddia ərizəsində, həmçinin tərəflərin izahatlarında öz əksini tapmışdı r. Göründüyü kimi, İddiaçı 2020-ci ilin oktyabr ayından işdən çıxarıldığını bilməklə, hüququnun pozulduğunu aşkar etmiş, lakin iddiaçı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək vaxtını ötürmüşdür. Qeyd olunanları, həmçinin cavabdehin nümayəndəsinin ərizəsini nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddia rədd edilməlidir. Məhkəmə, eyni zamanda iddiaçının iddia müddətinin üzrlü səbəbdən buraxılmış hesab edilməsi və iddia müddətinin bərpası barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ərizəsində müddətin üzrlü səbəbdən buraxılmasını bildirsə də, buna dair hər hansı mötəbər sübutunu məhkəmə iclasında təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən AR Əmək Məcəlləsinin 294, 296-cı maddələrini, Mülki Məcəllənin 375.1,375.2 və Mülki Prosessual Məcəllənin 9,14,88, 217,218-ci maddələrinin müddəalarını əsas götürmüşdür. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək Yasamal Rayon Məhkməsinin (hakim Gülnar Babazadə) 2(004)-1583/2021 nömrəli, 29.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - X10 (sədrlik edən və məruzəçi), X13 və X2) 13.07.2021-ci il tarixli 2(103)-6620/2021 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)1583/2021 nömrəli, 29.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin təhlilindən aydın olur ki, işçi öz təşəbbüsü ilə əmək müqaviləsini ləğv etmək hüququna malikdir. İddiaçı da bu istiqamətdə (ƏM-nin 69-cu maddəsinə əsasən) ərizəsində öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və ərizədə konkret günü qeyd etmişdir. İddiaçı ərizəni özü yazdığını bildirsə də, bunun könüllü iradə ifadəsi olmamasını, aldadılmasını, ona təsir olunmasını və s. göstərmiş, lakin tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Bununla yanaşı, iddiaçı tələbinin əsası kimi - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərə findən tərtib edilmiş 14.12.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında tərtib edilmiş 24.12.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsaslanmışdır. Qeyd edilən sənədlərə əsasən cavabdeh bələdiyyənin sədri İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin maddə üzrə təqsirli bilinərək 1500 manat cərimə məbləğində cərimə edilmişdir. Lakin, işdə olan məhkəmə qərarlarından (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin 06.05.2021-ci il tarixli qərarı və s.) görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsini n 24.12.2020-ci il tarixli, MN*******saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati iş üzrə icraata xitam verilmişdir. Yuxarıda qeyd edilənlər iddianın əsassız olması nəticəsinə gəlməyə kifayət qədərəsas verir. Bununla yanaşı qeyd edilmişdir ki, iddiaçı əmrin mübahisələndirilməsi üçünməhkəməyə müraciət müddətini də ötürmüşdür. Belə ki, ƏM-nin 296-cı maddəsinin 2-ci bəndinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. ƏM-nin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmə k müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşdə olan sənədlərdən (əmr, akt, məktublar və s.) görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 18 avqust 2020-ci il tarixdə özünün ərizəsinə əsasən xitam verilmiş, həmin günü iddiaçı əmək kitabçasını götürməkdən imtina etmiş (bu barədə müvafiq akt tərtib olunmuşdur), 20 avqust 2020-ci il tarixli arayışa əsasən əmək haqqı və son haqq-hesab köçürülmüş, bundan sonra tərəflər arasında yazışmalar aparılmış, iddiaçı 18 oktyabr 2020-ci il tarixdə işdən azad olunması barədə cavabdeh tərəfindən müvafiq məktub almış (iddiaçının özü də bu halları təsdiq edir), iddiaçı 22 oktyabr 2020-ci il tarixdə işdən çıxarılması ilə bağlı X6 ərizə və şikayətlə r yazmış, ərizədə ən azı oktyabr ayından işdən azad olunmasının ona məlum olmasını göstərmiş, lakin iddiaçı həmin vaxtdan sonra da qanunla nəzərdə tutulmuş 1 ay müddət ərzində məhkəməyə müraciət etməmiş, hazırki iddia ərizəsi yalnız 19 yanvar 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuş, bununla da müddəti ötürülmüşdür. İddiaçının özü də birinci instansiya məhkəməsinə əlavə ərizə ilə müraciət edərək buraxılmış iddia müddətinin üzrlü sayılaraq bərpa olunmasını xahiş etmiş, ərizəsində 2020-ci ilin 18 oktyabr ayında ona işdən çıxarılmasının məlum olmasını, 09 dekabr 2020-ciil tarixdə isə poçt vasitəsilə işdən çıxarılması ilə bağlı sənədlərin surətlərini almasını, lakin Covid-19 pandemiyası ilə bağlı vaxtında məhkəməyə müraciət edə bilməməsini göstərmişdir. İddiaçı Covid-19 pandemiyasını üzrlü səbəb kimi göstərsə də, məhkəmə kollegiyası bu dəlillə razılaşmır. Çünki, iddiaçı poçt vasitəsilə iddia ərizəsini vaxtında məhkəməyə təqdim etmək imkanında olmuşdur. Bununla yanaşı, məhkəmələr 2020-ci ilin avqust- noyabr ayları tam fəaliyyət göstərmiş, iddiaçının özü isə 2020-ci ilin sentyabr–noyabr aylarında poçt vasitəsilə istər cavabdeh, istərsə də X9 ilə yazışmalar aparmış, ərizə və şikayətlər göndərmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsini vaxtında məhkəməyə təqdim etmək imkanından məhrum olması işdə olan sübutlarla müəyyən olunmamışdır. Beləliklə, qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri çərçivəsində xitam verilmiş, iddia isə tələbinin əsası kimi istinad etd iyi halları əsaslandıra və sübut edə bilməmiş, həmçinin əmri mübahisələndirməkdə müddəti ötürmüşdür. Qeyd edilən hallar isə iddianın tam rədd olunması üçün qanuni əsas təşkil etmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 296 və Mülki Prosessual Məcəllənin 77, 106-cı maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13.07.2021-ci il tarixli 2(103)-6620/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsı barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüququ normalarını mübahisəli hala tətbiq etmədiyinə və ya düzgün tətbiq etmədi yinə görə iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Apellyasiya məhkəməsi guya iddiaçının tələbin əsası kimi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib edilmiş 14.12.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında tərtib edilmiş sonradan Yasamal Rayon Məhkəməsinin qərarı ilə ləğv edilmiş 24.12.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsaslandığını qeyd etməklə işin halını təhrif edib. Bundan başqa kassator qeyd etmişdir ki, iddiaçının müraciətinə 09.12.2020-ci il tarixdə göstərilmiş cavab məktubuna onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin bir hissəsi qaralanmış, təsdiqsiz kserosurəti əlavə edilmişdir. Əmrdən təsdiq edilmiş çıxarı ş olmadığından bu surət sənəd hesab edilə bilməz. Belə ki Azərbaycan Respublikası MPM-nin 89.1 və 89.3-cü maddələrinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq edilmiş sənədlər, aktlar müqavilələr arayışlar, işgüzar yazışmalar və.s sənəd və materiallardır. Lazımı sübutların əsli və ya lazimi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin bir hissəsi aiddirsə belə olan halda bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Kassator qeyd etmişdir ki, o işdən azad olunması barədə cavab məktubunu 18.10.2021-ci il tarixdə aldıqdan sonra, yəni 23.10.2020-ci il tarixdə poçt vasitəsilə 2 ədəd ərizə və şikayətlə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı şəhər İdarəsinə müracət edib. Müfəttişli k tərəfindən aparılmış araşdırma nəticəsində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilərkən və son haqq hesab aparılarkən qanununvericiliyin tələblərinin pozulması aşkar edilmişdir. Ona görə də, Yasamal Rayon Bələdiyyəsinin rəhbərliyi barəsində inzibati protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Şikayətə baxılmasının nəticəsi barədə 06.01.2021-ci il tarixdə məktubla bildirilmişdir. Kassator bildirir ki Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə bu maddənin birinci bəndində göstərilən hallar istisna olmaqla qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 ay müddətində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən işçinin hüququnun pozulmasını aşkar etdiyi gün işçiyə mü vafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi 1 aylıq iddia müddətinin axımı qanunla müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi vaxtdan hesablanır. Həmin sənədlər isə iddia verilənədək ona qanunla müəyyən edilmiş qaydada təqdim edilməyib. Pul vəsaitinin kart hesabına köçürülməsi haqq-hesab sənədlərinin verilməsi demək deyil. Kassator bildirir ki, onun öz xahişi ilə işdən azad edilməsi barədə əmr verilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsi, 69-cu maddəsinin 1,2,4,7-ci hissələrinin tələblərini pozub. Cavabdeh Yasamal Rayon Bələdiyyəsi iddiaçının kassasiya şikayətinə etiraz göndərərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6620/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. İddiaçı İddiaçı 24.01.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək, səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini, məhkəmədə vəkillə birgə iştirak etmək istədiyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbdən baş verməsini təsdiq edən h ər hansı sübutu ərizəsinə əlavə etmədiyinə görə ərizəsi təmin edilməmiş və məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Maddə 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 69(1-ci hissə). İşçi bir təqvim ayı qabaqcada n işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 69 (3-cü hissə) İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Maddə 69(4-cü hissə). Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qa ydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur. Maddə 69( 5-ci hissə). İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Maddə 69( 7-ci hissə). İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qoxu gələrək yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 296(1-ci hissə) Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hü ququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296(2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296(3-cü hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
106. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mad də 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhk əməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ərizəsində əmək müqaviləsinin ləğvi müddətini dəqiq göstərdiyindən Əmək Məcəlləsinin 69cu maddəsinin 1, 2, 4, 5-ci bəndlərinin tələbləri işəgötürən tərəfindən pozulmamışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçın işdən çıxma ərizəsini öz iradəsi ilə yazmaması, buna cavabdehin təzyiqi olması və iddiaçının məcburən həmin ərizəni yazması yalnız iddiaçının izahatında göstərilmişdir. İddiaçının bu izahatı işdə olan hansı sübutlarla təsdiq edilmir. Halbuki məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Buna görə də, iş üzrə Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinin tələbləri məhkəmələr tərəfindən pozulmamışdır. Kassasiya şikayətinin müddətin buraxılmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin oxşar dəlilinə apellyasiya məhkəməsi tərəfindən ətraflı qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin mövqe ilə razılaşaraq hesab edir ki, iddiaçı qanunla müəyyən olunan iddia müddətini açıq-aşkar ötürdükdən sonra məhkəmədə iddia qaldırmış və müddətin üzürlü səbəbdən buraxılmasını sübut edə bilməmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6620/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.