Məhkəmə qərarları › İş №2(102)-3060/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3060/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3060/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X7 Edilməsi Agentliyi” MMC-nin vəkili Məmmədzadə Ayaz Eyvaz oğlunun, Cavabdeh vəkili X10 oğlunun iştirakları ilə, İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X7 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı faiz borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələb inə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14720/2019 saylı, 16 dekabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X7 Edilməsi Agentliyi” MMC və vəkili Məmmədzadə Ayaz Eyvaz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(004)5356/2019 saylı qətnaməsi ilə (hаkim T.B.Axundov) İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X7 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət оlunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14720/2019 saylı, 16 dek abr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov, Z.Ə.Əliyev) İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X7 Edilməsi Agentliyi” MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(004)-5356/2019 saylı qətnaməsi dəyişdirilmədən saxıanılmışdır. İşin halları: İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X7 Edilməsi Agentliyi” MMC Cavabdeh qarşı faiz borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194- cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli, ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X7 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikl iyə əsasən “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X7 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı sərəncamının icrası ilə əlaqədar “İddiaçı" QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-XAC-34 saylı, 17 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında 02.11.2007-ci il tarixdə, 488/07 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 23% tətbiq edilməklə, 24 ay müddətinə 57.000 (əlli yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. 07.11.2007-ci tarixli kassa məxaric orderindən də, göründüyü k imi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “MERCEDES BENZ 200” markalı, **-GK-*** dövlət nişanlı (buraxılış ili - 2007, ban - WDB21104** Bİ ***48, rəng Qara) avtomobil 02.11.2007-ci il tarixdə, 488/07 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 07.11.2007-ci il tarixli, AG seriyalı, 121306 №-li «Girov müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan’’a 57.000 (əlli yeddi min) ABŞ dolları məbləğində kreditin verilmə sini öhdəsinə götürmüşdür. “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixdən başlanır. (5.4. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 24 (iyirmi dörd) aydır. (5.5. bənd) kreditin vəsaitnin istifadə müddəti 02 noyabr 2009-cu il tarixdə bitir. Qeyd olunan kredit müqaviləsinin 6.1 -ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 23 (iyirmi üç) faiz ödəyir. Cavabdeh bank qarşı sındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan faiz borcu üzrə 22307.47 (iyirmi iki min üç yüz yeddi ABŞ dolları, 47 sent) ABŞ dolları, cəmi 22307.47 (iyirmi iki min üç yüz yeddi ABŞ dolları, 47 sent) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh faiz b orcu üzrə 22307.47 (iyirmi iki min üç yüz yeddi ABŞ dolları, 47 sent) ABŞ dolları, cəmi 22307.47 (iyirmi iki min üç yüz yeddi ABŞ dolları, 47 sent) ABŞ dolları kredit borcunun həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi; Cavabdeh mülkiyyətində olan “MERCEDES BENZ 200” markalı **-GK-*** dövlət nişanlı (buraxılış ili-2007, ban-WDB2110411B113848, rəng-Qara) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X7 Edilməsi Agentliyi” MMC həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X7 Edilməsi Agentliyi” MMC və vəkili Məmmədzadə Ayaz Eyvaz oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında ba xan məhkəmə instansiyası iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı əsassız qənaətə gəlmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X7 Edilməsi Agentliyi” MMC-nin vəkili Məmmədzadə Ayaz Eyvaz oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh vəkili X10 oğlu kassa siya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X7 Edilməsi Agentliyi” MMC-nin vəkili Məmmədzadə Ayaz Eyvaz oğlunun, Cavabdeh vəkili X10 oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X7 Edilməsi Agentliyi” MMC-nin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiy asının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının d üzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan xxxx X5 Xaçmaz filialı ilə Cavabdeh arasında imzalanmış 02.11.2007-ci il tarixli, 488/07 saylı kredit müqaviləsindən görünür ki, bank ilə sonuncu arasında olan kredit müqaviləsinə əsasən bank sonuncuya illik 23 faizlə 24 ay müddətinə 57.000 ABŞ dolları məbləğində pul vermişdir. İşdə olan xxxx X5 Xaçmaz filialı ilə Cavabdeh arasında imzalanmış 02.11.2007-ci il tarixli, 488/07 nömrəli ipoteka müqaviləsindən görünür ki, 02.11.2007-ci il tarixli, 488/07 saylı kredit müqaviləsinə əsasən borclu Cavabdeh xxxx X5 Xaçmaz filialı qarşısında öhdəliklərinin təminatı kimi Cavabdeh məxsus olan Mercedes Benz E 200K markalı avtomaşın (buraxılış ili-2007, ban- WDB2 110411B113848, rəng-Qara) ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3.1 -ci maddəsinə əsasən tərəflərin razılığı ilə ipoteka ilə yüklü edilmiş minik avtomobili 71.300 ABŞ dolları dəyərində qiymətləndirilmişdir İş materiallarına əlavə edilmiş 07.11.2007-ci il tarixli kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh “xxxx” ASC tərəfindən 57.000 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. İşdə olan girov müqaviləsinin qeydiyyata alınması haqqında AG seriyalı, 121306 №-li, 07.11.2007-ci il tarixli şəhadətnamədən görünür ki, Cavabdeh məxsus Mercedes Benz E 200 markalı, **-GK-*** dövlət nömrə nişanlı minik avtomobili “xxxx” ASC-nin Xaçmaz filialına girov qoyulmuşdur. İş materiallarında olan AB seriyalı, 112951 nömrəli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz E 200 markalı, 10- GK-014 dövlət nömrə nişanlı minik avtomobili ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh mülkiyyətindədir. İşdə olan “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli, 570 saylı Fərmanının icrası ilə əlaqədar problemli aktivlər üzrə müvafiq sənədlərin “xxxx” ASC-dən "İddiaçı” QSC-nin idarəetməsinə verilməsi ilə bağlı 17.01.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, borc alan Cavabdeh təhvil-təslim gününə olan borcu 22307.47 ABŞ dolları təşkil edir. İş materiallarında olan “X7 Edilməsi Agentliyi” MMC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İd arəsinin QİŞ-nə ünvanlanmış 31.10.2018-ci il tarixli, 3100 nömrəli məktubdan görünür ki, Cavabdeh məxsus Mercedes Benz E 200 markalı, **-GK-*** dövlət nömrə nişanlı minik avtomobilinə tutmanın yönəldilməsi haqqında bildiriş 01,11.2018-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin 24.09.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh məxsus Mercedes Benz E 200 markalı, **-GK-*** dövlət nömrə nişanlı minik avtomobili 16.07.2010-cu il tarixdə girovdan azad edilərək X2, həmin avtomobilə **-BX-*** dövlət nömrə nişanı verilmiş və daha sonra isə müxtəlif vaxtlarda müxtəlif şəxslərə satılmış, hal-hazırda isə həmin avtomobilə **-GA*** dövlət nömrə nişanı verilərək X1. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqı nda” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 41.1; MM-in 269.1, 269.4, 269.5, 270.1, 309.1, 319.1 -ci 324.4, 324.5, 372- 375, 385.1, 386.1, 399, 404, 420.1.5, 420.2, 420.3.2, 420.3.4, 420.3.5, 421.3, 425, 427.3, 439.3, 442, 445.7, 446.3, 448.1, 449.1, 458.1, 462, 465, 467, 527.1, 560.1-560.3, 739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80 – 82, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissədə) münasibətdə yoxlayan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqinə dair ərizəsi əsasında düzgün olaraq iddianı təmin etməmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı əsassız qənaətə gəlindiyini, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X7 Edilməsi Agentliyi” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelly asiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14720/2019 saylı, 16 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar