Məhkəmə qərarları › İş №2(102)-3060/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3060/2022

07.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3060/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, MəmmədovTural LLL oğlu və İddiaçı4 cavabdeh XXX na qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilin əvvəlki vəziyyətinə qaytarılması, otaqlardan yaşayış hüquqlarının bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “mənzilin əvvəlki vəziyyətə qaytarılması, otaqlardan yaşayış hüququnun bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-283/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsindən verilmiş iddiaçı kassasiya şikayətinə 7 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İddiaçı1 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayırlar. ünvan 2lı ev Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 10 aprel 1969-cu il tarixli 1 saylı qərarı ilə X5 4 nəfər ailə üzvü ilə birlikdə verilmişdir. 2. ünvan 3 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2016-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 3/8 hissədə Cavabdeh, 3/8 hissədə İddiaçı1, 1/8 hissədə X7 və 1/8 hissədə X3 adına qeydiyyata alınmış, bu barədə RX seriyalı, ******* saylı çıxarış tərtib edilmişdir.

3. DƏDRX Yev lax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi üzərində 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı1 paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır.

4. Hazırda həmin torpaq sahəsi 1/2 hissədə Cavabdeh və 1/2 hissədə İddiaçı1 paylı mülkiyyətindədir və onların mülkiyyət hüquqları xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanda yerləşən, 2 otaqlı, 35 kv.metr sahədən ibarət mənzilin otaqları arasında olan qapıların açılıb əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh istifadəsində olan otağın pəncərəsinin əvvəlki yerinə qaytarılması, mövcud olan pəncərənin bağlanması, orderdə qeyd olunan 35 kv.metrlik sahədən ibarət 2 otaqdan yaşayış hüquqlarının bərpa edilməsi, cavabdeh tərəfindən qoyulan maneələrin aradan qaldırılması, mənzilə girişin əvvəlki vəziyyətdə bərpa olunması, cavabdehin yaşayış otağına bitişik inşa etdirdiyi tualet-hamamın öz vəsaiti hesabına sökülməsi, X1 inşa olunmuş otağa və köməkçi sahəyə girişə qoyulmuş maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, qeyd olunan evə sair X4, arvadı Afəyətin, onların övladları Etibarən, YYYnun və LLLin adına 353 saylı orde r yazılmışdır. Cavabdeh sonradan doğulduğuna görə onun adı orderə yazılmamışdır. İddiaçı2 1988-ci ildən həmin ünvana gəlin köçmüş, 2001-ci ildən həmin ünvanda qeydiyyatdadır. Tural və İddiaçı4lar həmin ünvanda doğulub, boya-başa çatmışlar. Order üzrə həyətdə 2 otaqlı 35 kv.metr sahədən ibarət mənzil vardır və həmin otaqlar həyətin girişindədir. Mənzil özəlləşdirilməmişdir. Buna baxmayaraq, həmin 2 otaqlı evin biri otağı 4 nəfər ailə üzvü ilə birlikdə onun, 1 otağı isə Cavabdeh faktiki istifadəsindədir. Cavabdeh mənzilin bir otağının digər otağa girişini bağlamış, pəncərənin yerini dəyişmiş, onların öz vəsaitləri hesabına inşa etdikləri evin divarına sanuzel quraşdırmış, onların digər otaqdan istifadələrini məhdudlaşdırmışdır. Həmçinin İddiaçı1 atası Məmməd Məmmədovun sağlığında onun üçün i nşa edilmiş otağa girişlərini bağlamışdır. Onlar Mingəçevir şəhəri, Topçubaşov küçəsi 6 ünvanda yerləşən 2 otaqlı mənzildə qeydiyyatdadırlar və onların hər iki otaqdan sərbəst istifadə etmək hüquqları olmalıdır. Hesab edir ki, cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş özbaşına tikililər sökülməli, yəni mübahisəli mənzilin otaqları arasında olan qapılar açılıb əvvəlki vəziyyətə qaytarılmalı, cavabdehin istifadəsində olan otağın pəncərəsi əvvəlki yerinə qaytarılmalı, mövcud olan pəncərə bağlanmalı, orderdə qeyd olunan 35 kv.metrlik sahədən ibarət 2 otağın hər birinin yaşayış sahəsindən istifadə hüquqları bərpa edilməli, cavabdeh tərəfindən qoyulan maneələr aradan qaldırılmalı, mənzilə giriş əvvəlki vəziyyətdə bərpa olunmalı, cavabdehin yaşayış otağına bitişik inşa etdirdiyi sanitar qovşağı öz vəsaiti hesabına sökülməli və mərhum X1 inşa olunmuş otağa və köməkçi sahəyə girişə qoyulmuş maneə aradan qaldırılmalıdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası zamanı ekspert işin hallarına uyğun rəy verməmiş, yəni ekspert qarşısında qoyulmuş suallara tam və ətraflı cavab verməmişdir. Ona görə də ekspert rəyi ilə də razı deyildir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir.

7. Cavabdeh birinci instansiya məhkəməsində iddianı qəbul etməyib bildirmişdir ki, əslində iddiaçıların məqsədi ondan torpaq sahəsi tələb etməkdir.

8. Mingəçevir Şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qərardadı ilə təyin edilmiş, məhkəmə tikinti-texniki ekspertizasının 17 iyul 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ünvan 5 ünva nda yerləşən, 2 otaqlı 35 kv.metr sahədən ibarət mənzilin otaqları arasında olan qapıların açılıb əvvəlki vəziyyətə qaytarılması mümkün deyildir. Belə ki, ünvan 5 ünvanda yerləşən, 2 otaqlı 35 kvadrat metr sahədən ibarət mənzilin faktiki olaraq iki hissəyə təcrid şəklində bölündüyünü nəzərə alaraq, həmin 35 kv.metr sahədən ibarət mənzilin otaqları arasında olan qapıların açılıb əvvəlki vəziyyətə qaytarıldıqda iki hissəyə bölünmüş mənzillərin təcrid şəklində olduğu pozulur ki, bu da İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 2.9. bəndinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə ziddir. Eyni zamanda Cavabdeh 2 otaqlı 35 kvadrat metr sahədən ibarət mənzildən istifadəsində olan otağın pəncərəsinin əvvəlki yerinə qaytarılmaqla, mövcud olan pəncərənin bağlandıqda həmin yaşayış otağı təbi i işıqla təmin olunmur ki, bu da İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.3.bəndinin tələblərinə ziddir. Bu səbəbdən Cavabdeh istifadəsində olan otağın pəncərəsinin əvvəlki yerinə qaytarılması, mövcud olan pəncərənin bağlanması daşınmaz əmlakın təyinatına tənasübsüz zərər vurulmadan mümkün deyildir.

9. Mingəçevir Şəhər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(051)-46/2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Paşayev) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 6 ünvanda yerləşən 2 otaqlı 35 kv.metr sahədən ibarət mənzil İddiaçı1 və Cavabdeh ataları mərhum X4 adına verilmişdir. Həmin mənzilin yerləşdiyi 0.08 hektar həyətyanı torpaq sahəsi üzərində İddiaçı1 və Cavabdeh hər birinin 1/2 hissədə paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, mübahisəli mənzilin otaqları arasında olan qapılar və pəncərələr hörülərək mənzil və paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsi faktiki olaraq iki hissəyə bölünmüşdür. İddiaçı1 tərəfindən istifadəsində olan torpaq sahəsi daxilində faktiki istifadə etdiyi tikiliyə bitişik 102,77 kv.metr yaşayış və yardımçı sahə, Cavabdeh tərəfindən də eyni qaydada olan istifadəsində olan torpaq sahəsi daxilində faktiki istifadə etdiyi tikiliyə bitişik 138,78 yaşayış və yardımçı sahə inşa olunmuşdur. Həmin tikililər bir dam altında və paylı mülkiyyətdə olan torpaq sahəsində yerləşdiyi və mübahisəli mənzilə bitişik inşa olunduğundan, tikililərə ara məsafəsinin olması zəruri olmamış, həmçinin hər iki hissə təcrid şəklində ayrıca giriş-çıxış yoluna malik olduğunda n, tərəflərin istifadələrində olan tikililərdən və torpaq sahəsindən istifadə etmələrinə heç bir məhdudiyyət yoxdur.

11. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, cavabdeh tərəfindən öz istifadəsində olan torpaq sahəsində yaşayış evinə bitişik inşa edilmiş tualet-hamam tikilisinin ümumi sahəsi 18,56 kv.metr təşkil etdiyindən, onun tikintisinə qanunda nəzərdə tutulmuş qaydada icazə tələb olunmamış, həmçinin ara məsafəsi saxlanılması zəruri olmamışdır. Eyni zamanda tualet-hamam tikilisinin arxa hissəsində İddiaçı1 istifadəsində olan otağa hər hansı bir ziyan dəyməmiş, ümumiyyətlə Cavabdeh tərəfindən inşa edilmiş tualet-hamamın mübahisəli evə bitişik olması, iddiaçının istifadəsində olan yaşayış evindən təyinatı üzrə istifadəsinə maneçilik törətməsi müəyyən olunmamışdır. Bu h al həm məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı, həm də ekspert rəyində öz təsdiqini tapmışdır. iddiaçının hazırkı vəziyyətdə cavabdehin hərəkətlərində iddiaçının qanunla qorunan obyektiv hüquqlarının və subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən, onun cavabdehə qarşı tələb hüququ yaranmamışdır.

12. Birinci instansiya məhkəməsi bildirmişdir ki, mübahisəli mənzil üzərində nə İddiaçı1, nə də Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, yalnız hər iki tərəfin mübahisəli mənzilin yerləşdiyi 0.08 hektar həyətyanı torpaq sahəsi üzərində paylı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Göründüyü kimi həm İddiaçı1, həm də Cavabdeh mübahisəli mənzildən bərabər hüquqlar və şərtlər daxilində istifadə etmək hüquqlarına malikdirlər. Hazırkı vəziyy ətdə tərəflərin heç biri qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə hüquqi ixtiyar əldə etməmişdir. Belə olan halda mübahisə predmeti olan, 2 otaqlı, 35 kv.metr sahədən ibarət mənzilin otaqları arasında olan qapıların, Cavabdeh istifadəsində olan otağın pəncərəsinin bağlanması, mövcud pəncərənin açılması, mənzilə girişin hazırkı vəziyyətdə olması, həmçinin Cavabdeh istifadəsində olan torpaq sahəsində mübahisəli mənzilin iddiaçının istifadə etdiyi hissəyə bitişik tualet-hamam inşa etdirməsi zamanı cavabdeh tərəfindən iddiaçının subyektiv hüququ pozulmamışdır.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər uzun müddət öz aralarında olan faktiki razılıq əsasında mövcud vəziyyəti müəyyən etmişlər, yəni mübahisəli mənzilin bir hissəsindən İddiaçı1, digər hi ssəsindən isə Cavabdeh bərabər şərtlər daxilində istifadə etmək üçün özlərinə zəruri şərait yaratmışlar. Ona görə də mənzilin otaqları arasında olan qapılar və pəncərə bağlanmışdır. Ondan sonra tərəflərin istifadəsində olan yaşayış sahələri bir-birindən təcrid olunmuşdur. Bu isə mübahisəli mənzilə iki giriş yolunun açılması ilə nəticələnmişdir. Qeyd olunan hal baş verdikdən sonra tərəflər öz yaşayış şəraitinə uyğun olaraq yardımçı sahələr inşa etmişlər. Mübahisəli mənzilin daxilində və xaricində aparılmış dəyikliklər nə İddiaçı1, nə də Cavabdeh mənzildən istifadə hüquqlarını məhdudlaşdırmamış, əksinə daha da yaxşılaşdırmışdır. Ona görə də bu hal uzun müddət davam etmiş, tərəflərin heç biri qeyd olunan bölgüyə və dəyişikliyə həmin vaxt etiraz etməmişdir. Bundan başqa, iddiaçının yaşadığı mə nzildən və həyətyanı torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə etməsi cavabdeh tərəfindən məhdudlaşdırılmamışdır. Hazırkı vəziyyətdə cavabdehin inşa etdirdiyi yarımçıq tikililər iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, həmçinin onun və ailəsinin həyatı və sağlamlığı üçün təhlükə yaratmadığından, iddiaçıların cavabdehə qarşı tələb hüququ yaranmamadığından iddia tələbi həmin hissədə iddiaçının subyektiv hüququ pozulmadığına görə əsassızdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2, 171.1, 180.4, 228 və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə ç ıxarılmasını xahiş etmişdir.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-283/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşıb hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.

18. Apellyasiya instansiya məhkəməsi hesab etmşdir ki, iddiaçılar hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hə rəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından hazırki iddianı vermək səlahiyyətinə də malik deyil. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Bəhs olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçılar onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddia tələbi təmin edilə bilməz.

19. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 170.2, 171.1, 180.4-cü maddəsinə əsasən istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı X8 (vəkil X6) kassasiya şikayəti verərək, apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi iddia tələbinin mahiyyətindən, məzmunundan təmamilə kənar məsələlər əsasında qəbul olunmuşdur. Belə ki, yaşayış evinin özəlləşdirilməməsini nəzərə almayaraq mənzildə qeydiyyatda olan 3 nəfərin-Tahirə, Tural və İddiaçı4ların hüquqlarını pozaraq ünvan 3 saylı yaşayış evini qeyri-bərabər 2 hissəyə bölmüşdür. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə isə təqdim etdikləri sübutları deyil, tələbləri ilə əlaqəsi olmayan sübutları nəzərə almışdır. Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qapının və pəncərənin bağlanmasının mümkünlüyü barədə Mingəçevir şəhər İH-nin Memarlıq və Tikinti Şöbəsinin mütəxəssisi tərəfindən verilmiş rəyi nəzərə almamışdır. Məhkəmə ekspertin qarşısında iddiaçı tərəfin təklif etdiyi sualları qoymamışdır. İddia ərizəsində bəhs edilən 35 kv.metr sahədən ibarət evin məhz çıxarışda göstərilən torpaq sahəsində yerləşməsi barədə işdə mütəxəssis və ya ekspert rəyi yoxdur. İş üzrə rəy vermiş ekspertin şəhadətnaməsi yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabd ehin vəkili kassasiya şikayətinə yazılı etirazında kassasiya şikayətinin rədd olunmasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Prosessual məsələlər

23. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

24. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublika sının Mülki Məcəlləsi Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrdən əlavə birbirlərinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozu ntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi h alları sübut etməlidir. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etmə yə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

28. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olu nub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə qətnamənin əsaslılığı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. İş matetiallarından göründüyü kimi iddiaçı cavabdehlə paylı mülkiyyətində olan torpaq sahəsində yerləşən, qanuni əsaslarla onların istifadəsində olan evdən 30 ilə yaxın müddətdə istifadə etdikləri qaydanın dəyişdirilərək, otaqlar arasında olan qapıların açılıb əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh istifadəsində olan otağın pəncərəsinin əvvəlki yerinə qaytarılması, mövcud olan pəncərənin bağlanması, orderdə qeyd olunan 35 kv.metrlik sahədən ibarət 2 otaqdan yaşayış hüquqlarının bərpa edilməsi, cavabdeh tərəfindən qoyulan maneələrin aradan qaldırılması, mənzilə girişin əvvəlki vəziyyətdə bərpa olunmasını, habelə cavabd ehin yaşayış otağına bitişik inşa etdirdiyi tualet-hamamın öz vəsaiti hesabına sökülməsi, ataları X1 inşa olunmuş otağa və köməkçi sahəyə girişə qoyulmuş maneənin aradan qaldırılmasını tələb edir.

33. İşə baxmış məhkəmələr işin hallarına Mülki Məcəllənin 171 və 180-ci maddələrinin tələbləri baxımından yanaşaraq, ekspertin rəyi ilə gəlinmiş nəticəyə və işin müəyyən olunmuş hallarına əsaslanaraq iddia tələbinin əsassız saymış, gəldiyi nəticəni kifayət qədər əsaslandırmışdır.

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşır və qeyd edir ki, tərəflər istifadələrində olan evdən istifadə qaydalarını öz mənafelərinə uyğunlaşdırmaq üçün illər öncə evin quruluşunda dəyişiklik edərək otaqların arasında olan qapını bağlamış, pəncərənin yerin i dəyişmiş, evdən etirazsız şəkildə bu qaydada istifadə etmişdir. Həmin dəyişikliyin tikinti tələblərinə zidd olması barədə sübut təqdim olunmamışdır. İddiaçının indiki tələbi, evdən istifadə üzrə tərəflər arasında bərqərar olmuş, şəraitin haqq qazandırdığı istifadə qaydalarının dəyişdirilməsinə yönəlib. Lakin verilmiş tələb, bunun üçün tutarlı əsaslara söykənmir.

35. Ekspertin səlahiyyətsizliyi ilə bağlı kassatorun dəlili də formal dəlildir. Çünki “”Məhkəməm ekspertizası haqqında” qanunun 2-ci maddəsində “məhkəmə ekspertizası idarəsi” dedikdə məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanı nəzərdə tutulmuşdur və iş üzrə verilmiş, məhkəmənin sübut kimi istinad etdiyi ekspert rəyi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmişdir.

36. Ekspertiza qarşısında s uallar qoyulanda iddiaçı tərəfin təklif etdiyi sualların nəzərə alınmaması barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ekspertiza təyin olunmuşdur və həmin tarixədək iddiaçı tərəf ekspert qarşısında qoyulan suallara dair hər hansı təklif verməmişdir.

37. İddia ərizəsində bəhs edilən 35 kv.metr sahədən ibarət evin məhz çıxarışda göstərilən torpaq sahəsində yerləşməsi barədə işdə mütəxəssis və ya ekspert rəyinin olmaması barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassator ümumiyyətlə bu halın iddianın həllində əhəmiyyəti və gəlinən nəticəyə təsirini izah etməmişdir.

38. Kassasiya şikayətinin digər dəlilləri işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fak tiki halların aydınlaşdırılmamasına qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədədir ki, bu hallara kassasiya şikayətində istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-283/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar