Məhkəmə qərarları › İş №2(102)-3060/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3060/2025

10.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3060/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: həkim səhvi nəticəsində ziyan tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2025-ci il tarixli, 2(103)1520/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respubli kası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 08 fevral 2024-cü il tarixdə Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-də İddiaçı üzərində aparılmış “Üst Abdomen MRT” müayinəsinin nəticəsinə görə: “Qaraciyərin kraniukaudal uzunluğu 162 mm olmaqla, ölçüləri az dərəcədə artmışdır. Hepatosteatoza bağlı parenximasında diffuz siqnal dəyişikliyi təyin olunur. Konturları düzgündür. Parenximası homogendir. Portal və hepatik venalar açıqdır. Öd kisəsi ölçüləri artmış olub, divar qalınlığı normaldır. Boyun hissəsində king qeyd olunur. Kisə mənfəzində daş və ya solid törəmə mövcud deyil. Xoledox diametri 7-8 mm olub, mənfəzində daş təyin olunmur. Solda intrahepatik öd yolları minimal genişdir. Mədəaltı vəzi ölçüləri normal, siqnal dağı mı homogendir. Pankreatik kanal genişlənməyib. Dalaq ölçüləri artmışdır (130 mm). Parenximasının siqnal intensivliyi təbiidir. Hər iki böyrək üstü vəzdə patoloji dəyişiklik mövcud deyil. Böyrəklərin ölçüləri və parenxima qalınlığı normaldır. Hər iki böyrəyin siqnal intensivliyi homogendir. KL sistemi hər iki tərəfdə norm genşlikdədir. Mədə və görüntü sahəsinə daxil olan intestinal strukturda patoloji dəyişiklik izlənmədi. Qaraciyər hilus və preaortik səviyyədə tək-tək subsn/mm-ik reaktiv limfa düyünləri təyin olunur. Qarın boşluğunda patoloji limfa düyünü və ya sərbəst maye mövcud deyil. Abdominal aorta və vena kava inferior normaldır. Müayinə sahəsinə daxil olan sümük toxumaların strukturası və kortikal tamlığı dəyişməyib”. 2. 15 fevral 2024-cü il tarixdə İddiaçı üzərində Azərbaycan Tibb Universitetinin X1 aparılmış Ultrasəs müayinəsinin nəticəsinə görə: “Qara ciyər – ölçüləri: kənarları aydın, hamar. Parenximanın strukturu mülayim steatoz. Arxitektonikası pozulmayıb. Ocaqlı dəyişiklik qeyd olunmur. Ciyərdaxili qan damarları aydın qeyd olunur. Vena portae genişlənməyib. Ciyərdaxili öd axarları mülayim genişləniblər. Öd kisəsi – ölçüsü 110x40 mm (Norm 90x30 mm), kisə boynu qarmaqvari formadadır. Divarları sərtləşib. Möhtəviyyatı konsentrasiyalıdır. Xoledov 12 mm-ə qədər genişlənib və distal hissədə 7 mm ölçüdə konkrement qeyd olunur. Mədəaltı vəzi – ölçüləri böyüməyib. Kənarları hamar. Sərtliyi orta, strukturunda ocaq qeyd olunur. Virsunq axarı genişlənməyib”.

3. Sonuncu müayinədən sonra iddiaçı yenidən 16 fevral 2024-cü il tarixdə Cavabdeh2 MMC-yə müraciət etmiş, ona “Xole doxolitiaz. Biliar pankeatit. Mexaniki sarılıq” diaqnozu təyin edilmiş və 16 fevral 2024-cü il tarixdə üzərində “ERXOQ EOST xoledoxdan daş ekstraksiya əməliyyatı” icra edilmişdir. İddiaçı 16 fevral 2024-19 fevral 2024-cü il tarixlərdə Klinikada saxlanılmış, 19 fevral 2024-cü il tarixdə kafi vəziyyətdə evə yazılmış, bu zaman onun vəziyyəti qənaətbəxş olmuşdur.

4. İddiaçı Cavabdeh2 MMC-yə 18 yanvar 2024-cü il tarixdə 480 manat, 16 fevral 2024-cü il tarixdə 1.000 manat və 334 manat, 17 fevral 2024-cü il tarixdə isə 130 manat (cəmi 2.094 manat) ödəniş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdehlər tərəfindən məruz qaldığı maddi zərərə görə 2.455 manat, mənəvi zərərin əvəzi kimi 7.500 manat və iş üzrə ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin cavabdehlərin əməllərinə cinayət qanunvericiliyinə uyğun olaraq qiymət verilməsi üçün istintaq orqanına göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 08 fevral 2024-cü il tarixində qarın boşluğunda kəskin ağrılarla Klinikaya gətirilmiş və həmin tarixdə həkim-radioloq Cavabdeh1 rəhbərliyi altında ÜST Abdomen MRT edilmişdir. Lakin, onda heç bir ciddi dəyişiklik aşkar edilmədiyi qeyd edilərək evə buraxılmışdır. 08 fevral 2024-15 fevral 2024cü il tarixədək 8 gün kəskin, küt ağrılarla keçirmişdir. Şiddətli ağrıları davam etdiyində n 6 saylı Məlikov adına Xəstəxanaya yaxınlaşmış, həkim onun xarici görünüşündə olan sarılığa əsasən dərhal 15 fevral 2024-cü il tarixdə Azərbaycan Tibbi Universiteti X2 Ultrasəs Müayinəsinə göndərmiş, orada öd kisəsində distal hissədə 7 mm ölçüdə konkrement olması qeyd edilmişdir. Vəziyyətinin ağır olmasını nəzərə alan qohumları onu dərhal Klinikaya yerləşdirmişlər, orada çoxsaylı müayinələr edilmiş, epikrizində Xoledoxolitiaz, Biliar pankreatit və mexaniki sarılıq kliniki diaqnozu qoyulmuş və dərhal əməliyyata alınmışdır. Həkimlərin səyi nəticəsində uzunmüddətli intensiv müalicədən sonra ölümdən xilas olunmuşdur. Epikrizdən göründüyü kimi, cavabdeh Klinikanın həkim radioloqu Cavabdeh1 ona 08 fevral 2024-cü il tarixində səhv diaqnoz qoyduğundan vəziyyəti kəskin pisləşmiş, 8 gün kəskin ağrı lara tab gətirmək məcburiyyətində qalmış, 20 kilodan çox çəki atmış, ailəsi və özü mənəvi və böyük məbləğdə maddi ziyan görmüş və sonunda ölümdən xilas olmuşdur. İlkin müalicəsi üçün çəkdiyi xərclərin ümumi dəyəri 2.455 manat təşkil edir. İddiaçının daxili orqanlarında bəzilərinin fəaliyyəti cavabdeh Klinikanın həkimi Cavabdeh1 tərəfindən səhv diaqnoz qoyulduğundan əməliyyatdan sonra belə, kəskin pankreatit (mədəaltı vəzi iltihabı) sancıları ilə evə buraxılması mümkünsüz olmuşdur. Bu da birbaşa səhv diaqnozun və gecikdirilmiş müalicənin nəticəsidir. İndi normal həyata dönə bilmir, normal iş fəaliyyəti ilə məşğul ola bilmir. Bu isə ailəyə maddi və mənəvi yöndən xeyli zərər vurub. Ambulator qaydada nəzarət altındadır. Himayəsində 2 azyaşlı övladı, xərçəng xəstəsi anası vardır, ailənin yeganə işləyən fərdidir.

7. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin 26 iyul 2024-cü il tarixli ekspert rəyinə əsasən, İddiaçı 08 fevral 2024-cü il tarixdə çəkilmiş üst qarın boşluğunun MRT müayinəsinin (CD diski) görüntüləri mütəxəssis müayinəsinə təqdim edilmiş, baxış zamanı öd kisəsinin daxilində və xoledoxda kalsiləşmiş konkrement qeyd edilməmişdir. (MR-da normada “yumşaq” siqnallı konkrement aşkarlanmır). İddiaçı 08 fevral 2024-cü il tarixdə çəkilmiş üst qarın boşluğunun MRT-nın (CD diski) mütəxəssis müayinəsinə təqdim edilmiş və həmin görüntülərə əsasən, MRT müayinəsinin nəticəsi müayinənin görüntüsünə uyğun olmuşdur. 08 fevral 2024-cü il tarixdə aparılmış MRT müayinəsindən sonra, yəni 15 fevral 2024-cü il tarixədək İddiaçı öd kisəsində (distal hissədə) 7 mm ölçüdə konkrementin (daşın) qeyd edilməsi və ultrasəs müayinəsi ilə təsdiq edilməsi həmin konkrementin kalsinasiyası ilə əlaqədar olmuşdur. Belə ki, kalsinasiya olunmamış konkrement MRT müayinəsində müəyyən edilmir. Eyni zamanda konkrementin qısa (7 gün) müddətdə 7 mm ölçüdə böyüməsi istisna edilir. 08 fevral 2024-cü il tarixdə İddiaçı aparılmış MRT müayinəsinin nəticəsində onda öd kisəsində (distal hissədə) 7 mm ölçüdə konkrement (daş) aşkar olunmamışdır. Həmin konkrement kalsinasiya olunmadığından MRT müayinəsi zamanı müəyyən edilməmişdir. Konkrement müəyyən edilib cərrahiyyə əməliyyatı vaxtında icra olunduğu halda xəstədə “Xoledoxolitiaz. Biliar pankreatit. Mexaniki sarılıq” yaranmaz dı. İddiaçı öd kisəsində (distal hissədə) 7 mm ölçüdə konkrementin (daşın) ERXPQ üsulu ilə götürülməsinə tibbi göstəriş olmuşdur.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(011)3795/2024 nömrəli qətnaməsi ilə (hakim P.Zamanlı) iddia qismən təmin edilərək, mənəvi zərərə görə 2.000 manat pulun və 24 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ona dəymiş maddi zərəri 08 fevral 2024-cü il tarixdə cavabdeh Klinikaya müraciət edərkən, Cavabdeh1 tərəfindən öd kisəsində olan daşın vaxtında aşkar olunmaması (səhv diaqnozun qoyulması) nəticəsində cərrahi əməliyyata məruz qalması və bunun davamı olaraq onda mexaniki sarılığın yar anması ilə əsaslandırır.

10. Məhkəmə hesab etmişdir ki, əvvəlcə, iddiaçıda yaranmış öd daşı xəstəliyinin cərrahi yolla aradan qaldırılmasına cavabdehlərin təqsirli hərəkətlərinin səbəb olması ilə bağlı hallar araşdırılması zəruridir.

11. Bir çox nəzəri tibbi mənbələrdə öd daşı xəstəliyinin yaranması ödün maye konsistensiyasının bərk hala keçməsi, habelə öd kisəsində olan maddələr (xolesterin və bir çox duzlar, yaxud bilrubin) arasında tarazlığın pozulması ilə inkişaf edən həmin maddələrin bərkiməsi nəticəsində yarandığı bildirilir. Tibbi mənbələrdə öd kisəsi xəstəliyinin qeyd edilən formada başa çatması halında onun hər hansı tibbi müalicə yolu ilə deyil, yalnız cərrahi müdaxilə ilə daşların öd kisəsindən çıxarılması (təmizlənməsi), bəzi hallarda isə ödün özünün bədəndən çıxarılaraq xaric edilməsi yolu ilə həyata keçirilməsi tövsiyə edilir. (N.Y.Bayramov, R.A.Məmmədov, K.D.Aslanova “Öd yollarının cərrahi xəstəlikləri”, Ü.Məmmədov, R.Ağayev və s.). Eləcə də, iş üzrə məhkəmə iclasında dindirilmiş ekspert də (məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası ilə bağlı rəy vermişdir) iddiaçıda mövcud simptomlarla müşayiət edilən öd daşı xəstəliyinin yalnız cərrahi yolla aradan qaldırılmasının mümkün olduğunu bildirmişdir.

12. Şərh edilənlərdən də göründüyü kimi, Cavabdeh1 tərəfindən 08 fevral 2024-cü il tarixdə iddiaçı müayinə edilərkən öd kisəsində daşın müəyyən edildiyi halda belə, onun xəstəliyinin aradan qaldırılması üçün cərrahi müdaxilə mütləq həyata keçirilməli idi. Bu halda, məhkəmə hesab edir ki, iddiaçının cərrahi əməliyyat yolu xəstəliyinin aradan qaldırılm ası üçün xərc çəkməsinə cavabdehlərin hər hansı bir təqsirli hərəkətləri səbəb olmamışdır.

13. İddiaçıda səhv diaqnoz nəticəsində vaxtında cərrahi əməliyyatın olmaması səbəbindən mexaniki sarılığın yaranması ilə bağlı məhkəmə qeyd etmişdir ki, təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə SN-nin “Məhkəmə Tibbi Ekspertiza və X3” PHŞ-nin 08 iyul 2024-cü il tarixli rəyində (5-ci sual üzrə) qeyd edilir ki, 08 fevral 2024-cü il tarixdə iddiaçıya aparılmış MRT müayinəsinin nəticəsində onda öd kisəsində (distal hissədə) 7 mm ölçüdə konkrement (daş) aşkar olunmamışdır. Həmin konkrement kalsinasiya (dəyişməmiş, yetişməmiş, göy) olunmadığından MRT müayinəsi zamanı müəyyən edilməmişdir. Konkrement müəyyən edilib cərrahiyyə əməliyyatı vaxtında icra olunduğu halda xəstədə “Xoledexolitiaz. Billar pankr eatit. Mexaniki sarılıq” yaranmazdı.

14. Ekspertin gəldiyi nəticədən də görünür ki, iddiaçıda əməliyyatdan sonra “Xoledexolitiaz. Billar pankreatit. Mexaniki sarılıq” əlamətlərinin yaranmasına səbəb MRT müayinəsi nəticəsində onun öd kisəsində (distal hissədə) 7 mm ölçüdə konkrementin (daşın) vaxtında aşkar olunmaması ilə bağlı olmuşdur. Lakin, iddiaçı buna görə hər hansı müayinə və müalicə olunmasına görə nə qədər xərc çəkməsi barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı 2.455 manat maddi zərəri isə iddia ərizəsində də qeyd etdiyi kimi, ilkin müalicəsi üçün (ilkin və sonrakı müayinələr və cərrahi əməliyyata görə) çəkdiyi xərclərlə bağlı tələb etmişdir.

15. Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddiaçı sağlamlığının bərpa edilməsi üçün cavabdehdən maddi zərərə görə hazırkı əsa sla pul tələb etməkdə haqlı deyil. Belə ki, iddiaçının icbari tibbi sığortadan yararlanması üçün sığorta hadisəsi baş vermiş və o, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumata əsasən "xxxx" ASC-də işləməklə sığortaolunan hesab edilir.

16. İddiaçı icbari tibbi sığorta çərçivəsində sağlamlığını bərpa etməyə qanuni əsasları olduğu halda, dəyən zərərin əvəzini tələb etməkdə o halda haqlı olardı ki, ona təyin edilmiş diaqnoz üzrə üzərində aparılmış tibbi əməliyyat icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil olmasın. İddiaçı isə təyin edilmiş son diaqnoz üzrə sağlamlığının bərpa olunması üçün aparılmış cərrahi əməliyyatın icbari tibbi sığorta hesabına həyata keçirilməməsi ilə bağlı heç bir sübut təqdim etməmiş, əməliyyat olunması üçün Klinikanı isə öz təşəbbüsü ilə se çmişdir. İddiaçı tərəfindən Klinikaya ödənilmiş 480 manat pul 18 yanvar 2024-cü il tarixdə, yəni mübahisəli vəziyyətin baş verməsindən (08 fevral 2024-cü il) xeyli əvvəlki vaxtda ödənilmişdir.

17. Məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi tələbini isə qismən (mənəvi zərərin pulla ifadə edilməsinə münasibətdə) əsaslı hesab etmişdir.

18. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı 08 fevral 2024-cü il tarixdə Klinikaya səhhətində olan ağrılarla müraciət edərkən Cavabdeh1 tərəfindən aparılmış MRT müayinəsi zamanı onun öd kisəsində daş aşkar edilməmiş, ağrıları davamlı olduğundan 15 fevral 2024-cü il tarixdə Azərbaycan Tibb Universitetinin X2 müraciət etmiş, onun üzərində Ultrasəs (USM) müayinəsi aparılmış, bu zaman öd kisəsində - distal hissədə 7 mm ölçüdə konkrement (daş) olduğu müəyyən edilmişdir.

19. Məhkəmənin qənaətinə görə Cavabdeh1 iddiaçının öd kisəsində daşın aşkar olunmamasında birbaşa təqsirli olmasa da, onun əməlində obyektiv məsuliyyətin əlamətləri mövcuddur.

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tibbi mənbələrdə öddə daşın müəyyən edilməsinin 3 üsulu göstərilir. Bunlardan birincisi, USM müayinəsidir ki, bu müayinə zamanı öddə daşın aşkar edilməsi bəzi hallarda tam nəticəyə verməyə bilər. Şübhə olduğu halda, müayinənin MRT cihazı vasitəsi ilə həyata keçirilməsi ilə bağlı tibbi mənbələrdə bir çox tövsiyələr mövcuddur. Öd daşının müəyyən edilməsinin üçüncü üsulu isə KT müayinəsidir ki, bu zaman xəstəliyin aşkara çıxarılması nisbəti digər cihazlarla müqayisədə daha üstün hesab edilir. Tibbi mənbələrdə də MRT cihazı ilə müayinənin aparılması zamanı x əstəliyin aşkara çıxarılmasında müəyyən şübhələrin olması halında KT vasitəsilə müayinənin aparılması tövsiyə edilmişdir.

21. Lakin, təqdim edilmiş ekspert rəyindən də görünür ki, 15 fevral 2024-cü il tarixdə USM müayinəsi zamanı iddiaçının öd kisəsində (distal hissədə) aşkar olunmuş daşın 08 fevral 2024-cü il tarixdən keçən 8 gün ərzində (08 fevral 2024-cü ildən 15 fevral 2024-cü il tarixədək) 7 mm ölçüdə yaranması mümkün deyil. Bu isə o anlama gəlir ki, hələ 08 fevral 2024-cü il tarixdə iddiaçının öd kisəsində daş mövcud olmuş, lakin onun MRT müayinəsi nəticəsində aşkar olunmamışdır. Cavabdeh1 məhkəmə iclasında bununla bağlı izahatında bildirmişdir ki, müayinə zamanı daş nə öd kisəsində, nə də kanalda aşkar olunmamış, ehtimal olunur ki, öd kisəsi ilə öd kisəsindən çıxan kanalı birləşdirə n öd kisəsi boynu adlandırılan hissədə yumşaq tərkibli bikorbonat quruluşda daş mövcud olmuş, həmin daş “MRT” müayinəsi zamanı görülməmişdir. Buna isə həm kinq (ödün qatılaşması), həm də onikibarmaq bağırsaqda havanın olması səbəb olmuşdur.

22. Göründüyü kimi, Cavabdeh1 özü də iddiaçının öd kisəsində daşın olmasını ehtimal etmiş, lakin bu şübhənin yoxlanması üçün iddiaçıya KT müayinəsindən keçməyə zərurət görməmişdir, baxmayaraq ki, iddiaçı qabırğa altında olan sancılar səbindən Klinikaya müayinə olunmaq üçün müraciət etmişdir. Bu halda, Cavabdeh1 iddiaçıda olan ağrıların (sancının) yaranmasına səbəb olan əlamətlərin aşkara çıxarılması üçün bütün mümkün vasitələrdən istifadə etməyə borclu idi. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə almışdır ki, Cavabdeh1 həkim-mütəxəssisdir, işdən görü nür ki, o radiologiya sahəsində çox saylı seminarlarda iştirak etmiş və yüksək ixtisaslı mütəxəssis kimi müxtəlif vaxtlarda sertifikatlar almışdır.

23. Cavabdeh1 təqsiri nəticəsində iddiaçı 08 fevral 2024-cü il tarixdən 16 fevral 2024-cü il tarixədək ağrılarla yaşamış, heç şübhəsiz bu ağrılar onda xoşbəxtlik hissinin azalmasına, stress və iztirab keçirməsinə, daha da ağırlaşma fonunda cərrahi əməliyyatın çətin keçəcəyi ilə bağlı qorxu hissinin yaşamasına səbəb olmuşdur.

24. Məhkəmə hesab etmişdir ki, şərh edilən hallar iddiaçının sağlamlığına xəsarət yetirilməsi nəticəsində onun iztirab, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir.

25. Məhkəmə hesab etmişdir ki, iddia 2000 manat məbləğində mənəvi zərərin əvəzin in tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

26. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddia tələbində mənəvi zərərin hər iki cavabdehdən müştərək qaydada tutulmasını tələb edilsə də, onun hazırkı iddiasına cavab verməli olan şəxs tibb müəssisəsidir. Cavabdeh1 tibbi müayinəni müstəqil deyil, tibb müəssisinin nəzdində göstərib. Bu zaman tibb müəssisəsi tibbi yardım göstərən subyekt kimi çıxış edir. Eyni zamanda, tibb müəssisəsi o zaman məsuliyyətdən azad olunardı ki, məhz xəstə ilə Cavabdeh1 arasında tibbi xidmətin göstərilməsinə dair müqavilə olsun və ya Cavabdeh1 cavabdeh Klinikada yalnız müvafiq tibbi xidmət göstərdiyi otağı icarəyə götürərək, oradakı texniki avadanlıqlardan istifadə etmiş olsun. Qeyd edilən halları təsdiq edən sübutlar isə iş materia llarında mövcud deyil.

27. Məhkəmə iddia tələbinin cavabdehlərin əməllərinə cinayət qanunvericiliyinə uyğun olaraq qiymət verilməsi üçün istintaq orqanına göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsi hissəsinə münasibətdə isə qeyd etmişdir ki, birincisi, hər hansı fiziki və ya hüquqi şəxs barəsində xüsusi qərardadın qəbul edilməsi ilə bağlı məhkəmə tərəfindən qətnamə deyil, xüsusi qərardad qəbul edilməlidir. İkincisi, məhkəmə tərəfindən fiziki və ya hüquqi şəxs barəsində xüsusi qərardad şəxsin əməlində cinayət tərkibi yaradan əlamətlər aşkar edildikdə qəbul edilərək, bu barədə müvafiq prokurorluq orqanlarına məlumat verilir. Lakin, işin məhkəmə araşdırması zamanı cavabdehlərin əməllərində cinayət tərkibi yaradan hər hansı cinayət əlamətlərinin olması aşkar edilməmişdir.

28. Birinci i nstansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1 və 1112-ci maddələrinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

29. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməklə, maddi zərərə görə 2.455 manatın, mənəvi zərərin əvəzi kimi 7.500 manatın, iş üzrə ödənilmiş 180 manat dövlət rüsumunun, vəkilə ödənilmiş 300 manat rüsumun cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilməsi barədə yeni qətnamə, cavabdehlərin əməllərinə cinayət qanunvericiliyinə uyğun olaraq qiymət verilməsi üçün istintaq orqanına göndərilməsi barədə xüsusi qərardad qə bul edilməsini xahiş etmişdir.

30. Həmçinin, Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tamamilə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Apellyasiya icraatı zamanı iş üzrə əlavə məhkəmə-tibbi ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin 14 aprel 2025-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, təqdim olunmuş MRT görüntüləri dəyərləndirmə üçün keyfiyyət baxımından yararlıdır. Lakin onu da qeyd etmək lazımdır ki, yuxarı qarın boşluğu müayinələrində görüntülərin keyfiyyəti xəstənin nəfəs saxlama qabiliyyətindən birbaşa asılıdır. Üst qarın boşluğu müayinələrində əldə olunan MRT görüntülərin keyfiyyəti, baş beyin, onurğa və ya oynaq müayinələrindəki kimi ideal və hərəkətsiz ola bilməz. Bu fərq qarın nahiyəsindəki tənəffüs hərəkətləri və fizioloji proseslərin təsirindən yaranır. Bu texniki məhdudiyyət bütün MRT cihazları üçün universal bir qaydadır və heç bir müasir MRT aparatı bu fizioloji təsirləri tam aradan qaldıra bilmir. Buna baxmayaraq CD formatında təqdim olunmuş MRT görüntüləri dəyərləndirmə üçün yararlıdır. Dünya ədəbiyyatında ümumi elmi yanaşma və göstəricilər belədir - xoledox daxilində xolesterol tərkibli daşların MRT müayinəsində aşkarlanmasının dəqiqliyi və həssaslığı 64-85% ehtimalındadır. Beləliklə, hər 10 öd daşı olan xəstənin üçündə MRT müayinəsində daş görünmür (yalançı - false neqativ nəticə). Xolesterol növlü daşın MRT müayinəsində aşkarlanması aşağıdakı hallarda texn iki olaraq mümkün deyil: öd kisəsində daş kalsinasiya olunmamış vəziyyətdə olduqda, öd kisəsi ilə öd kanalı (xoledox) arasında yerləşən daşlar kiçik ölçülü olduqda və ya MRT protokolu uyğun olmadıqda aşkarlanmaya bilər. Öd kanalında (xoledoxda) mövcud olan daşlar, xüsusilə kiçik ölçülü və ya qeyrikalsinasiya olunmuş daşlar MRT-də görünməyə bilər. Mexaniki sarılığın əmələ gəlməsi xolesterol növlü daşın yerindən asılıdır. Əgər daş öd kanalında yerləşibsə və kanalı tam və ya qismən bağlayırsa, mexaniki sarılıq əmələ gələ bilər. Radioloji müayinə (tədqiqat metodlarının seçimi) həkim-radioloqlar tərəfindən aparılmır. Müayinənin seçimi müalicə həkiminin təyinatı əsasında aparılmalıdır. Öd daşlarının kalsinasiya prosesi çox mürəkkəb bir prosesdir və tam kalsinasiya olunması üçün dəqiq bir zaman çərçivəsi müəyyən etmək çətindir. Bu proses bir sıra amillərdən asılıdır: daşın növü - xolesterol tərkibli daşlar kalsinasiya olunmağa daha az meyillidir, bəziləri heç vaxt tam kalsinasiya olmaya bilər; fərdi faktorlar - şəxsin metabolizmi, qidalanması, genetik xüsusiyyətləri; daşın ölçüsü və tərkibi - kiçik daşlar böyük daşlara nisbətən daha tez kalsinasiya oluna bilər; iltihabı proseslər - öd yollarında və öd kisəsində iltihabı proseslərin olması kalsinasiya prosesini sürətləndirə bilər.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2025-ci il tarixli, 2(103)-1520/2025 nömrəli qətnaməsi ilə (hakim C.Musayevanın sədrliyi və məruzəsi ilə, hakimlər F.Abdıyev və F.Babayev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 MMC tərəfindən verilmiş ape llyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(011)-3795/2024 nömrəli qətnaməsi qismən - iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir.

33. Apellyasiya kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

34. Belə ki, mübahisələndirilən qətnamədən göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdeh həkim-radioloq Cavabdeh1 iddiaçının öd kisəsində daşın aşkar olunmamasında birbaşa təqsirli olmasa da, əməlində obyektiv məsuliyyətin əlamətlərinin möv cud olduğu qənaətinə gəlmişdir. Gəldiyi qənaəti obyektiv məsuliyyət anlayışı ilə izah etmişdir.

35. İddiaçı maddi və mənəvi zərərə uğramasını 08 fevral 2024-cü il tarixdə cavabdeh klinikada müayinə olunarkən həkim-radioloq Cavabdeh1 tərəfindən öd kisəsində olan daşın vaxtında aşkar olunmaması (səhv diaqnozun qoyulması) nəticəsində cərrahi əməliyyata məruz qalması və bunun davamı olaraq onda mexaniki sarılığın yaranması ilə əsaslandırmış, bunun cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyini, beləliklə də cavabdehin əməli ilə ona dəyən zərər arasında səbəbli əlaqənin mövcud olduğunu qeyd etmişdir.

36. İddiaçının iddianın dəlili kimi istinad etdiyi bu halların, yəni onun sağlamlığında yaranmış problemlər ilə Cavabdeh1 tərəfindən onun üzərində düzgün aparılmaması ehtimal edilən müay inə arasında hər hansı səbəbli əlaqənin mövcud olub-olmamasının müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

37. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertizanın təyin edilməsi barədə qərardadda sadalanan sualların məzmununa nəzər salaraq müəyyən etmişdir ki, məhkəmənin ekspert qarşısına qoyduğu sualların cavablandırılması nəticəsində Cavabdeh1 tibbi xidmət göstərərkən profili üzrə müvafiq protokollarda qeyd edilən tələblərə uyğun davranıb-davranmadığının, iddiaçının sağlamlığına dəymiş zərərin cavabdehin törətdiyi pozuntularla əlaqədar (qanunsuz davranışı ilə səbəbli əlaqənin) baş verib-vermədiyinin müəyyən edilməsi qeyri-mümkündür.

38. Bu səbəbdən apellyasiya məhkəməsi tərəfindən ekspertizanın yenidən keçirilməsi labüd hesab edilmiş, iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır.

39. Göründüyü kimi, iddiaçıya mürəkkəb tibb texnologiyası vasitəsilə ixtisaslaşdırılmış tibbi yardımın, xüsusi müayinə, müalicə və tibbi yardımın göstərilməsinin prosedurların, standartların, klinik protokolların, qanunla müəyyən edilmiş digər şərtlərin və ya onların keyfiyyətinə adətən qoyulan tələblərin pozulması ilə göstərildiyini təsbit etmək mümkün olmamışdır. Həmçinin xəstənin müayinəsinin keyfiyyəti, profil üzrə tibbi prosedurlara riayət edilməsi və həkimin gördüyü tədbirlər haqqında məlumat mənbəyi olan tibbi sənədinə (diskə) əsasən iddiaçının sağlamlığında yaranmış ağırlaşmalarla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması, bundan başqa cavabdehin davranışının qanunsuz olması müəyyən edilməmişdir.

40. Əksinə işdə olan sübutlara əsasən, iddiaçının üzərində aparılmış müayinənin texniki cəhətdən düzgün həyata keçirildiyi müəyyən edilmişdir. Bundan başqa, cavabdehin iddiaçının müalicə həkimi, yəni ambulator-poliklinika müəssisəsində, yaxud xəstəxanada müşahidə və müalicə müddətində pasiyentə tibbi yardım göstərməli həkim olması müəyyən edilməmişdir. Belə olan halda, onun müalicə həkimi olaraq peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədiyinə görə, yəni lazımi tədqiqat metodları vasitəsilə yoxlanılması üçün təyinat vermədiyinə, zərərli nəticələrinin qarşısını almaq və ya aradan qaldırmaq üçün zəruri və mümkün tədbirlərin görülməsinin səlahiyyətlərinə, vəzifələrinə aid olmadı ğına məsuliyyətə cəlb edilməsi istisna olunur.

41. Beləliklə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, mövcud vəziyyətdə cavabdehin və işəgötürən kimi məsuliyyət daşıyan digər cavabdehin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

42. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2025-ci il tarixli, 2(103)-1520/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar q əbul edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 52, 53, 54-cü, Mülki Prosessual Məcəllənin 102, 217-cı maddələrinin tələbləri pozulmuşdur.

44. Belə ki, iddiaçı tərəfindən kifayət qədər sübutlar təqdim olunmuşdur. Cavabdeh iddiaçıya dəyən maddi və mənəvi ziyanının həkim təqsiri və hərəkətsizliyi üzündən olmamasını isə sübut edə bilməmişdir. Məhkəmə iclası tələsik, çıxışlara imkan yaradılmadan, çəkişmə prinsipi tam pozularaq, təkrar ekspertizanın keçirilməsi barədə iddiaçının vəsatətinə münasibət bildirilmədən tam olaraq prosessual baxımdan ciddi şəkildə səhvlər buraxılmışdır.

45. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

46. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

47. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin t ələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

48. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassatorun dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

49. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsi n pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsas ən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ö dənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakt iki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həm iddiaçının, həm də cavabdehin apellyasiya şikayətlərinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən əlavə məhkəmə-tibbi ekspertizası təyin edilərək rəy alınmış, səl ahiyyətləri çərçivəsində tərəflərin izahatları və təqdim olunan sübutlar əlaqəli şəkildə qiymətləndirilmiş və yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə tam razılaşır.

53. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı tələbin qanuni əsasını ziyan təşkil etdiyindən, iddianın təmin olunması üçün ilk olaraq cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi, bu hərəkətlə (hərəkətsizliklə) baş vermiş nəticə arasında səbəbli əlaqə müəyyən olunmalıdır.

54. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa z idd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).

55. Lakin, bununla bağlı iddiaçı tərəfindən təqdim olunmuş və məhkəmənin topladığı sübutlara apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş, bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaların (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1-ci maddələrinin) pozulması müəyyən olunmamışdır.

56. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Beləliklə, məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2025-ci il tarixli, 2(103)-1520/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar