Məhkəmə qərarları › İş №2(102)-3061/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3061/2023

25.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3061/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümükün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 iyun 2023-cü il tarixli, 2(103)4137/2023 saylı qərardadından üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin verdiyi kassasiya şikayəti üzrə işə 25 oktya br 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “müavinətin tam ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 1.905,72 manat pulun və 50 manat mediasiya xərcinin Cavabdeh Neft və Qazçıxarma İdarəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-931/2023 saylı qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia təmin edilərək, iddiaçıya ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 1.905,72 manat gə lir vergisinin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

3. Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra üçüncü şəxs) qətnamədən apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)4137/2023 saylı qərardadı ilə (hakimlər F.Ş.Talışınski sədrlik edən, məruzəçi, A.N.İmanov və M.A.Məmmədov) cavabdehin və üçüncü şəxsin iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-931/2023 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki iş Bakı şəhəri, Səbail rayon məhkəməsinə qaytarılmışdır.

5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərində Mülki Prosessual Məcəllənin Əlavə 2-də göstərilmiş formasına- qrafaların göstərilən konkret tələblərinə müvafiq tamlığına riayət edilməmişdir. Belə ki, apellyasiya şikayətlərində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə; birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillərə aid qrafaların məzmunu təsnif edilərək əks edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, peşəkar hüquqşünasla təmsil edilən bir şəxsin məhkəmə müdafiə hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına (işə cəlb edilməsi, vaxtının alınması və s.) xidmət etməməlidir.

6. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1, 361.1.1, 361.1.2, 363.1.1-1, 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

7. Üçüncü şəxs kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və sonrakı prosessual hərək ətlərin edilməsi üçün mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Kassator, kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətlərində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə; birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillərə aid qrafaların məzmunu təsnif edilərək əks edilməmişdir. Məhkəmənin bu dəlilinə münasibətdə bildirmək istərdik ki, apellyasiya məhkəməsi tərəfind ən prosessual normalar düzgün tətbiq olunmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində olan apellyasiya şikayətinin forması şikayətin əsaslandırılması ilə bağlı aşağıdakı 6 hissədən ibarətdir: maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər; prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər; birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar v ə onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər. Apellyasiya şikayətində hər-hansı istiqamət üzrə dəlillərin birinin, yaxud bir-neçəsinin əks olunmaması şikayət verən tərəfin belə dəlillərə istinad etmək niyyətində olmadığı anlamına gəlir. Digər tərəfdən, dəlillərin təsnifatının aparılmasında səhvə yol verilməsi və bunun nəticəsində əks etdirilməli xanada göstərilməməsi həmin dəlillərin apellyasiya məhkəməsi tərəfindən formal da olsa nəzərə alınmaması üçün əsas təşkil edə bilər. Lakin, qeyd olunan halların heç biri apellyasiya şikayətinin bütövlükdə qeyri-mümkün hesab edilməsinə əsas vermir. Başqa sözlə, şikayətdə çoxsaylı dəlillərdən ən azı biri düzgün olaraq təsnifləşdirilməklə lazım olan xanada əks etdirilmişdirsə bu hal şikayətin mümkün hesab edilməsini və həmin dəlil əsa sında şikayətə baxılmasını labüd edir. Hazırkı işə münasibətdə bildiririk ki, tərəfimizdən verilən apellyasiya şikayətində yuxarıda qeyd olunan 6 istiqamət üzrə dəlillərdən ilk ikisi üzrə dəlillər əks etdirilmişdir. Başqa sözlə, şikayət verilərkən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə bağlı dəlillərə istinad etmiş və bunları düzgün təsnifləşdirərək hər birini müvafiq xanada göstərmişdir. Əlavə olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl m ahiyyətinə xələl gətirə bilər. b)Kassasiya şikayətinə dair etiraz ərizəsinin dəlilləri

9. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüququ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

10. Maddə 361.1. Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:

11. Maddə 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;

12. Maddə 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmalarınaparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;

13. Maddə 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, on un qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;

14. Maddə 361.1.4. Şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;

15. Maddə 361.1.5. Şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;

16. Maddə 361.1.6. Şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;

17. Maddə 361.1.7. Şikayətə əlavə edilən sənədlərin siyahısı.

18. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.

19. Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir.

20. Maddə 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.

21. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

22. Maddə 366.2. Apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətin də irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində üçüncü şəxs apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyindən, məhkəmə aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən mülki prosessual normaların tələblənini pozub.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin verdiyi apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin Əlavə 2-də göstərilmiş formasına- qrafaların göstərilən konkret tələblərinə müvafiq tamlığına riayət edilmədiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır və üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd e dir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına ş ikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

28. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və qanunla müəyyən olunmuş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri Mülki Prosessual Məcəllənin 361-ci maddəsində apelyasiya şikayətinin forma və məzmununa dair tələblərdir.

29. Həmin normada apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının əsaslandırılması tələb olunur.

30. Eyni zamanda “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD saylı Qanunu ilə Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsində “apellyasiya” sözü “Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya” sözləri ilə əvəz edilmişdir. Həmin normanın yeni redaksiyası, bundan sonra verilən apellyasiya şikayətlərinin Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş formada tərtib olunmasını tələb edir. Apellyasiya şikayətinin forması, MPM-nə Əlavə 2-də müəyyən edilmişdir.

31. Hazırki mülki iş üzrə apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, üçüncü şəxs apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin Əlavə 2-yə uyğun tərtib etməmişdir və gəldiyi nəticəni, bu Qərarın 5-ci bəndində qeyd olunduğu kimi əsaslandırmışdır.

32. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual normalar əslində ciddi tətbiq olunmuşdur.

33. Belə ki, apellyasiya şikayətinin bəsit məzmuna malik olması, forma tələblərinə tam cavab verməməsi, hüquqi baxımdan mükəmməl tərtib olunmaması şübhəsizdir. Lakin apellyasiya şikayətində üçüncü şəxsin maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması barədə dəlilləri açıq-aşkar əsaslandırılmamış deyildir. Üçüncü şəxs maddi və prosessual hüquq normalarının pozuntusunu müvafiq cədvəl şəklində olan hissədə hər bir hüquq normasının qarşısında göstərməsə də, kassasiya şikayətində qətnamənin əsassız və qanunsuz olması barədə bəzi izahlı dəlillər əksini tapmışdır.

34. Kassasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq q eyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Mülki prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar).

35. Avropa Məhkəməsi “Puaro Fransaya qarşı” iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıld ığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 iyun 2023-cü il tarixli, 2(103)-4137/2023 saylı qərardadı ləğv edilsin, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar