Məhkəmə qərarları › İş №2(102)-3061/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3061/2024

23.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3061/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (kateqoriya: mənzil mübahisələri, mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-53 2/2024 nömrəli, 15 may 2024cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 16 sentyabr 1994-cü il tarixli, 004118 nömrəli orderi ilə Mingəçevir şəhəri 20 Yanvar döngəsi (hal-hazırda V.Abdullayev küçəsi) 8 saylı evin 16 saylı mənzili İddiaçı və ailə üzvləri - əri X2, oğlu X4 və qızı X3 daimi istifadəsinə verilmişdir. İddiaçının əri X5 xx.xx.2012-ci ildə ölmüşdür.

2. Cavabdeh iddiaçının oğlu X7 ilə 30 sentyabr 2016-cı ildə nikaha daxil olmuş və mübahisəli Mingəçevir şəhəri Vahid Abdullayev küçəsi 8 saylı evin 16 saylı mənzilinə gəlin köçmüşdür, nikahları pozulmamışdır, qeyd olunan mənzildə yaşamaqda davam edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci i nstansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin, 16 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin 16 saylı mənzili Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 20 sentyabr 1994-cü il tarixli 593 saylı sərəncamı ilə ona 4 nəfər ailə üzvü ilə birlikdə verilmişdir. Mənzildə o, qızı Aynurə Məmmədova, X11, onun arvadı Cavabdeh qeydiyyatdadır. Mənzili özəlləşdirilməmişdir. X11 mənzilin özəlləşdirilməsinə razılıq vermədiyindən paylarının bölünməsini həyata keçirə bilməmişlər. Mənzil 47.31 kv.metr ol maqla 3 otaqlıdır. Onun 68 yaşı vardır və həyatını sakit başa vurmaq istəyir, əri X5 isə 21 avqust 2012-ci ildə vəfat etmişdir. Hər gün ailə daxili münaqişələri vardır. Münaqişənin əsas səbəbkarı isə Cavabdehdır. Cavabdeh 5 ildir ki, onun mənzilinə gəlin gəlmişdir. O, gəlininin onun mənzilində yaşamasını istəməmişdir. Çünki İddiaçı onun əmlakından sərbəst istifadə etməyinə mane olmuşdur. Mənzili özəlləşdirilməsə də 1 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə və həmin tarixdən qüvvəyə minən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən qeyd olunan mənzilə əmlak hüququ vardır. Mənzili ona 01 oktyabr 2009-cu il tarixədək verildiyindən mənzili sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə aid olmadığından hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən Cavabdeh onun ailə üzvü deyildir. Ona görə də məhkəmədən Cavabdeh Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin, 16 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.

6. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahatında bildirmişdir ki, iddiaçı onun anası, cavabdeh isə arvadıdır. O, həyat yoldaşının mənzildən çıxarılmasına razı deyildir. Ona görə ki, həyat yoldaşının yaşamağa ayrı yeri yoxdur, həmçinin arvadının uşaqlarla ayrı yaşaması mümkün deyildir. Əvvəllər anası ilə həmişə yaxşı yola getmişlər, hazırda vəziyyətin belə olm asının səbəbi onun əmək haqqını anasına deyil, yoldaşına verməsi olmuşdur. Hər şeyin başında qadın qısqanclığı durmuşdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

7. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-194/2024 nömrəli 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında mənzillə bağlı hüquq münasibətləri 2016-cı il tarixdən yaranmışdır. Mübahisəli mənzilə iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Odur ki, mübahisə həmin tarixdə qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Lakin dövlət mənzil fonduna aid edilən orderli mənzillərlə bağlı münasibətlər hal-hazırda qüvvədə olan qanunvericiliklə tənzimlənmədiyi səbəbdən məhkəm ə hesab etmişdir ki, qanunun analogiyası tətbiq edilərək işin mahiyyətinə zidd olmayan, oxşar münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir.

9. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilə iddiaçının mülkiyyət hüququ olmadığından, həmçinin tərəflər arasında hüquq münasibətlər yarandığı vaxtı nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları deyil, qanunun analogiyası tətbiq edilərək hal-hazırkı hüquq münasibətlərinin mahiyyətinə zidd olmayan, oxşar münasibətləri tənzimləyən 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin «sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahələrinin verilməsi qaydası və əsaslarını» müəyyən edən Vİİ fəslin normaları ilə tənzimlənməlidir.

10. Birinci instansiya məhkəməsi sübutların məhkə mə iclasında tədqiq olunması nəticəsində belə nəticəyə gəlmişdir ki, göstərilən sübutlar iddia tələbinin əsaslı olduğu qənaətinə gəlməyə əsas vermir. Sübutlar işə aid olmamaqla iddia üzrə iddiaçının tələbində göstərilən faktiki hallara uyğun gəlmir. Məhkəmədə əldə olunmuş sübutların məcmusu əsasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçının oğlu X7 ilə 30 sentyabr 2016-cı ildə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuş və mübahisəli mənzilinə gəlin köçmüşdür. Cavabdeh mübahisəli mənzilinə gəlin köçdükdən sonra, iddiaçının və digər icarədarların razılığı ilə 27 fevral 2018-ci ildə həmin mənzilə qeydiyyata düşmüşdür. Cavabdeh, iddiaçı X1 və əri X7 birgə təsərrüfat idarə etmişlər. Cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən X4 birgə nikahlarından iki nəfər uşaqları do ğulmuş və həmin uşaqlarda mübahisəli mənzildə pasport qeydiyyatında olmaqla valideynləri ilə birlikdə orada yaşayırlar. Bu əsaslarla da cavabdeh iddiaçı və orderdə adı göstərilən şəxslərlə eyni hüquqa malik olmuşdur və onlar birgə eyni məsuliyyət daşımışdır. Həmçinin 16 sentyabr 1994-cü il tarixli, 004118 nömrəli orderdə adı olan və həmin mənzildə qeydiyyatda olmaqla daimi yaşayan iddiaçının oğlu, cavabdehin isə əri X7 arvadının mənzildən çıxarılmasına etiraz edir. Belə olan halda cavabdehin mənzildən çıxarılmasına heç bir qanuni əsaslar müəyyən edilməmişdir. Cavabdehin həmin mənzilə istifadə hüququ var və o yaşayış sahəsindən çıxarıla bilməz, yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5, 68 və 69-cu maddələrinə ist inad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə mübahisənin mülkiyyət hüquqları ilə bağlı olmasını nəzərə almamışdır. O, iddianı qaldırarkən həmin mənzilin mülkiyyətçisi olduğunu göstərmişdir. Cavabdeh isə 30 sentyabr 2016-cı ildə nikaha girməklə həmin mənzilə gəlsə də, bu münasibət 1 sentyabr 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun həll edilməli idi. Yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüquq unun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Sakit Nəsibov onun hüquqlarını məhdudlaşdıraraq arvadına paylı mülkiyyətdə olan əmlaka sahiblik və istifadə üçün şərait yaratmaqla onun istifadəsinə maneçilik törətmişdir. Yaşlı ana öz əmlakından faktiki məhrum buraxılmışdır.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-532/2024 nömrəli 15 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Elçin Mehdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Apellyasiya instansiya məhkəməsinin mövq eyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 217.2-ci mаddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə” dair 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009- cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 22 8-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında mənzillə bağlı mübahisəli hüquq münasibətləri xx.xx.2009-cu il tarixdən sonra - 30 sentyabr 2016-cı ildə yarandığından hazırki işə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilə bilməz. xx.xx.2009cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Göründüyü kimi, iddiaçı ilə birlikdə iddiaçının oğlu, hazırki iş üzrə üçüncü şəxs X7 da mübahisəli mənzil üzərində iddiaçı ilə eyni hüquqlara malik olmaqla həmin mənzildə gözlənilən mülkiyyət hüququna malik olmuşdur.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh isə üçüncü şəxs X4 arvadı olaraq istər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci, istərsə də 30-cu maddəsinin tələbi baxımından sonuncunun ailə üzvü hesab olunmaqla mübahisəli mənzildən istifadə hüququ var. Bu hal hətta ha zırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq olunsaydı belə keçərlidir. İddiaçının mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququnun olması heç bir halda cavabdehi mübahisəli mənzilə istifadə hüququndan məhrum etmir.

18. Kollegiya qeyd etmişdir ki, “istifadə hüququ” Mülki Məcəllənin 228-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və ya 68-ci maddələrinə əsasən yaranmasından asılı olmayaraq, şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. İstifadə hüququnun daha bir xüsusiyyəti də göstərilən qərarda qeyd olunduğu kimi, mülkiyyətçinin iradəsi xaricində yaranmasıdır. Hazırki iş üzrə də cavabdehin mübahisəli mənzildən istifadə hüququ iddiaçının və onun oğlu olan üçüncü şəxsin cavabdehi gəlin olaraq mübahisəli mənzilə köçürməsi nəticəsində yara nmış və hal-hazırda iddiaçının iradəsindən asılı olmadan qanunvericiliyə əsasən mövcuddur. Daha əvvəl qeyd etdiklərimiz iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyasının mövqeyini əks etdirməklə yanaşı birinci instansiya məhkəməsinin hazırki iş üzrə mübahisəni bu mübahisənin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-69-cu maddələrinə istinad etməklə həll etməsini əsaslı və qanuni hesab etmişdir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu ildən sonra qüvvədə olan) 68.1, 68.2, 69.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsin ə” dair 8 oktyabr 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə cavabdehin mübahisəli mənzildən istifadə hüququ iddiaçının və cavabdehin üçüncü şəxsin gəlini olaraq mübahisəli mənzilə köçürməsi nəticəsində yaranmışdır və iddiaçının iradəsindən asılı olmadan, qanunvericiliyə əsasən mövcuddur. Məhkəmələr maddi hüquq normalarını səhv tövsüf edərək hesab etmişdir ki, Cavabdeh mənzildən istifadə hüququ vardır, ancaq konkret olaraq bu hüququn hansı maddi normaya əsasən müəyyən edildiyini göstərə bilməmişdir. Məhkəmə kollegiyası qətnamə qəbul edərkən hüquq münasibəti zamanı yaranan qüvvədə olan maddi hüquq normalarına uyğun qətnamə qəbul etməmişdir. Məhkəmə qətnaməsi bir-birinə zidd mövqe və maddi normalardan ibarət olmuşdur. İddiaçının mülkiyyət hüququna g özləntisi və ömür boyu yaşadığı mənzilindən sərbəst sahiblik, istifadə hüququ vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh Feyruz qızı kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsassızdır və yalnız mülahizələrə əsaslanmışdır. Belə ki, iddiaçı kassasiya şikayətində cavabdehin istifadə hüququnu deyure tanımışdır və kassasiya şikayətində iddiasının əsaslı olmasını deyil, məhkəmələrin hüquq normasını düzgün tətbiq etməməsini qeyd etmişdir. Cavabdeh bütün bunlara əsaslanaraq kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz (İ hissə). Azərbaycan Respublikasının Mənz il Məcəlləsi (1 oktyabr 2009-cu ildən sonra qüvvədə olan)

24. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

25. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.

26. Maddə 69.1. Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ve rir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir k i, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan h üquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

37. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər apelyasiya şikayətinin əsasını təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

38. Bununla yanaşı, məhkəmə kolleg iyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

39. Cavabdehin mübahisəli mənzilə həmin mənzildə istifadə hüququ olan şəxslərin razılığı ilə köçmüşdür. Mənzildən iddiaçı ilə eyni həcmdə istifadə hüququ olan, habelə mənzili özəlləşdirmək hüququna malik üçüncü şəxs, cavabdehin əridir və ər-arvad mənzildə mehriban yaşamaqla, cavabdehin iddiaçıya mənzildən istifadə üzrə hər hansı maneə törətməsi müəyyən olunmayıb.

40. İddia tələbi cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuş və təminat verilən hüquqları ilə bilavasitə bağlıdır.

41. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi, göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanun suz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən istifadə, həm də oradan maneəsiz və dinc istifadəni ehtiva edir. Buna görə də iddiaçının mübahisəli yaşayış sahəsindən cavabdehin çıxarılması barədə iddia tələbi, cavabdehin Konstitusiyada təsbit olunmuş hüququ nəzərə alınmaqla həll edilməlidir.

42. Nəzərə alınmalıdır ki, hər bir fakt deyil, yalnız qanunun hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsinə səbəb olan hal kimi tanıdığı faktlar hüquqi faktlar hesab olunur. Bu baxımdan cavabdehin sözügedən yaşayış sahəsindən çıxarılması barədə iddia tələbi o halda təmin oluna bilər ki, məhz qanunda bilavasitə göstərilmiş hüquqi faktlar mövcud olsun. Baxılan iş üzrə məhkəmələr tərəfindən bu cür əsaslar müəyyən edilməmişdir.

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

44. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər əsas etibarilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə ar aşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-532/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar