Məhkəmə qərarları › İş №2(102)-3063/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3063/2023

30.08.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3063/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə şərtlərinin təfsir edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı, Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin və ya pulun verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2023-cü il tarixli, 2(103)-1379/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 30 av qust 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 13.02.1992-ci ildə X1 (iddiaçının mərhum əri) Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ünvan 1 ünvanında 2 otaqlı, 34.5 kv.metr xidmət mənzilin ayrılması ilə bağlı order verilmişdir. 2. xx.xx.1993-cü il tarixli, 024221 nömrəli orderdən görünür ki, həmin mənzil İddiaçı ayrılmış, ailə tərkibi 3 nəfər (iddiaçının özü, 2 övladı) müəyyən edilmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına verilmiş MH seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixli “Çıxarışdan” görünür ki, ünvan 2ndə istifadədə olan 0,09 ha torpaq sahəsi ndə 45 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olmuşdur.

4. Cavabdeh MMC (bundan sonra – cavabdeh yaxud MMC) ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 27 saylı müqaviləyə əsasən, MMC, Əliyar Əliyev küçəsi 20, mənzil 4 ünvanda yerləşən, yaşayış üçün qəzalı və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binada iddiaçıya məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada iddiaçının söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 5 otaqlı, 134 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 3 otaqlı, 103 kv.m. mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı i sə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün cavabdeh MMC-yə təhvil verməyi və müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.

5. Cavabdeh ilə iddiaçının övladı X2 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 27 "xxxx" saylı müqaviləyə əsasən, MMC, Əliyar Əliyev küçəsi, 20, mənzil 4 ünvanda yerləşən, yaşayış üçün qəzalı və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binada yerləşən həmin mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada söküntüsü nəzərdə tutulmuş həmin 5 otaqlı, 134 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 2 otaqlı, 62 kv.m. mənzili Vüsal Məmmədovun mülkiyyətinə verməyi, Vüsal Məmmədov bu müqaviləyə əsasən həmin mənzili söküntü üçün MMC-yə təhvil verməyi və müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.

6. Satıcı qismində çıxış edən cavabdeh MMC ilə alıcı qismində çıxış edən iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, S154 saylı müqaviləyə əsasən, MMC, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində yerləşən və onun tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci blokundan 2 otaqlı, 60 "xxxx" saylı, 60 kv.m. təmirsiz mənzili onların arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 27 saylı ilkin müqaviləyə əsasən iddiaçının mülkiyyətinə vermişdir. İddiaçı həmin mənzili mülkiyyətinə qəbul etmişdir. İddiaçı, ona məxsus olmuş və həmin ərazidə yerləşən (sökülmüş) 4 saylı mə nzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışın və mənzillə bağlı kommunal borcların olmaması barədə arayışın satıcı MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür.

7. Satıcı qismində çıxış edən MMC ilə alıcı qismində çıxış edən iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, S155 saylı müqaviləyə əsasən, MMC, yuxarıda qeyd edilən binanın 1-ci blokundan 1 otaqlı, 58 saylı, 55,60 kv.m. təmirsiz mənzili onların arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 27 saylı ilkin müqaviləyə əsasən iddiaçının mülkiyyətinə vermişdir. İddiaçı həmin mənzili mülkiyyətinə qəbul etmişdir. İddiaçı, ona məxsus olmuş və həmin ərazidə yerləşən (sökülmüş) 4 saylı mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışın” və mənzillə bağlı kommunal borcların olmaması barədə ara yışın satıcı MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür.

8. Satıcı qismində çıxış etmiş MMC ilə alıcı qismində çıxış etmiş Vüsal Məmmədov arasında bağlanmış xx.xx.2018-ci il tarixli, S156 saylı müqaviləyə əsasən, MMC, yuxarıda qeyd edilən binanın 1-ci blokundan 2 otaqlı, 61 saylı, 62 kv.m. təmirli mənzili onların arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 27 "xxxx" saylı ilkin müqaviləyə əsasən Vüsal Məmmədovun mülkiyyətinə vermişdir. Vüsal Məmmədov həmin mənzili mülkiyyətinə qəbul etmişdir. Vüsal Məmmədov (sökülmüş) 4 saylı mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş "xxxx" və mənzillə bağlı kommunal borcların olmaması barədə arayışın satıcı MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

9. İd diaçı cavabdehə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya cəmi 129,1 kv.m. mənzilin verilməsi və ya cavabdeh tərəfindən iddiaçının xeyrinə 180.000 manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, «Pilot» layihəyə uyğun olaraq cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ilə Ə.Əliyev küçələrinin kəsişməsində yerləşən və iddiaçının istifadəsində olan cəmi 129,1 kv.m. torpaq sahəsini yüksək mərtəbəli yaşayış binasının inşası ilə əlaqədar olaraq götürmüş, lakin qeyd olunan cəmi 129,1 kv.m. torpaq sahəsinin əvəzi olaraq nə göstərilən ölçüdə iddiaçıya müvafiq mənzil verməmiş, nə də ki, həmin torpaq sahəsinə münasibətdə hər hansı bir kompensasiya ödənişi həyata keçirməmişdir. Göründüyü kimi, bununla da onun mülkiyyət hüququ pozulmuşdur. Çünki, «Pilot» layihəyə qədər iddiaçının əvvəllər yaşadığı fərdi yaşayış evinin sahəsi xeyli böyük olmaqla həmin fərdi yaşayış evinin cəmi 129,1 kv.m. torpaq sahəsi var idi. Həmin fərdi yaşayış evi göstərilən ölçüdə torpaq sahəsinə malik olmaqla yanaşı, orada təxminən 10na yaxın meyvə ağacı da olmuşdur. Halbuki, yaxın vaxtda iddiaçıya məlum olmuşdur ki, cavabdeh qeyd olunan fərdi yaşayış evinə münasibətdə ona müvafiq mənzillər versə də, göstərilən fərdi yaşayış evinin tərkibində olan cəmi 129,1 kv.m. torpaq sahəsinin əvəzində ona yeni mənzil vermək və ya orta bazar qiymətinə uyğun olaraq kompensasiya ödənişi etmək qətanətində deyil. Be lə ki, sözügedən fərdi yaşayış evinin cəmi 129,1 kv.m. torpaq sahəsinin 2018-2020-ci illər üzrə orta bazar qiyməti (söküntü işlərinə 2018-ci ilin yanvar ayında başlanılmışdır) xx.xx.2020-ci il tarixli «Əmlak Bazarı İştirakçıları İctimai Birliyi» qiymətləndirmə şirkətinin rəyinə əsasən 180.000 manat təşkil edir. Lakin göstərilən torpaq sahəsinə görə iddiaçıya heç bir məbləğ ödənilməmiş və ya onun əvəzində ona hər hansı bir mənzil verilməmişdir. Nəzərə alınmalıdır ki, ailəsinin (iddiaçı, 2 oğlu, 2 gəlini və 2 nəvəsi daxil olmaqla cəmi 7 nəfər şəxs həmin evdə yaşayırlar) yeganə sığınacaq yeri olan həmin fərdi yaşayış evi mərhum həyat yoldaşı X1 məhz onun vətənin keşiyində durması və Müdafiə Nazirliyində uzunmüddətli işləməsi sayəsində verilmişdir. Fərdi yaşayış evinin cəmi 129,1 kv.m. olan to rpaq sahəyə sahib olmaqları Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsində də öz təsdiqini bir daha tapmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən iddiaçının adına verilmiş MH seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2008- ci il tarixli çıxarışa əsasən ünvan 2ndə istifadədə olan 0,09 ha torpaq sahəsində 45 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olmuşdur. xx.xx.2008-ci il tarixli çıxarışda göstərilən torpaq sahəsinə görə tərəflərdən müxtəlif tarixlərdə Bakı şəhəri, Nərimanov rayonu Nərimanov Bələdiyyəsinə torpaq vergisi də ödənilmişdir, hansı ki, bunu xx.xx.20 01-ci il tarixli və xx.xx.2008-ci il tarixli «Əhalidən vergilərin qəbulu üçün qəbz»lər də açıq-aşkar sübut edir. Mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədilə iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli pretenziya məktubu göndərilmişdir. Lakin, xx.xx.2020-ci il tarixli müraciəti xx.xx.2020-ci il tarixdə cavabdehdin «Nəsirov» soyadlı nümayəndəsi tərəfindən poçt xəbərnaməsinə imza edilməklə qəbul edilsə də, üstündən təxminən 1 aydan artıq müddət keçməsinə baxmyaraq, iddiaçının müraciətin cavabdeh tərəfindən nə təmin edilmiş, nə də ki ona yazılı cavab verilmişdir.

11. Cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, MMC, onun üzərinə qoyulmuş tapşırığın icrası ilə əlaqədar, qeyd edilən ərazidə yaşayan sakinlər ilə, o cümlədən iddiaçı ilə razılığa gəlmiş və bir neçə müqavilə bağlayaraq iddiaçının istifadəsində olan mənzili və torpaq sahəsini iddiaçıdan qəbul edərək, bunun əvəzində iddiaçının və onun övladının adına mənzillər rəsmiləşdirmişdir. Belə ki, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən iddiaçıya və onun oğlu Vüsal Məmmədova sahəsi 62 kv.m. olan, 55,60 kv.m. olan və 60 kv.m. olan 3 ədəd hər biri 2 otaqlı mənzillər verilmişdir. Həmin müqavilələrdə qeyd edilmişdir ki, həmin mənzillər iddiaçının istifadəsində olan qanuni və qanunsuz sahələrin, torpaq sahəsinin əvəzi olaraq verilir. Bu şərtlər iddiaçı tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının məqsədi və niyyəti məhkəməyə müraciət etməklə sadəcə olaraq hüquqlarından sui-istifadə edərək cavabdehdən əlavə vəsait və ya mənzil almaqdır.

12. Məhk əmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın (mənzilin) qiymətləndirilməsi barədə hesabata əsasən, ünvan 2 ünvanında yerləşən binada mənzilin bazar dəyəri 129.000 manat, 1 kv.m. dəyəri 1000 manat təşkil etmişdir.

13. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli xx.xx.2008-ci il tarixli çıxarışın təsdiq edilmiş kserosurətinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 20 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 46,85 kv.m ümumi, 34,45 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 4 nömrə li mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətində olmuşdur.

14. Məhkəmənin sorğusu nəticəsində əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş forma 1 arayışa əsasən, iddiaçının adına ünvan 3 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 725 nömrəli reyestr kitabının 68030 nömrəli vərəqində qeydiyyata alınmışdır. Müvafiq icazə sənədləri olmadan inşa edilmiş tikililər olan mənzilə bitişik 57,0 kv.m. zal, hamam, sanitar qovşağı inşa edilmişdir. 9,6 kv.m.bir otaq tikilmişdir. Həyətyanı sahəsi hasara alınmış və ərizəçinin 129,6 kv.m.həyətyanı sahədə 6,1 kv.m. sanitar qovşağı inşa edilmişdir.

15. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ə razi İdarəsi tərəfindən verilmiş Nümayəndə1 və X2 tərəfindən yazılmış ərizələrə əsasən, onlar yaşadıqları Bakı şəhəri, Ə.Əliyev küçəsində yerləşən 20 saylı evin 4 nömrəli mənzilinin anaları İddiaçı adına özəlləşməsinə etiraz etməmişlər.

16. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 024221 nömrəli orderinə əsasən, Bakı şəhəri Yusif-zadə küçəsində yerləşən 20 nömrəli evin 4 nömrəli mənzili İddiaçı 3 nəfər (özü, 2 oğlu) ailə üzvləri ilə birlikdə verilmişdir

17. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, ünvan 2ndə istifadədə olan 0,09 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 3 mərtə bəli binanın 1ci girişində, 1-ci mərtəbəsində, 46,85 kv.m. ümumi, 34,45 kv.m. yaşayş sahəsindən ibarət 2 otaqlı 4 nömrəli mənzilin, cəmi 129 kv.m. torpaq sahəsində inşa edilən tikinti obyektinə dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir.

18. Məhkəmənin sorğusuna cavab olaraq Nərimanov rayon İcra Hakimiyyəti Başçısının müavini tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən, sözügedən ərazidə Cavabdeh tərəfindən 3 yaşayış binasının tikintisi başa çatdırılmış, 4-cü binada işə tikinti işləri davam etdirilir.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-1145/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsi (hakim: R.Xəlilov) ilə iddia rədd edilmişdir.

20. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində 129,1 kv.m. sahəsi olan mənzil verilməsini tələb etsə də, 129,1 kv.m. sahəsi olan daşınmaz əmlaka dair hər hansı bir hüquqi sənəd məhkəməyə təqdim etməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin arayışında isə həmin ərazinin özbaşına tikili olduğu müəyyən edilmişdir.

21. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzillə bağlı cavabdeh arasında bağlanan satış müqavilələrinə əsasən müəyyən edildiyi kimi, iddiaçı tərəf mülkiyyətində olan mənzili tam formada cavabdehə satmış və satarkən isə Forma 1 arayışına əsasən müəyyən edilmiş özbaşına tikililər barədə heç bir qeyd şərt qoymayaraq bütün halda müqavilə bağlamışdır. İş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi idd iaçıya rəsmi və faktiki sahəsinin ölçüsündən artıq sahə verilmişdir. Halbuki, iddiaçının faktiki sahələrə heç bir hüququ qeydə alınmamışdır. Bu hüquqa mülkiyyət hüququndan əmələ gələn sahiblik, istifadə, sərəncamverici hüquqlarının heç biri müəyyən edilməmişdir. Belə ki, sahibliyin özü də qanuni olmalı, bu sahiblik özbaşına tikilərlə əlaqələndiriləməməlidir.

22. Digər tərəfdən birinci instansiya məhkəməsi iddia tələbinin ikinci hissəsi olan mənzilin verilməsi mümkün olmadıqda onun əvəzinə 180.000 manat məbləğində kompensasiyanın verilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbi ilkin hissədə təmin edilmədiyindən prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan iddia tələbi ikinci hissədə yəni kompensasiyanın verilməsi hissəsində də təmin edilə bilməz.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 385.1, 386.1, 425.1, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 121.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

24. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixli 27 saylı və 27 "xxxx" saylı ilkin müqavilələrin məzmunundan göründüyü kimi, cavabdeh MMC ilə iddiaçı və iddiaçının övladı X2 arasında bağlanmış müqa vilələrə əsasən iddiaçıya və onun ailə üzvlərinə məxsus məhz 5 otaqlı, ümumi sahəsi 134 kv.metr olan mənzilin müqabilində ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 3 otaqlı, 103 kv.m. mənzili iddiaçının və tam təmirli 2 otaqlı, 62 kv.m. mənzili Vüsal Məmmədovun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Lakin sonradan cavabdeh qarşılıqlı razılaşma yolu ilə tam təmirli 3 otaqlı, 103 kv.m. mənzilin əvəzinə 27 saylı müqavilə əsasında S154 saylı və S155 saylı, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə iddiaçıya ayı-ayrı 2 otaqlı və 1 otaqlı təmirsiz mənzillər, Vüsal Məmmədova isə əvvəlki qaydada, ilkin 27 "xxxx" saylı müqavilədə nəzərdə tutulduğu kimi 2 otaqlı tam təmirli mənzil vermişdir. Lakin bu xüsusatlar məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçıya məxsus mənzilə bitişik sahədə tik ililərin və hasarlanmış 129,1 kv.m. həyətyanı sahəsinin mövcudluğu işdə olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2-916 saylı qətnaməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli “Forma 1” arayışı ilə təsdiq olunur. İddiaçı həmin torpaq sahəsinin mülkiyyətçisi olmasa da, bu hal onun həmin torpaq sahəsi üzərində əmlak hüquqlarının olmasını istisna etmir. Buna görə də, mülkiyyətçi olmayan iddiaçının əmlak hüquqları hər bir halda müdafiə edilməlidir.

26. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2023-cü il tarixli, 2(103)-1379/2023 nömrəli qətnaməsi ilə (hakimlər: M.Məmmədov (sədrlik edən və məruzəçi), C.Musayeva və R.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya m əhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

27. Apellyasiyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ümumillikdə, MMC tərəfindən iddiaçıya və iddiaçının övladına cəmi (177,6 - 58,56=) 119,04 kv.metr əlavə sahə verilmişdir.

28. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh MMC-nin iddiaçının faktiki istifadəsində olan qanunsuz tikililəri və həyətyanı sahəni də nəzərə almaqla, iddiaçıya naturada və kifayət qədər həcmdə kompensasiya verilməsi barədə dəlili əsaslıdır. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya naturada verilmiş kompensasiyanın həcmini ağlabatan və ədalətli hesab edir. Çünki torpaq sahəsinin və özbaşına tikililərin iddiaçının istifadəsində olmasının qanuni əsas olmamışdır.

29. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə qarşı yönəlmiş iddia tələbi, habelə iddia ərizəsinə uyğun əsaslandırılmış apellyasiya şikayətinin müzakirə edilən bu dəlilləri əsassızdır.

30. Digər tərəfdən, məhkəmə kollegiyası S154 saylı və S155 saylı, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə iddiaçıya ayı-ayrı 2 otaqlı və 1 otaqlı təmirsiz mənzillər, Vüsal Məmmədova isə 27 "xxxx" saylı müqaviləyə əsasən əvvəlki qaydada, 2 otaqlı tam təmirli mənzil verilməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, qeyd edilən dəlildə təsvir edilmiş xüsasatlar işdə olan sənədlər ilə öz təsdiqini tapsa da, bu dəlil əsaslı hesab edilə və hazırki iş üzrə qəbul edilmiş qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı və onun övladı cavabdeh MMC ilə xx.xx.2018 və xx.xx.2018-ci il tari xlərdə yazılı müqavilələr bağlamaq ilə qeyd edilən qaydada mənzillərin onlar verilməsi barədə şərtləri bəyənmiş və şərtləri qəbul etmişlər.

31. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1, 404.2, 405-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən müqavilələrin heç birində torpağa görə kompensasiyanın ödənilməsi barədə razılaşmanın öz əksini tapmamış və cavabdehin nümayəndəsi tərəfindən bunun müqavilənin imzalanması zamanı MMC əməkdaşlarının qeyri-peşəkarlığı ilə əlaqələndirməsi də əsassızdır. Həmçinin, müqavilənin heç bir bəndində “istifadədə olan torpağa görə kompensasiya ödənilməsi” ifadəsinə rast gəlinmədiyi halda, məhkəmə tərəfindən “iddiaçı və onun övladı cavabdeh MMC ilə xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə yazılı müqavilələr bağlamaq ilə qeyd edilən qaydada mənzillərin onlara verilməsi barədə şərtləri bəyənmiş və şərtləri qəbul etmişlər”, “Bu razılaşma Mülki Məcəllənin 405-ci maddəsində ifadə olunmuş tələblərinə uyğun olmuşdur” kimi açıq-aşkar yanlış nəticəyə gəlinmiş, həmin maddi hüquq normasının tələbləri kobud şəkildə pozulmuşdur.

34. Eyni zamanda, iddiaçıya məxsus mənz ilə bitişik sahədə tikililərin və hasarlanmış 129,1 kv.m. həyətyanı sahəsinin mövcudluğu işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsi və Bakı AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli “Forma 1” arayışı ilə təsdiq olunur və onun həmin torpaq sahəsinə əmlak hüquqlarının mənsub olmasını istisna etmir. O cümlədən, torpaq sahəsinə görə əvvəllər ödənilmiş qəbzlər də torpaq sahəsinin iddiaçı və onun ailə üzvlərinin faktiki sahibliyində və istifadəsində olması faktını təsdiq edir. Buna görə də, mülkiyyətçi olmayan iddiaçının əmlak hüquqlarının istənilən şəxs, o cümlədən cavabdeh tərəfindən pozulmasından hər bir halda müdafiə edilməlidir.

35. Bundan əlavə, cavabdeh öz etirazının əsası kimi istinad etdiy i halların nədə ifadə olunduğunu təsdiq edən, iddia predmeti olan 129,1 kv. m. torpaq sahəsinin əvəzi olaraq iddiaçıya mənzilin və ya pul kompensasiyasını ödənilməsi barədə mötəbər sübutlar təqdim etməmişdir. Əksinə bu hallar iş materiallarına əlavə edilmiş, tərəflər arasında bağlanmış müqavilələr və iddiaçı tərəfindən təqdim edilmiş digər sübutlarla tam təkzib olunur.

36. Həmçinin, apellyasiya instansiyası məhkəməsi mülki işə baxarkən iddiaçı tərəfindən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın (mənzilin) qiymətləndirilməsi barədə hesabatına əsasən ünvan 2 ünvanında yerləşən binada mənzilin 129.000 manat bazar dəyərinin hal-hazırda 2021-ci illə müqayisədə fərqli şəkildə artması əsas gətirilərək mübahisə predmetinin hazırkı bazar dəyərinin müəyyən edilməsi üçün məhkəmə-əmtəə şünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilmiş, lakin heç bir əsaslandırma olmadan həmin vəsatət təmin edilməmişdir. Hətta məhkəmə qətnaməsində bu xüsusatlar öz əksini tapmamış və münasibət bildirilməmişdir.

37. Kassator şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İ və İİ, 60-cı maddəsinin İ və İİ, 71-ci maddəsinin İ hıssəslərinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158, 404.1, 404.2, 405-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 82.3, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

41. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

42. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

43. Maddə

405. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavil ə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki h alların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2023-cü il tarixli, 2(103)1379/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar