Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3064/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3064/2022 Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun əsasları, yaşayış sahəsinə köçürülmə Bakı şəhəri, 06 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı(bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2(bundan sonra 1-ci cavabdeh) və Cavabdeh1(bundan sonra 2-ci cavabdeh) qarşı evə köçürülmə tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2021-ci il tarixli, 2(104)3246/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 06 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə 1-ci cavabdeh 03 sentyabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından iki uşaqları var.
2. İddiaçı nikahdan sonra Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyalarını həmin evə aparmış, 2020-ci ilin noyabr ayınadək birgə yaşamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşağı ilə birlikdə cavabdehlərin faktiki isti fadəsində olan və yaşadıqları Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini əsaslandırarkən bildirmişdir ki, 2020-ci ilin noyabr ayından ata evində yaşayır, lakin cehiz əşyaları, özünə və uşaqlarına aid bütün əmlaklar hazırda həmin evdədir. İddiaçı sonradan mübahisəli evə qayıdmaq istəsə də, cavabdehlər onu həmin evə buraxmamışlar. İddiaçı uşağı ilə birlikdə uzun müddət mübahisəli evdə yaşadığı üçün, həmin evdən istifadə hüququnun yarandığını və bu səbəbdən ora köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbində, mübahisəli evin qanunsuz tikili olmaqla, dövlət qeydiyyatına alınmadığını da göstərmişdir.
5. Məhkəmə iclasında 1-ci cavabdehin etibarnamə üzrə nümayəndəsi iddi anı qəbul etməyərək qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh faktiki evlənməklə nikahlarını rəsmiləşdirmişlər. İddiaçı mübahisəli evdə yaşamamış və o evdə onun heç bir əşyası yoxdur. İddiaçının köçmək istədiyi ev cavabdehə məxsus deyil və iddianın rədd edilməsini xahiş etmişdir. 6. 2-ci cavabdeh də iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir.
7. Şəmkir Rayon Məhkəməsinin (hakim Z.Ş.İmanov) 2(076)-1194/2021 nömrəli, 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli evə istifadə hüququnun yaranmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eləcə də, evə dair heç kimin mülkiyyət hüququ tanınmamışdır. Bu baxımdan, iddiaçının evə istifadə hüququnun yaranmadığı və evin dövlət qeydiyyatın a alınmadığına görə iddiaçının həmin evə köçürülməsi məntiqi baxımdan düzgün deyil.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 152.1, 152.3-cü, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra –MPM) 14.2, 77.1,88 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının haki mlər – R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov və E.Ə.Mehtiyev) 2(104)-3246/2021 nömrəli 22 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsiinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının köçmək istədiyi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin evin yerləşdiyi torpaq sahəsi Cavabdeh1, X2, Cavabdeh2 və X1 paylı mülkiyyətindədir. Belə olan təqdirdə sonuncuların fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüquqları yaranır. Lakin iddiaçı ilə cavabdeh əri faktiki olaraq ayrıldığından iddiaçı fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olan şəxslərin ailə üzvü hesab olunmur. Ona görə də məhkəm ə kollegiyası hesab etmişdir ki, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4. maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı” Konstitusiya Məhkəməsi Plenumunun 22 yanvar 2015-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2. və Azərbaycan Respublikası Mənzil Məcəl ləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayəti verərək (Vəkil tərəfindən tərtib olunmuş) apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. İddiaçı kassasiya şikayətini əsaslandırarkən onunla cavabdeh arasında olan münasibətlərin 2018-ci ildən yarandığını nəzərə alaraq məhkəmələrin mübahisənin həllinə MM-in 228-ci maddəsinin tətbiq olunmalı olduğunu bildirmişdir. Kassator şikayətinə əlavə etmişdir ki, ikinci uşağın doğulması, cavabdeh əri ilə ar alarındakı nikah qeydinin pozulmaması və mübahisəli evin mülkiyyətdə olmaması kimi sübutlar təqdim etsələr də, məhkəmə bunlara hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçının köçmək istədiyi mübahisəli evin üzərində yerləşdiyi torpaq sahəsinin paylı mülkiyyətçilərindən biri də iddiaçının əridir. Kassator hesab etmişdir ki, belə olduğu halda, cavabdeh onu başqa mülkiyyətçilərin razılı olmadan da həmin evə köçürə bilər.
16. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına, MM-in 228-ci maddəsinə, MPM-in 77.1, 216.2, 388, 385.1ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Ko nstitusiyası
18. Maddə
26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
19. Maddə
33. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
20. Maddə
43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzim ləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
22. Maddə
27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
23. Maddə 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
24. Maddə 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabə r istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
25. Maddə 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mənzil Məcəlləsi qüvvəyə mindiyi ta rixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu ilin oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası nın 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli qərarı 26.... “yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadəvə onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin
30. Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin q ətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticəüçünəhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına vəyaxud qət namə vəqərardadda ifadəolunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin p ozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, i ş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
39. Hazırki iş üzrə iddia tələbi bölünməz olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hü quq normaları düzgün tətbiq olunmamışdır.
41. Apellyasiya məhkəməsi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh1, X2, Cavabdeh2 və X1 paylı mülkiyyətində olmasını nəzərə alaraq, sonuncuların, o cümlədən də iddiaçının ərinin fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüquqları olduğu qənaətinə gəlsə də, iddiaçı ilə 1-ci cavabdeh faktiki olaraq ayrıldığından iddiaçının fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olan şəxsin ailə üzvü hesab olunmadığına görə iddiasını təmin etməmişdir. Bu zaman məhkəmə Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad etmişdir. 42.Halbuki iş materiallarında iddiaçı ilə 1-ci cavabdeh arasında nikahın pozulması barədə hər hansı sübut yoxdur. Tərəflər arasında nikah pozulmadan yalnız onların faktiki olaraq ayrı yaşamalarına istinad edilərək ailə münasibətlərinə xitam verilməsi qənaətinə gəlinməsi və iddiaçınn 1-ci cavabdehin ailə üzvü olmaması barədə məhkəmənin mövqeyi Ailə qanunvericiliyinin tələblərinə və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə uyğun hesab edilə bilməz.
43. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, evə köçürülmə tələbinə baxılarkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır. Birincisi, şəxs köçmək istədiyi yerdə yaşayıbmı, ikincisi, şəxs yaşadığı yerdən məhrum edilibmi, üçüncüsü, məhrum edilmə qanunidirmi. İddiaçının azyaşlı uşaqları ilə birlikdə mübahisəli evdən nə vaxt, hansı şəraitdə getməsi, evə qayıdıb orada yaşamaq istəyib-istəməməsi, evdə hər hansı əmlakının olub-olmaması araşdırılmadan onun və azyaşlı uşaqlarının yaşayış sahəsindən məhr um edilmələrinin qanuni olub-olmamasına düzgün hüquqi qiymət verilməsi mümkün deyildir.
44. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir.
45. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır.
46. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edil dikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
47. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqla rın və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
48. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir.
49. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticələri yuxarıda qeyd edilən maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Qələndərova Aynurə Yusif qızının kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3246/2021 nömrəli iş üzrə 22 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.