Məhkəmə qərarları › İş №2(102)-3064/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3064/2024

11.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3064/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X15 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin zəbtdən azad edilməsi, vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-848/2024 nömrəli qətnaməsindən C avabdeh kassasiya şikayətinə 11 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Torpağa mülkiyyət hüququna dair” JN 0018 saylı Dövlət aktına əsasən 0018 saylı nömrəli planda yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndində yerləşən 6,35 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İmişli Rayon AİK-nin xx.xx.2001-ci il tarixli 15 saylı qərarı ilə X10, X3, X15, X1, X6, İddiaçı, X11 və qeyrilərinin ümumi birgə mülkiyyətinə verilmişdir.

2. X3 xx.xx.2014-cü il tarixdə (AZ-İ 685132 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən) ölmüşdür.

3. X10 xx.xx.1999-cu il tarixdə (AZ-İİ 264370 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən) ölmüşdür.

4. İddiaçı (bundan sonra mətndə-iddiaçı) və onun ailə üzvl ərinin ümumi birgə mülkiyyətində olan “Torpağa mülkiyyət hüququna dair” JN 0018 saylı Dövlət aktına əsasən İmişli rayonu Qızılkənd kəndində yerləşən 6,35 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 3,17 ha hissəsi iddiaçı və onun atası tərəfindən Cavabdeh (bundan sonra mətndə-cavabdeh) 2025-ci ildən etibarən 5 il müddətinə icarəyə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan “Torpağa mülkiyyət hüququna dair” JN 0018 saylı Dövlət aktına əsasən 0018 saylı nömrəli planda yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndində yerləşən 6,35 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsi ilə bağlı qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə İmişli rayonu Qızılkənd kəndində yaşayıb. İslahat nəticəsində on dörd nəfərdən ibarət olan ailə üzvlərinin birgə mülkiyyətinə İmişli rayonu Qızılkənd kəndi ərazisində cəmi 6,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq “Torpağa mülkiyyət hüququna dair” JN 0018 saylı Dövlət aktında göstərilmiş 0018 saylı plan əsasında onlara təhkim edilmişdir. Torpaq sahəsinin 3,17 ha hissəsi 2015-ci ildə ailə üzvlərinin ümumi razılığı ilə cəmi 3000 manata beş il müddətinə cavabdehin icarəsinə verilmiş və ərazidə kənd təsərrüfatı məhsulları yetişdirilərək istifadə olunmuşdur. Müddət bitdikdən sonra cavabdeh həmin torpa q sahəsindən çıxmayaraq 3,17 ha torpaq sahəsinə qanunsuz yolla yiyələnmişdir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 164.2 və 165.1-ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Qızılkənd kəndində yaşayıb və heyvandarlıqla məşğul olub. “Torpağa mülkiyyət hüququna dair” JN 0018 saylı Dövlət aktına əsasən 0018 saylı nömrəli planda yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndində yerləşən 6,35 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin X10, X3, X15, X1, X6, İddiaçı və X2 ümumi birgə mülkiyyətində olan 3,17 ha hissəsini 2015-ci ildə adı çəkilən şəxslərlə şifahi müqavilə əsasında satınalma yolu ilə əldə etmiş və buna görə cəmi 3000 manat pul ödəmişdir. Həmin torpaq sahəsi ilə bağlı hüquqları ad ına 30 il müddətinə verilmiş etibarnamə ilə rəsmiləşdirilmiş və torpaq sənədinin əsli ona verilmişdir. Torpaq sahəsindən indiyədək təyinatına uyğun şəkildə istifadə etmiş və əlavə xərclər hesabına məhsuldarlığı artırmışdır. Buna görə də, iddia tələbi əsassız hesab edilməlidir.

9. İmişli Rayon Məhkəməsinin 2(036)-156/2024 saylı, 11 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçının və qeyrilərinin ümumi birgə mülkiyyətində olan "Torpağa mülkiyyət hüququna dair” JN 0018 saylı Dövlət aktına əsasən 0018 saylı planda yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndində yerləşən 6,35 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması və onun həmin torpaq sahəsindən istifadəyə yönəlmiş qanunazidd hərəkətlərinə son qoyulması qət edilmişdir. (hakim Ü.O.Qənbəro v)

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan “Torpağa mülkiyyət hüququna dair” JN 0018 saylı Dövlət aktına əsasən 0018 saylı nömrəli planda yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndində yerləşən 6,35 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 3,17 ha hissəsinin cavabdeh tərəfindən qanunda nəzərdə tutulan qaydada əldə edildiyi müəyyən edilməmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh mübahisədə adı keçən torpaq sahəsindən çıxaraq ərazini qanuni sahiblərinə qaytarmalı və həmin torpaq sahəsindən istifadəyə yönəlmiş qanunazidd hərəkətlərinə son qoymalıdır.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1, 152, 152.5, 157.2, 213.1, 213.6, 21 4.1, 215.5, 390.2, 394-cü, Mülki-Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Mübahisə obyekti olan 6.35 ha torpaq sahəsi ümumi mülkiyyətdə olduğundan həmin torpaq sahəsinə sahiblik və ondan istifadə edilməsi bütün mülkiyyətçilərin razılaşması əsasında, belə razılaşma olmadıqda isə məhkəmənin müəyyən etdiyi qaydada həyata keçirilir. Hazırkı işdə isə nəinki mülkiyyətçilər arasınd a razılaşmanın olubolmaması aydınlaşdırılmamış, ümumiyyətlə, onlar məhkəməyə dəvət olunmamışlar. Beləliklə, məhkəmə tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilmişdir. Mübahisəli torpaq sahəsində olan 14 nəfər mülkiyyətçinin payı qabaqcadan məyyən edildikdən və hər bir mülkiyyətçiyə düşən torpaq sahəsinin kordinatları əvvəlcədən müəyyən edildikdən sonra hazırkı mübahisəyə baxılaraq yekun qərar qəbul edilə bilərdi. Qərar qəbul edən məhkəmə isə qanunun bu tələbini nəzərə almadan maddi hüquq normasının pozulmasına səbəb olan qərar qəbul etmişdir. İddiaçı hərbi qulluqçu olduğundan o, İmişli rayonu Qəzəlkənd kəndində yaşamamış, faktiki xidmət etdiyi yerdə yaşamışdır. İddiaçı tərəfindən İmişli rayonunun Qızılkənd kəndində yerləşən miras əmlakın qəbul edilməsi mümkün deyildir. Həm də n əzərə alınmalıdır ki, iddiaçı mərhumların birbaşa övladı yox, onların nəvəsidir. Onun atası və anası sağdır və mərhumlara münasibətdə birinci növbədə olan vərəsə iddiaçının atası X7r. İddiaçı tərəfindən miras əmlakın qəbulu barədə mülki işdə heç bir sənəd yoxdur. Hesab olunsa ki, valideynlərdən miras qalmış əmlakı Qurban Qasımov qəbul etmişdir, onda onun tərəfindən iddiaçıya hazırkı iddianın qaldırılması ilə bağlı etibarnamə verilməli idi. Mülki iş materiallarından da görünür ki, belə bir etibarnamə verilməmişdir. Başqa sözlə, babasından və nənəsindən miras qalmış torpaq sahəsi ilə bağlı iddia qaldırmağa iddiaçı səlahiyyətli olmamışdır. Lakin qərar qəbul edən məhkəmə işdəki bu halı nəzərə almamışdır. Qətnamədən, o cümlədən qətnamənin qəbul edilməsi üçün əsas olan iddia ərizəsindən və digər sənədlərdən mübahisəsiz qaydada məlum olur ki, miras əmlakla bağlı vərəsəlik işi açılmamış və bununla bağlı vərəsəlik şəhadətnaməsi verilməmişdir. Lakin qərar qəbul edən birinci instansiya məhkəməsi qanunun tələbini nəzərə almadan qətnamə qəbul etmişdir. Qərar qəbul etmiş birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmamasını, həmçinin birgə mülkiyyətçilərdən iki nəfərin vəfat etməsini, onlardan miras qalmış torpaq sahəsinin vərəsələri tərəfindən qəbul edilməməsini, birgə mülkiyyətçilərin mülkiyyətində olan torpaq sahəsinin kordinatlarının müəyyən edilməməsini, o cümlədən birgə mülkiyyətdə olan torpaq sahəsinin yarısının iddiaçının atası Qurban Qasımov tərəfindən 3000 manat müqabilində 2015-ci ildə cavabdehə satılmasını aydınlaşdırmamışdır. Nət icədə məhkəmə yekunda yalnış nəticəyə gəlmişdir. Həmçinin özü ali təhsilli olmaqla mühəndis-mexanikdir. Özü hazırda da evlərin tikintisi, həmçinin alqı-satqısı ilə məşğuldur. 2015-ci ildə torpağın 1 hektarını 1000 manatdan olmaqla 3000 manata almışdır. Torpağın 3 ha-nı o, yerdə qalan 3 ha-nı isə iddiaçılar özləri istifadə etmişlər. Alqı-satqının notarial qaydada rəsmləşdirilməsini bilir. Lakin iddiaçının atası Qurbana inanmış, ona etibar etmişdir. Torpağın alqı-satqısını notariusda etməməklə səhvə yol vermişdir.

15. İddiaçı apellyasiya şikayətinə etirazında göstərmişdir ki, torpaq sahəsini cavabdehə satmamış, 5 il müddətinə icarəyə vermişlər.

16. Apellyasiya instansiyası məhkəməsi X8 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.

17. Apellyas iya baxışında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 göstərmişdir ki, ilk əvvəl 2012-ci ildə mübahisəli torpağı cavabdehə 3 il müddətinə icarəyə vermişdir. 2015-ci ildə isə 3 ha hissəni 3000 manat qarşılığında 5 il müddətinə cavabdehə icarəyə vermişdir. Etibarnaməni subsidiya alması üçün cavabdehə vermişdir. Subsidiya kartları öz adına olsa da, həmişə cavabdehdə olmuşdur, hazırda da cavabdehdədir. 2021-ci ildən sonra cavabdeh icarə ödənişi etmədiyindən torpağını geri tələb etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini əsassız hesab edir.

18. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-848/2024 saylı, 16 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(036)-156/2024 saylı, 11 yanvar 2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov, Tale Kərimov).

19. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini dəlillərinə qiymət verərək göstərmişdir ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan “Torpağa mülkiyyət hüququna dair” JN 0018 saylı Dövlət aktına əsasən İmişli rayonu, Qızılkənd kəndində yerləşən 6,35 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 3,17 ha hissəsi iddiaçı və onun atası tərəfindən cavabdehə 2025-ci ildən etibarən 5 il müddətinə icarəyə verilmişdir. Cavabdeh torpaq sahəsini aldığını, alqı-satqının notarial qaydada rəsmləşdirilməsini bildiyini, lakin iddiaçının atasına in andığını, ona etibar etdiyini, torpağın alqı-satqısını notariusda etdirməməklə səhvə yol verdiyini bildirmişdir. Bununla da müəyyən edilir ki, cavabdeh 3,17 ha torpaq sahəsini qanunda nəzərdə tutulan qaydada əldə etməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 213.1, 213.6-cı, Torpaq Məcəlləsinin 68, 84 və 111-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin təkrar apellyasiya baxışına qay tarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən xx.xx.2024-cü il tarixdə 3,1752 ha. torpaq sahəsinin cavabdehə satılmasını təsdiq edən və valideynləri vəfat etdyindən onlardan miras qalan pay torpaq sahəsinin onlara düşən hissəsinin, yəni X12, X13, X14, X16, X4 və X9 düşən hissəsinin cavabdehə satılmasına razılıq vermələri barədə ərizələrini birinci instansiya məhkəməsinə təqdim etsələr də, məhkəmə bu barədə heç bir dəyərləndirmə aparmamış və təqdim edilmiş 6 ədəd ərizəyə heç bir qiymət verilməmişdir. Həmin ərizələrin və digər bir sıra sənədlərin təkrar olaraq apellyasiya baxışında təqdim edilməsinə zərurə t yaranmışdır. Həmin sübutlara apellyasiya instansiyasına təqdim olunsa da, apellyasiya instansiyası da həmin sübutlarla bağlı tələb olunan dəyərləndirməni aparmamış və nəticədə apellyasiya instansiyası da prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Apellyasiya instansiyası təqdim edilmiş sübutlarla bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələ b edə bilər. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə

68. Torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanu nla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiy a şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə bax arkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüq uq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

26. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İ ş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Apellyasiya məhkəməsi iddia tələbi və apelyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

30. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.

31. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənil ən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası olmamaldır.

33. İşin müəyyən edilən hallarına görə də iddiaçıya (və onun ailə üzvlərinə) məxsus 6,35 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 3,17 ha hissəsi iddiaçı və onun atası tərəfindən cavabdehə 5 il müddətinə icarəyə verilmişdir. Cavabdeh hazırda həmin torpaqdan çıxmır.

34. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq etmişdir.

35. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya məhkəməsinin mövqeyini əsaslı sayır.

36. Kassasiya şikayətinin dəlillərinə gəld ikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər əsassızdır. Belə ki, cavabdeh torpaq mülkiyyətçiləri olan digər 6 nəfərin özlərinə düşən hissənin cavabdehə satılmasına razılıq vermələri barədə ərizələrinin təqdim edilməsinə baxmayaraq, məhkəmələrin həmin ərizəyə qiymət verməməsini bildirmişdir. Lakin işdən görünür ki, həmin ərizələr işə baxılarkən birinci instansiya məhkəməsinə ünvanlanmışdır ki, bu da cavabdehin torpaq sahəsini istifadə etdiyi vaxtdan qeyd edilən şəxslərin torpağın satılmasına razılığı kimi qəbul edilə bilməz.

37. Bundan əlavə, Mülki Məcllənin 335.2-ci maddəsi bütövlükdə 24 iyun 2005-ci il tarixli, 949-İİQD nömrəli Qanunla Mülki Məcəllədən çıxarılıb. O vaxta qədər həmin normaya əsasən əgər tərəflərdən biri notariat qaydasında təstiqlənməsi tələb olunan əqdi tamamilə v ə ya qismən icra etmişsə, digər tərəf işə əqdin notariat qaydasında təstiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

38. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə tərəflər arasında 2015-ci ildən icarə münasibətləri olub. Cavabdeh özü də iddiaçılardan torpağı almasının 2015-ci ildə baş verməsini bildirmişdir. Başqa sözlə, tərəflər arasında torpağın alqı-satqısında dair hər hansı sənəd imzlanmayıb, üstəlik, onlar arasında münasibətlər 2015-ci ildə yaranmışdır. Nəzərə alınsa ki, Mülki Məcllənin 335.2-ci maddəsi 24 iyun 2005-ci il tarixdən qüvvədən düşüb, belə olan halda, hüquq münasibətlərinin yaranma tarixi baxım ından da cavabdehin etirazının dəlilləri əsaslı sayıla bilməz.

39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-848/2024 nömrəli, 16 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar