Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3065/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs1) xüsusi icraat qaydasında verilmiş ərizəsinə dair iş üzrə QƏRARDADİ Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə tələbə baxılması şərtləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs1) hüquqi əhəmiyyəti olan faktın məyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2024-cü il tarixli 2(107)-472/2024 nömrəli qə tnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ərizəçi (bundan sonra - ərizəçi) ilə Nümayəndə2 birgə nikahlarından xx.xx.1985ci il tarixdə X6 dünyaya gəlmişdir.
2. Yaqut Soltanova 10 avqust 1995-ci il tarixdə ürək-damar çatışmazlığı səbəbindən vəfat etmişdir.
3. Ərizəçi xx.xx.2023-cü ildə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X17 Şəki Rayon Mərkəzi X10 Şəxsinə müraciət edərək, övladı Yaqut Soltanovanın xx.xx.1985xx.xx.1995-ci illərdə xəstəliyi barədə tibbi sənədlərin təsdiqlənmiş surətlərinin verilməsini xahiş etmiş, ona verilən xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, mövcud qanunvericiliyə görə köhnə illər, o cümlədən 1995-ci ilə aid tibbi sənə dlər, elmitarixi əhəmiyyətini itirdiyinə və saxlanma müddəti 25 il olduğuna görə arxiv qaydası ilə ləğv edilmişdir.
4. Ərizəçi ona pensiya təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, həmçinin övladı Yaqut Soltanovanın uşaqlıqdan “serebral iflic” xəstəlyindən əziyyət çəkdiyini və ona qulluq etdiyi dövrün də staj kimi nəzərə alınmasını xahiş etmişdir.
5. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ərizəçiyə pensiya təyin etməkdən imtina etmiş və 29 aprel 2023-cü il tarixli məktubla cavab verərək bildirmişdir ki, X1 əlilliyinin müəyyən edilməsi barədə, tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarışı, övladını 8 yaşadək tərbiyə etməsi barədə yerli İcra Hakimiyyəti Başçısının müvafiq inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışını və ümumi sığorta stajını təsdiq edən zəruri sənədləri (əmək kitabçası, əyani təhsil haqqında diplom) və ya notariat qaydada təsdiq olunmuş surətlərini təqdim etməklə, təkrar müraciəti əsasında güzəştli şərtlərlə, yaşa görə əmək pensiyası hüququnuza müvafiq qaydada yenidən baxılacaqdır.
6. Şəki şəhər “Qışlaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 29 may 2023-cü il tarixli, 176 saylı arayışında göstərilir ki, X6 anadan gəlmə “Serebral iflic” xəstəsi olmuş və ona “Serebral İflic” diaqnozu qoyulmuşdur. Y.Soltanova yaşadığı müddət ərzində daim anası Ərizəçi himayəsi və nəzarəti altında olmuşdur. Yaşadığı müddət ərzində anasının qulluğu ilə yaşamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
7. Ərizəçi ərizə və daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əlil qızı Y.Soltanovanın doğuşdan vəfat etdiyi günədək “serebral iflic” xəstəliyi ilə himayəsi və qulluğu ilə yaşaması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum qızı dəfələrlə və uzunmüddətli, Şəki RMX-nin uyğun şöbələrində müalicələr almış, Şəki şəhəri, Qışlaq Poliklinikasının Baş həkimi, Zərəfşan xanımın və həkim Şəlalə xanımın nəzarəti altında müalicə və müayinələrini, vəfat etdiyi günə qədər davam etdirmiş, ərizəçi ona qulluq edərək daimi himayəsində saxlamışdır. Doğuşdan vəfatına qədər xəstə və əlil qızına qulluq etdiyi müddə tin (10 il, 2 ay, 5 gün) sığorta stajına əlavə edilməsi ilə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) 2 saylı Şəki-Zaqatala Regional filialına etdiyi müraciətə cavab olaraq DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı imtina cavabı verərək qeyd etmişdir ki, Y.Soltanovanın əlilliyinin müəyyən edilməsi barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarışı, övladını 8 yaşadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının müvafiq inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışını və ümumi sığorta stajını təsdiq edən zəruri sənədləri və ya notariat qaydada təsdiq olunmuş surətlərini təqdim etməklə təkrar müraciəti əsasında güzəştl i şərtlərlə yaşa görə əmək pensiyası hüququna müvafiq qaydada yenidən baxılacaqdır. Mərhum qızının xəstəlik tarixçəsi və onun əlilliyi ilə bağlı arxiv sənədlərini əldə etmək üçün TƏBİB-in Şəki RMX PHŞ-ə etdiyi rəsmi müraciətə həmin qurumdan cavab olaraq bildirilmişdir ki, mövcud qanunvericiliyə görə köhnə illər, o cümlədən 1995-ci ilə aid tibbi sənədlər, elmi-tarixi əhəmiyyətini itirdiyinə və saxlanma müddəti 25 il olduğuna görə arxiv qaydası ilə ləğv edilmişdir. Beləliklə, sözügedən arxiv sənədlərinin əldə edilməsinin artıq mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır.
9. Maraqlı şəxs ərizəyə qarşı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, mövcud qanunvericiliyə əsasən yalnız orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək sağlamlıq im kanları məhdudluğu (əlilliyi) müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərin qulluqetmə müddəti sosial sığorta stajı kimi nəzərə alına bilər. Lakin iş materiallarında ərizəçinin mərhum qızının orqanizm funksiyalarının 81-100 faiz pozulmasına və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun (əlilliyinin) müəyyən edilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı və ya hər hansı bir sənəd mövcud deyildir. Buna görə də ərizənin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 (6-cı bənddə qeyd edilən arayışı verən şəxs) izahatında bildirmişdir ki, ərizəçi onun dayısının gəlini, həm də qonşusudur. Ərizəçinin böyük övladı Yaqut anadan olandan iflic xəstəliyindən əziyyət çəkmişdir. Mərhumu ancaq yanına yastıq qoyaraq əyl əşdirə bilmişlər. Onlar heç vaxt həmin uşağı ayaq üstə yeriyərkən görməmişlər. Uşaq anadan olandan yataq xəstəsi olmuşdur. Yaqut 10 il yaşayıb vəfat etmişdir. Mərhumun dəfnində iştirak etmişdir. Yaqut sağ olan zamanlarda ona evdə qulluq olunmuşdur.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, ərizəçi onun qonşusudur. Həm də o həmin ərazinin tibb bacısı olmuşdur. Ərizəçinin mərhum qızı Yaqut anadan olandan serebral iflic xəstəliyindən əziyyət çəkmişdir. Buna görə də onlar uşağı qeydiyyata almışdılar. 15 gündən bir uşağa baxmaq üçün onların evinə getmişdir.
12. Şəki Rayon Məhkəməsinin e-2(075)-2116/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim: E.Vəliyev) ərizəçinin qızının doğuşdan vəfat etdiyi günədək “serebral iflic” xəstəliyi ilə himayə sində və qulluğu ilə yaşaması faktının təsdiq edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş üzrə şahid ifadələrindən də göründüyü kimi ərizəçinin mərhum qızı ilə birlikdə yaşamalarını və mərhum qızının serebral iflic xəstəliyindən əziyyət çəkdiyini bildirsələr də, mərhumun “Serebral İflic” xəstəsi olması və ya digər hər hansı bir xəstəlikdən əziyyət çəkməsi və ərizəçinin ona qulluq etməsi iş materialları ilə təsdiqini tapmamaqla sübuta yetirilməmişdir.
14. Məhkəmə Şəki şəhər “Qışlaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 29 may 2023-cü il tarixli, 176 saylı arayışına tənqidi yanaşaraq bildirmişdir ki, arayışda qeyd olunanları sübut edəcək heç bir sənəd məhkəməyə təqdim edilməmişdir.
15. Məhkəmə öz mövqe yini “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli qərarının 4.1-ci bəndlərinə və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 76.1, 76.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Ərizəçi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, tələbinin təmin edilməsi barədə qətnamə çıxarılm asını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəçinin haqlı tələbini təmin etməmişdir. Belə ki, valideyn olaraq o, doğuşdan əlil doğulmuş övladına vicdanla, əlindən gələn bütün qayğısını göstərmiş və onun müalicəsi üçün mümkün olan hər şeyi etmiş, məhkəmə isə bu faktı nəzərə almamışdır. Şahid qismində izahat vermiş şəxslərin izahatları, məhkəmə tərəfindən tənqidlə qarşılanmış və onların düzgün izahatlarına ciddi yanaşılmamışdır. O, iş üçün lazım olan sənədləri ala bilməməsinin səbəblərinə dair məhkəməyə sənəd təqdim etmiş, lazımı sənədləri təqdim edə bilməməsinin səbəblərini izahatında qeyd etmişdir. “Qışlaq” məhəllə nümayəndəsi ixtisasca həkim deyil, ələlxüsus əlil uşağı himayəsində saxlamış şəxs heç deyil və məhkəməyə verdiyi ifadəsi gördükləri v ə bildikləri əsasında deyilsə də, məhkəmə əsassız olaraq onun izahatına şübhə ilə yanaşmışdır. 18. 01.08.1972-ci ildən xx.xx.2016-cı il tarixinə qədər Şəki rayon X4 2 saylı Pediatriya şöbəsinin müdiri vəzifəsində çalışmış X3 tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış müraciət ərizəsində qeyd edilmişdir ki, ərizəçinin qızı doğuşdan “epilepsiyalı serebral iflic” xəstəliyi ilə doğulmuş və 10 ildən sonra vəfat etmişdir. Bu dövr ərzində mərhum bütün müalicələrini onun və həmin xəstəxananın nevroloqlarının nəzarəti altında almışdır. Mərhum xəstəliyi səbəbi ilə hərəkət məhdudiyyətli, yataq və ən yaxşı halda oturaq vəziyyətdə yaşamış və özünün sərbəst hərəkət qabiliyyəti edilən bütün mümkün müalicələrə rəğmən heç vaxt yaranmamışdır. Həmçinin mərhumun yaşadığı dövrdə ona İ qrup əlillik dərəcəsi m üəyyənləşdirilmiş və əlillik dərəcəsinə uyğun müavinət də təyin edilmişdir ki, sənədləşmə işlərində o da şəxsən iştirak etmişdir. Qeyd edilənlərə əsasən xahiş etmişdir ki, mərhumun xəstəlik tarixi ilə bağlı qanunauyğun qərar qəbul edilsin.
19. Ərizəçi xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi yazılı vəsatətinə “xəstəliyə dair” arayışı və arxiv sənədlərinin təsdiqlənmiş surətlərini əlavə etmişdir. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X17 Şəki Rayon Mərkəzi X10 Şəxsin 07 mart 2024-cü il tarixli 57 nömrəli həmin arayışında qeyd edilmişdir ki, xx.xx.1985-ci il tarixində doğulmuş X8 doğulduğu tarixdən xx.xx.1992-ci il tarixli X9 üzrə “16 yaşa qədər uşaqlara təyin olunmuş əlillik üçün qeyd jurnalı”nda və xx.xx.1995-ci il tarixli “1-14 yaşadək əlillik üzrə müavinət alan uşaqların ju rnalı”nda qeydə alınmış və ona sosial müavinət təyin edilmişdir. 20. 07 mart 2024-cü il tarixli 57 nömrəli arayışa xx.xx.1992-ci il tarixli X9 üzrə “16 yaşa qədər uşaqlara təyin olunmuş əlillik üçün qeyd jurnalı” və xx.xx.1995-ci il tarixli “1-14 yaşadək əlillik üzrə müavinət alan uşaqların jurnalı”nın X5 aid olan müvafiq vərəqlərinin kserosurətləri əlavə olunmuşdur.
21. Həmçinin ərizəçi vəsatətdə qeyd etmişdir ki, “Parez” - nevroloji sindrom olub müəyyən bir əzələ qrupunda əzələ gücünün azalması ilə büruzə verir. Ətraflarda olan formalarına görə növlərindən biri də tetraparezdir ki, bu zaman 4 ətraf da iflic olur. Bu da onu sübut etmişdir ki, mərhumun hərəkət qabiliyyəti, həqiqətən də sıfıra bərabər olmuşdur. Qeyd edilənlərə əsasən xahiş etmişdir ki, iddia tələbinin təmin edilməsi barədə qəbul edilsin.
22. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2024-cü il tarixli 2(107)472/2024 nömrəli qətnaməsi ilə (hakimlər: M.Əsədli - sədrlik edən və məruzəçi, E.Mehdiyev və Ə.Məcidov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayəti sadəcə formal mülahizələrdən ibarətdir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, mərhumun “Serebral iflic” xəstəsi olması və ya digər hər hansı bir xəstəlikdən əziyyət çəkməsi və ərizəçinin ona qulluq etməsi iş materialları ilə təsdiqini tapmamaqla sübuta yetirilməmişdir.
24. Bundan başqa, birinc i instansiya məhkəməsinin Şəki şəhər “Qışlaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş arayışa tənqidi yanaşmaq barədə qənaəti haqlı olmuşdur. Belə ki, şəxsin xəstə olması barədə arayış vermək Şəki şəhər “Qışlaq” məhəllə nümayəndəliyinin səlahiyyətində olan məsələ deyildir. Çünki şəxsin xəstə olmasını təsdiq etmək müvafiq həkim komissiyasının əsaslandırılmış rəyi ilə müəyyən etmək mümkündür. Belə bir rəy isə iş materiallarında mövcud deyildir.
25. Məhkəmə kollegiyasi apellyasiya şikayətinin şahid ifadələri ilə bağlı olan hissəsinə münasibətdə qeyd etmişdir ki, şahid ifadələri iddianı təmin etmək üçün yetərli deyil, məhkəmə yalnız iddiaçının izahatına və şahid ifadəsinə əsaslanaraq həmin halları müəyyən olunmuş saya bilməz, çünki iddiaçının və onun məhkəməyə gətirdiyi şahidlər iddiaçının tanışları olmaqla işin nəticəsində maraqlıdırlar. Həmçinin yazılı sübutlarla təsdiq edilməli olan hal (məsələn həkim komissiyasının rəyi) şahid ifadəsi ilə təsdiq edilmiş hesab edilə bilməz.
26. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli qərarının 4.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “X13” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.5, 3.9-cu bəndlərinə və X13 Azərbaycan Respublikası Qanununun 21.2.4-cü, MPM-in 14.2, 77.1, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Ərizəçi (Vəkil Rahim oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi onun təqdim etdiyi vəsatəti, vəsatətə əlavə olunmuş Şəki Rayon Mərkəzi X10 Şəxsin 07 mart 2024-cü il tarixli 57 nömrəli arayışını və arayışa əlavə olunmuş sənədləri ümumiyyətlə nəzərə almadan birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə ilə razılaşmışdır. b) Kassasiya şikayəti nə qarşı etirazın dəlilləri
29. Maraqlı şəxs birinci instansiya məhkəməsində tələb qarşı yazılı etirazın dəlillərinə uyğun kassasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim etmiş və əlavə olaraq qeyd etmişdir ki, ərizəçi tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilən arayışlar maraqlı şəxs tərəfindən araşdırılaraq müəyyən edilmişdir ki, mərhumun əlillik vəziyyəti Səhiyyə Nazirliyinin tabeliyində dövlət tibb müəssisəsi tərəfindən qiymətləndirildiyi üçün Tibbi-Sosial Ekspert Komissiyasının və Agentliyin arxiv sənədləri arasında vətəndaşın əlillik vəziyyətinə dair məlumat aşkarlanmamışdır. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq “X13” Azərbaycan Respublikasının Qanu nu
30. Maddə 21.2.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı
31. Bənd 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həm in faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
32. Bənd 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığor ta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir.
33. Bənd
14. Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”
34. Bənd 1.1. Bu Qayda “X13” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir.
35. Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:... 4.1.7. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə: 1. qanuni nümayəndələrə münasibətdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin doğum haqqında şəhadətnaməsinə, övladlığa götürənlərə münasibətdə övladlığa götürmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına, qəyyumlara və himayəçilərə münasibətdə isə qəyyumluq və ya himayəçiliyin müəyyən edilməsi barədə müvafiq qərara əsasən... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hak imlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə;...
40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandı rır.
41. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;...
42. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
43. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
44. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
45. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında;...
46. Maddə 310.1. Ərizədə həmi n faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
47. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
48. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır:... 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların.
49. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
50. Madd ə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillə r üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulduğuna görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
57. Belə ki, ərizəçinin tələbi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə müraciətdir.
58. Nəzərə alınmalıdır ki, qanunvericilikdə hüquqi faktların müəyyən olunması üzrə icraatın bir sıra xüsusiyyətləri müəyyən olunmuşdur. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, qanunla müəyyən edilmiş şərtlərə bağlıdır.
59. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
60. Bu o deməkdir ki, məhkəmə istənilən faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə-şəxsi və ya əmlak hüquqlarının yaranması, dəyişməsi və ya xitamına səbəb olacaq faktı müəyyən edə bilər. Əgər müəyyən edilsə ki, təsdiqi xahiş olunan fakt hüquqi əhəmiyyətli fakt deyil, onda hakim MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad çıxarmalıdır.
61. Bu baxımdan tələb olunan faktın ərizəçiyə nə məqsəd üçün lazım olduğu araşdırı ldıqda görünür ki, ərizəçi özünə pensiya təyin olunması üçün 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağına qulluq etməsi faktının müəyyən olunmasını istəyir.
62. Həqiqətən də «X13» Qanunun 21.2.4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir.
63. Başqa sözlə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağına qulluq etmə faktı, iddiaçı üçün hüquqi əhəmiyyətli faktdır.
64. Lakin qeyd olunmalıdır ki, hüquqi əhəmiyyətli faktların müəyyən olunması üçün ikinci zəruri şərt - ərizəçinin həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydad a ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmamasıdır ( § 49 ).
65. Bu baxımdan işin halları təhlil olunduqda görünür ki, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluq etmiş valideynin qulluq müddətinin sığorta stajına daxil edilməsinin əsasları və qaydası qanunvericiliklə dəqiq müəyyən edilmişdir. Belə ki, əmək pensiyasının təyin edilməsi zamanı, 2006-cı il yanvarın 1-dək olan dövrdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti, qanuni nümayəndələrə (yəni valideynlərə) münasibətdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin doğum haqqında şəhadətnaməsinə əsasən müəyyən edilir ( § 35 ).
66. Göründüyü kimi ərizəçinin 18 yaşınadək əlil olmuş övladına qulluq etməsi faktının müəyyən olunmasının məhkəmədənkənar qaydası nəzərdə tutulub və bu imkan it irilməyib. Bu halda 18 yaşınadək əlil olmuş uşağına qulluq etmə faktının müəyyən edilməsi barədə ərizə mümkün sayılmamalıdır.
67. Ərizəçinin tələbi “mərhum əlil qızı Y.Soltanovanın doğuşdan vəfat etdiyi günədək “serebral iflic” xəstəliyi ilə himayəsi və qulluğu ilə yaşaması faktının təsdiq edilməsi” kimi ifadə olunub. Bu tələb təkcə uşağa qulluq etmə faktını deyil, həm də dolayısı ilə mərhum Y.Soltanovanın “serebral iflic” xəstəliyi ilə əlaqədar əlil olması faktının müəyyən olunmasını ehtiva edir.
68. Çünki ərizəçi birinci instansiya məhkəməsinə müraciət edəndə mərhum Yaqut Soltanovaya aid tibbi sənədləri əldə edə bilmədiyinə (Şəki RMX PHŞ-nin ona verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən) istinad etmişdir. Başqa sözlə, ərizəçi birinci instansiya məhkəməsinə müraciət edərkən, mərhum Yaqut Soltanovanın əlil olmasını təsdiq edən sənədlərə malik olmamışdır.
69. Nəzərə alınmalıdır ki, şəxsin əlil olması faktı məhkəmələr tərəfindən müəyyən edilməsi mümkün olan faktlara aid deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində də məhkəmələrə izah edilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan... əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə,... kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.
70. Göründüyü kimi istər əlil olma faktı, i stər xəstəyə qulluq etmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.
71. Tələb olunan hüquqi faktın məhkəmə qaydasında müəyyən olunmasına yol verilmədiyi halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizənin yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.
72. Lakin işə baxmış məhkəmə prosessual qanunvericiliyin bu tələblərinə əməl etməmiş, iş üzrə icraata xitam verməli olduğu halda, işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmışdır. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlid ir.
73. MPM-nin 262.3-cü maddəsinə görə bu Məcəllənin 261.0.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
74. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1 və 4.1.7-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövrdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti, qanuni nümayəndələrə (yəni valideynlərə) münasibətdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin doğum haqqında şəhadətnaməsinə əsasən müəyyən edilir. Buna görə də, mərhum Yaqu t Soltanovanın 18 yaşınadək əlilliyini təsdiq edən sənədlər əldə edildikdən sonra, ərizəçi ona qulluq etməsi faktını təsdiq etmək üçün, müvafiq orqana Y.Soltanovanın doğum haqqında şəhadətnaməsini təqdim etməklə kifayətlənə bilər.
75. Məhkəmə kollegiyası ərizəçinin məhkəmə müdafiəsi hüququnun səmərəliliyi baxımından baxılan işin hallarına işıq tutmaqla, apellyasiya instansiyası məhkəməsində təqdim etdiyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X17 Şəki Rayon Mərkəzi X10 Şəxsin 07 mart 2024-cü il tarixli 57 nömrəli həmin arayışını, habelə X9 üzrə “16 yaşa qədər uşaqlara təyin olunmuş əlillik üçün qeyd jurnalı”nda və “1-14 yaşadək əlillik üzrə müavinət alan uşaqların jurnalı”nda əksini tapmış məlumatları nəzərə alaraq (lakin həmin sənədləri sübut kimi qəbul edib qiymət vermədən) aşağıd akıları izah etməyi zəruri hesab edir.
76. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli qərarın 13.3-cü bəndinə əsasən iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir.
77. Bu baxımdan, ərizəçi qərarın 75-ci paraqrafında qe yd olunan sənədləri təqdim etməklə, inzibati orqana müraciət edə bilər.
78. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2024-cü il tarixli 2(107)472/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.