Məhkəmə qərarları › İş №2(102)-3066/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3066/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3066/2020 03.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və X1 ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili x iştirakı ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, X2, Cavabdeh5 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli 2(103)-12718/2019 nömrəli qətnaməsindən Cavabdeh4 və vəkili Vəkil kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, X2, Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 2014-cü ıl 16 oktyabr tarixli kredit müqaviləsi üzrə banka 13289.85 manat əsas, 7620.71 manat faiz, 273.11 manat cəriməborcu olmaqla, ümumilikdə 21183.67 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan xxx yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun həmin evin hərracdan satışında n əldə olunan vəsait hesabına "İddiaçı" İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan xxx yaşayış evinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 xxx yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 16 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-471/2019 saylı, 21 fevral 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 16.10.2014-cü-ci il tarixli “Kredit müqaviləsinin” ləğv edilməsi, həmin müqavilə əsasında 11.06.2018-ci il tarixinə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 13.289,85 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 7.620,71 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 273,11 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh1 iddiaçı Bankın xeyrinə tutulması; tutmanın ipoteka predmetinə – Cavabdeh1 məxsus olan mübahisəli evə yönəldilməsi; evin ilkin satış qiymətinin 45.000 manat məbləğ ində müəyyən edilməklə açıq hərracdan satılması; satışdan əldə oluna biləcək pul vəsaiti hesabına Banka olan borcun ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakim Samir Talıbov) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12718/2019 saylı, 25 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh4 apelyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-471/2019 saylı iş üzrə 21 fevral 2019-cu il tarixli qətnaməsi Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi) Şeyda Məhərrəmova, Elşad Şamayev) Cavabdeh4 (Vəkil) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.10.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən apelyasiya baxışına qaytarılması barədə qəra r qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir. İpoteka predmetinin qiymətinin müəyyən edilməsi hazırki mərhələdə deyil, iicra mərhələsində həll edilməli məsələdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili xxxx kassasiya şikayətinə etirtaz edərək, onun təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan i şə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh4 (kassator) kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı bankın iddia tələbi kredit və ipoteka müqavilələrinə əsaslanır. Birinci instansiya məhkəməsi ipoteka predmetinin hərracda ilkin satış qiyməti ilə bağlı qiymətləndiricinin rəyini almış və iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Cavabdeh4 apelyasiya şikay ətində ipoteka predmeti olan evin qiymətinin icra mərhələsində müəyyən edilməli olmasını bildirmiş və bankın tələb etdiyi məbləğlə razı olmadığını göstərmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən iddiaçı ilə cavabdeh xxx arasında kredit müqaviləsi bağlanmasını, müqaviləyə əsasən sonuncuya kredit verilməsini, həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi xxx özünə məxsus daşınmaz əmlakı bankın xeyrinə ipoteka ilə yüklü etməsini, kredit müqaviləsinin şərtlərinə əməl edilməməsi nəticəsində cavabdeh xxxx kredit borcunun yaranmasını, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş qiymətləndirmə rəyi ilə ipoteka predmetinin ilkin satış qiymətinin düzgün təyin olunmasını, məbləğin şişirdilməsi ilə bağlı dəlilləri təsdiq edən hər hansı sübut təqdim edilməməsini müəyyən edərək, birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh4 münasibətdə dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin 739.1, “İpoteka haqqında” Qanunun 39.3 və Mülki Prosessual Məcəllənin 77.1-cı maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması hesabına ödənilməsi barədədir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh xxx arasında kredit və kredit öhdəliklərinin təminatı olaraq ip oteka müqavilələri bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib. Cavabdeh4 apelyasiya şikayətinin əsas dəlili kimi ipoteka predmeti olan evin qiymətinin hazırki mərhələdə deyil, icra mərhələsində müəyyən edilməli olmasını, eləcə bankın tələb etdiyi məbləğlə razı olmadığını göstərmişdir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin ipoteka predmeti olan mənzilin qiymətinin hazırki mərhələdə deyil, icra mərhələsində müəyyən edilməli olması barədə dəlilinə qiymət verərək, göstərmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin tələbinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldildiyi halda ipoteka predmetinin qiymətinin məhkəmə tərəfindən qətnamə ilə müəyyən edilməli olması qanunvericiliyin tələbidir. Buna görə də, apelyasiya instansiyası düzgün olaraq həmin dəlili əsaslı saymayıb. Həmçinin Cavabdeh4 bankın tələb etdiyi məbləğlə razılaşmadığını göstərsə də, bununla bağlı hər hansı əsaslı dəlil irəli sürmədən ekspertiza təyin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası cavabdehin bu dəlilini, hər hansı sübuta söykənmədiyi üçün qəbul etməmişdir. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, mübahisə tərəfinin işin hər hansı halı ilə razı olmaması özü-özlüyündə ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi işin mübahisələndiyi halı ilə razı olmamasını əsaslandırmaldır. Hazırki işdə isə Cavabdeh4 borcun mə bləği ilə razı olmamasını bildirsə də, bu barədə dəlillərini əsaslandırmamış, irəli sürdüyü bu dəlinin təsdiqi kimi sübut (riyazi hesablama, ödəniş qəbzləri və s.) təqdim etmədiyi üçün apelyasiya instansiyası düzgün olaraq həmin dəlili də əsassız hesab etmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatorun şikayəti üzrə kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyiş iklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Cavabdeh4 (kassator) kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh4 (kassator) kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli, 2(103)-12718/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar