Məhkəmə qərarları › İş №2(102)-3066/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3066/2021

21.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3066/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: torpaq sahəsinin qaytarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2350/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Qusar rayon Çiləgir Bələdiyyəsinin 25 fevral 2004-cü il tarixli 02 saylı qərarı ilə Çiləgir kəndi ərazisində yerləşən 0,12 hektar ölçüdə həyətyanı torpaq sahəsi Qusar rayonunun sakini İddiaçı satılmış və keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən İddiaçı adına həmin torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin sentyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus torpaq sahəsinin cavabdehlər X1 və Cavabdeh2 tərəfindən zəbt olunmaqla onun həmin torpaq sahəsi üzərində qanunla qorunan və müdafiə olunan mülkiyyət hüququnun pozulmas ını əsas göstərməklə cavabdehlərin ona məxsus 0,12 hektar torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin onun qanuni sahibliyinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-101/2020 saylı, 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim: A.Y.Vəliyev) İddiaçı iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etməsini və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını, iddia tələbinin rədd edilməsi üçün birinci instansiya məhkəməsinin əsas kimi istinad etdiyi “ona məxsus torpaq sahəsinin vahid elektron baza məlumatlarında kompleks yerquruluşu xəritələrində qeydə alınmamasının” onun təqsiri üzündən baş vermə məsini və belə vəziyyətdə iddianın rədd edilməsinin qanunsuz olmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2350/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.A.Qafari (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və T.Q.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçının nümayəndəsi Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən apell yasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbayca n Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassas iya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd olunmasını qanuni və əsaslı hesab edərkən iddiaçının adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən torpaq sahəsinin cizgisinin baza xəritəsi üzərində öz əksini tapmadığını əsas göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. (217.1.) Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (217.3) Kollegiya hesab edir ki, qətnamə tərəflərin qarşılıqlı münasibətinə, qanunun tələbinə uyğun əsaslandırılmadan çıxarıldığından qanuni sayıla bilməz. İş materia llarından görünür ki, iddiaçı Qusar rayonunun Çiləgir kəndində 0,12 hektar ölçüdə torpaq sahəsi əldə etmiş və onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçı hesab edir ki, ona məxsus torpaq sahəsinin bir hissəsi cavabdeh N tərəfindən, bir hissəsi isə Cavabdeh2 tərəfindən zəbt olunduğundan onun mülkiyyət hüququ pozulmuşdur. İşdən görünür ki, iddiaçının ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququ 2004-cü ildə, cavabdehlərin onlara məxsus torpaq sahələri üzərində mülkiyyət hüquqları isə 2016 və 2019-cu illərdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 ona məxsus 0,12 ha ölçüdə torpaq sahəsini 20 avqust 2004-cü il tarixli notariatda təsdiq olunmuş müqavilə əsasında X2 almışdır. Digər cavabdeh N isə Qusar rayonunun Çiləgir kəndində yerləşən 0,1 5 ha və 0,12 ha ölçüdə olan iki müstəqil torpaq sahəsi almışdır. 0,15 ha ölçüdə torpaq sahəsi onun tərəfindən notariatda təsdiq olunmuş 29 mart 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında X5, 0,12 ha ölçüdə torpaq sahəsi isə notariatda təsdiq olunmuş 23 avqust 2016-cı il tarixli müqavilə əsasında X3 alınmış və həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları isə müvafiq olaraq 2016 və 2019-cu illərdə dövlət qeydiyyatına alınmışdır. Göstərilən vəziyyətdə cavabdehlərə məxsus torpaq sahələrində müvafiq ölçü işlərinin aparılmasının təmin edilməklə həmin torpaq sahələrinin faktiki ölçülərinin müəyyən olunması mübahisənin həlli üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq, işə baxan apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə heç bir araşdırma aparmamış, yalnız iddiaçıya məxsus torpaq s ahəsinin baza xəritəsində əks olunmamasına əsaslanaraq iddianı rədd etmişdir. İşin 53-cü səhifəsində olan iddiaçının adına verilmiş şəhadətnamədən görünür ki, orada iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü, miqyası, qonşu torpaqlar əks olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin yerləşdiyi yerin sxemi barədə qeydiyyat aparılsa da sxemin özünün mövcudluğu həmin sənəddən bilinmir. Həmin sənədin üzərində Reyestr Xidməti arxivinin dördkünc ştampı olsa da, kollegiya hesab edir ki, onun əslinin tələb olunub tədqiq edilməsi mübahisəli hüquq münasibətinə aydınlıq gətirə bilər. Yuxarıda göstərilən sənədlər əsasında, eləcə də Bələdiyyənin, Reyestr Xidmətinin və cavabdehlərə məxsus torpaq sahəsinin əvvəlki mülkiyyətçilərinin i ştirakı təmin olunmaqla iddiaçıya məxsus torpaq sahəsinin yerinin dəqiqləşdirilməsi və həqiqətə nail olmaq üçün bu istiqamətdə araşdırma aparılmasını da kollegiya əhəmiyyətli sayır. Kollegiya hesab edir ki, başqa sübutlar olmadan, yalnız məhkəmə kollegiyasının istinad etdiyi əsasın mövcudluğu (torpaq sahəsi barədə baza xəritəsində məlumatın olmaması) iddianın rədd edilməsi üçün tutarlı əsas sayıla bilməz. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə səthi yoxlanılmış və qiymətləndirilmiş sübutlar əsasında çıxarıldığından ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 2350/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar